Məhkəmə qərarları › İş №2(102)-3435/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3435/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3435/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli 2(103)-5046/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 11581,28 ABŞ dolları əsas borcun, 08.03.2015-ci il tarixə olan 744 ABŞ dolları faiz borcunun, 08.03.2015-ci il tarixdən 05.02.2018-ci il tarixə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 1690 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14015,28 ABŞ dolları borcun, kredit müqaviləsinin surətinin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 6 manatın və 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 2(004)-1283/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n (hakimlər R.Eyvazov, S.Hacıyev və F.Talışinski) 29 may 2018-ci il tarixli 2(103)-5046/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)1283/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin həqiqi və faktiki halları üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, yalnız iddiaçının fikirlərini sübut kimi qəbul etmişdir. Məhkəmələr tərəfindən mübahisə predmeti üzrə tam araşdırma apa rılmamış, məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Halbuki, kredit müqaviləsi üzrə qaytarılan pulun dəqiqləşdirilməsi yalnız həmin sahədə xüsusi biliyə malik olan mütəxəssislərin vasitəsi ilə müəyyən edilə bilərdi. Kassasiya şikayətinə görə məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirildiyindən o, müvafiq ödənişlərə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdehə pul vəsaiti milli valyutada verilmiş, həmçinin cavabdeh aylıq ödənişləri Azərbaycan manatı ilə etmişdir. ABŞ dolları ilə bağlı problem yarandıqda isə cavabdehə bu barədə iddiaçı tərəfindən heç bir güzəşt edilməmişdir. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə bağlanmış 08.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 06 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 15450 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı təşkilat üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, borclu isə öhdəliyi layiqincə icra etməmiş, kredit borcunu vaxtında qaytarmamış, iddiaçıya 05.02.2018-ci il tarixinə 11581,28 ABŞ dolları əsas borcu, 08.03.2015-ci il tarixə 744 ABŞ dolları faiz borcu, 08.03.2015-ci il tarixdən 05.02.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1690 ABŞ dolları borcu olmaqla 14015,28 ABŞ dolları məbləğində ümumi borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyi ndən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş « vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhd əliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kred it müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olması, eləcə də məhkəmə iclasında iştirakı təmin edilmədiyindən cavabdehin müvafiq ödənişlərə dair sübutlarını məhkəməyə təqdim edə bilməməsi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız sayır və qeyd edir ki, sözügedən ekspertizanın təy in olunması üçün real əsaslar mövcud olmamışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, iş materiallarından aydın olur ki, cavabdehə apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmişdir, başqa sözlə, cavabdeh qeyd etdiyi sübutlarını apellyasiya şikayətinə əlavə edərək də məhkəməyə təqdim edə bilərdi. Kassasiya şikayətində də cavabdehin belə sübutlarının mövcud olduğu yalnız sözlə ifadə edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq işdə olan sübutlar (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) əsasında kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcud olmaması qənaətinə gəlmiş, məhkəmə mühasibatlıq ekspertizası keçirmədən iddia tələbinin təmin edilməsini qanuni və əsaslı saymışdır. Bundan başqa, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, ona pul vəsaiti milli valyutada verilmiş, həmçinin cavabdeh aylıq ödənişləri Azərbaycan manatı ilə etmişdir. ABŞ dolları ilə bağlı problem yarandıqda isə cavabdehə bu barədə iddiaçı tərəfindən heç bir güzəşt edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçü n iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Hazırkı halda da cavabdeh iddiaçı ilə kredit müqaviləsini sərbəst olaraq bağlamış və hər hansı bir məcburiyyət olmamışdır. İş materiallarında olan məxaric orderindən məlum olur ki, cavabdehə pul vəsaiti sözügedən müqavilədə nəzərdə tutulduğu kimi, ABŞ dolları ilə verilmişdir. Bundan başqa, ABŞ dollarının məzənnəsinin yüksəlməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və ya fors-major kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli 2(103)-5046/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar