Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3438/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2566/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 10 dekabr 2025-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Borc verən” İddiaçı ilə “Borc alan” X7 arasında bağlanılmış 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən X5 23 fevral 2022-ci il tarixənədək 85.000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. 2. “İpoteka qoyan” İddiaçı ilə “ipoteka qoyan” Cavabdeh2 və “Borc alan” X7 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsi ipotekaya qoyulmuşdur. 3. “Borc verən” İddiaçı ilə “Borc alan” X7 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair sazişə əsasən, X7 İddiaçı tərəfindən verilmiş 85.000 (səksən beş min) manat məbləğində verilmiş kredit məbləğini 23 sentyabr 2022-ci il tarixənədək qaytarmağı öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-705/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh X1 85.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərardadına əsasən Cavabdeh1 MTK hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardadın AR Baş Prokrorluğuna göndərilməsi qərara alınmışdır.
7. AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2-025/2-201871/2024 saylı sorğuya cavab məktubuna əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh1 MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olubolmaması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli xüsusi qərardad üzrə araşdırma aparılmışdır. İddiaçı 25 sentyabr 2021-ci il tarixli müqavilə ilə X5 85.000 manat məbləğində pul vəsaitini borca vermiş və müqavilənin təminatı kimi sonuncunun anasına məxsus ünvan 2 ünvanında yerləşən mənzil ipoteka yüklü edilmişdir. Borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi ilə bağlı mülki işə məhkəmədə baxılarkən nəzərdə tutulan mənzilin ipoteka saxlayan şəxsin, yəni İddiaçı razılığı olmadan Cavabdeh1 MTK tərəfindən söküldüyü müəyyən edildiyindən MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir. Araşdırma zamanı Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayış binalarının sökülməsi işləri 2021-ci ilin aprel ayında Cavabdeh1 MTK tərəfindən tamamlanaraq yerində çoxmənzilli yaşayış binalarının tikintisinə baş landığı, yəni nəzərdə tutulan mənzil borc pulun təminatı kimi ipoteka yüklü edilməmişdən 6 ay öncə söküldüyü müəyyən edildiyindən MTK-nın hərəktələrində hər hansı cinayət tərkibinin əlamətləri aşkar edilmədiyi üçün toplanmış material işə alınmışdır.
8. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 305 saylı, 24 dekabr 2004-cü il tarixli sərəncamına əsasən Nəsimi Rayon tcra Hakimiyyətinin xx.xx.2004- cü il tarixli, 01-04/444 saylı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2004-cü il tarixli, 01/07-07-593 saylı, Nazirliyinin 22.10.04-cü il tarixli, DƏÖD03/3212 saylı razılıq məktubları, "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixli, 10 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbeyli və Koveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə yerləşən mövcud tikililərinin sökülərək, yaşayış binalarının İayihələşdiriiməsi və tikintisi üçün sahəsi icarə əsasında həmin MTKnın istifadəsinə verilməsi qərara alınmışdır. 9. "xxxx" MTK-nın 15 aprel 2024-cü il tarixli məktubuna əsasən, “ünvan 3 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində Cavabdeh1 MTK tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq, onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina ti kilib hazır olan dövrdə baxılacaqdır. Hazırda Cavabdeh2 əlavə ödəniş edərək bizdən istədiyi sahədə yeni mənzil ala bilər, maddi imkanı olmadığı təqdirdə razılaşmamıza əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2dan müştərək qaydada 85.000 (səksən beş min) manat, 345 (üç qırx beş) manat dövlət rüsumu və hüquqi yarldım üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, сavab deh X7 ilə 23 sentyabr 2021-ci il tarixində kredit müqaviləsi və 25 sentyabr 2021-ci tarixli müqaviləyə dəyişiklik edilməsinə dair saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 85000 manat məbləğində krediti iddiaçı vermişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin anası Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin icra müddətinin çatmasına baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət vermə yərək, hər dəfə müxtəlif bəhanələrlə krediti qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o (iddiaçı), iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, kredit müqaviləsinə əsasən ondan (iddiaçıdan) aldığı 85000 manat pulu geri qaytarmamış, bununla da müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud surətdə pozmuşdur. Bununla da cavabdehin həmçinin ona (iddiaçıya) vurduğu zərərləri ödəmək vəzifələri də əmələ gəlmişdir. Bütün bunları nəzərə alaraq, o (iddiaçı), 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X5 verdiyi 85000 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 345 manat alınaraq ona (iddiaçıya) ödənməlidir. Cavabdeh X7 ilə 23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə 85000 manat əsas borcun və 345 manat dövlət rüsumunun cavabdeh X1 tutulması, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasından verilmişolduğu mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-705/2023 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edilmiş, cavabdeh X1 85000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq ona (iddiaçıya) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi və digər” hissələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi, yəni ipoteka predmetinin məhv olması müəyyən edilmişdir. İpoteka predmetinin məhv olması ilə ipotekaya xitam verildiyi ndən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilə bilməz. İddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxıldığı vaxtda müəyyən edilmişdir ki, Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) xeyrimə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsini sökərkən ipoteka saxlayanın yəni onun yazılı razılığı almamışdır. Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən ipoteka predmeti olan mənzil sökülərkən həmin mənzillə bağlı hüquqların, həmçinin yüklü olub– olmaması aydınlaşdırılmalı, yüklü olduğu məlum olduqda isə ipoteka saxlayanın razılığı tələb olunmalı idi. Lakin MTK tərəfindən bu tələblər yerinə yetirilmədiyindən ona (iddiaçıya) vurulmuş zərərin əvəzinin müştərək qaydada cavabdeh X1 və Deluxe Residence” MTK (əvvəlki adı "xxxx" MTK) tutularaq ödənilməsi b arədə iddia tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin, cavabdeh Deluxe Residence” MTK (əvvəlki adı "xxxx" MTK) 15 aprel 2024-cü il tarixli, 23/24 nömrəli məktubdan göstərmişdir ki, ünvan 3 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövr də baxılacaqdır. Hazırda, Cavabdeh2 əlavə ödəniş edərək onlardan istədiyi sahədə yeni mənzil ala bilər. Maddi imkanı olmadığı təqdirdə razılaşmalarına əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir. Bu səbəbdən də Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada 85.000 manat tutularaq ona (iddiaçıya) ödənilməlidir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında borc münasibətləri olub və mənzil də bunun təminatı kimi girov qoyulub Cavabdeh2 iddiaçı ya mənzilin söküldüyünü bildirsəydi, iddiaçı kredit verməkdən imtina edərdi. Onlar bilərəkdən mənzil söküldüyü halda ipoteka müqaviləsi ilə mənzili girov qoymuşlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o mənzili şəxsən görməyib, lakin ona bir bina göstərərək, mənzilin həmin binada yerləşdiyini bildiriblər, sonradan məlum olub ki, göstərdikləri əslində tamamilə başqa binadır. Mənzil mövcud olsaydı onu sataraq satışdan əldə olunan vəsaitlə iddiaçı cavabdehə verdiyi vəsaiti geri almış olacaqdı, maddi ziyanı buna əsasən qiymətləndirirlər. Kredit məbləğindən bugünədək ödəniş olunmayıb, hətta onlara məlum olub ki, cavabdehlər bu qaydada başqa şəxsləri də aldatmışlar.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-357/2025 nömrəli iş üzrə 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (h akim Ayşən Sultanova-Məmmədova) İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın vurulması, kredit borcu həcmində maddi ziyan tələb etməsi yetərincə əsaslandırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, aparılmış araşdırma zamanı Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayı ş binalarının sökülməsi işləri 2021ci ilin aprel ayında Cavabdeh1 MTK tərəfindən tamamlanaraq yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlandığı, yəni nəzərdə tutulan mənzil borc pulun təminatı kimi ipoteka yüklü edilməmişdən 6 ay öncə söküldüyü müəyyən edildiyindən MTK-nın hərəktələrində hər hansı cinayət tərkibinin əlamətləri aşkar edilmədiyi üçün toplanmış material işə alınmışdır.
16. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsasla ndırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə Cavabdeh2 və "xxxx" MTK tərəfindən iddiaçıya maddi zərər dəymişdir. Çünki, cavabdeh mülkiyyətində olan mənzili girov predmeti olaraq 85.000 manat məbləğin təminatı kimi ipoteka müqaviləsi bağlayaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin ipoteka müqaviləsi ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsi 1 saylı X17 qeydiyyata alınmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə X7 ilə birlikdə 85.000 manat pul vəsaitinin iddiaçıya qaytarılmasında müştərək qaydada öhdəlik götürmüşd ür. Ona görə ki, İddiaçı Cavabdeh2 onu aldadaraq mülkiyyətində ola mənzili onun xeyrinə girov qoyaraq ipoteka müqaviləsi bağlamadığı halda o, 85.000 manat pulu X7 ilə kredit müqaviləsi bağlamayaraq pul verilməyəcəkdi. Bundan əlavə cavabdeh iddiaçıya bildirmişdir ki, mülkiyyətində olan mənzil söküldüyü halda ya əvəzində almış olduğu mənzili ya da ki, mənzilə görə almış olduğu kompensasiyadan qızı yəni X4 almış olduğu 85.000 manat pulu iddiaçıya qaytaracağına öhdəlik götürmüşdür. Ancaq Cavabdeh2 mənzilin sökülməsi barədə məlumatları iddiaçıya bilərəkdən qəsdən bildirməmiş və iddiaçının maddi zərər düşməsinə səbəb olmuşdur. Cavabdeh "xxxx" MTK mənzili sökdüyü halda iddia ilə heç bir razılaşma müqaviləsi baxmayaraq iddiaçıya maddi zərər vurmuşdur. Çünki, Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvan ında yerləşən yaşayış binasının 25 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" MTK xeyrinə ipoteka yüklü edilmiş şəxsin razılığı almadan mənzilin sökülməsini həyata keçirərək iddiaçıya maddi zərər vurmuşdur. Bundan əlavə "xxxx" MTK mənzilin sökülməsi ilə bağlı ƏMDX-nin Dövlət Reyestri Xidmətinə məlumat verməmiş və bu səbəbdən də Notariat Ofisində mənzilin yüklülüyünün olüb olmaması yoxlanılarkən əmlakın məhv edilməsi ilə bağlı heç bir məlumatlar aşkar olunmamışdır. Çünki, əmlakın məhv edilməsi ilə bağlı məlumatlar reyestr xidmətinə təqdim edilməməsi və girov saxlayanın razılığı alınmaması səbəbindən məhv edilmiş əmlaka ipoteka müqaviləsi bağlanılmışdır. Məhv edilmiş əmlakın əvəzində iddiaçıya hər hansı mənzil təqdim edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 31 yanvar 2025-ci il tarixli, 2(103)-1587/2024 saylı qətnaməsində yuxarıda göstərilən hallara hüquqi qiymət verilməmişdir. Məhkəmə iddiaçıya zərər vurulmasında cavabdehlərin təqsiri olması halını aydınlaşdırmamış və qərəzli olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdehlər iddiaçının bilərəkdən hüququnu pozmuş, iddiaçıya 85.000 manat real zərər vurmuşlar. İddiaçının əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh2 mülkiyyətindəki mənzili 85.000 manat pulun təminatı kimi iddiaçının xeyrinə ipoteka etməsi nəticəsində real zərər yaranmışdır. Həmiçnin, həmin pulun qaytarılmadı ğı halda mənzil iddiaçının mülkiyyətinə veriləcəkdir ki, Cavabdeh1 MTK iddiaçının razılığı olmadan qanunsuz olaraq girov predmeti olan mənzili ökərək əvəzində hər hansı kompensasiya və ya mənzil təqdim etməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1587/2024 saylı, 23 aprel 2024-cü ik tarixli qətnaməsinin 11-ci vərəqinin sonuncu abzasında göstərilmişdir ki, iddiaçının MTK-ya və cvabdeh Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair hüququ vardır. Cavabdehlərin iddiaçının qanunsuz olaraq huquqlarını pozduqlarına görə iddiaçıya real zərər 85.000 manat dəymişdir. Məhkəmə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurmuş olduqlarımaddi zərərə dair təqdim olunmuş sübutlara hüquqi qiymət veməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü ilil tarixli, 2(1 03)-1587/2024 saylı qətnaməsində də göstərilmişdir. Məhkəmə araşdırmanı ətraflı və ədalətli araşdırmadığından cavabdehlər tərəfindən iddiaçıya vurulmuş həm maddi zərəri həm də mülkiyyətindən məhrum olmasını aydınlaşdırmamışdır. Məhkəmənin qətnaməsindən görünür ki, cavabdehin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan mənzilin iddiaçının razılığını almadan MTK tərəfindən sökülərək yerində başqa mənzilin əvəzləşdirilməsini təsdiq edən sübut edilməməsinə dair dəlil göstərməmişdir. Məhkəmə iddia tələbinin cavabdehlərin təqsiri səbəbindən vurulmuş maddi zərərin real faktiki olmasına baxmayaraq, bu hallar dəlillərlə qətnamədə göstərilməmiş qətnamənin nəticələrinin və işin hallarına uyğun gəlməməmişdir. Məhkəməyə MTK tərəfindən evin sökülərək Cavabdeh2 mülkiyyətində olan mənz ilin əvəzləşdirərək yeni mənzillə təmin edilməsinə dair və ya iddiaçının razılığı olmadan mənzilin çökülməsinə dair sübutlar təqdim edilməsini təmin etməmişdir.
20. İddiaçı apellyasiya icraatında iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə 19 mart 2021-ci il tarixli müqavilə təqdim edilmişdir. Həmin müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan iddiaçının xeyrinə kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş 42 kv.m-dən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin sökülməsi ilə bağlı əvəzində həmin ünvanda 58 kv.m təmirli yeni mənzil verilməsi öhdəliyinə qəbul edilmişdir. Bundan əlavə 17 may 2025-ci il taixli müqavilə təqdim ed ilərək göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan kreditin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin əvəzinə Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilin Cavabdeh2 verilməsi təmin edilmişdir. Qeyd edilən müqavilə cavabdehlər tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, iş üzrə təqdim edilmiş hazırki müqavilədə Bakı Nəsimi Rayon Məhkəməsində (İş № 07 noyabr 2023-cü il tarixli, e 2(006)-705/2023 nömrəli qətnamə) və Bakı Apellyasiya Məhkəməsində (23 aprel 2024-cü il tarixli, e-2(103)-1587/2024 nömrəli qətnamə) İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş baxılarkən bu sübutları Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardadla təmin edilməsi barədə cavabdehlərə tələb olunsa da təmin edilməmişdir. Hazırki, iş üzrə birinci instansiya məhkəməsinə təqdim edilməsi təmin edilmədiyindən iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi mümkün olmamışdır. Artıq girov predmeti olan mənzilin əvəzində yeni mənzil təqdim olunmasına dair sübutlar təqdim olunduğundan iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də Bakı şəhər i Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun girov mənzilin əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-357/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilin in cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2566/2025 nömrəli mülki iş üzrə 9 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-357/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X2 85.000 manat borc iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu. Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv.m.-dən ibarət olan mənzilin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində xx.xx.2025-ci il tarixli müqavilə əsasında Cavabdeh2 təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 345 (üç yüz qırx beş) AZN dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 173 (yüz yetmiş üç) AZN dövlət rüsumunun cavabdeh X2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
22. Apellyasi ya instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı işin hallarından görünür ki, 17 may 2025-ci il taixli müqavilə Bakı Nəsimi Rayon Məhkəməsində (İş № 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnamə) və Bakı Apellyasiya Məhkəməsində (23 aprel 2024-cü il tarixli, e-2(103)-1587/2024 nömrəli qətnamə) İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı, "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) mübahisə predmeti barəsində müstə qil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə baxılarkən bu sübutları Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardadla təmin ediliməsi barədə cavabdehlərə tələb olunsa da təmin edilməmişdir. Hazırki mülki iş üzrə də cavabdehlər tərəfindən qeyd edilən müqavilə birinci instansiya məhkəməsində təqdim edilməmiş, yalnız apellyasiya icraatı zamanı müqavilə təqdim edilmişdir. Göründüyü kimi, sözügedən müqavilə iddiaçıdan asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmadığından iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli, həmin tələbin və apellyasiya şikayətinin dəlillərinə üm umilikdə qiymət verməklə işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
24. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
25. Hazırkı halda iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun girov mənzilin əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-357/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağı stan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilinin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Kollegiya qeyd etmişdir ki, iddiaçı bu tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 269.10-cu maddəsinə əsaslanır. Belə ki, Mülki Məcəllənin 269.10-cu maddəsinə əsasən, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəli r. Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulmuşdur. Belə ki, girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir. Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür. Bu cür hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 290.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1ci maddələrində göstərilir ki, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qa ydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Eyni qaydada, girovda olan əşyanın kimin xeyrinə sığortalanmasından asılı olmayaraq girov (ipoteka) saxlayanın hüququ var ki, əşyanın itirilməsi və yazədələnməsinə görə verilən sığorta ödənişindən (əgər hadisə girov saxlayanın cavabdeh olduğu səbəblərdən baş verməyibsə) təminat alsın. İstinad olunan normaların ortaq cəhəti ondan ibarətdir ki, girov (ipoteka) predmeti sıradan çıxdığı bütün hallarda girov saxlayanın əvəz almaqla predmetin yerinə keçən əmlaka üstün hüquqa malik olan şəxs kimi tutma yönəltmək hüququ vardır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, eyni zamanda “İpoteka qoyan” İddiaçı ilə “ipoteka qoyan” Cavabdeh2 və “Borc alan” X7 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsi ipotekaya qoyulması və həmin mənzilin sökülməsi və bunun əvəzində ipoteka qoyanın başqa əmlak alması işin mübahisə olunm ayan hallarıdır. Belə ki, cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilmiş 19 mart 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan iddiaçının xeyrinə kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş 42 kv.m-dən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin sökülməsi ilə bağlı əvəzində həmin ünvanda 58 kv.m təmirli yeni mənzil verilməsi öhdəliyinə qəbul edilmişdir. Bundan əlavə 17 may 2025-ci il taixli müqavilə təqdim edilərək göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan kreditin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin 33 saylı mənzilinin əvəzinə Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 39 s aylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilin Cavabdeh2 verilməsi təmin edilmişdir. Qeyd edilən müqavilə cavabdehlər tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. İpoteka predmeti üzərində mülkiyyət hüququna xitam verilməsinin qarşılığı olaraq ipoteka qoyana verilən əmlakdan ipoteka saxlayanın (iddiaçının) əvəz istəməklə alacağını həmin əmlaka yönəltmək tələbinin yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur.
28. Kollegiya hesab etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tar ixli, 2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X2 85000 manat borc iddiaçının İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu. Dağıstan küçəsi, 25 saylı evin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində xx.xx.2025-ci il tarixli müqavilə əsasında Cavabdeh2 təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməlidir.
30. Kollegiya hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 345 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 173 manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir.
31. Məhkəmə ö z mövqeyini Mülki Məcəllənin 252.4, 253.3, 269.7, 269.8, 269.10, 270.1, 270.2, 287, 290.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2566/2025 saylı, 09 iyul 2025-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025ci tarixli 2(004)-357/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti İddiaçı nümayəndəsi və vəkili Vəkil 1 tərəfindən verilərkən apellyasiya şikayətinə qoşma olaraq Bakı Apellyasiya Məhkəməsi üçün ödənilmiş qəbz deyil, xx.xx.2024-cü il tarixli, qəbz № ********** nömrəli, Yasamal Rayon Məhkəməsi üçün ödənilmiş qəbz əlavə olunmuşdur. Həmin qəbzə baxsaq görürük ki, həmin qəbz Yasamal Rayon Məhkəməsi üçün nəzərdə tutulmuşdur və xx.xx.2024-cü il tarixdə 345 manat keçirilmişdir. Həmin qəbzlə iddia ərizəsi ilə iddiaçı Quliyev X14 Rayon Məhkəməsinə müraciət edən zamanı istifadə etmişdir (elektron kabinetdə birinci instansiya məhkəməsində həmin qəbz var). Lakin apellyasiya instansiya məhkəməsi buna ümumiyyətlə hüquqi qiymət verməyərək xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin baxılmasını mümkün hesab etmişdir. İddiaçı hazırki mülki işdən əvvəl cavabdehlər X5 və Cavabdeh2 qarşı, Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia ərizsəi ilə Nəsimi Rayon məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə borc hissəsi təmin edilmişdir, mənzilə yönəldilməsi hissəsi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103) 1587/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya məhkəməsinin mövqeyinə görə yuxarıda da qeyd edildiyi kimi, hazırkı apellyasiya baxışının predmetini iddia rədd olunan, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi təşkil edir( qətnamə 37-ci bənd i). İpoteka predmeti olan mənzilin sökülməsi (məhv olması) öz təsdiqini tapır ki, bu da ipoteka predmetinə xitam verilməsi üçün əsasdır( qətnamə 41-ci bəndi). Şikayətin tutmanın cavabdehin mülkiyyətində olan mənzilin sökülərək əvəzində verilmiş mənzilə yönəldilməli olması barədə dəlili əsassızdır(qətnamə 42-ci bəndi). Tutmanın yönəldilməsi yalnız rəsmiləşdirilmiş, ipoteka ilə yüklü edilmiş, barəsində hüquq dövlət qeydiyyatına alınmış ipoteka predmetinə münasibətdə mümkündür(qətnamə 43-cü bəndi). Göründüyü kimi iddiaçı bundan əvvəl eyni tələblə, ipoteka ilə yüklü edilmiş mənzilin əvəzinə verilmiş yeni mənzilə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və həmin işə baxılmışdır, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin tələbə hüquqi qiymət verilmişdir. İddiaçı eyni tələbdən 2-c i dəfə mənzilə yönəldilmə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1587/2024 saylı xx.xx.2024-cü il tarixli qətaməsi qanuni qüvvəsini aldığından hazırki mülki iş üzrə preyudisial xarakter daşıyır. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)1587/2024 saylı xx.xx.2024-cü il tarixli qətanəməsi ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin sökülərək əvəzində verilmiş mənzilə yönəldilməli olması barədə dəlili əsassızdır. Tutmanın yönəldilməsi yalnız rəsmiləşdirilmiş, ipoteka ilə yüklü edilmiş, barəsində hüquq dövlət qeydiyyatına alınm ış ipoteka predmetinə münasibətdə mümkündür.(qətnamə 43-cü bəndi). Eyni tələbdən təkrar baxılması yolverilməzdir. Lakin məhkəmə bu hala ümumiyyətlə hüquqi qiymət verməmişdir. 17 may 2025-ci il tarixli "xxxx" MTK-nın müqaviləsinin 3-cü bəndində göstərilmişdir ki, Cavabdeh2 tərəfindən 11730 manat tam ödənildikdən sonra, yeni mənzilə dair sənədlər ( protokoldan çıxarış və borcun olmadığına dair maliyyə arayışı) ona təqdim ediləcək. Mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 245 saylı mənzilə Cavabdeh2 borcu olduğundan mülkiyyət hüququ yaranmamışdır, hətta MTK-nın mənzilə dair ümumi yığıncağın protokolu və maliyyə arayışı belə verilməmişdir. Belə olan halda həmin mənzilə yönəldilməsi qan unvericiliyə ziddir. Həmçinin yeni tikilidə olan mənzil ipoteka ilə yüklü edilməmişdir. MM-nin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, mülki iş materiallarında olan AR Baş Prokrorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2025/2-201871/2024 saylı sorğuya cavab məktubuna əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh1 MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli xüsusi qərardad üzrə araşdırma aparılmışdır. İddiaçı 25 sentyabr 2021-ci il tari xli müqavilə ilə X5 85.000 manat məbləğində pul vəsaitini borca vermiş və müqavilənin təminatı kimi sonuncunun anasına məxsus ünvan 2 ünvanında yerləşən mənzil ipoteka yüklü edilmişdir. Borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi ilə bağlı mülki işə məhkəmədə baxılarkən nəzərdə tutulan mənzilin ipoteka saxlayan şəxsin, yəni İddiaçı razılığı olmadan Cavabdeh1 MTK tərəfindən söküldüyü müəyyən edildiyindən MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir. Araşdırma zamanı Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayış binalarının sökülməsi işləri 2021-ci ilin aprel ayında Cavabdeh1 MTK tərəfindən tamamlanaraq yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlandığı, yəni nəzərdə t utulan mənzil borc pulun təminatı kimi ipoteka yüklü edilməmişdən 6 ay öncə söküldüyü müəyyən edildiyindən MTK-nın hərəkətlərində hər hansı cinayət tərkibinin əlamətləri aşkar edilmədiyi üçün toplanmış material işə alınmışdır. Mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsində yerləşən 25 nömrəli evin 33 saylı mənzili 2021-ci ilin aprel ayında sökülmüşdür, ipoteka müqaviləsi isə həmin mənzilə dair 25 sentyabr 2021-ci il tarixdə bağlanmışdır. Yəni ipoteka müqaviləsi bağlanan zamanı mənzil mövcud olmamışdır, bu mübahisəsiz haldır. Belə olan halda MM-nin 269.10-cu maddəsini tələbləri yaranmamışdır. MM-nin 269.10-cu maddəsində göstərilmişdir ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Hazırki mübahisə halında ipoteka müqaviləsi bağlanan zamanı mübahisəli mənzil mövcud olmamışdır, ondan 6 ay öncə sökülmüşdur. Belə olan halda iddiaçının həmin mənzilin əvəz almaq tələbinə dair hüququ yaranmamışdır. Məhkəmə cavabdehin mülkiyyətində olmayan yeni tikilmiş binada mənzilə borc əvəzi kimi yönəldilməsi barədə qətnamə çıxarılması tam qanunsuzdur. Yasamal Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və X3rşı müştərək qaydada 85 000 manat, 345 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 321 manat pulun alınaraq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini MM-nin 21-ci maddasinə əsaslanaraq zərərin əvəzini tələb etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(004)-357/2025 saylı qətnaməsi ilə İddiaçı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində MM-nin 21, 1097-ci maddəsinin tələblərinin pozulduğuna istinad etmiş, lakin apellyasiya instansiya məhkəməsində İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddia tələbini tamamilə dəyişdirmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddia tələbi ziyanın ödənilməsi üçün pul tələbi olmuşdur, indi isə tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-705/2023 nömrəli qətnaməsi üzrə cavabdeh X1 85000 manat borcun iddiaçının İddiaçı xeyrin ə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylıevin 33 saylı 42 kv. m-dən ibarət olan mənzilinin cavabdeh "xxxx" MTK tərəfindən sökülərək əvəzində təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Natiq Şahbazov küçəsində inşa edilmiş 39 saylı binanın (baş plan üzrə 3 saylı bina) 6-cı mərtəbəsində ümumi sahəsi 69 kv.m. olan 245 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsi olmuşdur. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı ged işində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPMnin 53-cü maddəsinə görə iddiaçı yalnız birinci instansiya məhkəməsində həmin hüquqdan istifadə edə bilər. Apellyasiya instansiya məhkəməsində iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yolverilməzdir. Məhkəmə düzgün hüquqi qiymət verməyərək MPM-nin 53 və 372.2-ci maddəsinin tələblərini pozmuşdur.
34. Kassator şikayətini Mülki Məcəllənin 178.2, 269.10-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 53, 82.3, 363.1.2, 366, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 1.2.Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.
37. Maddə 6.1.Şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.
38. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
39. Maddə 269.1.Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan q arşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
40. Maddə 269.2.Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
41. Maddə 269.3.Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.
42. Maddə 269.4.İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
43. Maddə 269.5.Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
44. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.
45. Maddə 269.7.Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
46. Maddə 269.8.Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş ve rməsin.
47. Maddə 269.10.Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.
48. Maddə
287. Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.
49. Maddə 290.1.Girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əş ya və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.
50. Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
51. Maddə 297.Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
52. Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın s atılmasını tələb edə bilər.
53. Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
54. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
55. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olma dıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 425.2.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
57. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
58. Maddə 27.2.İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.
59. Maddə 27.3.İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.
60. Maddə 32.1.İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafi q surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.
61. Maddə 34.Öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi
62. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
66. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 7
1. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
72. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.Odur ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Qeyd olunmalıd ır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2566/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.