Məhkəmə qərarları › İş №2(102)-3429/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3429/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3429/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil2, cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 vəkili X2 iştiarkı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı “pul tələbi” nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)194/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” MMC-nin direktor u Səlim Heydərov və vəkili Vəkil1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” MMCdən maddi ziyana gorə 20.386 (iyirmi min uc yuz səksən altı) manat, mənəvi ziyana gorə 5000 (beş min) məbləğində pulun alınaraq onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1608/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxx” MMC-dən iddiacı X3 xeyrinə ona vurulmuş maddi zərərə gorə 20.386 (iyirmi min uc yuz səksən altı) manat, odənilmiş dovlət rusumuna gorə 30 (otuz) manat, cəmi 20.416 (iyirmi min dord yuz on altı) manat məbləğində pul vəsaitinin tutulması, iş uzrə kecirilmiş ekspertiza tədq iqatının dəyəri olaraq 100 (yuz) manatın cavabdehə aid edilməsi və ondan alınaraq dovlət budcəsinə kecirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Habil Əhmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-194/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdeh “xxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1608/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi) Səyyad Qafari, Fuad Məmmədov) Cavabdeh “xxxxxxxxxxx” MMC-nin direktoru Səlim Heydərov və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-194/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, yenidən baxılm ası üçün işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, notarıal qaydada təsdiq edilmiş xx.xx.2018-ci ıl tarixli AN-İ seriyalı ******* nömrəli və xx.xx.2018-cı il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqavilələrində mübahisələndirilən hər iki mənzillərin ümumi sahələrinin 66.62 kv.m. olmasına baxmayaraq, məhkəmələr ekspert rəyinə əsasən mənzillərin sahəsinin 61.7 kv.m. olması qənaətinə gəlməklə, alqı-satqısı müqavilələrini şübhə altına almışlar. Bundan əlavə, mənzillərin sahələrinin müəyyən edilməsi üçün DƏDRX-in aiddi yatı mütəxəssisinin cəlb edilməklə iş üzrə təkrar ekspertiza keçirilməsini xahiş etmişlər, ekspertiza təyin olunmuş, lakin ekspertizanın həvalə olunduğu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ekspertizanın onların səlahiyyətinə aid olmamasına görə ekspertizadan imtina etdiyi üçün ekspertiza baş tutmamışdır. Bu da ziddiyyətli halların araşdırılmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X8 və vəkili X1 şikayətini dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İŞİN HALLARİ İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, “tor paq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx xxxxxx 2014cü il tarixli, C(b)/043 saylı müqaviləyə əsasən cavabdehdən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki 1 saylı küçədə inşa edilən (inşa edilmiş) 1 saylı, 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 73,4 kv.metr olan 2 otaqdan ibarət 5 saylı mənzili 54000 manata, xx xxxxx 2015-ci il tarixli, E/0339 saylı müqaviləyə əsasən isə ümumi sahəsi 73,4 kv.metr olan 2 otaqdan ibarət 10 saylı mənzili 75000 manata almışdır. Ümumi qiymətə uyğun olaraq mənzillərin hər kv.metrinin qiymət müvafiq olaraq 735,69 manat və 1021,80 manat olmuşdur. Mənzilərin pulunu ödəməsi barədə maliyyə arayışları da vardır. Mənzilləri özəlləşdirərkən cavabdehlə xx xxxxx 2018-ci ildə h ər iki mənzillə dair notarial qaydada yenidən alqı-satqı müqavilələri bağlamış və həmin müqavilələrdə mənzillərin ümumi sahəsi 66,62 kv.metr göstərilmişdir. Mülkiyyət hüququ haqqında Çıxarışda və texniki pasportda isə mənzillərin ümumi sahəsi 61,8 kv.metr qeyd edilmişdir. Beləliklə, hər mənzil üzrə ümumi sahənin fərqi 11,6 kv.metr edir. Hər kv.metr üçün müvafiq olaraq 735,69 manat və 1021,80 manat artıq ödəniş etmişdir. Bu da bir mənzil üzrə 8534,06 manat, digər mənzil üzrə 11852,80 manat, ümumilikdə isə 20386,92 manat artıq ödəniş etməsini təsdiq edir. Artıq ödədiyi həmin məbləğ ona qaytarılmalıdır. Cavabdehdən yaranmış məbləğlər fərqinin qaytarılmasını tələb etsə də, nəticəsi olmamışdır, bu səbəbdən mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərəri isə 5000 manat qiymətləndirir. İddiaçı tələbin in hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının adına verilmiş Çıxarışlara əsasən mənzillərin hər birinin ölçüsünün (ümumi sahəsinin) 61,8 kv.metr, ekspert rəyinə əsasən isə 61,7 kv.metr olmasını müəyyən edərək, ekspert rəyinə əsasən mənzillərin həqiqi ölçüsünün 61,7 kv.metr olmaqla zərərin daha çox olması, buna baxmayaraq, maddi zərərlə bağlı iddianın iddia tələbi həddində təmin edilməli olması qənaətinə gəlmişdir. Bu hissədə birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096, 1108.1, 1115, Mülki Prosessual Məcəllənin 218.3-cü maddələr ilə əsaslandırmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı halların sübut edilməməsinə istinadən həmin hissədə iddianı rədd etmişdir. Cavabdeh “xxxxxxxxxxx” MMC apelyasiya şikayətində şikayətin və iddiaya etirazının əsası kimi, tərəflər arasında müqavilə olmasına, mənzillərin ümumi sahəsi ilə bağlı şərtlərin də həmin müqavilə ilə müəyyən edilməsinə, ümumu sahənin real həcmi barədə iddiaçının əvvəlcədən məlumatlı olmasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətini təmin etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-194/20 20 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, ekspert rəyinə əsasən, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1,1097.1,1108.1,1115-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halına görə tərəflər arasında hər iki mənzilə dair xx xxxxx 2018-ci il tarixdə alqı-satqı müqavilələri bağlanıb və hər iki müqavilədə mənzillərin ümumi sahəsinin 66,62 kv.metr olması qeyd edilsə də, iddiaçının adına verilən Çıxarışlarda mənzillərin hə r birinin ümumi sahəsi 61,8 kv.metr ölçüdə qeydə alınıb. Cavabdeh apelyasiya şikayətində mənzillərin ölçüsünün tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilməli olmasına istinad etsə də, apelyasiya məhkəməsi şikayətin həmin dəlillərinə qiymət verməmiş, mənzillərin ölçüsü ilə bağlı mübahisəni Mülki Məcəllənin 390.1 və 405.1-cı maddələri kontekstində araşdırmamışdır. Müvafiq araşdırma və əsaslandırma olmadığı üçün apelyasiya instansiyasının mənzillərin ölçüsünün nəyə görə müqavilə ilə deyil, ekspert rəyi və Çıxarışla müəyyən edilməli olması nəticəsinə gəlməsi qətnamədən görünmür. Halbuki Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar g östərilməlidir. Bundan əlavə, apelyasiya instansiyası cavabdehin vəsatəti əsasında mənzillərin ölçülərinin nə qədər olması və bu ölçülərin müqavilə şərtlərinə uyğunluğunun müəyyən edilməsi ilə bağlı iş üzrə əlavə məhkəmə tikinti ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ekspertiza keçirilməsinin onun səlahiyyətinə aid olmadığını göstərmişdir. (i.v.118, 128, 138, 141) Apelyasiya instansiyası ekspertiza təyin edilməsi barədə qərardadın sonrakı icrasını təmin etməmişdir. Nəticədə təyin edilmiş ekspertiza baş tutmamış və rəy verilməmişdir. Ekspertiza təyin edilsə də, ekspertizanın həvalə edildiyi orqanın ekspertiza keçirilməsinin onun səlahiyyətinə aid olmaması ilə bağlı məktubuna, başqa sözlə, təyin etdiyi ekspertizanın rəyini almamasına baxmayaraq, apelyasiya məhkəməsi mənzillərin ölçülərinin nə qədər olması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən halı, zəruri bildiyi ekspert rəyi ilə müəyyən etməmişdir. Halbuki məhkəmə ekspertizanı məhz bu məqsədlə təyin etmişdi. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, apelyasiya məhkəməsi tərəfindən işin konkret halını müəyyən etmək üçün iş üzrə ekspertiza keçirilməsi zəruri bilinib və ekspertiza təyin edilib, belə olan halda, işin həmin halının ekspert rəyi alınmadan müəyyən edilməsi əsası sayıla bilməz. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apel yasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instan siyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxxxxxxxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)194/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar