Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3430/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipotekaya predmetinə yonəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, xx xxxxxxx 2015-ci il tarixli, 4 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 19 faiz dərəcəsi ilə 18 ay müddətə 74.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 birgə mülkiyyətindəki Quba rayonu, İqriq kəndində 0,30 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh1 mülkiyyətindəki 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi, 106.7 kv.m sahədən ibarət 1 mərtəbəli talvar, təndirxana və 1 mərtəbəli 76.9 kv.m talvar xx.xx.2014-cü il tarixli x nömrəli ipoteka mü qaviləsi ilə, Quba rayonu, İqriq kəndində 0,01405 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi və 140,5 kv.m tikinti altı sahədən ibarət qeyri-yaşayış binası xx.xx.2014-cü il tarixli x nömrəli ipoteka müqaviləsi ilə, Xi, üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixli 287/PBQ nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi və ona əlavələr notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq Cavabdeh1 öhdəliyin icrasını gecikdirmiş, kreditor isə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırm ışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı-nin xeyrinə 41098,79 ABŞ dolları əsas, 17960,19 ABŞ dolları hesablanmış faiz, 7626,80 ABŞ dolları dəbbə pulu, cəmi 66685,78 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, borcun əvəzi ilkin satış qiyməti 60000 manat və 21000 manat müəyyən edilməklə Quba rayonu, İqriq kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətində olan 0,30 ha torpaq sahəsində Cavabdeh1 mülkiyyətində olan 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 k v.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi, 106,7 kv.m sahədən ibarət talvar, təndirxana və 1 mərtəbəli 76,9 kv.m talvara yönəldilməsi və torpaq sahəsi açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi, borcun Quba rayonu, İqriq kəndində Cavabdeh1 istifadəsində olan 0,01405 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və torpaq sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, borcun əvəzinin 28000 manat qiymətləndirilmiş Quba şəhəri, H.Əliyev prospektində yerləşən 1 girişli, 35,1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi və torpaq sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Quba rayonu, İqriq kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,30 ha torpaq sahəsində Cavabdeh1 mülkiyyətində olan 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evindən yaşayanlarCavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 çıxarılması, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, Quba şəhəri, H.Əliyev prospektində Cavabdeh1 mülkiyyətindəki 0,004182 ha torpaq sahəsi üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından orada yaşayan- Cavabdeh1 çıxarılması, qeyriyaşayış binasının boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Quba Rayon Məhkəməsinin (hakim F.Yaqubov) xx xxxxxx 2017-ci il tarixli, 2(027)-3528/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli, 4 saylı kredit müqaviləsi üzrə yaranmış 41098,79 ABŞ dolları kredit borcu, 17960,19 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 59358,98 (əlli doqquz min üç yüz əlli səkkiz dollar doxsan səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və 27 (iyirmi yeddi) manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və xqızı ilə “İddiaçıbank” ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, x nömrəli ipoteka müqaviləsinə xx xxxxxxx 2015-ci il tarixli, 01 nömrəli əlavəyə əsasən yük lü edilən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X1 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, İqriq kəndində 0,30 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə, 106,7 kv.m sahədən ibarət 1 mərtəbəli talvara, təndirxanaya və 1 mərtəbəli 76,9 kv.m talvara, Cavabdeh1 xüsusi mülkiyyətindəki Quba rayonu, İqriq kəndində 0,01405 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına və Cavabdeh1 ilə “İddiaçıbank” ASC-nin Quba filialı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 287/PBQ nömrəli ipoteka müqaviləsinə xx xxxxxxx 2015-ci il tarixli, 03 nömrəli əlavəyə əsasən Cavabdeh1 xüsusi mülkiyyətindəki Quba şəhəri, 22ci məhəllə, H.Əl iyev prospektindəki 0,004182 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsaitin Cavabdeh1 İddiaçıBOKT ASC-yə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və xqızına verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, İqriq kəndində 0,30 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh1 məxsus 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin, 106,7 kv.m sahədən ibarət 1 mərtəb əli talvarın, təndirxananın və 1 mərtəbəli 76,9 kv.m talvarın ilkin satış qiymətinin 60000 (altmış min) manat məbləğində, Cavabdeh1 xüsusi mülkiyyətindəki Quba rayonu, İqriq kəndində 0,01405 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 21000 (iyirmi bir min) manat məbləğində və Cavabdeh1 xüsusi mülkiyyətindəki x və üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının ilkin satış qiymətinin 28.000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərinin icrasını gecikdirmişdir və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərL.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) xx xxxxxx 2019- cu il tarixli, 2(105)-398/19 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-3528/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi faiz borcuna dair hissədə və ipoteka predmetlərinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi, Cavabdeh1 xASC-nin xeyrinə milli manat ekvivalentində faiz borcu üzrə 5734,34 (beş min yeddi yüz otuz dörd dollar otuz dörd sent) ABŞ dolları, cəmi 47133,13 (qırx yeddi min yüz otuz üç dollar on üç sent) ABŞ dollarının tutularaq iddiaçıya ödənil məsi, Quba rayonu, İqriq kəndində 0,30 ha torpaq sahəsində 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 82.000 manat, Quba rayonu, İqriq kəndində 0,01405 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi və 140,5 kv.m tikintialtı sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 30.000 manat, x üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 42.500 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehdən müştərək qaydada 145.00 (yüz qırx beş) manat ekspertiza xərcinin tutularaq büdcə hesabına, 500 (beş yüz) manatın tutularaq “xxxx” ASC-nin Sumqayı t şəhər filialındakı hesaba köçürülməsi qət edilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi əsaslarına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Bununla belə, keçirilmiş ekspertiza rəyi əsasında borcun məbləğini və ipoteka predmetlərinin ilkin satış qiymətlərini dəyişdirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin əsas və faiz borcunun, eləcə də tələbin yönəlməli olduğu ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissədə ləğv, işi həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, işə baxan məhkəmə kredit xəttinin manatla olmasına baxmayaraq, sonradan onu qanunsuz olaraq dollara çevrilməsinə, Cavabdeh1 manatla kredit verməsinə baxmayaraq, indi borcun dollarla tələb edilməsinə hüquqi qiymət verməmiş, eləcə də, əsas və faiz borcu şişirdilib və Cavabdeh1 ödədiyi bütün məbləğlər nəzərə alınmayıb, eləcə də, əmlaklara qiymət qoyularkən 2014-cü ilin qiymətləri əsas götürülüb, hansı ki, indi bazarda daşınmaz əmlakın qiyməti kəskin olaraq dəyişdirilmişdir. Ona görə də, apelyasiya məhkəməsindən bu faktlara hüquqi qiymət verilməsi xahiş edilir. Bundan əlavə, məhkəmə baxışı zamanı Cavabdeh1 iştirakı təmin edilmədiyi üçün, o, öz şikayətinin dəlillərini çatdırmaq və şikayətini müdafiə etmək hüququndan məhrum edilmişdir. Bu isə məhkəmə müdafiəsi hüququnun kob ud surətdə pozulması kimi qiymətləndirilməli və qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçı lardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
13. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
14. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın i potekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:
15. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
16. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
17. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu ver ir.
18. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
19. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxs lər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözl ə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli, 8839 saylı ekspertiza rəyinə əsasən, təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışları məlumatları və tərəflər arasında bağlanılmış 4 saylı, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh1 iddiaçıya xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin müdətinin bitdiyi tarixə) olan borcu əsas borc üzrə 41469,74 ABŞ dolları, faiz borcu üzrə 5734,34 ABŞ dolları təşkil edir.
26. İş üzrə keçirilmiş «S-Əmlak» qiymətləndirmə ekspert mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Xa torpaq sahəsində 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin qiyməti 82.000 manat, Quba rayonu, İqriq kəndində 0,01405 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi və 140,5 kv.m tikintialtı sahədən ibarət qeyri-yaşayış binasının qiyməti 30.000 manat, x üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının qiyməti 42.500 manat təşkil edir.
27. Həmin ekspertiza rəylərini əsas götürən apelyasiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna dair hissəd ə və ipoteka predmetlərinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, Cavabdeh1 xASC-nin xeyrinə milli manat ekvivalentində faiz borcu üzrə 5734,34 ABŞ dolları, cəmi 47133,13 ABŞ dolları tutularaq iddiaçıya ödənilməli, Xha torpaq sahəsində 2 mərtəbəli, 445,4 kv.m ümumi, 134,1 kv.m yaşayış, 311,3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 82.000 manat, Quba rayonu, İqriq kəndində 0,01405 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 119,3 kv.m ümumi və 140,5 kv.m tikintialtı sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 30.000 manat, x üzərində yerləşən 1 girişli, 35,1 kv.m ümumi, 35,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 42.500 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxl anılmalıdır.
28. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir.
29. Apelyasiya məhkəməsinin qətnaməsi ilə ipoteka predmetlərinin dəyəri artırılmışdır. Cavabdeh isə kassasiya şikayətində bu rəylərlə belə razı olmadığını bildirsə də, predmetlərin dəyərinə dair mötəbər sübutlarını apelyasiya məhkəməsinə təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, ipoteka predmetlərinə tutma yönəldilərkən əşyanın likvid qiyməti əsas götürülməlidir. Likvid dəyər isə, bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir(Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadı).
31. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunma malı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.