Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3435/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər “xxxx” Fərdi Şirkətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Şəki A pelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)480/2020 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər “xxxx” Fərdi Şirkətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X3, X4 və Əliyev xxxx Mahir oğlunun cavabdehlər qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh2 və “xxxx” Fərdi Şirkətindən müştərək qaydada 15R000002530 saylı kredit razılaşması üzrə 202173,79 ABŞ dolları məbləğində əsas borc, 11972 6,04 ABŞ dolları məbləğində faiz borcu, 236190,5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 558090,33 ABŞ dolları kredit borcunun, 15R000003050 saylı kredit razılaşması üzrə 286576,62 ABŞ dolları məbləğində əsas borc, 161234,2 ABŞ dolları məbləğində faiz borcu və 345452,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 793263,77 ABŞ dolları kredit borcunun və 15R000003544 saylı kredit razılaşması üzrə 140706,73 ABŞ dolları məbləğində əsas borc, 66158,94 ABŞ dolları məbləğində faiz borcu, 157289,78 ABŞ dolları cərimə borcu olmaqla cəmi 364155,45 ABŞ dolları kredit borcunun, ümumilikdə hər üç kredit razılaşması üzrə 1715509,55 ABŞ dolları kredit borcunun, 20 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumunun, 84 manat xidmət haqqının tutulması və tutmanın ipotek a ilə yüklü edilmiş ünvan 1ndə yerləşən 0,0488 ha torpaq sahəsində yerləşən 459 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasına, ünvan 1ndə yerləşən 0,0228 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinə və ünvan 1ndə istifadədə olan 0,0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış binalarının və fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, daşınmaz əmlaklara tutma yönəldikdə və satıldıqdan sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabde h2 məxsus ünvan 1ndə istifadədə olan 0,0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Əliyeva (Mehdiyeva) Təranə Arif qızının, X3, X4 və Əliyev xxxx Mahir oğlunun həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, çıxarılmaları və boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia qismən təmin edilmiş, cavabdehlər “xxxx” Fərdi Şirkətindən və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2011-ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 196340,78 ABŞ dolları əsas kredit borcu, 31742,39 ABŞ dolları faiz borcu, 190,5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2282 73,67 ABŞ dolları kredit borcu, xx xxxxxx 2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 278557,37 ABŞ dolları əsas kredit borcu, 42334,64 ABŞ dolları faiz borcu, 452,95 ABŞ dolları cərimə borcu olmaqla cəmi 321344,96 ABŞ dolları kredit borcu və xx xxxxxxx 2012ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 139758,99 ABŞ dolları əsas kredit borcu, 17516,02 ABŞ dolları faiz borcu, 289,78 ABŞ dolları cərimə borcu olmaqla cəmi 157564,79 ABŞ dolları kredit borcu, ümumilikdə hər üç razılaşma üzrə 707183,42 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi, 20 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 40 manat dövlət rüsumunun, 84 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1ndə istifadədə olan 0,0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməsi, tutmanın ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 720000 manat məbləğində müəyyən edilməsi, tutmanın ünvan 1ndə yerləşən 0,0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən edilməsi, tutmanın ünvan 1ndə yerləşən 0,0488 ha torpaq sahəsində yerləşən 459 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 750000 manat məbləğində müəyy ən edilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun kəsiri olan 10 manatın Cavabdeh2 alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə ekspertiza xərci olan 350 manat xərclərinin 200 manatının İddiaçı QSC-dən, 150 manatının isə Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsi ilə (hakimlər Ə.M.Əsədli - sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) İddiaçı QSC, habelə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(046)-116/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı QSC kasasiya şikayəti və kasasiya şikayətinə əlavə verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)480/2020 nömrəli qətnaməsinin qismən – ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edərək, həmin əmlakların likvid qiymətinin müəyyən olunması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması, həmçinin borc məbləğlərinin təmin edilməyən hissəsində, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi və 200 manat məbləğində ekspertiza xərcinin İddiaçı QCS-dən tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh2 kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işi həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xxxxnə dair rəylərl ə razılaşmayaraq, iş üzrə təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, habelə müstəqil qiymətləndirici şirkət “xxxx” MMC tərəfindən həmin əmlakların qiymətləndirilməsi barədə rəyləri məhkəməyə təqdim etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutu qəbul etməkdən imtina etmiş və vəsatəti təmin etməmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizaları ilə ipoteka predmeti olan əmlakların bazar dəyərinin müəyyən olunması barədə rəylər verilmişdir. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə görə “İpoteka haqq ında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bundan əlavə cavabdehlər mülkiyyətlərində olan qeyri-yaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən, həmin əmlaka tutma yönəldiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Bundan başqa iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirildikdən sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə vermiş və tələb olunan borc məbləğini dəyişdirmişdir. Buna baxmayaraq məhkəmə ekspertin rəyini əsas götürmüşdür. Bundan başqa birinci instansiya məhkəməsi kredit müqaviləsinin şərtlərinə qiymət vermədən cavabdehlərdən tələb olunan cərimə məbləğini tənasübsüz şə kildə azaltmışdır. Cavabdeh2 kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin daşınmaz əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə gəldiyi nəticə qanunsuzdur. Məhkəmə gələcəkdə güman etdiyi halın baş verməsi nəticəsində əmlakların boşaldılması məsələsini həll etmişdir. Halbuki, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satışa çıxarılarkən hərracın qalibinin kim olması məlum deyildir. Bundan başqa kredit müqaviləsi “xxxx” Fərdi Şirkəti ilə, zaminlik müqaviləsi isə Cavabdeh2 ilə bağlanmışdır. Lakin zaminlik müqaviləsi bağlanılarkən qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlər (məb ləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməmişdir. Bu səbəbdən Cavabdeh2 zaminliyinə xitam verilməli, habelə ipoteka müqaviləsi bağlanmamış hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili X2 cavabdehin kasasiya şikayətinə etiraz edərək, iddiaçının kasasiya şikayətinin dəlillərini isə müdafiə edərək, həmin kasasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər, habelə nümayəndələri və ya vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətlərinə etiraz d axil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, İddiaçı QSC kasasiya şikayətində iddiasının təmin olunmamış hissəsini, cavabdeh isə tələbin ipoteka predmetinə yönəldilməsini, borc məbləğinin zamindən tutulmasını və ipoteka predmeti satıldıqdan sonra əmlakların boşaldılmasını mübahisələndirmişdir. İş üzrə digər cavabdehlər kasasiya şikayətləri verməmişlər. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə qanuniliyinin yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən İddiaçı QSC və “xxx x” Fərdi Şirkəti arasında bağlanmış xx xxxxxxxx 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə “xxxx” Fərdi Şirkəti xx xxxxxx 2011-ci il tarixli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 450000 ABŞ dolları, xx xxxxxx 2011-ci il tarixli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 450000 ABŞ dolları və xx xxxxxxx 2012-ci il tarixli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ dolları məbləğində kredit gö türmüş, xx xxxxxx 2014-cü il tarixli sazişlərlə isə hər üç razılaşmaya və ödəniş planına dəyişiklik edilməklə, müddətləri 72 aya uzadılmışdır. Kredit xətti müqaviləsi üzrə“xxxx” Fərdi Şirkətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx xxxxxxxx 2008-ci il tarixdə Cavabdeh2 zaminlik müqavilələri imzalamış, həmçinin sonuncu ilə Bank arasında bağlanılmış xx xxxxxxxx 2008-ci il, xx xxxxxx 2009-cu il və xx xxxxxx 2010-cu il tarixli ipoteka müqavilələri əsasında ünvan 1ndə istifadədə olan 0,0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evi, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, ünvan 1ndə yerləşən 0,0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi və ünvan 1ndə yerləşən 0,0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi ola n qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəhayət məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh “xxxx” Fərdi Şirkəti yuxarıda qeyd olunan kreditləri qəbul etmiş, lakin müqavilə (razılaşmalar) üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və bu səbəbdəq iddiaçı tutmanın ipoteka predmetinə yönəltmək proseduruna başlamışdır. Məhkəmələr tərəfindən iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişdir. Məhkəmə kollegiyası ilk olaraq Cavabdeh2 kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində kreditin bütün mühüm şərtləri (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) öz əksini tapmadığından müvafiq olaraq zaminliyə xitam verilməli, ipoteka isə bağlanmamış hesab olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz də rəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınma dıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Lakin Konstitusiya Məhkəməsinin hər iki Qərarı təhlil olunarkən müəyyən olunur ki, həmin mövqe zaminin və (və ya) ipoteka qoyanın müvafiq olaraq zaminlik və (və ya) ipoteka ilə təmin olunmuş əsas öhdəliyin mühüm şərtləri barədə məlumatlandırılmalı olması nöqtəyi nəzərdən keçərlidir. Hazırki iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə bağlanmış kredit xətti müqaviləsi, sonrakı razılaşmalar və əlavələr kredit alan “xxxx” Fərdi Şirkəti adından direktoru Cavabdeh2 tərəfindən imzalanmış və sonra o, şəxsən həmin öhdəliklərin icrasına zamin durmuş, habelə daşınmaz əmlaklarını ipoteka ilə yüklü etmişdir. Odur ki, kredit müqaviləsinin mühüm şərtləri barədə məlumatlı olmaması əsası ilə zaminliyə xitam verilməli və ipotekanın bağlanmamış hesab edilməli olmasına dair kassatorun dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əs asən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyal ara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kre ditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması ü zrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya ve rildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məq amında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İpoteka predmetlərinin açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kreditipoteka müqavilələrindən irəl i gələn münasibətlər yarandığından həmin hissədə iddia tələbinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1ci maddəsi təşkil edir. Belə ki, qeyd olunan maddəyə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İşin yuxarıda müəyyən olunmuş hallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlaklar məhz kreditin qaytarılması üçün ipotekaya qoyulmuşdur. İddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində hazırki kasasiya şikayətində irəli sürdüyü dəlilləri göstərsə də, apelyasiya məhkəməsi həmin dəlillərə müfəssəl hüquqi qiymət verməmiş, yalnız şikayətlə razılaşmadığını, apelyasiya şikayətinin əsaslandırılmadığını və formal mülahizələrdən ibarət olduğunu göstərmişdir. Halbuki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutl arı rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmə k milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nət icələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kasasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx xxxxx 2018-ci il tarixli 3416 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “xxxx” Fərdi Şirkətinin xx xxxxx 2016-cı il tarixə banka xx xxxxxx 2011-ci il tarixli 15R000002530 saylı kredit razılaşması üzrə 196340,78 ABŞ dolları əsas kredit borcu, 31742,39 ABŞ dolları faiz borcu, xx xxxxxx 2011-ci il tarixli 15R000003050 saylı kredit razılaşması üzrə 278557,37 ABŞ dolları əsas kredit borcu, 42334,64 ABŞ dolları faiz borcu, xx xxxxxxx 2012-ci il tarixli 15R000003544 saylı kredit razılaşması üzrə 139758,99 ABŞ dolları əsas kredit borcu, 17516,02 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarından həmçinin müəyyən olunur ki, ekspert rəyi alındıqdan sonra iddiaçı tələbini artırmış və xx xxx 2018-ci il tarixdə olan yuxarıda qeyd olunan borcun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi bunu nəzərə alm amış, artırılmış iddia tələbləri ətrafında araşdırma aparmamış və ekspert rəyi ilə xx xxxxx 2016-cı il tarixə müəyyən olunmuş kredit borcunun tutulmasını qət etmişdir. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən iddiaçının cərimə ilə bağlı tələbini azaltsa da, tutulan cərimənin məbləğlərini kredit borcları üzrə müəyyən olunan əsas və faiz borcuna uyğun həm kreditorun, həm də borcalanın əmlak mənafeləri nəzərə alınmaqla əsaslandırmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi daşınmaz əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılmasını qət etsə də, yuxarıda qeyd olunduğu kimi “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə əsasən cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları məsələsinə hüquqi qiymə t verməmişdir. Nəhayət ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli rəylərlə müəyyən olunmuşdur ki, ünvan 1ndə istifadədə olan 0,0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri ******* manat, ünvan 1ndə yerləşən 0,0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 700000 manat, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 780000 manat və ünvan 1ndə yerləşən 0,0228 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinin bazar dəyəri 240000 man at təşkil edir. Həmçinin “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli rəylərdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1ndə istifadədə olan 0,0629 ha torpaq sahəsində yerləşən 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri ******* manat, ünvan 1ndə yerləşən 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 720000 manat, ünvan 1ndə yerləşən 0,0228 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 200000 manat və ünvan 1ndə yerləşən 0,0488 ha torpaq sahəsində yerləşən 459 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 750000 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnaməsində ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən “xxxx” MMC tərəfindən verilmiş rəyləri əsas kimi qəbul etmiş, iddiaçı həmin qiymətləri apelyasiya qaydasında mübahisələndirmiş və apelyasiya məhkəməsinə “xxxx” MMC tərəfindən tərtib olunmuş rəyləri təqdim etmişdir ki, həmin rəylərə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 104 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 250000 manat, ünvan 1ndə yerləşən 590,8 kv.m. qeyri-yaşayış binasının bazar dəyəri 250000 manat, ünvan 1ndə yerləşən 183,5 kv.m. qeyri-yaşayış sahəsinin bazar dəyəri 100000 manat və ünvan 1ndə yerləşən 459 kv.m. ümumi sahəsi olan qeyriyaşayış binasının bazar dəyəri 230000 manat təşkil edir. Lakin apelyasiya məhkəməsi təqdim olunmuş rəylərdə ipoteka predmetlərinin ilkin satış qiymətlərində olan kəskin fərqi, habelə birinci instansiya məhkəməsi tərəfindən həmin qiymətin “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq likvid qiymətlə deyil, bazar qiyməti ilə müəyyən olunmasını nəzərə almadan, məhkəmə qətnaməsini dəyişdirilmədən saxlamışdır. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan və iddia tələblərinə yekun hüquqi qiymət verilmədən məhkəmə məsrəflərin bölünməsi mümkün olmadığından, apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini həmin hissədə də qüvvədə saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir k i, cavabdehin kasasiya şikayəti təmin edilməməli, iddiaçının kasasiya şikayəti isə qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni kredit müqavilələri üzrə borc məbləğinin müəyyən edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka qoyulmuş daşınmaz əmlaka tutma yönəldildikdə və o satıldıqda sonra cavabdehlərin çıxarılmalarının rədd edilməsi və ekspertiza xərclərinin bölüşdürülməsi hissələrində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münas ibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və vəkili X5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İddiaçı QSC-nin nümayəndəsi, vəki l X6 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-480/2020 nömrəli qətnaməsi qismən, yəni tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borc məbləğinin müəyyən edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka qoyulmuş daşınmaz əmlaka tutma yönəldildikdə və o satıldıqda sonra cavabdehlərin çıxarılmalarının rədd edilməsi və ekspertiza xərclərinin bölüşdürülməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3435/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3435/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver