Məhkəmə qərarları › İş №2(102)-3428/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3428/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3428/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X17nun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və başqalarına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)-10011/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhəri 44 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, bina № 167-da yerləşən 18 №-li mənzilə dair onunla Cavabdeh1 arasında 03.10.2015-ci il tarixdə bağlanmış və 44-cü Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 24.05.2016-cı il tarixli Çıxarışın, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 08.06.2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakı n bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX Əİ tərəfindən Cavabdeh3 adına verilmiş 16.06.2016-cı tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X2 torpaq sahəsi almaq üçün pul vəsaiti lazım olduğundan 03.10.2015-ci il tarixdə lombarddan 56.000 manat pul götürülmüşdür. Həmin pulun təminatı kimi iddiaçıya məxsus mübahisəli mənzil lombardın işçisi olan Cavabdeh1 adına 44-cü Notariat Kontorunda “alqı-satqı müqaviləsi” əsasında sənədləşdirilmişdir. Pul alınarkən ilkin olaraq 10 faiz kimi 5.600 manat, hər ay 4 faiz ödəmək şərti ilə 2 aylıq əvvəlcədən 4.480 manat və 1.520 manat bank xərcləri olmaqla, 11.600 manat pul verilmişdir. Beləlikl ə, iddiaçıya ümumilikdə 44.400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra, hər ay faiz borcu olaraq cəmi 13.440 manat məbləğində ödəniş etmişlər. Həmin mənzil Cavabdeh1 56.000 manat pul qarşılığında satılmış, lakin sözügedən mənzilin əsl dəyəri 130.000 manat təşkil edir. Göründüyü kimi 03.10.2015-ci il tarixli müqavilə obyektiv, həqiqətə uyğun olmayan, uydurma və yalan əqddir. Həmin müqavilə bağlanarkən iddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim Fərrux Qasımov, iş № 2(001)-9158/2017) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və X5, iş № 2(103)-292/2018) Cavabdeh3 apellyas iya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23.08.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu (sədrlik edən və məruzəçi), X9 və Əsgərov Qürbət Ağa oğlu, iş № 2(102)-4828/2018) Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X13 və X10, iş № 2(103)10011/2018) Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəq ədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhəri 44 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.11.2018-ci il tarixli 2(103)10011/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Kassasiya şikayətinə görə məhkəmə nəzərə almamışdır ki, sözügedən alqı-satqı obyektiv həqiqətə uyğun deyil, uydurma və yalan əqddir. Həmin müqavilə bağlanılarkən iddiaçı, Cavabdeh1 tərəfindən aldadılmışdır. Kassasiya şikayətinə əlavədə göstərilir ki, sözügedən müqavilə əslində alqısatqı deyil, ipoteka müqaviləsidir, borcun təminatı olaraq mənzil ipoteka ilə yüklü edilmişdir, iddiaçının mənzilini satmaq niyyəti olmamışdır, məhkəmə bu hallar aydınlaşdırmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və ye ri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası m əhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, DƏDRX Əİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* №-li çıxarışdan görünür ki, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ 15.09.2009-cu il tarixdə qeydə alınmışdır. 4-cü Notariat Kontoru tərəfindən 03.10.2015-ci il tarixdə reyestrdə 4Ə-142 nömrə altında qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən” görünür ki, iddiaçı mülkiyyətində olan həmin mənzili Cavabdeh1 56.000 manata satmışdır. DƏDRX Əİ tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ 24.05.2016-cı il tarixdə qeydə alınmışdır. 08.06.2016-cı il tarixli “Daşınmaz əmlakın bağış lanması müqaviləsindən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan mənzili qardaşı Cavabdeh3 bağışlamışdır. DƏDRX Əİ tərəfindən verilmiş RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ 16.06.2016-cı il tarixdə qeydə alınmışdır. İddiaçı iddia edir ki, əslində iddiaçının qardaşı X4 lombarddan 56000 manat kredit götürüb və onunla lombardın işçisi Cavabdeh1 arasında alqı-satqı müqaviləsi həmin kreditin təminatı kimi görünüş üçün bağlanmış yalan əqddir. Mənzilin əsl dəyəri 130.000 manat təşkil edir. Göründüyü kimi 03.10.2015-ci il tarixli müqavilə obyektiv, həqiqətə uyğun olmayan, uydurma və yalan əqddir. Həmin müqavilə bağlanarkən iddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın əsası sübut olunmur. Alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış, notarius tərəfindən təsdiq olunmuşdur. Odur ki, alqı-satqı müqaviləsinin yalan əqd olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. İşdə sübutlar (iddiaçının izahatı, şahidlərin ifadəsi və s.) olsa da, məhkəmə bu sübutlara əsaslanaraq alqı-satqı müqaviləsini yalan əqd hesab edə bilməz, çünki həmin məlumatları verən şəxslər mübahisənin nəticəsində maraqlıdırlar. Müqavilədə əmlakın qiymətinin bazar qiymətindən aşağı göstərilməsi faktı da öz-özlüyündə müqavilənin yalan əqd sayılmasına əsas ola bilməz. Çünki Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflər müqavilənin məzmununu, o cümlədən əşyanın müqavilə qiymətini azad surətdə mü əyyən edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı hazırki iddianın irəli sürülməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Məhkəmə kollegiyası məruzəçini və İddiaçı və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təq dim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələ b isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsinin borca görə girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanması sübuta yetirilməmişdir. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəf lərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri, eyni zamanda, kassasiya şikayətinə əlavədə istinad etdiyi yeni sübut kimi səs yazısına dair CD diski ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM- in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2 004-cü il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsd iq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüq uq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tət biqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli 2(103)10011/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar