Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3446/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-281/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ağdam Rayon Məhkəməsinin (hakim Mahir Niftəliyev) xx.xx.2023-cü il tarixli, 2(013)-2339/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 40000 manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 210 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) 13 fevral 2024-cü il tarixli, 2(104)-281/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddia tələbinin təmin olunması, cavabdehdən 40.000 manatın alınaraq iddiaçıya verilməsi, cavabdehdən 210 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(102)-2527/2024 nömrəli qərardadı ilə ilə (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Zaur Əliyev) cavabdeh tərəfindən qətnamədən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, qeyri-mümkün hesab edilməklə icraata qəbul edilməmişdir.
7. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil yenidən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilib bərpa olunması və şikayətin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o, kənd adamı olmaqla ümumiyyətlə elektron kabinetin nə olmasından xəbəri olmamışdır. O, apellyasiya şikayəti verərkən Ağdamda vəkilə müraciət etmiş və apellyasiya şikayətinin müəyyən olunmuş formada yazılıb elektron kabinetə yerləşdirilməsini və ona elektron kabinetin açılmasını bildirmişdir. Onlar asan imza əldə etmişlər və həmin şəxs apellyasiya şikayəti vermişdir. Ancaq, o ümumiyyətlə həmin kabinetə daxil olmamışdır. O, Gəncə Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli qətnaməsini 11 mart 2024-cü ildə rəsmi qaydada poçt vasitəsi ilə almışdır. 10 may 2024-cü ildə isə rəsmi qaydada vəkilinin elektron kabinetinə yerləşdirmişdir. Bundan başqa, onun apellyasiya instansiya məhkəməsində iştirak edən vəkili order əsasında çıxış etmişdir. Ona etibarnamə verməmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) 2(104)-281/2024 nömrəli mülki iş üzrə 14 avqust 2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilərək, kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən mə lum olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)281/2024 nömrəli qətnaməsinin surəti həm cavabdehin, həm də onun nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 29 fevral 2024-cü il tarixdə saat 17:10-da yerləşdirilmiş, lakin cavabdeh tərəfindən kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddət ötürülməklə 10 may 2024-cü il tarixdə saat 15:32-də yerləşdirilmişdir. Yəni, cavabdeh tərəfindən kassasiya şikayəti 10 gündən artıq müddət ötürülməklə verilmişdir.
11. Cavabdehin nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Cavabdeh tərəfindən elektron məhkəmə sistemindən və asan imzadan istifadə edə bilməməsi isə üzrlü hal kimi nəzərə alına bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 129, 130, 405, 408.1.4, 408.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(104)-281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və prosessual müddətin bərpa edilməsini və yaxud işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. 14.Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətin bərpası barədə ərizə də məhz vəkilin elektron kabinet vasitəsi ilə rəs mi qaydada alındığı gündən 2 ay ərzində verilmişdir. Yəni cavabdehin elektron kabinetə daxil olub qətnaməni oxuması öz təsdiqini tapmamışdır. MPM-nin 136-cı maddəsinə əsasən cavabdehə nə sms, nə də elektron poçt vasitəsi ilə qərarın elektron kabinetə yerləşməsi barədə məlumat daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu kimi halları araşdırmamışdır. Həmçinin, vəkil apellyasiya instansiyası məhkəməsində çıxış edərkən cavabdehin ona hər hansı bir etbarnaməsinin mövcüd olmaması da nəzərə alınmamışdır
15. Cavabdeh kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikası MPMin 135.1, 135.2, 135.6, 416, 417.1.4, 417.2, 418-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
27. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 30. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
31. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 408. 1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-281/2024 nömrəli qətnaməsinin surəti həm cavabdehin, həm də onun nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 29 fevral 2024-cü il tarixdə saat 17:1 0-da yerləşdirilmiş, lakin cavabdeh tərəfindən kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddət ötürülməklə 10 may 2024-cü il tarixdə saat 15:32-də yerləşdirilmişdir. Yəni, cavabdeh tərəfindən kassasiya şikayəti 10 gündən artıq müddət ötürülməklə verilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzrlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Cavabdeh tərəfindən elektron məhkəmə sistemindən və asan imzadan istifadə edə bilməməsi isə üzrlü hal kimi nəzərə alına bilməz.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılaraq qətnamə çıxarılarkən cavabdeh tə rəfindən vəkilə verilmiş hər hansı etibarnamə iş materiallarında olmadığı halda vəkilin həm də nümayəndə kimi qeyd edilməsi ilə razılaşmasa da cavabdehin özünə münasibətdə qeyd edilən mövqe ilə razılaşır və əlavə hüquqi qiymətləndirmə aparılmasına lüzum görmür.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin elektron kabinetə daxil olub qətnaməni oxumasının öz təsdiqini tapmadığı barədə dəlili ilə razılaşmır.Belə ki, Azərbaycan Respublikasının MPM-in 135.5. və 135.6-cı maddlərinin tələbinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildiyi halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab edilir.Həmin sənədin elektron kabinetə daxil olaraq oxunub-oxunmaması məhkəmə sənədinin rəsmi qaydada verilməsinə aidiyyəti yoxdur.
42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli 2(104)-281/2024 nömrəli qəra rdadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.