Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3427/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili NM və cavabdehin vəkili RQnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Rzayev, 2(001)-2319/2017 sa ylı mülki iş) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada kredit üzrə 579778,78 manat, faiz üzrə 247408,32 manat, cərimə üzrə 1000 manat, cəmi 828187,1 (səkkiz yüz iyirmi səkkiz min yüz səksən yeddi manat bir qəpik) manatın İddiaçı xeyrinə tutulması, iddia tələbi Cavabdeh1 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd adsız adi adlı (N9-0********) səhmlərdən 229798 (iki yüz iyirmi doqquz min yeddi yüz doxsan səkkiz) ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 iyirmi manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 ndan "xxxx" ASC-dən müştərək qaydada tutularaq İddiaçı İKBnin hesabına ödənilməsi, iddianın qalan, 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3 nun və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi, iddia qismən təmin edildiyindən, İddiaçı İKB tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 97%-i, yəni 29 (iyirmi doqquz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 3 %-i, yəni 01 (bir) manatı isə iddiaçıya aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), E.Yaquboviç və Ş.Məhərrəmova, 2(103)- 984/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(001)-2319/2017 saylı qətnaməsi Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, ekspertiza xərci olan 70 (yetmiş) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçir ilməsi qət edilmişdir. İşin halları İddiaçı İKB cavabdehlər Cavabdeh1, Cavabdeh4-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun silinməsinə və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Gəncə filialı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli 10-S-l-0-698-13 № li Kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.2, 4.2 və 5.1-ci maddələrinə əsasən illik 19% olmaqla, 36 aylıq müddətə cavabdehə 600.000 manat məbləğində istehlak məqsədilə kredit ödəməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit ödənişinin təninatı kimi "xxxx" ASC ilə bağlanmış 16.05.2013-cü il tarixli 10-S-l-0-698-13 №-li sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus nomin al dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı (N90********) səhmlərdən 229798 (iki yüz iyirmi doqquz min yeddi yüz doxsan səkkiz) ədəd Cavabdeh4-nin səhmləri Azərbaycan Respublikası Milli Depozit Mərkəzi QTSC-də saxlanılmaqla İddiaçı İKB-nin xeyrinə yüklü edilmişdir. Qiymətli kağız buraxılışının qeydiyyatı: QKDK1010377K, 18.04.2002/. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin "xxxx" ASC ilə 16.06.2013-cii il tarixli 10-S-l-0-698-13 nömrəli və zamin Cavabdeh3 ilə 16.06.2013-cü il tarixli 10-S-1-0-698-13 №-li zaminlik müqaviləsi bağlanmış və bu müqavilələrə əsasən zaminlər "xxxx" ASC və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Digər Cavabdeh2 isə cavabdeh girov qoyulmuş səhmlərin sahibi Cavabdeh1 həyat yoldaşıdır. Ona görə də, o cavabdeh kimi işə cəlb olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri və AR MPM-nin 4, 149-150-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli, 10-S-1-0-698-13 №li kredit müqaviləsindən irəli gələn 12 yanvar 2016-cı il tarixinədək hesablanmış müvafiq olaraq 579.778 manat əsas borc, 266.610 manat faiz borcu, 173934 manat dəbbə borcu, cəmi 1.020.322 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 ndan və "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmasına, tutulacaq məbləğ öhdəliyin təminatı kimi 16.05.2013-cü il tarixli, 10-S-l-0-698 -L3 №-li Sonrakı girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus nominal dəyəri 2.00 manat olan 231398 ədəd sənədsiz adi adlı (N0********) səhmlərdən 229798 (iki yüz iyirmi doqquz min yeddi yüz doxsan səkkiz) ədəd Cavabdeh4-nin səhmləri açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsinə, girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər X3, Cavabdeh3 nun və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəf AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli, 10-S-1-0-698-13 №- li kredit müqaviləsindən irəli gələn 24 may 2016-cı il tarixinədək hesablanmış müvafiq olaraq 579778 manat əsas borc, 247408,32 manat faiz borcu, 28422,75 manat dəbbə borcu, cəmi 855609,85 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 ndan və "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmasına, tutulacaq məbləğ öhdəliyin təminatı kimi 16.05.2013-cü il tarixli, 10-S-l-0-698L3 №-li Sonrakı girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus nominal dəyəri 2.00 manat olan 231398 ədəd sənədsiz adi adlı (N-0********) səhmlərdən 229798 (iki yüz iyirmi doqquz min yeddi yüz doxsan səkkiz) ədəd Cavabdeh4-nin səhmləri açıq hərrac vasitəsilə sat ılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsinə, girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər X3, Cavabdeh3 nun və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları po zulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili RQ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili NM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı Gəncə filialı ilə aralarında bağlanmış 16/V-2013-cü il tarixli kredit müqaviləsinə əsasən 600.000 manat kredit götürmüş, cavabdeh müqavilə üzrə öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, cəmi 855.609,85 manat borcu qal mışdır. Apellyasiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, birinci instansiya məhkəməsi səhmlərin nominal dəyərini 2,0 AZN götürməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İddiaçıİKB ASC-nin cavabdehlər Cavabdeh1, ”Gəncə-Tekstil”ASC-nə, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edərək,yaranmış borcun ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ”Gəncə-Tekstil”ASC-nin 231 398 ədəd səhmlərindən Cavabdeh1 məxsus olan 229.789 ədəd səhmin hal-hazırda Azərbaycan manatı ilə nominal dəyərinin müəyyən e dilməsi üçün ekspertiza təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 noyabr 2018-ci il tarixli 6722 saylı ekspert rəyində,”Gəncə-Tekstil”ASC-nin səhmlərinin birinin nominal dəyəri 2 AZN olması nəzərə alınmaqla, 231398 ədəd səhmi olan ”Gəncə-Tekstil”ASC-nin səhmlərindən, Cavabdeh1 məxsus olan 229798 ədəd səhmlərinin hal-hazırda nominal dəyərinin 459.596 manat olması müəyyən olunur. İşin materiallarından görünür ki, Məhkəmə Ekspertizası məhkəmənin 08 noyabr 2018-ci il tarixli 6722 saylı ekspert rəyi kifayət qədər tam və aydın olmamaqla ekspert onun qarşısında qalmış suallara tam cavab verməmişdir. Belə ki, ekspert cavabdehə məxsus olan ipoteka ilə yüklü edilmiş səhmlərin bazar qiymətini müəyyən etmək əvəzinə, qiymətli kağızların reystrini aparan Milli Depozit Mərkəzinə sorğu verərək, onların əsasında həmin səhmlərin nominal dəyərini müəyyən etmişdir. Kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən”X4” Qiymətləndirmə şirkəti tərəfindən, ”Gəncə-Tekstil” ASC-nin aktivləri qiymətləndirilmiş və bütün göstəricilər nəzərə alınmaqla məlum olmuşdur ki, ”Gəncə-Tekstil” ASC-nə məxsus olan aktivlərin 11 fevral 2019-cu il tarixinə olan bazar dəyəri 37.400.000 manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə hesab edir ki, cavabdehin səhmlərinin nominal dəyərinin 2,0 AZN müəyyən edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, əsaslandırılmadan qəbul edilmişdir. AR Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən,işə baxılark ən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinin tələbinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, rəyi kifayət qədər aydın və ya tam olmadıqda,məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. “Ekspertiza fəaliyyəti haqqında” AR 18 noyabr 1999-cu il tarixli qanunun 7,13-cü maddələrinin tələbinə görə ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə obyektiv və ədalətli nəticəyə gəlmək və işdə olan ziddiyətləri aradan qaldırmaq üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və cavabdehə məxsus olan, ”Gəncə-Tekstil” ASC-nin 229789 səhmlərinin hal-hazırda Azərbaycan manatı ilə hazırkı real bazar dəyərinə uyğun dəyəri müəyyən edilməlidir. Bunu müəyyən etmək üçün də yuxarıda qeyd olunduğu kimi girov predmeti olan, ”Gəncə-Tekstil” ASC-nin aktivləri müəyyən edilməlidir ki, ona münasibətlə hər bir səhmin dəyəri müəyyən olunsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə ə məl edilməklə iş üzrə qanuni nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3427/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3427/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver