Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3440/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019cu il tarixli qərardadından ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(007)297/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 02.05.2014-cü il tarixli 18 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 20627,12 manat, faiz borcuna görə 3905,40 manat, cəmi 24532,52 manat məbləğində pul və dövlət rüsumuna görə 31 manat, cəmi 24563,52 (iyirmi dörd min beş yüz altmış üç manat əlli iki qəpik) manat pulun Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulması, borcun tutulması ipoteka predmeti olan X7 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşənmənzilinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin-57000 manat müəyyən edilərək, həmin mənzil açıq hərrac yo¬lu ilə satılmaqla borcun ödənilməsinə yönəldilməsi və əldə olunmuş vəsaitdən - 02.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 24563,52 (iyirmi dörd min beş yüz altmış üç manat əlli iki qəpik) manatın “xxxx” ASC-nin xeyrinə ödənilçəsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh X8 qaytarılması, iddia tələbi “hərracdan 1 ay sonra mənzilin boşaldılması” hissəsində təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri- 80 manat Cavabdehdən alınıb, dövlət büdcəsinə Dövlət Xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertizası mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-4980/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(007)297/2017 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə- əsas, faiz borcunun və cəmi məbləğin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, əsas borc 20591,67 (iyirmi min beş yüz doxsan bir manat altmış yeddi qəpik) manat, faiz borcu 837,39 (səkkiz yüz otuz yeddi manat otuz doqquz qəpik) manat, cəmi məbləğ 21460,06 (iyirmi bir min dörd yüz altmış manat altı qəpik) manat tutulması, qətnamə apellyasiya baxışının predmetində qalan- 31 (otuz bir) manat dövlət rüsumunun, 80 (səksən) manat ekspertiza xərcinin cavabdehdən tutulması hissələrində dəyişdirilmədən saxlanılması, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi, kodu 2100 05, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE ********************, Büdcə təsnifat kodu 142319, Büdcə səviyyəsinin kodu 3 saylı hesaba keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-4980/2018 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(007)-297/2017 saylı qətnaməsi – “iddia tələbinin borcun tutulması ipoteka predmeti olan X7 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin-57000 manat müəyyən edilərək, həmin mənzil açıq hərrac yolu ilə satılmaqla borcun ödənilməsinə yönəldilməsi və əldə olunmuş vəs aitdən - 02.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 24563,52 (iyirmi dörd min beş yüz altmış üç manat əlli iki qəpik) manatın “xxxx” ASCnin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh X8 qaytarılmasının təmin olunan, iddia tələbi “hərracdan 1 ay sonra mənzilin boşaldılması” hissəsində təmin edilməyən” hissələrində ləğv edilməsi, iddia tələbi- “ipotekaya qoyulmuş X8 məxsus ünvan 1 ünvanına yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, hərracdan 1 ay sonra mənzilin boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Məmmədov və E.Nağıyeva, İş № 2(103)-4980/2019) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)4980/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə təmin edilməyərək, kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onun la əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsində hərtərəfli və obyektiv araşdırılma aparılmamış və məhkəmə tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə ədalətli qiymət verilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini, üzrlü səbədən buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müfadiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin MKnın 13 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini, üzrlü səbədən buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflər ə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 13 fevral 2019-cu il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsində göstərilən xüsusatların yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 28 yanvar 2019-cu il tarixdə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-4980/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosesual müddətin bərpa olunması barədə ərizəsi və kassasiya şikayəti daxil olmuşdur. Müddətin bərpası haqqında ərizə onunla əsaslandırılmışdır ki, həmin dövr ərzində ləğv prosesində olan “xxxx” ASC-nin hüquq şöbəsinin və həmin şöbəyə aid məhkəmələrin icraatında olan bir sıra kredit qovluqlarının bankın yerləşdiyi əvvəlki inzibati binasından Əmanətlərin Sığortalanması Fondunun müvəqqəti yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvandakı inzibati binasına köçürülmə prosesi gedirdi. İcraatda olan mülki işlərin çoxluğu, işçi sayının az və bəzi əməkdaşların məzuniyyətdə olması səbəbindən, həmçinin bank ləğv prosesində olduğu üçün kassasiya şikayəti vermək üçün prosesual müddət üzrlü səbəbdən ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəni müzakirə edib müəyyən etmişdir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin 12 oktyabr 2018-ci il tarixdə rəsmi qaydada almış, kassasiya şikayətini isə prosessual müddəti ötürməklə 28 yanvar 2019-cu il tarixində vermişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 405.0.1-ci və 408.1.4-cü maddələrinə is tinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bərpası üçün üzürlü səbəblər barədə sübutlar təqdim olunmadığından, iddiaçı tərəf hüquqdan aşkar surətdə sui-istifadə etdiyindən, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya məhkəməsində hərtərəfli və obyektiv araşdırma aparılmamış və məhkəmə tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə ədalətli qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə verilmiş ərizədə göstərilən xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi ərizəyə formal yanaşaraq tərəfin hər kəsin ədalətli məhkəmə baxışına olan hüququnun təmin olunması barədə istər mülki qanunvericilik, istərsə də beynəlxalq hüquqda hər kəs üçün təmin edilmiş zəuri hesab edilən hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəmə yə şikayət edə bilər. Hüquqların pozulması ilə bağlı məhkəməyə müraciəti ifadə edən ərizənin geri qaytarılması hər şeydən əvvəl ədalətli məhkəmə baxışına hüququn tərkib hissəsini təşkil edən məhkəməyə çatmaq hüququ ilə bağlıdır. Məhkəməyə çatmaq hüququnun məhdudlaşdırılmasına yol verilsə də, bu ümumilikdə həmin hüququn mahiyyətinə xələl gətirməməli və onu xəyali hüquqa çevirməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində də həmin hüquq təsbit olunaraq qeyd edilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə i şinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin təcrübəsində bu hüquq 6-cı maddənin kontekstində qeyd olunanlardan daha geniş şərh olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Delkur Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, demokratik cəmiyyətdə Konvensiyanın dərk olunması prizmasında ədalətli ədalət mühakiməsinə olan hüquq o qədər mühüm əhəmiyyət kəsb edir ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərh edilməsi həmin müddəanın məqsəd və təyinatına xidmət etməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 fevral 2003-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” qərarında da həmin hüquqi mövqe ifadəsini tapmışdır. Qərarda göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən məhkəmə qaydasında müdafiəsini zəruri hesab edir… Məhkəmə müdafiəsi beynəlxalq hüquq da müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə görə mülki hüquqların müəyyən edilməsi zamanı həddən artıq mürəkkəb inzibati prosedurların mövcud olması özü-özündə məhkəməyə çatmaq hüququnun pozulması kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin mövqeyinə görə mülki hüquqların müəyyən edilməsi zamanı hə ddən artıq mürəkkəb inzibati prosedurların mövcud olması özü-özündə məhkəməyə çatmaq hüququnun pozulması kimi qiymətləndirilə bilər. “Kreuz Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, bir çox hallarda 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmə qarşısında və ya məhkəmə funksiyalarını yerinə yetirən orqan qarşısında öz mülki hüquq və vəzifələrinə aid istənilən tələbi irəli sürmək hüququnu təmin edir. Beləliklə, həmin bənd «məhkəməyə müraciət hüququnu» təsbit edir, məhkəməyə buraxılma hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ bu hüququn bir aspektini təşkil edir, lakin bu aspekt faktiki olaraq 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan digər təminatlardan yararlanmağı mümkün edir. Öncə fərdə m əhkəmə proseslərinə başlamaq imkanı verilmirsə, ümumiyyətlə belə proseslərin ədalətli, açıq və səmərəli xarakteri həqiqətən heç bir dəyərə malik olmur. “Brualla Qomes de la Torre İspaniyaya qarşı” iş üzrə 19 dekabr 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, “məhkəməyə müraciət etmək hüququ” mütləq deyil. O, dolayısı yol verilən məhdudiyyətlərə məruz qoyula bilər, çünki məhkəməyə müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləmə tələb edir. Məhkəmə bəzi işlərdə, xüsusən sözügedən məhdudiyyətlər apellyasiya şikayətinin qəbul edilməsi şərtlərinə aid olan hallarda, yaxud ədalət mühakiməsinin maraqları apellyasiya şikayəti ilə bağlı prosesdə digər tərəflərdən alınmalı olan məhkəmə xərclərinin ödənilməsinə ərizəçinin təminat verilməsi ni tələb etdiyi hallarda qərar çıxarıb ki, fərdin «məhkəməyə» və ya «məhkəmə funksiyasını yerinə yetirən orqana» müraciət etməsinə müxtəlif məhdudiyyətlər, o cümlədən maliyyə məhdudiyyətləri qoyula bilər. Məhkəmə artıq təsdiq etmişdir ki, elə işlər ola bilər ki, orada potensial proses iştirakçısı iddia tələbi irəli sürmək üçün öncə icazə almalıdır. Lakin bu işlərin hamısına tətbiq edilən məhdudiyyətlər Məhkəməni bu şərtlə qane etmişdir ki, onlar ərizəçinin məhkəməyə müraciət etmək hüququnu həmin hüququn mahiyyətinə xələl gətirən tərzdə və ya dərəcədə məhdudlaşdırmasın. Bu konteksdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tolstoy-Miloslavski Birləşmiş Krallığa qarşı” iş üzrə 13 iyul 1995-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəməyə və ya məhkəmə funksiyasını yerinə yetirən orqana müra ciət hüququna qoyulan məhdudiyyət qanuni məqsəd daşımırsa və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə yoxdursa, həmin məhdudiyyət 6-cı maddənin 1-ci bəndinə uyğun ola bilməz. Konvensiyanın məqsədi nəzəri və xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməkdir. Ədalətli məhkəmə araşdırması hüququnun demokratik cəmiyyətdə mühüm yer tutduğunu nəzərə alsaq, bunu xüsusən məhkəmələrə müraciət hüququna aid etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə ve rilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13.02.2019-cu il tarixli qərardadı ləğv edilməli, iddiaçı kassasiya ş ikayətinin müddətin bərpa edilməsi barədə ərizədə göstərilən səbəblər ətraflı araşdırılıb nəticəsindən asılı olaraq qanuna uyğun qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 13 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsində göstərilən xüsusatların yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3440/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3440/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver