Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3431/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin likvid dəyərinin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020/00164-1 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ASC tərəfindən Cavabdeh1 illik 36 faiz dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə 26400 manat məbləğində kredit verilmişdir.
2. Kredit borcunun ödənilməsinin təminatı olaraq, İddiaçı BOKT ASC ilə Cavabdeh2 qızı arasında bağlanmış 2020/00164-01İP saylı, 30 iyun 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin, 29 saylı mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti olan əmlak 50000 man at məbləği dəyərində qiymətləndirilmiş və mənzilin ipoteka predmeti kimi yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, 26400 manat məbləğində əsas kredit borcunun, 16570,80 manat məbləğində faiz borcunun, 16500 manat məbləğində cərimə borcunun, ümumilikdə 59470,80 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasını, borcun Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilə y önəldilməsi, mənzilin likvid dəyərinin 50000 (əlli min) manat müəyyən edilməklə açıq hərracda satılmasını, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin kredit borcunun ödənilməsi, açıq hərracda satıldıqdan sonra mənzilin boşaldılması və mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmaqla qeyd etmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borclu Cavabdeh1 hər ay vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəmək öhdəliyi götürmüş, müəyyən məbləğ pul ödənişini həyata keçirmiş, lakin sonra bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə şifahi və yazılı formada x əbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. 6. "xxxx" MMC-nin ƏEM/O 43-978/21 saylı, 21 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan və banka ipoteka predmeti kimi təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilin likvid dəyəri 69000 AZN və aparılmış tədqiqatın dəyəri 200 manat məbləğində təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə “məhkəmə-mühasibatlıq ekspertizası’nın keçirilməsinə dair 9/4094 nömrəli, 18 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabde h1 2020/00164-01 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC-yə əsas kredit borcu 26400 AZN məbləği və faiz borcu – 1998,00 AZN, aparılmış tədqiqatın dəyəri 50 AZN məbləğində təşkil etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə “məhkəmə-mühasibatlıq ekspertizası’nın keçirilməsinə dair 9/1186 nömrəli, 14 mart 2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 2020/00164-01 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 25 noyabr 2021-ci il tarixə İddiaçı BOKT ASC-yə əsas kredit borcu - 26400 AZN məbləği və faiz borcu - 12795,60 AZN, aparılmış tədqiqatın dəyəri 50 AZN məbləğində təşkil etmişdir. 9. 18 aprel 2022-ci il tarixli borc haqqında arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə 18 aprel 2022-ci il tarixə banka 26400 AZN məbləğində əsas kredit borcu, 16570,80 AZN məbləğində faiz borcu, 16500 AZN məbləğində cərimə borcu olmaqla ümumilikdə 59470,80 AZN məbləğində kredit borcu mövcuddur.
10. Cəbrayıl Rayon Məhkəməsinin (hakim Tərlan Nüsrətov) 2(072)-004/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020/00164-01 saylı, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 26400 AZN məbləğində əsas kredit borcu, 16570,80 AZN məbləğində faiz borcu, 500 (beş yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 43470,80 AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 qızının xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 69000 AZN məbləği olmaqla, açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit borcunun ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada mülki iş üzrə əlavə ekspertiza tədqiqatının dəyəri olan 50 AZN məbləğində pul vəsaitinin tutularaq Dövlət nəfinə və mülki iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 AZN məbləğində pul vəsaitinin tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsi r ədd edilməsi qət edilmişdir.
11. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipoteka predmetini 50000 AZN məbləği həddində qiymətləndirilməsinə etiraz etməmişlər. Bununla yanaşı, məhkəmə araşdırılması zamanı isə məsələ ilə bağlı tərəflər arasında mübahisə mövcüd olacağına görə ilkin olaraq ipoteka predmeti olan daşınmaz əmlaka dair məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə "xxxx" MMC-nin ƏEM/O 43978/21 saylı, 21 oktyabr 2021-ci il tarixli qiymətləndirmə rəyi əldə edilmişdir. İpoteka predmetinin ilkin s atış qiymətinin müəyyənləşdirilməsi barədə "xxxx" MMC-nin ƏEM/O 42987/21 saylı, 21 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatı hazırda mövcud olan bazar qiymətlərinə uyğun olduğu üçün ipoteka predmetinin hərracda ilkin satış qiyməti (likvid dəyəri) 69000 AZN məbləğində müəyyən edilməlidir.
12. Məhkəmə iddia tələbinin mənzilin açıq hərracda satıldıqdan sonra boşaldılması hissəsində hesab etmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili bir ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətl ər) üzrə tələb hüququ yaranmadığı üçün iddia tələbi mənzilin açıq hərracda satıldıqdan sonra boşaldılması hissəsində rədd edilməlidir.
13. Məhkəmə iddia tələbinin 16500 AZN məbləğində cərimə borcunun ödənilməsi hissəsində hesab etmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı BOKT ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 16500 AZN məbləğində cərimə borcu 500 AZN məbləğinə qədər azaldılmalıdır.
14. Məhkəmə “ekspert və mütəxəssis rəyləri”nin mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsi ilə bağlı hesab etmişdir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik və “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” məsələsi texniki bilik tələb olunan hallar olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri ilə təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ekspert və mütəxəsis tərəfindən tədqiqat aparılmaqla təsdiq olunması mümkündür. Ekspert və mütəxəssis rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert və mütəxəssis rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert və mütəxəssis rəyləri iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir.
15. Bundan başqa, məhkəmə İddiaçı BOKT ASC-nin 18 aprel 2022-ci il tarixli maliyyə arayışı ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı BOKT ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında (1178-1020 saylı, 16 oktyabr 2020-ci il tarixli və 238-112021 saylı, 25 noyabr 2021-ci il tarixli maliyyə arayışları) qeyd edilmiş “əsas kredit borcu” və “faiz borcu” məbləğləri ilə ekspert rəylərində (ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/4064 №-li, 18 avqust 2021-ci il tarixli və əlavə “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1186 №-li, 14 mart 2022-ci il tarixli ekspert rəyləri) qeyd edilmiş “əsas kredit borcu” və “faiz borcu” məbləğləri üst-üstə düşür. Bu səbəbdən də, kredit müqaviləsi üzrə Cavabdeh1 18 aprel 2022-ci il tarixə kredit borcu öhdəliyinin həcminə dair əlavə və (və ya) təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə real əsaslar yoxdur.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı Finoko” BOKT ASC-nin 18 aprel 2022-ci il tarixli maliyyə arayışında əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, iddiaçı Finoko” BOKT ASC-nin 18 aprel 2022-ci il tarixə maliyyə arayışı iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut k imi qəbul edilməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 203.1, 297, 385.1, 421.1, 421.2, 424.2, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 460.1, 467, 470, 472, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı BOKT ASC apellyasiya şikayəti verərək Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-004/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan mənzilin yeni likvid dəyərinin müəyyən edilərək dəyişdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozul ması ilə qəbul edilmişdir. İş üzrə təkrar qiymətləndirici təyin edilməsi üçün kifayət qədər əsas olsa da, məhkəmə bu barədə vəsatəti təmin etməmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən likvid dəyərlə, ekspert rəyi ilə müəyyən edilən likvid dəyər arasında fərqin 19000 manat məbləğində olması ağlabatan deyil.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) 2(106)-101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəbrayıl Rayon Мəhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(072)-004/2022 nömrəli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməsi, ipoteka predmetinin ilk in satış qiyməti (likvid dəyəri) 60000 manat müəyyən edilmiş, qiymətləndiricinin rəyinin alınmasına görə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 qızından 300 manat məbləğində pul vəsaitinin tutularaq “X5” MMC-nin hesabına köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə mübahisələndirilməmişdir.
21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka predmetinə dair tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən likvid dəyər ilə qiymətləndiricinin rəyi arasında böyük fərq vardır. Ona görə də, apellyasiya baxışında iş üzrə müvafiq qiymətləndirmə keçirilmişdir. 22. “X5” MMC-nin 14 noyabr 2022-ci il tarixli qiymətləndirmə hesabatına görə mübahisəli əmlaka baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi Cavabdeh1 tərəfindən təqdim edilən fotoşəkillər əsasında aparılmışdır. “X5” MMC-nin monitorinq bazasına əsasən, Xırdalan şəhərində likvidlik faizi 7-15 faiz arasında dəyişir. Əmlakın yaxşı yerdə yerləşməsi likvidliyinə müsbət təsir etdiyindən likvidlik 9 faiz hesablanmışdır. Bütün göstəricilər nəzərə alınmaqla, apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mənzilin 14 noyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 66000 manat, likvid dəyəri 60000 manat təşkil edir.
23. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ipoteka predmeti olan mənzilin yeni likvid dəyərinin “X5” MMC- nin qiymətləndirmə rəyinə uyğun müəyyən edilərək dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Kollegiya hesab etmişdir ki, i poteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən “X5” MMC-nin arayışında göstərilən likvid dəyəri əsas götürülməlidir.
25. Cavabdeh1 (sonuncu qiymətləndirmə rəyinin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini bildirmiş, əmlakın qiymətləndirilməsinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsini və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.) yazılı etirazında iş üzrə faiz borcunun düzgün hesablanmadığını qeyd etmiş, faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin yazılı etirazına münasibətdə qeyd etmişdir ki, iş üzrə əsas borcun və faizlərin müəyyən edilməsi məqsədilə müvafiq qaydada ekspertizalar keçirilmişdir. Cavabdeh tərəf faiz borcunun yenidən hesablanmasını əsaslandırmamışdır. Bu səbə bdən, kollegiya faiz borcunun yenidən hesablanması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas tapmamışdır. Digər tərəfdən, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirməmişdir və kollegiya işə iddiaçının apellyasiya şikayəti həddində baxmışdır.
27. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci, “İpoteka haqqında” Qanunun 34.1.1 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh X2 (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və ipoteka müqaviləsinin predmeti olan Cavabdeh2 qızının xüsusi mülkiyyətində ki Abşeron Rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18, 29 saylı mənzilin ilkin satış qiymətinin 69000 manat müəyyən edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın likvid dəyəri birinci instansiya zamanı keçirilmiş qiymətləndirmədə tam göstərilmiş, qiymətləndirmə qanuni və əsaslı aparılmış, düzgün hüquqi nəticəyə gəlinmişdir, apelyasiya instansiya mərhələsində ikinci qiymətləndirmənin keçirilməsi əsassız olmuşdur, işin hallarına uyğun nəticəyə gəlinməmişdir. Məhkəmə nəyə əsasən ikinci qiymətləndirməni üstün saydığını öz qətnaməsində qeyd etməmişdir.
30. Cəbrayıl Rayon Məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə mübahisə doğurmayacaq səviyyədə tam, əsaslı və düzgün olmuşdur. Ekspert bilə-bilə yalan rəy verməyə görə m əsuliyyət barədə xəbərdar edilmiş, ipoteka predmeti olan mənzilə baxış keçirilmiş, qiymətləndirmə zamanı obyektin yerləşdiyi ərazinin xüsusiyyətləri, bina haqqında ümumi məlumatlar, qiymətləndirilən obyektin xüsusiyyətləri tam təsvir olunmuşdur. Lakin Şirvan Apelyasiya məhkəməsi zamanı keçirilmiş qiymətləndirmədə mənzilə ümumiyyətlə baxış keçirilməmiş, sadəcə fotoşəkillər əsasında rəy verilmiş,qiymətləndirilən obyektin xüsusiyyətləri nəzərə alınmamışdır. Buna baxmayaraq Şirvan Apelyasiya məhkəməsi bu hallara qiymət vermədən “X5” MMC-nin rəyini əsas götürmüşdür. Əmlakın likvid dəyəri birinci instansiya zamanı keçirilmiş qiymətləndirmədə tam göstərilmiş, qiymətləndirmə qanuni və əsaslı aparılmış, düzgün hüquqi nəticəyə gəlinmişdir, apelyasiya instansiya mərhələsində ikinci qiymətləndirməni n keçirilməsi əsassız olmuşdur, işin hallarına uyğun nəticəyə gəlinməmişdir. Məhkəmə nəyə əsasən ikinci qiymətləndirməni üstün saydığını öz qətnaməsində qeyd etməmişdir.
31. Hesab edirik ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023, 2(106)-101/2023 Qətnaməsi iş üzrə sübutlara deyil, şifahi mülahizələrə əsaslanaraq çıxarılmışdır. Heç bir zərurət olmadan qərəzli olaraq ikinci dəfə qiymətləndirmə ilə bağlı ekspertiza keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
34. Maddə 317.2. Satış “ İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
36. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ba xışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətinin dəlillərində qətnamə cavabdeh tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinə dair tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən likvid dəyər ilə qiymətləndiricinin rəyi arasında böyük fərq vardır. Ona görə də, apellyasiya baxışında iş üzrə müvafiq qiymətləndirmə keçirilmişdir. “X5” MMC-nin 14 noyabr 2022-ci il tarixli qiymətləndirmə hesabatına görə mübahisəli əmlaka baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi Cavabdeh1 tərəfindən təqdim edilən fotoşəkillər əsasında aparılmışdır. “X5” MMC-nin monitorinq bazasına əsasən, Xırdalan şəhərində likvidlik faizi 7-15 faiz arasında dəyişir. Əmlakın yaxşı yerdə yerləşməsi likvidliyinə müsbət təsir etdiyindən likvidlik 9 faiz hesablanmışdır. Bütün göstəricilər nəzərə alınmaqla, apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mənzilin 14 noyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 66000 manat, likvid dəyəri 60000 manat təşkil edir.
50. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən “X5” MMC- nin arayışında göstərilən likvid dəyəri əsas götürülməlidir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şi kayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(106)-101/2023 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.