Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3443/2020 27.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “X9” X2 X15 Təşkilatı Cavabdehlər: “X10” X2 və Cavabdeh2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X7, X5 və X11 İddia tələbi: kredit üzrə borcun qaytarılması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi Açar sözlər: ipoteka predmetinə tutma yönəldilməsi, əsas öhdəlik üzrə iddia müddətinin axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili X1, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-13/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “X9” X2 X15 Təşkilatı (bundan sonra – iddiaçı) ilə «X10» X2 (bundan sonra – borclu) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 11 saylı kredit müqaviləsi (bundan sonra – Kredit müqaviləsi) ilə iddiaçı tərəfindən borcluya 12 ay müddətinə, illik 5 faizlə, 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı və Cavabdeh2 (bundan sonra – İpoteka qoyan) arasında bağlanmış eyni tarixli 11/1 saylı ipoteka müqaviləsi ilə sonuncu özünə məxsus Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində,3-cü mərtəbəsində yerləşən 58,44 kv.m ümumi, 45,07 kv.m yaşayış, 13,37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzilini (bundan sonra – İpoteka predmeti) iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan cəmi 7591,63 manatın və həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın İpoteka predmetinə yönəldilməsi, İpoteka predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra həmin mənzildə yaşayanların 1 (bir) ay müddətində mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və iddiaçıya tələb olunan məbləğdə borcu yaranmışdır. Babək Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(079)68/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim D.Səfərov) iddia qismən təmin edilmiş, borcludan 7591,63 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın tutmanın İpoteka predmetinə yönəldilməsinə dair hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini bütövlükdə əsaslı hesab etmiş, lakin İpoteka qoyanın ərizəsi əsasında iddianın ipoteka predmetinə tutma yönəldilməsi hissəsi üzrə iddia müddətinin ötürüldüyü qənaətinə gəlib həmin hissəə iddianı rədd etmiş, belə qənaətə gəlmişdir ki, tərəflər arasında ipoteka müqaviləsinin bağlanmasından 8 ilə yaxın müddət keçsə də, iddiaçı hüququnun pozulduğunu bilməsinə baxmayaraq, keçən bu müddət ərzində borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmin qətnamədən yalnız iddiaçı iddianın rədd olunmuş hissəsindən apelyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(108)-13/2020 nömrəli iş üzrə xx xxxxxx 2 020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Allahverdiyev (sədrlik edən və məruzəçi), S.Qarayev və Ə.Xıdırov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilərək tutmanın İpoteka predmetinə yönəldilməsi, İpoteka predmetinin açıq hərrac yolu ilə satılması və kredit borcunun İpoteka predmetinin açıq hərracda satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin İpoteka qoyana qaytarılması, İpoteka predmetinin ilkin satış qiymətinin 62000 manat məbləğində müəyyən edilməsi, tutma İpoteka predmetinə yönəldikdən və o, satıldıqdan sonra 1 (bir) ay müddətində İpoteka qoyanın onunla həmin mənzildə yaşayan ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə bağlı Azərbayan Respublikası Mülki Məcəlləsinin 372.1, 376, 377.1, 380.1, 380.2, 317, 319.1-ci, “İpoteka haqqında” Qanunun 6.1, 34.1.1, 39.3, 59.3-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddia müddətinin keçməsi əsası ilə ipoteka predmetinə tutma yönəldilməsi tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmiş, tələbin həmin hissəsinə münasibətdə mülki işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən iddiaçının xeyrinə 2010c u il ərzində ümumilikdə 5357.56 manat, 2011-ci il ərzində ümumilikdə 1642.44 manat, 2012-ci il ərzində ümumilikdə 850 manat, 2013-cü il ərzində ümumilikdə 510 manat, 2014cü il ərzində ümumilikdə 7039.66 manat, 2015-ci il ərzində ümumilikdə 2078.71 manat, 2016-cı il ərzində ümumilikdə 4930 manat və 2017-ci il ərzində ümumilikdə 5000 manat məbləğində ödənişlər aparılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi iddia müddətinin buraxılmadığını qeyd edib və bunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsinə şərait yaradılmasını xahiş edib. Lakin məhkəmə tərəfindən buna şərait yaradılmayıb, bununla bağlı heç bir araşdırılma aparılmadan həmin gün qətnamə qəbul olunub. Buna görə də nümayəndə ondan asılı olmayan səbəbdən m aliyyə arayışlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməyib. Kollegiya qeyd olunan əsasla maliyyə arayışını yeni sübut növü kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsinin şərtlərinə görə son ödəmə tarixi xx.xx.2011-ci il müəyyən olunsa da, borclu tərəfindən 2012-2017-ci illər ərzində ödəmələr davam etdirildiyindən və beləliklə də borclu tərəfindən borcun etiraf edilməsini göstərən davamlı hərəkətlər edildiyindən iddia müddətinin axımının hesablanması da məhz son ödənişin aparıldığı xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. İddia ərizəsinin isə xx.xx.2018-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olduğu nəzərə alındıqda iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi müəyyən olunur. Kollegiya həmçinin qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda İpoteka predmetinin yüklülüyü müddəti xx.xx.2010-cu il tarixdən etibarən 12 ay müddətinə müəyyən edilsə də, ipoteka müqaviləsinin şərtlərində tərəflər öz aralarında ipoteka ilə yüklü edilmiş əmlakın yüklülük müddətini müəyyən etməmiş və bu müddətin 12 ay olmasına dair hər hansı razılığa gəlməmişlər. Məhkəmə kollegiyasının həmin Komitəyə verdiyi xx xxxx 2019-cu il tarixli sorğunun cavabından da məlum olmuşdur ki, İpoteka predmeti xx.xx.2010-cu il tarixli 11/1 nömrəli ipoteka müqaviləsi əsasında iddiaçının xeyrinə yüklü edilmişdir və yüklülük hazırda da davam edir. Bundan başqa, apelya siya instansiyası məhkəməsi tərəfindən İpoteka predmetinin dəyərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyində İpoteka predmetinin dəyəri 62000 manat məbləğində qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlaka aşağıda adları qeyd olunmuş şəxslər qeydiyyata alınmışdırlar: İpoteka qoyan Cavabdeh2; anası X7; nənəsi XXXX; bacısı X5; bacısı X4 və qardaşı X11. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən qəbul olunacaq yekun məhkəmə aktı yuxarıda adları qeyd olunan şəxslərin maraqlarına toxunduğu halda həmin məhkəmə tərəfindən onlar prosesə cəlb olunmamışlar. Apelyasiya baxı şı zamanı adıçəkilən şəxslər prosesə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar. Eyni zamanda İpoteka qoyan tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli sənəd əsasında müyyən edilmişdir ki, həmin mənzildə qeydiyyatda olmuş QəXXXXva xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşə baxılması zamanı cəlb edilmiş üçüncü şəxslər X7, X5 və X11 məhkəməyə ərizələr ünvanlayaraq apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını və iş materialları əsasında qanuni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İpoteka qoyan (vəkil X3) kassasiya şikayəti və ona əlavə (Vəkil2) verərək apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Evini ipoteka qoymayıb, ümumiyyətlə iddiaçı təşkilatı tanımır, heç vaxt həmin təşkilatdan pul götürməyib, ona pul ödənilməyib, nə özü, nə də ailə üzvləri notariusda belə bir müqavilə bağlamayıb. Müqavilələrdəki imzalar kassatora məxsus deyil, bu barədə müvafiq ekspertiza keçirilməsi barədə İpoteka qoyanın vəsatətləri nə müzakirə olunmuş, nə də təmin edilmişdir. Bundan başqa, sözügedən mənzildə qeydiyyatda olanlar üzərlərinə hər hansı öh dəlik götürməmişlər. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İpoteka qoyanın vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin kasssiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehin nümayəndəsi və üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər t utaraq işə həmin cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qətnaməsindən yalnız İpoteka qoyan kassasiya şikayəti verdiyindən qətnamə həmin şəxsə aid hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1 və 380.2. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədə n sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə
317. Təminat vasitəsi ipoteka olan əsas öhdəlik borclu tərəfindən icra olunmadıqda və ya lazımınca icra olunmadıqda, ipoteka saxlayan, daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərməlidir. Maddə 59.3.1. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıd akıları qeyd edir. İlk növbədə nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddia tələbinin əsasını iddiaçının Cavabdeh2 borc verməsi təşkil etmir. İddiaçı borcu “xxxxxxx” Kredit İttifaqı MMC-yə vediyini bildirir və borcu həmin hüquqi şəxsdən istəyir. İddiaçı eyni zamanda həmin borcun təminatı kimi İpoteka qoyana məxsus olan ipoteka predmetinə tutma yönəldilməsini xahiş edir. Bu baxımdan həqiqətən də Cavabdeh2 iddiaçıdan borc almadığı işin mübahisə olunmayan halıdır və hazırkı bu hal məhkəmə araşdırmasının predmetinə daxil deyildir. İpoteka qoyan kassasiya şikayətində, həmçinin ipoteka müqaviləsindəki imzaların ona məxsus olmadığını, bu barədə ekspertiza keçirilməsi barədə vəsatətlərinin müzakirə və təmin edilmədiyini bildirir. Lakin iş materiallarından görünür ki, işə baxılarkən mübahisəli ipot eka müqaviləsinin əsli tələb edilmiş, tərəflərin iştirakı ilə tədqiq edilmiş və xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh2 ipoteka müqaviləsinin son vərəqəindəki imzanın ona məxsus oduğunu təsdiq etmişdir (İ cild, 201-ci vərəq). Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin həmin imzanın sonuncu tərəfindən icra edilib-edilmədiyi barədə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməməsi prosessual hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlakda qeydiyyatda olan İpoteka qoyanın ailə üzvlərinin dairəsini müəyyən etmiş, onları cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. İşə baxılması zamanı X7, X5 və X11 məhkəmə yə ərizələr ünvanlayaraq apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını və iş materialları əsasında qanuni qərar qəbul olunmasını xahiş etmişlər. Hazırda üçüncü şəxslər qətnamədən kassasiya şikayəti verməmişlər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-13/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iclasında Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.