Məhkəmə qərarları › İş №2(102)-3436/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3436/2020

28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3436/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-519/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ə.Məcidov - sədrlik edən və məruzəçi, M.Əsədli, A.Mahmudov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1701/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məh kəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddianın məbləği yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərini yaratmır. Beləki, iddiaçı hər ay uşaqların saxlanması üçün 160 manat aliment alırdı (hər uşağa görə 80 manat). Hazırkı iddiasında hər uşağa görə tələb 160 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ 160 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (160 X 12 ay = 1920 manat) təşkil edir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apelyasiya i nstansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3436/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417,1.7-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-519/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar