Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3432/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 xqızına və Cavabdeh2 qarşı iddia qaldıraraq (sonradan iddia tələbinin həcmi artırılmışdır), Cavabdeh1 xqızından İddiaçı ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixl i, sm5250 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 48.537,30 ABŞ dolları, faiz borcuna görə 11.694,48 ABŞ dolları, cərimə borcuna görə 16.000 ABŞ dolları, cəmi 76.231,78 ABŞ dolları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 61 manat pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 xqızına məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə və həmçinin Cavabdeh2 məxsus ünvan 2rləşən 8 saylı mənzilə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xqızının xx xxxx 2014-cü il tarixli, smX saylı kredit müqaviləsi üzrə 76.231,78 ABŞ dolla rı və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 xqızına məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə tutrna yönəldikdən və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, həmçinin mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması və evin boşaldılması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 xqızına məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiyməti və həmçinin Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvaınında yerləşən 8 saylı mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satı lmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 xqızından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim T.Mahmudova) xx xxxxxxxx 2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxx 2014-cü il tarixli, sm5250 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx xxxx 2017-ci il tarixə ödənilməmiş 48.499,58 ABŞ dolları əsas borc, 15.965,52 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 64.965,10 (altmış dörd min doqquz yüz altmış beş dollar on sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində borc Cavabdeh1 xqızından İddiaçı Açıq Səhmdar Cəmiy yətinin xeyrinə tutulması, tələbin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 xqızı ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, sm5250/l saylı ipoteka müqaviləsinə və Cavabdeh2 ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, sm5250 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 2rləşən 8 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiymətinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 2rləşən 8 saylı mənzilin ilkin satış qiymətinin isə 45.000 (qırx beş min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin və ünvan 3rləşən 8 saylı mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan m əbləğin xx xxxx 2014-cü il tarixli, sm5250 saylı əsas kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə ödənilməmiş 64.965,10 (altmış dörd min doqquz yüz altmış beş dollar on sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyula məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 xqızının banka olan borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 xqızına qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və xidmət haqqının, cəmi 90 (doxsan) manat məbləğində pulun Cavabdeh1 xqızından «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sərlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Ə.Əliyev və Q.Əsgərov) 2(102)-6232/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sərlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 verdiyi apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, ipoteka predmetinin ilkin satış qiyməti aşağı məbləğdə müəyyən edilmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barəd ə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.2014-cü il tarixli, sm5250 saylı əsas kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 xqızına illik 22% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2014-cü i l tarixli, sm5250 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 60000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2014-cü il tarixli, sm5250/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xqızına məxsus ünvan 5 ünvanında yerləşən 19 saylı mənzil «İddiaçı” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 50000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2014-cü il tarixli, sm5250 saylı əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2014-cü il tarixli Əlavə Razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, sm525 0 saylı əsas kredit müqaviləsinə əsasən, Cavabdeh1 xqızına məxsus ünvan 5 ünvanında yerləşən 19 saylı mənzil girova götürülmüşdür. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xqızı 39408 ABŞ dolları məbləğində pulu bankın xəzinəsindən nağd şəkildə götürmüşdür. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xqızı 39600 ABŞ dolları məbləğində pulu bankın xəzinəsindən nağd şəkildə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx.xx.2014-xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 8 saylı mənzil Cavabdeh2 tam mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 19 saylı mənzil Cavabdeh1 xqızının tam mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 qızına məxsus ünvan 5 ünvanında yerləşən 19 saylı mənzil İddiaçı ASC-ni n xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx.xx.2014-cü ildən 36 ay müəyyən edilmişdir. B02/PK/11403 saylı, xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xqızının xx.xx.2014-cü il tarixli, sm5250 saylı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə 48537,30 ABŞ dolları əsas borc, 15965,52 ABŞ dolları faiz borcu, 16000 ABŞ dolları cərimə borcu, cəmi 80502,82 ABŞ dolları məbləğində borcu vardır. Bildirişlərin surətlərindən görünür ki, Cavabdeh1 xqızına və Cavabdeh2 borcu lazımi qaydada ödəməsi haqqında xəbərdarlıq edilmişdir. Bankın xx.xx.2016-cı il tarixli bildirişindən görünür ki, Cavabdeh1 xqızına və Cavabdeh2 borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 20/01-17/E-10-V saylı rəyindən görünür ki, Cavabdeh1 xqızına məxsus ünvan 5 ünvanında yerləşən 19 saylı mənzilin xx.xx.2014-cü il tarixinə bazar dəyəri 60000 manat, xx.xx.2017-ci il tarixinə bazar dəyəri isə 50000 manat, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 8 saylı mənzilin xx.xx.2014-cü il tarixinə bazar dəyəri 55000 manat, xx.xx.2017-ci il tarixinə bazar dəyəri isə 45000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 6371 saylı rəyindən görünür ki, Cavabdeh1 xqızının xx.xx.2016-cı il tarixə İddiaçı ASC-nə 48499,58 ABŞ dolları əsas borc, 7328,46 ABŞ dolları faiz borcu, 5835,05 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 61663,09 ABŞ dolları məbləğ ində borcu olduğu müəyyən olunur. Azərbaycan Respublikası ƏMDK yanında daşınmaz Əmlakın Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndiriməsinə dair xx xxx 2019-cu il tarixli, 001-02/19 saylı rəyi ilə Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 8 saylı mənzilin xx.xx.2014cü il tarixinə bazar dəyərinin 47000 manat məbləğində müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddə sinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yü klü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi ödənilmədən qalmış borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə nəticəyə gəldikdə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini 45.000 manat məbləğində müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən 8 saylı mənzilin ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Odur ki, ipoteka predmetinin ilkin satış qiymətinin 45.000 manat məbləğində müəyyən edilməsi əsaslıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə r azılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün tərəflərə lazımi qaydada şərait yaradılmış, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xnömrəli
Məhkəmə qərarları › İş №2(102)-3432/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3432/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver