Məhkəmə qərarları › İş №2(102)-3437/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3437/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3437/2023 02.08.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2023 saylı iş üzrə 6 aprel 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının MPM-nin 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraq lı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2023 saylı iş üzrə 6 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair 2(107)-1107/2022 saylı mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin Cavabdeh4 apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş və işin apellyasiya baxışından çıxarılması və apellyasiya qeyri-mümkün hesab edilməklə Ağsu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 apellyasiya şikayətinin qeyri-mümkün hesab edilmişdir.Belə olan təqdirdə kassasiya şikayət vermək hüququ Cavabdeh4 məxsus olmuşdur. Lakin iş materialları ilə müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2023 saylı iş üzrə 6 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh4 deyil, apelyasiya məhkəməsi tərəfindən təmin olunmayan tələbi olmadığı halda Cavabdeh1 kassasiya şikayəti vermişdir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə geri qaytarılır. MPM-in 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyas ı hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və işlə birlikdə müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 403.1, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2023 saylı iş üzrə 6 aprel 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar