Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3446/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh Səftər qızı və vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, x nömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Səftər qızına qarşı iddia qaldıraraq (sonradan iddia tələbinin həcmini azaltmaqla), 2.200 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin (hakim Z.Tahirov) xx xxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sərlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məh kəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2018-cı il tarixli, 698 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Cavabdeh Səftər qızının yazaraq imzaladığı xx xxxxxx 2016-cı il tarixli qəbzdən görünür ki, o, ehtiyacı olduğuna görə İddiaçı 2.200 manat borc pul almış, aldığı borcu Zahidəyə pensiyasından qaytaracağına söz vermişdir, borcunun əvəzində qızıl və sənəd girovu yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə İddiaçı onu n yanında Cavabdeh Səftər qızına 2.200 manat borc pul vermiş, Cavabdeh da İddiaçı 2.200manat borc alması və həmin borcu pensiyasından qaytaracağı barədə qəbz yazıb imzalamışdır. Lakin, İddiaçı eşitdiyinə görə Cavabdeh həmin 2.200 manat borcu ona qaytarmamış və qaytarmaqdan imtina etmişdir. Şahid qismində dindirilmiş X5 da şahid X1 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ol araq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. MM-in 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı cəmi 1.000 manat borc pul alması, iddiaçıya 650 manat verməklə həmin borcu hissəvi qaytarmasını göstərsə də, bu halları təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da əlavə edir ki, cavabdeh sözügedən borc sənədini imzalamaqla iddiaçıya olan mövcud borcunu etiraf etdiyi üçün həmin borcun yaranma əsas(lar)ını mübahisə edə bilməz. Çünki, Mülki Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli
Məhkəmə qərarları › İş №2(102)-3446/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3446/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver