Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3444/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1 və vəkili X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli, 2(103)1712/2019 nömrəli qətnaməsindən İddiaçı2 və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim T.Qurbanov) 02.10.2018-ci il tarixl i, 2(002)-2756/2018 nömrəli qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 08.11.2019-cu il tarixli, 2(103)-1712/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli, 2(002)-2756/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 11.01.2019-cu il tarixli, 2(103)-1712/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məh kəməsinın iş üzrə 08.01.2019-cu il tarixli qətnaməsinə düzəliş edilməsi və qətnamənin giriş hissəsində “noyabr” sözünün əvəzinə “yanvar” sözü kimi oxunması qərara alınmışdır. İddiaçı2 və vəkili X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pulun alınaraq ona verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı2 Cavabdeh qarşı əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı2 və vəkili X9 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işin faktiki halları nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli, 2(103)-1712/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azə rbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi İddiaçı1 və vəkili X9 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının mövqeyinə görə, 2016-cı il tarixdə Cavabdeh onun oğlu İddiaçı1 2500 manat məbləğində borc pul istəmiş və iddiaçı həmin pul vəsaitini cavabdehə borca vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, borc pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia tələbində onun tərəfindən cavabdehə 2500 manat məbləğində kredit pul vəsaiti verilməsinə istinad olunsa da, məhkəməyə bunu təstiq edən hər-hansı sübut (borc müqaviləsi, qəbz və s.) təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən izahatı alınmış şahid X5 izahatında bildirmişdir ki, pul vəsaiti cavabdehə verilməsində iştirak etmiş, Cavabdeh həmin pulu hamam və sanitar qovşaq təmirinə görə qaytarmaq şərti ilə borc götürmüşdür. İddiaçı O1 pulu ona öz evində nağd çəkildə vermişdir. Cavabdeh Y1 isə indi pulu aldığını danır. Məhkəmə kollegiyası məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 izahatı ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 birinci instansiya məhkəməsinə müraciət edərkən, 2500 manat məbləğində pul vəsatinin Cavabdeh onun tərəfindən atası İddiaçı2, bacısı X1 və anası X6 iştirakı ilə vermişdir. Pul vəsaitinin cavabdehə verilməsi zamanı X3 iştirak etməsi onun tərəfindən göstərilməmişdir. Məhkəmə kollegiyası şahidin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onun natamam-ümumi ifadəsi hazırkı iş üzrə mübahisənin həllinə yönələn sübut kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı1 İddiaçı2 və şahid X2 izahatları arasında ziddiyyət təşkil etmiş və bu ziddiyyət şahid R1 ifadəsinin mötəbərliyinə şübhə ilə yanaşmağa kifayət qədər əsas verir. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamış,apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh və onun nümayəndəsi-vəkili X7 məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, İddiaçı2 tərəfindən X4 pul vəsaitinin verilmişdir. Lakin həmin pul vəsaiti borc qismində deyil, P1 tələbatlarının ödənilməsi üçün verilmişdir. Həmin pul vəsaitinin məbləği, pul vəsaitinin verilməsi yeri və şaraiti barədə məlumatı olmamışdır. O, pul vəsaitini iddiaçılardan almamışdır və P1 pulun verilməsində iştirak etməmişdir. Belə olan halda məhk əmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçının şəxsi mülahizələrinə əsaslanır və iddia tələbinin həmin hissədə təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, ilərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayəti üzrə kassatorun dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin hallara ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş, qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 və vəkili X9 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.01.2019-cu il tarixli, 2(103)-1712/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi an
Məhkəmə qərarları › İş №2(102)-3444/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3444/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver