Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3439/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması), müqavilə tələləri üzrə iddia müddəti, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-713/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 15000 manat kredit verilmişdir.
2. Kredit borcunun təminatı kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı bank arasında 13 iyun 2014-cü il tarixli 1-221 və 2-221 nömrəli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehlərdən müşətərək qaydada əsas borc 6348,53 manat, faiz 306,09 manat, cəmi 6654,62 manat borc məbləğinin və ödənilmiş 86,54 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçı ilə bağladığı kredit müqavilələri üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən də iddiaçıya borcu yaranmış və həmin borclarını öədəməkdən əsassız olaraq imtiana etmişdir. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
5. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki. Cavabdeh1 həqiqətən də "xxxx" ASC-dən kredit götürmüşdür. O da həmin kerdit müqaviləsi üzrə zamin olmuşdur. Lakin iddiaçı təşkilat vaxtından borc tələbi ilə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmədən iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(051)-423/2024 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia rədd edilmişdir.
7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən gətirilən sübutlar hər biri 2014-cü ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 10 ilə yaxın bir müddət keçmişdir. Cavabdeh tərəfindən müddətin keçməsi ilə bağlı ərizənin təqdim edilməsi, iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsinin səbəbi barədə heç bir mötəbər sübutun təqdim edilməməsi səbəbindən iddianı rədd olunması qanuni və əsaslıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1, 302.3, 302.4 və 30 2.7-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zaminlərdən biri olan Cavabdeh3 məhkəməyə təqdim etdiyi ərizəyə istinad etmiş və iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli 221 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 tərəf deyil, o, yalnız tərəflər arsında bağlanmış zaminlik müqaviləsi üzrə tərəf olmuş və həmin zaminlik müqaviləsinin şərtləri əsasında məsuliyyət daşımışdır. Borclu Cavabdeh1 mə hkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, o, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı hər hansı bir etiraz və iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmiş, kredit müqaviləsinin tərəfi olaraq özünün subyektiv mövqeyini bildirməmişdir. Zaminliklə bağlı məsələyə Mülki Məcəllənin zaminliklə bağlı münasibətləri tənzimləyən normaları tətbiq olunmalı idi. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaraq xx.xx.2018-ci il tarxində bitmişdir. Belə olduğu halda, məhkəmə hazırk ı mübahisə üzrə zamin tərəfindən verilmiş ərizə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373-cü maddələrini tətbiq etməkdə haqlı olmamışdır. Çünki Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınaraq zamin tərəfindən ərizə verilmədiyi təqdirdə belə, məhkəmə 477.0.4-cü maddəsini təbiq etməklə kreditin təminatı kimi bağlanmış zaminlik müqavilələrinə görə məsuliyyət daşıyan şəxslərin zaminliyinə xitamverə bilərdi. Birinci instansiya məhkəməsi zamin Cavabdeh3 iddia müddətinin tətbiqi barəsindəki ərizəni zaminə münasibətlərə tətbiq etməli olduğu halda, əsassız olaraq bu ərizəni əsas borcluya da tətbiq etmişdir ki, bu da qanunsuz olmuşdur. Zamin kredit müqaviləsində tərəf deyil və kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqi barədə ərziənin verilməsi onun səlahiyyətinə aid deyildir. O, zaminlik müqaviləsi üzrə tərəf olduğu üçün, həmin müqavilə ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə verməyə haqlı olmuşdur.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2(107)713/2024 nömrəli qərardadı ilə Cavabdeh2 vəfat etdiyindən iddia tələbinin ona qarşı olan hissəsində iş üzrə icraata xitam verilmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-713/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Əsədli Mahir və Elçin Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(051)-423/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 v ə Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası Cavabdeh1 münasibətdə təmin edilmiş, iddia tələbi Cavabdeh3 münasibətdə rədd edilmişdir. Əsas borc 6348,53 manat, faiz 306,09 manat olmaqla, cəmi 6654,62 manat borc və ödənilmiş 86,54 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2(107)- 713/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsində iş üzrə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının təfsirində səhvə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
14. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında, hər bir cavabdehə münasibətdə, mülki qanunvericiliyə uyğun qaydada yoxlanılmalı, mübahisə aidiyyəti maddi və prosessual hüquq normaları əsasında həll edilməlidir. Baxılan işdə məhkəmə hər üç cavabdehə qarşı yönəlmiş iddia tələbini zaminin verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişdir.
15. Məhkəmə onu da qeyd etmişd ir ki, hazırkı iş üzrə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2018-ci il tarixində bitmişdir. Göründüyü kimi hazırkı iş üzrə zaminliyə qanuna əsasən xitam verilmiş və iddiaçının zaminə qarşı tələb hüququ aradan qalxmış, buna müvafiq olaraq zamin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmamışdır. Bundan başqa, məhkəmə hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən müddətlərin keçib-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin Cavabdeh3 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin nəinki digər cavabdehə, hətta həmin cavabdehin özünə münasibətdə hüquqi əhəmiyyətini müzakirə etməmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Həmçini iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyildir. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bil məz. Hazırkı işdə isə əsas borcalan Cavabdeh1 ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər Cavabdeh3 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir. Bu mövqe iddia müddətinin tətbqinə dair maddi hüquq normalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri qismən - zamin Cavabdeh3 iddia müddətinin keçməsi barədə ərizəsinin digər cavabdehlərə münasibətdə tətbiq edilməməli olması hissəsində əsaslı, zamin Cavabdeh3 münasibətdə isə, iddia müddəti tətbiq edilməsə belə, onunla 13 iyun 2014-cü il tarixli 221-xx.xx.2014-GEO57 nömrəli zaminlik müqaviləsinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verildiyin ə görə iddia həmin hissədə rədd edilməli olduğundan, apellyasiya şikayəti iddianın həmin hissəsinin təmin edilməsi ilə bağlı hissədə əsassızdır olmuşdur.
17. İş materiallarından müəyyən edilmişdir ki, mülki işin 4-9-cu vərəqlərində olan sənədlər hazırki işə aid olmamaqla, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə göndərilməmişdir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmaqla məhkəməyə göndərilmiş sübut əhəmiyyəti daşıyan sənədlər kollegiya tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilərək kağız daşıyıcıda iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə qətnaməsində də yalnız iddiaçının öz iddia ərizəsində göstərdiyi hallara istinad etmiş, iş üzrə yazılı heç bir sübut və ya dəlilə istinad etməmişdir.
18. Apellyasiya instansiyası məhk əməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1. 372.2. 373.2, 373.3, 375.1, 375.2, 377.1, 427.1. 427.2. 470.1, 472.1, 474.1. 477.0.4, 512, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (vəkil Nümayəndə2 ) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasında onun bildirdiyi fikirlər ümumiyyətlə qeyd edilməmişdir. İş materiallarından da göründüyü kimi, kredit xx.xx.20 14-cü il tarixdə 36 müddətinə götürülmüşdür. Qanunvericiliyin tələbindən də göründüyü kimi müqabilə şərtlərindən irəli gələn işlər üzrə iddia tələbi 3 il təşkil etmişdir. Belə olan halda iddia müddəti 3 il+3 il=6 il kimi nəzərə alınsa iddia müddəti xx.xx.2020-ci ildə bitmişdir. İddia müddəti keçmiş bir iddianın təmin olunması qərəzli olduğundan əsassız hesab edilərək rədd edilməlidir. Kredit müqaviləsi bağlanarkən həmin tarixlərdə bağlanmış zaminlik müqaviləsinə onsuzda kəsici müddət tətbiq edilir. Zaminə kəsici müddət tətbiq edildiyi halda müddət keçməsi ilə bağlı 375.2-ci maddəyə istinad edərək ərizə yazan cavabdeh ən azı zaminlikdən çıxarılmasını deyil müddətin tətbiq edilməsini tələb etməsini özü də başa düşmüşdür. Cavabdeh3 ərizə yarazaraq Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edil məklə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Sözügedən şəxs özü bank əməkdaşı olduğundan həmin maddənin nədən ibarət olmasını bilmişdir. Əgər bu ərizə yalnız zaminliklə bağlı olsaydı Cavabdeh3 zaminlikdən çıxarılmasını xahiş edərdi. Bu cür iddialarda cavabdeh iddia müddətinin tətbiq edilməsini ümumikdə tələb edə bilər və o şəxsin hüququdur. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsində müddət tətbiq edilməsi ilə bağlı ərizə verməsini məhkəmə qəbul etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
24. Maddə 373.3. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 373.3. Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
26. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin i ddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
29. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
30. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur
31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzəri nə götürür.
32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzi ndə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
35. Maddə
512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.
36. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vax t əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və işə məhkəmələrdə baxılarkən də irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instan siyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin edərkən Cavabdeh1 münasibətdə iddia müddətinin tətbiq olunmaması barədə qanunvericiliyin tələblərinə və işin hallarına uyğun düzgün nəticəyə gəlmişdir.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-713/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.