Məhkəmə qərarları › İş №2(102)-3442/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3442/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3442/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə ödənilməli olan pulun tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, müqavilənin etibarlılığının mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(107)398/2023 nömrəli qətnaməsində n ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 28 fevral 2022-ci il tarixli notarial qaydasında təsdiq olunmuş kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 31 mart 2022-ci il tarixədək 58000 manat pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə faizsiz borc vermişdir.

2. Cavabdeh "xxxx" MTK-nın rəhbərliyinə yazdığı 28 fevral 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən, o, Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 1054 ünvanında MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı bina, 8-ci mərtəbəsində həyat yoldaşı X3 məxsus olan 37 saylı mənzil ə dair 01 noyabr 2014-cü il tarixli Al-06/244 saylı müqavilədən irəli gələn bütün hüquq və vəzifələrin İddiaçı adına keçirilməsinə razılıq vermiş, həmin mənzilə dair İddiaçı ilə müvafiq sənədləşmə aparılmasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsində həmin mənzilə dair bütün hüquqlardan imtina etmiş və heç bir şəkildə hər-hansı bir tələb irəli sürməyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə ödənilməli olan 58000 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və 265 manat dövlət rüsumu olmaqla, cəmi 58565 manat məbləğin alınıb, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əs aslandırılmışdır ki, iddiaçı ev almaq istəyərkən cavabdehin verdiyi elanı görmüş, onun satışa çıxardığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1054 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin 6-cı binanın 8-ci mərtəbəsində yerləşən 37 saylı mənzili almaq qərarına gəlmişdir. O, mənzili 197000 manata almağa razılaşmış, məbləğin 139000 manatını nağd ödəmişdir. Evin sənədləri tam hazır olmadığından evi adına rəsmiləşdirə bilməmişdir. Razılaşdıqları məbləğdən qalan 56000 manatı ödəmək məqsədi ilə o, "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlamışdır. Mənzil alınan vaxt tam təmirli olmamış və cavabdeh ona taxta sexi və təmir işləri görmək üçün şirkətinin olduğunu bildirərək, ev təmir etməyi, mətbəx mebelini, qapı və pəncərələrini taxta materialdan yığmağa söz vermişdir. Bundan başqa, cavabdeh özünün müxtəlif rayonlarda istirahət mərkəzlərinin olduğunu demişdir. Cavabdeh evin təmirini yüksək səviyyədə aparacağına onu inandıraraq, bu məqsədlə ondan pul istəmiş və iddiaçı 28 fevral 2022-ci il tarixdə cavabdehə 58000 manat borc verməyə razılaşmış, bununla bağlı aralarında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 58000 manat borc vermiş, cavabdeh isə krediti 31 mart 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onun cavabdehlə aralarında olan mənzil alqı-satqısı ilə cavabdehə verdiyi 58000 manat borc məbləğinin bir-biri ilə heç bir əlaqəsi olmamışdır. Cavabdeh mənzilin təmiri ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün, iddiaçı Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, araşdırılmadan sonra cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

5. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 28 fevral 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin əvvəllərində işlərində yaranmış problemləri həll etmək üçün o, həyat yoldaşı X3 məxsus Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 1054 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı bina, 8-ci mərtəbəsində yerləşən 37 saylı mənzili satışa çıxarmaq məcburiyyətində qalmışdır. İddiaçı onunla əlaqə saxlayaraq evi almaq istədiyini bildirmişdir. Onlar evə baxış keçirdik dən sonra İddiaçı evi bəyəndiyini, evin dəyəri kimi 197000 manat ödəməyə razı olduğunu, lakin tam məbləği ödəməsi üçün pulu çatmadığından evi ipoteka ilə almaq istədiyini bildirmişdir. Evə dair mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmaması səbəbindən ipoteka ilə bağlı sənədləşmələrin yekunlaşması üçün uzun müddət tələb edildiyini, təcili pula ehtiyacı olduğunu üçün İddiaçı təklifi ilə evin razılaşdıqları dəyərindən bir hissəsinin ona ödənilməsi və evin çıxarışının olmaması səbəbindən beh müqaviləsi bağlaya bilmədiklərindən, bununla bağlı aralarında borc müqaviləsi bağlanılması, eyni gündə mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə notarial qaydada ərizə verəcəyi, bütün sənədləşmə işləri yekunlaşdıqdan sonra aralarında son ha qq-hesab aparılacağı barədə razılaşmışlar. Pula ehtiyacı olduğu üçün 28 fevral 2022-ci ildə Bakı şəhəri 51 saylı notariat ofisində aralarında 58000 manata dair borc müqaviləsi bağlanmış və İddiaçı həmin məbləği vermişdir. O, isə razılaşmalarına uyğun olaraq həyat yoldaşı X3 məxsus mənzilə dair 01 noyabr 2014-cü il tarixli Al-06/244 saylı müqavilədən irəli gələn bütün hüquq və vəzifələrin İddiaçı keçirilməsinə və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə razılıq verilməsi barədə ərizə vermiş və ərizəni notarial qaydada təsdiqlədərək İddiaçı təqdim etmişdir. Mənzil İddiaçı adına tam rəsmiləşdirildikdən sonra sonuncu mənzilin dəyəri kimi razılaşdıqları pulu tam ödəmiş və aralarında bütün haqqhesab yekunlaşmışdır. 2022-ci ilin avqust ayının sonlarında məlum olmuşdur ki, İddiaçı heç bir hüquqi qüvvəsi olmayan, yalnız görünüş üçün bağladıqları 28 fevral 2022-ci il tarixli borc müqaviləsini əsas tutaraq, həmin müqavilədə borc kimi rəsmiləşdirilmiş, əslində evin dəyərinin bir hissəsi kimi ona ödədiyi pulun öz xeyrinə ondan tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aralarında bağlanmış 28 fevral 2022-ci il tarixli borc müqaviləsi görüntü xarakteri daşıdığından, heç bir hüquq və vəzifələr yaratmayan uydurma əqd olduğundan həmin əqd məhkəmə qaydasında etibarsız hesab edilməlidir.

7. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-1041/2022 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) ilk iddianın təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə ödənilməli olan 58000 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və 265 manat dövlət rüs umu olmaqla, cəmi 58565 manat məbləğinin alınaraq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı aralarında 28 fevral 2002-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin təklifi ilə 28 fevral 2022-ci il tarixdə ona 58000 manat məbləğində borc pul vermiş və bununla bağlı aralarında həmin tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh 31 mart 2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı məhkəməyə müraciət edərkən hüquqi yardıma görə 300 manat, dövlət rüsumu kimi 265 manat vəsait ödəmişdir.

9. Məhkəmə qarşılıqlı iddia üz rə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 28 fevral 2022-ci il tarixli kredit müqaviləsinin görüntü xarakteri daşıdığını, heç bir hüquq və vəzifələr yaratmayan uydurma əqd olduğunu, həmin əqdin məhkəmə qaydasında etibarsız hesab edilməli olduğunu qeyd etsə də, iddia tələbinin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin faktlar məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlar İddiaçı iddia tələbi ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə araşdırması ilə tərəflər arasında evin alqı-satqısına dair İddiaçı Cavabdeh ödədiyi məbləğlə, tərəflər arasında bağlanmış borc müqaviləsinin bir-biri ilə əlaqəsinin olmadığı müəyyən olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)1041/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(107)-398/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) аpellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 de kabr 2022-ci il tarixli, 2(037)-1041/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh borc müqaviləsində göstərilən 58000 manatın mənzilin alqı-satqısı üçün razılaşdırılmış 197000 manat pula daxil olduğunu, nəticədə iddiaçının cavabdehə mənzilin alqı-satqısı üçün pulu ödəyərkən həmin 58000 manatın oradan çıxıldığını iddia etmiş, iddiaçı isə borc müqaviləsində göstərilən 58000 manatın cavabdehin təcili pula ehtiyac olduğu üçün ona borc olaraq verildiyini, həmin pulu mənzilin alqı-satqısı üçün razılaşdırılmış 197000 manata heç bir əlaqəsinin olmadığını, həmin 197000 manat ödənilərkən borc müqaviləsindəki pulu oradan çıxılmadığını, beynəlxalq banka ödənilmiş 56000 manat isti sna olmaqla, qalan pulun tam şəkildə cavabdehə ödənildiyini bildirmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mənzillə bağlı rəsmi alqı-satqı müqaviləsi mövcud deyildir, belə bir alqı-satqının mövcudluğunun prezumpsiya olunması hər iki tərəfin alqı-satqı faktına istinad etməsinə əsaslanmışdır. Alqı-satqı barədə heç bir sənəd mövcud olmadığından mübahisəli məsələ olan - 197000 manat ödənilərkən 58000 manatın oradan çıxılıb-çıxılmadığı sübut olunmur. Belə olan halda, rəsmi müqavilə ilə təsdiq olunan 58000 manat borc heç bir sübutla təsdiq edilməyən şifahi mülahizələrə nisbətdə üstün mövqedə tutulmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində həmin müqavilənin əslində beh müqaviləsi olduğunu iddia etsə də, cavabdehin bu dəlillər i də yalnız formal mülahizələrdən ibarət olmaqla qalır və heç bir sübutla təsdiq edilmir.

15. İşin sübutlarla təsdiq olunan halı 58000 manatın 28 fevral 2022-ci il tarixli borc müqaviləsi əsasında İddiaçı tərəfindən cavabdeh X2 borc olaraq verildiyidir. Göründüyü kimi, mülki işin materiallarında borcun verilməsi barədə yazılı müqavilə mövcud olmaqla, borcun qaytarılması barədə heç bir sənəd və ya qeydin mövcudluğu aşkar edilmir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 529.3, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(107)-398/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 340.1, 340.2-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.2, 217.3-cü maddələrinin pozulması ilə qəbul etmişdir.

19. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, kassatorun təqdim etdiyi sübutları qiymətləndirməmişdir. Kassatorun həyat yoldaşına məxsus mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığından, həmin mənzilə dair notarial qaydada beh müqaviləsinin bağlanması mümkün olmamışdır. Bu səbəbdən İddiaçı behi borc müqaviləsi ilə vermişdir. Başqa sözlə, borc müqaviləsi alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Bunda başqa, İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsində verdiyi izahatında evin təmiri üçün Cavabdeh 2022-ci ilin mart-may ayları aralığında ümumilikdə 18000 ABŞ dolları məbləğində pul verdiyini və Cavabdeh həmin pulu dələduzluq yolu ilə ələ keçirdiyini iddia etmişdir. Göründüyü kimi, iddiaçı hazırki iş üzrə iddiasında və polis idarəsində verdiyi məlumatlar ziddiyyətli olmuşdur. Həmçinin İddiaçı məhkəmə araşdırması zamanı bildirmişdir ki, onun mənzilin tam dəyərini ödəmək imkanı olmamış, bu səbəbdən evi ipoteka ilə almışdır. Evin dəyərini tam həcmdə ödəmək imkanı olmayan şəxsin evin dəyərindən əlavə evi satan şəxsə alqı-satqı zamanı əlavə olaraq 58000 manat borc verməsi absurddur. Odur ki, mübahisələndirilən 28 fevral 2022-ci il tarixli borc müqaviləsi beh müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən h üquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bil ər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddə sinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müq aviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məc əllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir d aha qeyd edir ki, tərəflər arasında mənzilin alqı-satqısı ilə bağlı hüquq münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. Lakin, cavabdeh hazırki borc müqaviləsinin həmin alqı-satqı müqaviləsi ilə əlaqəli olmasını iddia etsə də, bununla bağlı tutarlı, ardıcıl və məntiqli dəlillər gətirə bilməmişdir. Belə ki, kassator borc müqaviləsinin bir tərəfdən mənzilin alqı-satqı müqaviləsini, digər tərəfdən həmin alqı-satqı zamanı verilmiş behin pərdələnməsi məqsədi ilə bağlandığını iddia edir. Belə olduqda, yəni cavabdeh mənzilin satıcısı olaraq, ona mənzilin dəyəri tam ödənilmədiyi, iddiaçının ona borcu qaldığı halda isə, kassatorun bildirdiyi kimi aralarında olan münasibətlərin borc müqaviləsi ilə rəsmiləşdirmək niyyətində olduqları zaman borc verən kimi iddiaçının deyil, cavabdehin qeyd olu nması daha məntiqli ola bilərdi. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malik dir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur....

30. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi əsaslı olaraq cavabdehin şifahi mülahizələrini deyil, tərəflər arasında yazılı qaydada tərtib olunmuş müqavilənin şərtlərini əsas götürərək, qətnamə qəbul etmişdir.

31. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həll i üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(107)-398/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar