Məhkəmə qərarları › İş №2(102)-343/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-343/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-343/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-343/21 (Açar sözlər: istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə) Bakı şəhəri, 25 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1732/2021 nömrəli, 29 iyul 2021- ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2014-cü ildə cavabdehin oğlu Məcid ilə ailə qurmuş və iddia etdiyi evə gəlin köçmüşdür. Həmin evdə əri, qaynı Ayşad və qaynanası Solmaz ilə yaşamışlar. 30.06.2020-ci il tarixdə Məcid intihar edərək özünü öldürmüş və o həmin evdən çıxmaq məcburiyyətində qalmşdır. Birgə nikahdan olan iki azyaşlı uşaqları köçmək istədiyi evdə yaşayırlar. Ona görə hazırkı mübahisəni başlatmaq zərurəti yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan rayonu Kürsəngi kəndində yerləşən, əvvəllər mərhum qaynatası Asəfə məxsus olmuş, hazırda qaynanası Cavabdeh2 adında olan və əvvəllər uzun müddət yaşadığı evə köçürülməsi, həmin evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə cavabdeh Solmazın oğlu Məcid ilə ailə qurmuş və iddia etdiyi evə gəlin köçmüşdür. Həmin evdə əri, qaynı Ayşad və qaynanası Solmaz ilə yaşamışlar. 30.06.2020-ci il tarixdə Məcid özünü yandıraqa vəfat etmiş və cavabdehlər onu evdən qoymuşlar. Yaşamağa yeri olmadığı üçün, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məcid ilə nikahı hazırki vaxta kimi pozulmamış, lakin uşaqlar cavabdehlər tərəfindən zorla ondan alınmış və hazırki vaxtda onlarla birgə yaşay ırlar.

4. Salyan Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(057)-164/2021 saylı qətnaməsi ilə (sədrlik edən A.Səmədov) iddia qismən təmin edilərək İddiaçı Azərbaycan Respublikası DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə 25.12.2020-ci ildə Cavabdeh1 Asif oğlu, X2, Cavabdeh2, X3 və X1 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmış Salyan rayonu, Kürsəngi kəndində yerləşən 89,2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyanın 43, Mülki Məcəlləsinin 11.2, Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabd eh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1732/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Z.Zeynalov (sərlik edən və məruzəçi), Z.Allahyarov və M.Həsənov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş; Salyan Rayon Məhkəməsinin 02 fevral 2021ci il tarixli, 2(057)-164/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Cavabdehlərin iddiaçnı yaşamaq üçün evə buraxmadığı heç bir halda sübut olunmamışdır. Onun həmin mənzildə yaşamağını heç kim məhdudlaşdırmamış əksinə iddiaçı özü birgə yaşayış qaydaları ilə bir ara ya sığmayan hərəkətlərə yol verdiyindən çıxıb getmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə.

43. Hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. Maddə.

43. Hissə İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə. 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17. Maddə. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir.Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar.Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edi lə bilərlər.

18. Maddə.68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddia çı 2014-cü ildə mübahisəli evə köçürülmüş, həmin vaxt evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud olmamışdır. İddiaçı eyni statusda olan cavabdehlərlə birlikdə həmin evdə 2020-ci ilə kimi yaşamış və yaşadığı müddətdə iki uşağı doğulmuşdur. 30.06.2020-ci il tarixdə Məcid özünü yandıraqa vəfat etmiş və birgə niahdan doğulan cavabdehlər onu evdən qoymuşlar. Daha sonra fərdi yaşayış evi vərəsəlik qaydasında 25.12.2020-ci ildə Cavabdeh1 Asif oğlu, X2, Cavabdeh2, X3 və X1 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Fərdi yaşayış evi qeydə alınana qədər iddiaçı həmin evdə ailə üzvü kimi yaşamışdır. İddiaçının həmin mənzildən çıxarılması və mənzil hüququnun pozulması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

25. Bundan başqa, kollegiya qeyd edir ki, təqdim edilmiş Çıxarışla t əsdiq olunur ki, iddiaçının mərhum əri mübahisəli evin birgə mülkiyyətçisinə çevrilmişdir. Onun uşaqları həmin evdə yaşamaqla əslində atalarının miras payını qəbul etmişlər. Yəni, iddiaçının həmin əsasla da mübahisəli evə köçərək yaşamaq hüququ yaranır.

26. Apellyasiya instasniya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildən çıxarılması və mənzil hüququnun pozulması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ələkbərova Ülviyə Şərif qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1732/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar