Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-344/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-344/2019 Bakı şəhəri 21 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)8797/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəm əsinin (hakim F.Məmmədov) 13.02.2018-ci il tarixli, 2(011)-6/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5216.07 ABŞ dolları əsas borc, 704.19 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6120.26 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçı “xxxx” ASC-nə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və 16.09.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Hyundai Sonata” markalı, **--*** dövlət qeydiyyat nişanlı (boz metalik rəngli, Ban ******************, buraxılış ili 2012-ci il) avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh “xxxx”ASC-nə olan borcunun ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) 11.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddi açı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.06.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, 16.09.2014-cü il tarixli, 510/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 5216.07 ABŞ dolları əsas borc, 772.09 ABŞ dolları gecikdirilmiş faiz borcu, 1336.87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7325.03 ABŞ dolları borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçı “xxxx” ASCnə ödənilməsi, həmin məbləğlərin girov qoyulmuş cavabdehə məxsus olan “Hyundai Sonata” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı (boz metalik rəngli, Ban ******************, buraxılış ili 2012-ci il) avtomobilə yönəldilərək həmin əmlak hesabına “xxxx” ASC-nə ödənilməsi, ipoteka predmeti borcun ödənilməsi nə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı “xxxx” ASC iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16.09.2014-cü il tarixli, 510/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 5216.07 ABŞ dolları əsas borc, 707.84 ABŞ dolları hesablnamış faiz borcu, 1075.81 ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 16.09.2016-cı il tarixdən 01.02.2018-ci il tarixədək hesablanmış faiz borcu, 1336.87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8336.59 ABŞ dolları borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçı “xxxx” ASC-nə ödənilməsi, həmin məbləğlərin girov qoyulmuş cavabdehə məxsus olan “Hyundai Sonata” markalı, **--*** dövlət qeydiyyat nişanlı (boz metalik rəngli, Ban ******************, buraxılış ili 2012-ci il) avtomobilə yönəldilərək həmin əmlak hesabına “xxxx” ASC-nə ödənilməsi, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “xxxx” ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hesablanmış faiz borcunun 704.84 ABŞ dolları təşkil etdiyini bildirmiş və bu hal nəzərə alınaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsində təyin edilmiş məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə iclasından xəbəri olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərini, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai rayon Məh kəməsinin 13.02.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz ödəmək şərtilə 36 ay müddətinə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 16.09.2014-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus HYUNDAİ SONATA markalı, 2012-ci il buraxılışlı ***** dövlət nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində mübahis əyə mahiyyəti üzrə baxılarkən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 20.12.2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 16.19.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka olan borcu 16.09.2016-cı il tarixə 5216,07 ABŞ dolları əsas borc, 704,19 ABŞ dolları faiz borcu; 13.03.2017-ci il tarixə 5216,07 ABŞ dolları əsas borc, 1165,81 ABŞ dolları faiz borcu təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhd əsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin g ün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mül ki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə,Cavabdeh iddiaçı “xxxx” ASC-yə borcu yaranmışdır. Borclu borcunu ödəmədiyinə görə, Bank borcun tutulmasını və tutmanın borcluya məxsus olan ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecik dirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüquq u yaranır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borc lu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv i üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)-8797/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali
Məhkəmə qərarları › İş №2(102)-344/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-344/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver