Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3441/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh1 nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8841/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)3181/2018 saylı 16 may 2018-ci il t arixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada əsas borc üzrə 9863,06 manat, faiz borcu üzrə 3962,96 manat, 100 manat dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13966,02 manat məbləğində pulun alınaraq İddiaçı X3 verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan 2013-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534084 ban, 212133222DFCX0379 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin C avabdeh1 qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kass asiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məl umat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 nümayəndəsi X1 və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 17 faiz ödəmək şərtilə 36 ay müddətinə 11800 manat məbləğində kredi t verilmişdir. Həmçinin İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 13.01.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Bundan başqa, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.01.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən «Daewoo Gentra» markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı İKB ASC-in 18 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 13.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13 yanvar 2017-ci il tarixə banka olan borcu 9863,06 manat əsas borc, 3962,96 manat faiz borcu, 1525,2 manat cərimə borcu təşkil edir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə ə sasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yeti rilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, bo rcalan Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, "İddiaçı" X4 əməkdaşı X2 19.09.2016-cı il tarixdə 5 illik notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir. Razılaşmaya görə bu etibamamə əsasında "Daewoo Centra" markalı nəqliyyat vasitəsi həmin şəxs tərəfındən satılmalı və əldə olunan məbləğlə bank qarşısın da qalan borcu qarşılanmalı olduğu halda bu həyata keçirilməmişdir. Belə ki, nəqliyyat vasitəsinin banka təhvil verilməsindən sonra borcun tələb edilməsinin, o cümlədən faizlərin və dəbbənin hesablanmasının heç bir hüquqi əsası olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 fikirləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, müvafiq kredit və ipoteka müqaviləsi məhz cavabdehlə bağlanmış, sonradan müqavilənin başqa şəxslə bağlanması, ipoteka predmetinin mülkiyyətçisinin dəyişdirilməsi ilə bağlı başqa razılaşma müəyyən edilməmişdir. Kredit və ipoteka müqaviləsinin ləğv və ya etibarsız hesab edilməsinə dair iş materiallarında hər hansı sübut yoxdur. Hətta nəqliyyat vasitəsinə dair kiminsə adına eti barnamə verilməsi cavabdehi kredit müqaviləsi üzrə öhədəliyin icrasından azad etmir. Cavabdeh nəqliyyat vasitəsi üzərində öhdəliyi həyata keçirə bilmirsə, qanuni əsaslar olmadan mülkiyyətindən çıxarılmış nəqliyyat vasitəsinin axtarışı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə və mülkiyyətində olan əşyanın qanunsuz sahiblikdən geri alınmasına dair tələb irəli sürmək hüququna malikdir. Tələb olunan borc məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının təqdim etmiş olduğu hesabdan çıxarış məlumatları və maliyyə arayışından görünür ki, müqavilə üzrə ödənilmiş məbləğlər həmin dövrə yaranış borcun hesabına silinmiş və müqavilə müddətinin sonuna yaranmış kredit borcuna müvafiq tələb irəli sürülmüşdür. Cavabdeh borc məbləğinin düzgün hesablanmaması və tələb olunan məbləğin müqavil ə üzrə ödəməli olduğu məbləğdən artıq olmasına dair hər hansı dəlilə irəli sürməmişdir. Eyni zamanda edilmiş ödənişlərlə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya ş ikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8841/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3441/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3441/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver