Məhkəmə qərarları › İş №2(102)-3434/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3434/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3434/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bağırova x4 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən kassas iya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(012)-1366/2019) iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 24.11.2017-ci il tarixli, 00000260 saylı “Payçı müqaviləsi” üzrə 31.646 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov, iş № 2(105)334/2020) İddiaçı apelyasiya ş ikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 2(012)1366/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili x2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahi sənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Azərbaycan “Beynəlxalq Bank” və “Beynəlxalq Lizinq” arasında kredit müqavilələri mövcud olmuşdur. Eləcə də iddiaçı ilə Cavabdeh MTK arasında payçı müqaviləsi bağlanmış, həmçinin kreditin qaytarılması ilə bağlı zaminlik müqaviləsi üzrə öhdəlik Cavabdeh MTKnın üzərinə qoyulmuş, iddiaçının rəsmi olaraq ödəniş qabiliyyətində olmaması səbəbindən kreditin qaytarılması öhdəliyi zamin olaraq ödənilməyən aylar üzrə Cavabdeh MTK tərəfindən yerinə yetirilmişdir. İddiaçı ilə Cavabdeh MTK, “Beynəlxalq Lizing” eləcə də “Beynəlxalq Bank”la bağlanmış ipoteka və kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı ilkin ödəniş olaraq MTK-ya 17.541 manat, “Beynəlxalq Lizing”şirkətinə isə aylar üzrə ö dədiyi məbləğ 24.496 manat, (əsas məbləğ 6.315 manat, kredit faizi 18.181 manat), “Beynəlxalq Bank”la bağlanan müqavilə üzrə kredit ödənişi cəmi 22.758 manat (əsas məbləğ 6.968 manat, kredit faizi 15.790 manat) təşkil etmişdir. İddiaçı tərəfindən mənzilə görə cəmi 64.794 manat vəsait ödənmişdir. Mübahisəli mənzilin satın alınması məqsədi ilə payçı “Beynəlxalq Bank”dan 157.855 manat məbləğində kredit götürmüşdür. Bundan sonra krediti vaxtlı-vaxtında ödəmək imkanı olmadığı üçün “Beynəlxalq Bank”ın qarşısında krediti qaytarmaq öhdəliyinə uyğun olaraq bir neçə ay ərzində 2019-cu ildə aylar üzrə 9.144 (doqquz min yüz qırx dörd) manat bankdan götürülmüş kredit və onun faizləri Cavabdeh MTK tərəfindən ödənilmişdir (əsas məbləğ üzrə 2.763 manat, faiz ödənişi üzrə 6.381 manat). Cavabdeh MTK tərəfin dən krediti ödəmək qabiliyyətinə malik deyilsə, mənzili satdıqdan sonra bankdan götürdüyü krediti və digər borcları ödəmək iddiaçıya təklif olunmuşdur. Bununla bağlı bir ilə yaxın vaxt verilsə də iddiaçı mənzilin satılmadığını MTK-ya bildirmiş, iddiaçının krediti ödəmək qabiliyyəti olmadığına görə müqavilə şərtlərinə uyğun olaraq, eləcə də bankın bildirişi əsasında mübahisəli mənzil satışa çıxarılmış, 30 may 2019-cu il tarixdə x3 mənzil ipoteka krediti ilə satılaraq dəyişdirilmiş, mübahisəli mənzil üzrə ödənilməyən 134.300 manat öhdəlik payçının üzərinə qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 448.1, 448.2, 472.1, 472.2, 475.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya məhkəməsi haqlı olaraq belə qən aətə gəlmişdir ki, Cavabdeh MTK 2019-cu il ərzində zaminlik öhdəliyinə uyğun olaraq 9.144 manat iddiaçının əvəzindən “Beynəlxalq Bank”a rəsmi olaraq vəsait ödəmişdir. Həmin vəsaitin 2763 manatı əsas məbləğ, 6381 manatı iddiaçıya ayrılan kreditin faiz məbləğidir. Hesablamalar üzrə iddiaçıya qaytarılmalı olan əsas məbləğ 31.646 manat təşkil edir. İddiaçı tərəfindən bunu təkzib edəcək hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəfindən payçı müqaviləsinin bağlanmasınadək iddiaçı ilə müvafiq kredit təşkilatları arasında bağlanmış müqavilələr əsasında ödənilmiş faizlərin geri qaytarılması mümkünsüzdür. Həmin məbləğlər müvafiq olaraq müvafiq müqavilə şərtlərin uğun olaraq qəbul olunmuşdır. İddiaçı kassasiya şikayət ində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, müvafiq məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab e dib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar