Məhkəmə qərarları › İş №2(102)-3430/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3430/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3430/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Şarayeva Aysel Natiq qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(104)-1282/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 6 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Şarayeva Aysel Natiq qızına İddiaçı ASC-nin “Gəncə” filialı tərəfindən illik 25%-lə 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

2. Kredit borcunun təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən, 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli evin 36 nömrəli mənzili 6 mart 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, həmçinin Cavabdeh3 və Cavabdeh4 ilə 6 mart 2020-ci il tarixli zaminlik müqavilələri bağlan mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC-nin cavabdeh Şarayeva Aysel Natiq qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Şarayeva Aysel Natiq qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə 8806.81 manat əsas, 11.12 manat faiz, 5.04 manat cərimə borcu olmaqla ümumilikdə 8822.97 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sa hədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vısait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarə t 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, Şarayeva Aysel Natiq qızı ilə İddiaçı ASC arasında bağlanmış 06 mart 2020-ci il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Şarayeva Aysel Natiq qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə 8806.81 manat əsas, 3778.38 manat faiz, 6024.53 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 562.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19171.82 manat məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətna mənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edil mişdir ki, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2020-ci il 06 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 72 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 02-dək Şarayeva Aysel Natiq qızının 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə banka 8806.81 manat əsas, 11.12 manat faiz, 5.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8822.97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Şarayeva Aysel Natiq qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bi ldiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

6. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 7. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 0881/22/NB nömrəli mütəxəssis rəyi ilə ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin likvid qiyməti 42000 manat müəyyən edilmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1598 nömrəli ekspert rəyi ilə Şarayeva Aysel Natiq qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Şarayeva Aysel Natiq qızının banka olan borcunun xx.xx.2021-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 70.66 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, kredit müqaviləsinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 1466.20 manat təşkil etdiyi müəyyən edilmişdir.

10. Şəmkir Rayon Məhkəmsinin 2(076)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5419 saylı ekspert rəyi ilə Şarayeva Aysel Natiq qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X1 banka olan borcunun xx.xx.2021-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 70.66 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, kredit müqaviləsinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 1466.20 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Şarayeva Aysel Natiq qızı tərəfindən ödə nilmiş pul vəsaitlərinin cəmi 330.83 manat “Dəbbə ödəmə” təyinatı ilə “21244” saylı hesaba silindiyi əks olunmuşdur. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”ə əsasən 21244 saylı hesabların “rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları – milli valyutada” təyinatlı silinmələr üçün nəzərdə tutulduğu müəyyən olunmuşdur.

12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx. 2024-cü il tarixli, 9/9847 nömrəli ekspert rəyi ilə Şarayeva Aysel Natiq qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Şarayeva Aysel Natiq qızının banka olan borcunun xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 918.59 manat, illik 5% dərəcəsi ilə faiz borcu 547.62 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Şarayeva Aysel Natiq qızı tərəfindən ödənilmiş pul vəsaitlərinin cəmi 330.83 manat “Dəbbə ödəmə” təyinatı ilə “21244” saylı hesaba silindiyi əks olunmuşdur. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq edi lmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”ə əsasən 21244 saylı hesabların “rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları – milli valyutada” təyinatlı silinmələr üçün nəzərdə tutulduğu müəyyən olunmuşdur.

14. Şəmkir Rayon Məhkəməsinin 2(076)-70/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia tələbi qismən təmin edilərək 8479.25 manat əsas və 918.59 manat faiz borcu, 423.95 manat cərimə borcu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının, cəmi 9861.79 və 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlər Şarayeva Aysel Natiq qızından, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Rufan Sharayevin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 42 000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 9861.79 və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-yə ödənilməsi, mənzilin satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin Rufan Sharayevə qaytarılması, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Rufan Sharayevn mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Şarayeva Aysel Natiq qızından, Cavabdeh3 və Cavabdeh4 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Şarayeva Aysel Natiq qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəm əli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə əsaslıdır.

16. Məhkəmə hesab etmişdir ki, cavabdeh Şarayeva Aysel Natiq qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini is ə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə əsaslıdır.

17. Məhkəmə iddiaçının cavabdehlərdən kredit borcunun ödənilməsi tələbini əsaslı saysa da, məhkəmə iddia ərizəsinə əlavədə tələb edilən kredit borcu ilə qismən razılaşmışdır. Belə ki, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şarayeva Aysel Natiq qızı ilə bank arasında xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0.-1077-20 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin müddəti 18 ay müəyyən edilmişdir. Belə olan halda isə müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitməsi mübahisəsiz haldır.

18. Müqavilənin müddəti xx.xx.202 1-ci il tarixində bitməsinə baxmayaraq, bankın xx.xx.2022-ci il tarixinə hesablanmaqla faiz borcunun tələb edilməsi əsassızdır. Çünki, müqavilə üzrə Aysel Şarayeva 18 ay müddətinə, illik 25 faiz hesablanmaqla 10 000 manat kredit borcunun qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür.

19. Buna görə də kredit müqavilə üzrə əsas borc ilə yanaşı, xx.xx.2021-ci il tarixinə olan faiz borcu cavabdehlərdən tutulmalıdır.

20. Məhkəmə tərəfindən iş üzrə dəfələrlə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə bir neçə ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmin ekspert rəylərinə münasibət olaraq bildirmişdir ki, iş üzrə verilmiş hər üç ekspert rəyinə əlavə edilmiş qrafik cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli, 10- MGZ2-1-0-1077-20 saylı kredit müqavilə üzrə Şarayeva Aysel Natiq qızının xx.xx.2021-ci il tarixə 8479,25 manat əsas borcu, 918.59 manat faiz borcunun olduğu aşkar görünür. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, 8479,25 manat əsas borcu, 918.59 manat faiz borcu cavabdehlərdən tutulmalıdır.

21. Məhkəmə iddianın xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizin əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına münasibət olaraq bildirmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

22. Qanunvericilikdə gecikdirilmiş vaxt üçün 5 faizin hesablanması, müqavilənin qüvvədə olduğu müddəti ehtiva etmir. Belə ki, borclunun təqsirli hərəkətləri nəticəsində bank gecikdirilmiş vaxt üçün 5 faizi miqdarında zərəri müqavilənin bitdiyi və ya müqavilənin vaxtından əvvəl ləğv edildiyi (xitam verildiyi) tarixdən sonra üçün tələb etmək hüququna malikdir.

23. Məhkəmə bank tərəfindən cavabdehlərə göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna münasibət olaraq bildirmişdir ki, həmin məktubun məzmunundan görünür ki, bank 5 gün müddətindən kreditin ödənilməsini cavabdehlərə bildirmiş, əks təqdirdə isə notariusun icra qeydi və ya məhkəmə müraciət edəcəyi qeyd edilmişdir. Həmin məktubda müqavilənin şərtlərinin cavabehlər tərəfindən əhəmiyyətli dərəcədə pozulması nə ticəsində müqavilənin birtərəfli qaydada ləğv edilməsindən söhbət belə getməmişdir, yəni iradə ifadəsi olmamışdır. Buna görə də tərəflər arasında bağlanmış kredit müqaviləsi məhz müddətin başa çatması əsası ilə xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanması hissəsində təmin edilməməlidir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını və cavabdehin əsas borcunun 8479.25 manat olduğunu nəzərə alaraq, iddia ərizəsinə əlavədə göstərilən dəbbənin 6024.53 manat məbləğində deyil, 423.95 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli sayır.

25. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.

26. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

27. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4n qarşı hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, adı çəkilən şəxslər xx.xx.2020-ci il tarixli 10- MGZ2-1-0-1077-20 nömrəli müqavilə ilə Şarayeva Aysel Natiq qızının öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.

28. Məhkəmə həmçinin tələbin Cavabdeh2a məxsus ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyi ndən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir.

29. İddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.

30. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilinin likvid qiyməti 42 000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

31. Məhkəmə eyni zamanda, iddia tələbinin “Cavabdeh2 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” dair hissəsini araşdıraraq hesab etmişdir ki, qeyd edilən mənzil ipoteka müqavilə si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 evin mülkiyyətçisi olduğundan istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır.

32. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvləri nin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “mənzildə yaşayanların qeyd olunan daşınmaz əmlaklara istifadə hüquqlarına xitam verilməsi” barədə iddia tələbi təmin edilə bilməz.

33. İpoteka qoyanın və digər şəxlərin (ailə üzvlərinin) istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı mənzildə yaşayanların mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməsi əsassızdır.

34. M əhkəmə, iddia tələbinin “mənzildə yaşayanların mənzildən çıxarılmaları və mənzilin məcburi boşaldılması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslı olmasına baxmayarq, cavabdeh kimi qoyulan şəxslərdən yalnız Cavabdeh2 yaşayış yerinin (qeydiyyat ünvanı) ora olduğundan, iddia ərizəsinə əlavə də qeyd edilən “digər şəxslər” kim olması heç kimə bəlli olmadığından iddia yalnız həmin hissədə Cavabdeh2a münasibətdə təmin edilməlidir

35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrinə, “Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. İddiaçı ASC apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertiza rəyinə əsaslanaraq iddia tələbinin cərimə və faiz, illik 5 faiz əldən çıxmış fayda hissəsini əsassız olaraq təmin etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmə ərizəsindən görünür ki, cavabdehin banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8806.81 manat, əsas məbləğə hesablanmış faiz borcundan 3778.38 manat, 6024.53 manat cərimə pulu, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 562.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19171.82 borcu vardır. İşdən göründüyü kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışında və hesabdan çıxarışda göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas və faiz borcu məbləğləri fərqli olaraq qeyd edilmiş, ekspert tərəfindən qurulmuş cədvəldəki ödəniş məbləğinin əsas borca və faiz borcuna silinmə məbləği, faiz bor cu hesablanan günlərin sayı, həmin müqavilə üzrə ekspertizaya təqdim edilmiş ödəniş cədvəli, hesabdan çıxarışlar və ödəniş qəbzlərindəki rəqəmlərlə uyğunluq təşkil etmir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən göründüyü kimi borclu növbəti aydan başlayaraq hər ayın 6-da aylıq ödəniş olaraq 671,92 manat pul ödəməli idi. O, krediti götürdüyü ilk aydan başlayaraq artıq gecikmələrə yol vermiş və öhdəliyin şərtlərini pozmuşdur. Ekspert özünün tərtib etdiyi qrafikə ilk baxışdan baxsaq heç bir qüsurun olmadığını zənn etmək olar, lakin bir məsələ var ki, ekspert kredit müqaviləsinin 11-ci bəndinin tələbini yaddan çıxarmış və borclunun gecikmələrinə görə kreditorun cərimə tələb etmək hüququnu görməzdən gəlmişdir. Həm maliyyə arayışından, həm də ki, hesabd an çıxarışdan göründüyü kimi bu kredit müqaviləsi üzrə borclu əsas məbləğdən 1193,19 manat pul ödəmişdir. O, birinci aydan artıq gecikməyə yol vermiş, nəticədə bank tərəfindən ayrı-ayrı vaxtlarda ödənilən məbləğin cəmi 330,83 manatını cəriməyə silmişdir. Ekspert bu hala diqqət etməmiş, həmin 330,83 manatı cərimə ödənişi kimi yox, adi kredit ödənişi kimi nəzərə almışdır.Hesab edir ki, təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir.

38. Cavabdeh Şarayeva Aysel Natiq qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gəlirlərinin azalması və səhhətində olan problemlər onun öd ənişləri vaxtında aparmağına da təsir etmişdir və müqavilədə nəzərdə tutulmasa da, bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnamə qəbul edərkən faiz və cərimənin məbləğini rəyə uyğun təmin etmiş, əsas borc məbləği şişirdilmişdir. Bank məhkəməyə müraciət edərkən faiz və cərimə kifayət qədər aşağı olmuşdur. Belə ki, cavabdehin işi məhkəmədə olarkən faiz və cərimə şişiridilmiş və hesabdan çıxarışlar maliyyə arayışının müddəti ilə deyil, ekspertiza keçirilən tarixə təqdim edilmişdir.

40. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə və iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etməklə, cavabdeh Aysel Şarayevdən 8479.25 manat əsas, 918.59 manat faiz borcu tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

42. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında kredit müqaviləsi 18 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək olan müddət üçün bağlanılmışdır. İşdə olan müvafiüq ekspertiza rəyləri ilə müəyyən edilir ki, cavabdehin həmin tarixə əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 918.59 manat borcu qalmışdır.

43. Cavabdeh Aysel Şarayeva apellyasiya dəlillərində əsas kredit borcu üzrə silinmələrin olmadığı və faiz borcunun artıq hesablanmasın ı iddia etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, cavabdehin banka olan əsas və faiz borcu müəyyən edilmişdir ki, həmin rəyin mötəbərliyi və həqiqiliyi heç bir şübhə doğurmur.

44. Apellyasiya instansiyası məhkəməsi iddianın xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizin əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına münasibət olaraq bildirmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə n çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

45. Apellyasiya instansiyası məhkəməsi məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanması hissəsində təmin edilməməsinə dair düzgün nəticəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

46. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən cərimə hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Bankın əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 423,95 manat cərimə borcunun tutulması əsaslı sayır və hesab edir ki, Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış 6024,53 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olm amasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, birinci insttansiya məhkəməsi əsas və faiz borcuna adekvat məbləğdə, yəni 423,95 manat cərimə tutulmasını ədalətli və qanuni hesab etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

48. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 443.1, 445, 448.1, 462.1, 467, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1282/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxaraq, bir tək ekspertiza rəyinə əsaslanıb iddia tələbinin cərimə və faiz, illik 5 faiz əldən çıxmış fayda hissəsini əsassız olaraq təmin etməmişdir.İddiaçı tərəfindən təqdim olunmuş sübutlar: kredit müqaviləsinin şərtləri, maliyyə arayışı, ödəniş cədvəli və hesabdan çıxarış m əlumatları ola bilər ki,ekspert tərəfindən qarşılıqlı olaraq araşdırılmamışdır. Çünki müqaviləyə və qanuna uyğun olaraq borclu tərəfindən ödənilən vəsait ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə ilə ödənildikdə, kreditor ilk növbədə həmin günə hesablanmış cərimə, faiz, artıq qalanməbləği isə əsasdan silə bilər. Yəni ekspert tərəfindən bu kimi hallar tam araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmə ərizəsindən görünür ki, cavabdehin banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8806.81 manat, əsas məbləğə hesablanmış faiz borcundan 3778.38 manat, 6024.53 manat cərimə pulu, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 562.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19171.82 borcu vardır. Məhkəmənin müvafiq qərardadı əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Şarayeva Aysel Natiq qızının banka olan borcu ümumilikdə aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixə əsas borc 8479,25 manat, faiz borcu 70,66 manat. xx.xx.2022-ci il tarixə (illik 5 faizlə hesablanmaqla) əsas borc 8479,25 manat, faiz borcu 1466,2 manat. Qeyd olunan rəylə razılaşmayaraq təkrar mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etdik və bu səfər də ekspert eynən əvvəli kimi: xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Şarayeva Aysel Natiq qızının banka olan borcu ümumilikdə aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixə əsas borc 8479,2 5 manat, faiz borcu 70,66 manat. xx.xx.2022-ci il tarixə (illik 5 faizlə hesablanmaqla) əsas borc 8479,25 manat, faiz borcu 1466,20 manat. İşdən göründüyü kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışında və hesabdan çıxarışda göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas və faiz borcu məbləğləri fərqli olaraq qeyd edilmiş, ekspert tərəfindən qurulmuş cədvəldəki ödəniş məbləğinin əsas borca və faiz borcuna silinmə məbləği, faiz borcu hesablanan günlərin sayı həmin müqavilə üzrə ekspertizaya təqdim edilmiş ödəniş cədvəli, hesabdan çıxarışlar və ödəniş qəbzlərindəki rəqəmlərlə uyğunluq təşkil etmir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən göründüyü kimi borclu növbəti aydan başlayaraq hər ayın 6-da aylıq ödəniş olaraq 671,9 2 manat pul ödəməli idi. O, krediti götürdüyü ilk aydan başlayaraq artıq gecikmələrə yol vermiş və öhdəliyin şərtlərini pozmuşdur. Ekspert özünün tərtib etdiyi qrafikə ilk baxışdan baxsaq heç bir qüsurun olmadığını zənn etmək olar, lakin bir məsələ var ki, ekspert kredit müqaviləsinin 11-ci bəndinin tələbini yaddan çıxarmış və borclunun gecikmələrinə görə kreditorun cərimə tələb etmək hüququnu görməzdən gəlmişdir. Həm maliyyə arayışından, həm də ki, hesabdan çıxarışdan göründüyü kimi bu kredit müqaviləsi üzrə borclu əsas məbləğdən 1193,19 manat pul ödəmişdir. O, birinci aydan artıq gecikməyə yol vermiş, nəticədə bank tərəfindən ayrı-ayrı vaxtlarda ödənilən məbləğin cəmi 330,83 manatını cəriməyə silmişdir. Ekspert bu hala diqqət etməmiş, həmin 330,83 manatı cərimə ödənişi kimi yox, adi kr edit ödənişi kimi nəzərə almışdır. Nəzərə alsaq ki,əsas borc əsassız şəkildə azaldılmışdırsa, bu ona görə hesablanmış faiz borcuna da təsir edir. Hesab edirlər ki, iş üzrə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Odur ki, iddiaçının tələbi ilə ekspert rəyləri arasında ziddiyət olduğu təqdirdə hesab edirlər ki, məhkəmə yuxarıda qeyd etdiyi halların dəqiqləşdirilməsi üçün yenidən ekspertiza keçriməli idi. Bundan başqa əsas borca hesablanmış illik 5 faiz əldən çıxmış faydanın təmin edilməməsi hissəsində də məhkəmənin əsaslandırması ilə razı deyillər. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıd ır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə “gecikdirilmiş vaxt üçün faizi” eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır.

51. Tərəflərindən məhkəməyə borclu tərəfindən qərəzli olaraq borcun ödənilməməsi ilə bağlı kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır.

52. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 102.2, 103.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

55. Maddə 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

57. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

58. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

59. Maddə 445.7(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdiri lmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

60. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

61. Maddə 462.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

62. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən so nra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 7

1. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın pul məbləği tələbinə dair təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səh v tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

78. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın pul məbləği tələbinə dair təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(104)-1282/2024 nömrəli qətnaməsi iddianın pul m əbləği tələbinə dair təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar