Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-345/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyini bildirərək aşağıdakı pul tələbini ir əli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 51.000 manat pul borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi əməklə məşğul olur. X8 onun bibisi oğludur. Elçinin bir neçə ildir ki, Ramil adlı dostu ilə birlikdə geyim satışı mağazaları işlətmələrindən məlumatı vardır. Belə ki, Elçin Cavadov əvvəllər Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “LTB” geyim mağazasını işlətmiş, 2017-ci ildə öz istəyi ilə işdən çıxmışdır. Bir müddətdən sonra Elçin demişdir ki, Ramil adlı şəxslə tanış olmuş, Ramil geyim satışı mağazası işlədir, bundan sonra Ramillə birlikdə işləməyə başlamışdır. Bir müddətdən sonra Ramil onların ailəsi ilə tanış olmuş, ailələri arasında münasibət yaranmış, bir-birilərinin evinə gediş-gəliş etmişlər. Elçin Ramillə işlədiyi dövrdə Bakı şəhərində bir neçə və Sumqayıtda da geyim mağazaları olmuşdur. 2018-ci ildə Elçinlə Ramil Bakı şəhəri, Azadlıq prospektində mağaza açmışlar. Elçin Cavadov həmin mağazada mağaza müdiri olmuşdur. Daha sonra həmin mağazanı bağlamış və 9 ay sonra 2019-cu ilin mart ayında birlikdə Bakı şəhəri, Qara Qarayev prospekti 81 ünvanında mağaza açmışlar. Həmin vaxtı Elçin Cavadov öz avtomobilini satıb toplamda 40000 AZN pulu mağazaya yatırmaq üçün Ramilə vermişdir. Həmin vaxtlarda mağaza Ramilin yeznəsi Mahirin adına idi. Daha sonra Elçinlə Ramil Bakı şəhəri, Tarqovı küçəsində mağaza açmışlar. 2022-ci ilin dekabrında artıq mağazaların sayı 7-yə çatmışdı. 2021-ci ildə Elçin Ramilə y eni şirkət açmaq istədiyini bildirmişdi. Elçin və Ramil E. and R. Group MMC-ni qurdular. Şirkətin adından da göründüyü kimi E. Elçinin adını, R. isə Ramilin adını ifadə edir. Elçin Cavadov şirkəti qurarkən Ramilə özünü də təsisçi kimi yazacağını bildirdikdə Ramil Elçinə onu təsisçi kimi yazacağı təqdirdə qardaşının şərik olmalarını bildikdə narazılıq edəcəyini və gələcəkdə onlara kömək etməyəcəyini bildirmişdir. Elçin də Ramili özünə qardaş bilib ona inanaraq təsisçi Ramili, direktor kimi isə özünü qeyd etdirmişdir. Bundan başqa, Tarqovuda mağazada yanğın baş verərkən X1 evini sataraq həmin pulu mağazanın təmirinə vermişdir. Elçin Cavadov 2022-ci ilin avqustunda Ramilə onun payını hesablayaraq ayırıb şirkətin nizamnaməsində qeyd etməyini tələb etdikdə o, yenə də qardaşını bəhanə gətirərək bunu etməmişdir. Daha sonra Elçin Bakı Şəhəri, Qara Qarayev prospektində yerləşən mağazanın 1-ci mərtəbəsini E and R Group MMC-dən icarəyə götürmüşdür. Razılaşmaya görə Elçin əlavə olaraq mağazadakı avadanlıqlara görə Ramilə 30000 ABŞ dolları (51000 AZN) verməli olmuşdur. Bu barədə Elçin Cavadov onunla söhbət etmiş və həmin pulu da ondan almışdır. Elçin Cavadov hər ay onun kartına öz qazancından 1000 AZN pul göndərmişdir. Daha sonra X11 dayısı oğlu İbrahimdə pul varsa ona pul borc verməyini demişdir. Elçin məbləği soruşduqda Ramil 60.000 AZN borc pul istədiyini bildirmişdir. Bundan sonra Elçin ona zəng vurmuş və Ramilin ondan borc pul istədiyini bildirmişdir. O isə, Ramilin borcu nə vaxt qaytaracağını Elçinə bildirmişdir. Elçin ona bildirmişdir ki, Ramilin ona deməsinə görə ən geci 3 aya b orcu qaytaracaqdır. Daha sonra Ramil özü onunla əlaqə saxlayaraq pul verməyini xahiş etmiş və ən gec 3 aya qaytaracağını söyləmişdir. Daha sonra Elçin Cavadov onunla Bakı şəhəri 4-cü mikrorayon ərazisində görüşmüş və ondan 30.000 ABŞ dolları və 7.000 AZN pul götürərək ofisdə Ramilə vermişdir. Münasibətlərin getdikcə korlandığını gördükdə o Elçindən Ramilin ona olan borcunu verməsini tələb etmişdir. 2023-cü ilin aprelin 1-i tarixində şirkətə məxsus Mazda 9 avtomobilini Elçin Meyvəlidə satarkən o oraya gələrək maşını satıb pulunu Ramilin ona olan borcunu verməsini istəmişdir. Elçin Ramilə zəng vurmuşdur. Ramil meyvəliyə gələrək ondan ona vaxt verməyini istəmiş və pulun bir hissəsini 4 Aprel 2023 qalan hissəsini 2023-cü il 9 aprel tarixində Elçin Avropaya gedənədək verəcəyini bildirmişdir. Lakin bu günə qədər də dəfələrlə pulunu tələb etsə də, Ramil pulu ona vermir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı məhkəmədə tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, bibisi oğlu Elçin Ramilin pula ehtiyacı olduğunu bildirdi. O, bu səbəbdən keçən ilin noyabr ayında Elçinə pulu vermiş, Elçin də həmin pulu Ramilə verəcəyini bildirmişdir. Pulun Elçinə verilməsində Ramil iştirak etməyib. O, Ramilə şəxsən əlbəəl pul verməyib. Bildirir ki, o, Elçin vasitəsilə Ramilə dəfələrlə borc pul verib. Ramilin iştirak etdiyi və etmədiyi hallar olub. Ramil həmişə ondan aldığı borc pulu vaxtında ona qaytarmışdır. Elçin ilə Ramil arasında noyabr-dekabr aylarına kimi problem olduğunu görməyib və bilməyib. Əgər problem olsaydı, o, bo rca pul verməzdi. Pulun ödənilməsində gecikmə olduğu zaman pulunu tələb etmiş, bundan sonra Elçin və Ramil arasında münasibətlərin pozulduğu ona aydın olmuşdur. O, hətta Ramillə Elçindən daha yaxın münasibətdə olub. Elçin tərəfindən 4-5 ay 1000 manat məbləğində ödənişlər edilib, təxminən ümumi olaraq ona 6000 manata yaxın borc pul qaytarılıb. Bu məsələdə onun səhvi Ramilə inanmağı və müqavilə bağlamadan həmin məbləğdə pulu verməyi olub. Onu da bildirir ki, bəhs edilən səs yazısı Elçin tərəfindən yazılıb. Həmin vaxt onun səslərinin yazılmasından heç xəbəri də olmayıb. Həmin səs meyvəlidə maşın satılan zaman qeydə alınıb. Səs yazılarında Zaur adlı şəxs odur. Belə ki, o bir neçə il əvvəl departasiya məsələləri ilə əlaqədar adını dəyişdirmişdir, əvvəlki adı Zaur olmuşdur. Məhkəmənin nəzərinə ç atdırır ki, Ramilin maşını şirkətin adına alınıb. Ramil qəzaya düşəndən sonra, sığorta pulu almaq üçün həmin maşını almaq üçün satmaq qərarına gəlmişdir. Həmin vaxt - apreldə Elçin xaricə getməli idi. Ondan da 1 həftə qabaq maşını satdılar. Maşın satılandan sonra o, İbrahimdən borcunu qaytarmasını istəmişdir. Lakin Ramil maşının satılması nəticəsində əldə edilən pulu özünə götürmüşdür. Səs yazılarının birində o, iştirak edib, digərlərində isə Ramil və Elçin olub. Səs yazısında maşını satmağı bildirən Elçin, “mənim pulumu verin” deyən isə odur. O, əslində prosesin bu qədər uzanacağını, pul söhbətinin bu nöqtəyə çatacağını düşünməmişdir. Buna görə də Polis Bölməsində o qədər ətraflı izahat verməyib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. İdd iaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, Elçin və Ramilin biznes münasibətləri olub. Mağazalardan birini icarəyə götürəndə Elçin dayısı oğlu İbrahimdən borc alıb. Bunu bilən Ramil də Elçindən İbrahimin ona borc pul verməyini istəyib. 2022-ci ilin noyabr ayında İbrahim 30000 ABŞ dolları məbləğində pulu ofisdə Elçinə verib. Elçin də qeyd edilən pulu borc kimi Ramilə verib, Ramil isə həmin borcu 3 ay müddətinə qaytaracağını bildirib. Lakin sözügedən məbləğ bu günə kimi qaytarılmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, polisə müraciət edilib, amma həmin müraciət 44000 manat pulla bağlıdır, yəni həmin müraciətin bu məsələyə aidiyyatı yoxdur. Səs yazısı ilə bağlı b ildirir ki, həmin səs yazısı Elçin tərəfindən Meyvəlidə yazılıb. Orada üçü də iştirak etmişdir. Lakin səs yazılmasından onun xəbəri yox idi. Səs yazısında sualı verən Cavadov Elçin, suallara cavabı verən isə Cavabdehdir. Cavabdehin iddiaçıya hazırda 51000 manat borcunun qalması səs yazısı və şahid ifadəsi ilə tam təsdiqlənir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəməyə təqdim edilən səs yazısını dinləyib. Qeyd edir ki, səs ona məxsusdur, amma səs yazısı tam məhkəməyə təqdim edilməyib. Onun iddiaçıya borcu yoxdur. İbrahimlə Elçin birlikdə iş görürdülər. 2019-cu və ya 2020-ci ildə mağaza açdılar. Elçin İbrahimin qardaşı ilə iş qurmuşdu. Əvvəl Elçin onun yanında işləmişdir. Elə oldu ki, Elçin İbrahimin qardaşı ilə açdığı mağaza alınmadı və nəticədə Elçinin iddiaçının qardaşına borcu yarandı. Əlavə olaraq bildirir ki, iddiaçı onun yanında 600 manat məbləğində əmək haqqı almaqla kuryer işləmişdir. O, təsisci olaraq kuryerdən borc olaraq pul almaz. Onun həyat yoldaşı İbrahimi işdən çıxartmışdır, səbəb isə müştərilərin narazılıq etməsi olmuşdur. Elçin həyat yoldaşından ayrılmış, ona maşını belə o, almışdır. Əlavə olaraq qeyd edir ki, o, xaricdə yaşamışdır. Daha sonra Azərbaycana gəlib və ölkəyə 3 milyon manat dəyərində yatırım etmişdir. Halhazırda da onun şirkətində yüzlərlə adam işləyir. Belə olan hala o, iddiaçıdan necə borc ala bilər? Meyvəlidə söhbət olanda o da iştirak edib. Orada danışıq zamanı Elçinin borcunu ödəməyəcəklərini bildirdilər. O, həmin vaxt Elçindən şikayət eləmək istəmirdi, amma Elçinin ona 147000 manat məbləğində borcu var idi, onu aldatmış, şirkətin pulunu mənimsəmişdi. O, məhkəməyə təqdim edilən səs yazısının bütövlükdə, kəsilmədən təqdim edilməsini istəyir. Onun iddiaçıya heç bir borcu yoxdur. Maşının sığortası ilə bağlı 33000 min manat məbləğində pul şirkətə ödənilməli idi. Həmin vaxt şirkətin direktoru Elçin idi. Elçin həm həmin pulu, həm də maşının satışından əldə ediləcək pulu da mənimsəməsin deyə, o özü həmin vaxt orada Elçinin İbrahimin qardaşına olan borcunu ödəyəcəyini bildirmişdir. Münasibətlər pozulandan sonra Elçin ondan 96000 manat məbləğində pul istəmişdir. Bunun 50000 manatı onun İbrahimin qardaşına verməli olduğu borcu idi. Pulu verməyəcəyi halda onun qızla olan şəkillərini ailəsinə göstərməklə hədələmişdi. O isə a iləsi dağılmasın deyə Elçinə 50000 manat verməyə razılaşmışdı. Elçinin İbrahimin qardaşına borcu var. O səs yazılarında ödəyəcəyəm dediyi borclar Elçinin İbrahimin qardaşına verməli olduğu borcdur. Onun iddiaçıya heç bir borcu yoxdur.
7. Cavabdehin nümayəndəsi də iddiaya etiraz edərək bildirmişdir ki, iddia tamamilə qanunsuz və əsassızdır. İddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yoxdur. İlk növbədə iddiaçı pulu kimə təqdim edibsə, həmin şəxsdən də həmin borc pulun qaytarılmasını tələb etməlidir, yəni cavabdeh Ramil deyil, Elçin Cavadov olmalı idi. Belə ki, Ramil şəxsən iddiaçıdan pul almayıb. İbrahim Elçin barədə məhkəməyə müraciət etməli, pulu Elçindən tələb etməli, daha sonra Elçin də Ramildən əgər ona borc pul veribsə qaytarılmasını tələb edə bilə r. Bundan başqa heç bir qohumluq münasibətlərinin olmadığı şəxsə heç bir sənədə qol çəkdirmədən 51000 manat pul verilməsi ağlabatan və inandırıcı deyil. Tərəflər borc müqaviləsi bağlamasalar da belə, ən azından iddiaçı pulun verilməsi ilə bağlı hər hansı bir qəbzə qol çəkdirə bilərdi. Bundan əlavə qanunvericiliyin tələbinə görə 3000 manatdan yuxarı borc notarial qaydada rəsmiləşdirilməlidir. Şahid məhkəmə iclasında noyabr ayında 30000 manat aldığını bildirsə də, digər yerlərdə verilmiş fərqli izahatlar da mövcuddur. Əslində Elçin öz borcunu bağlamaq üçün belə bir addım atıb. Məhkəməyə təqdim edilmiş səs yazısı mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, səs yazısı ilə bağlı qanunvericiliyin tələbləri də pozulub. Həmin səs yazısının nə vaxt, kim tərəfindın hansı səbəblə və hansı texnik i vasitə ilə yazıldığı məlum deyil. Eyni zamanda təqdim edilmiş səs yazısı tam deyil və orada başqa məsələlərdən də söhbət gedir. Onlar tələb etməsinə baxmayaraq səs yazıları bütöv şəkildə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, mülki qanunvericiliyin tələblərinə zidd olaraq, səs yazısı səxsin məlumatı və razılığı olmadan gizli şəkildə həyata keçirilib. Eyni zamanda bildirir ki, Meyvəlidə olarkən cavabdehin borcu ödəyəcəyi barədə Elçin və İbrahimə vəd verməsi elə həmin gün maşının satışından və sığortadan əldə ediləcək 60000 manatdan çox pulun Elçin tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün olmuşdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.C. Tanrıverdiyeva) 22 noyabr 2023-cü il tarixli, 2(060)-5147/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
10. Məhkəmə ilk növbədə hesab edib ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iddiaçı tələb etdiyi borc məbləğini şəxsən E.Cavadova verdiyini, həmin vaxt cavabdeh orada olmadığını bildirmişdir. Şahid qismində məhkəmədə dindirilən E.Cavadov da həmin halı, yəni iddiaçının borc məbləğini ona verdiyini təsdiqləmiş, lakin onun həm in pulu aparıb Cavabdeh verdiyini bildirmişdir.
11. Məhkəmə bu qənaətə gələrkən Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını da nəzərə almışdır.
12. Belə ki, həmin qərarın məzmunundan görünür ki, iddiaçı X5 Cavabdeh şikayət ərizəsinə baxılarkən verdiyi izahatında Elçinə 30000 ABŞ dolları məbləğində pulu borc verdiyini, həmin pulu təxminən 2-3 ay müddətinə ona qaytarmalı olduğunu bildirmiş, cavabdeh borc verməsi barədə hər hansı izahat verməmişdir.
13. Məhkəməyə təqdim edilən səs yazıları ilə bağlı isə məhkəmə qeyd edib ki, həmin səs yazılarında olan söhbətlərin əksəriyyəti X8 ilə cavabdeh arasında olmaqla onlar İddiaçı tərəfindən cavabdehə 51000 manat və ya daha artıq məbləğdə borc verildiyini təsdiq edən əsaslı şübhədənkənar m ötəbər sübut hesab edilə bilməz.
14. Məhkəməyə təqdim edilən şahid ifadəsi ilə bağlı isə məhkəmə qeyd edib ki, həmin şahid cavabdehə (onun təsis etdiyi şirkətə) qarşı işə bərpa və digər tələblərə dair bir neçə məhkəmə mübahisəsi olmaqla iddiaçının qohumudur. Bu səbəbdən məhkəmə həmin şahidin ifadəsini də əsaslı şübhədənkənar mötəbər sübut kimi qəbul etmir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3, 78.2, 119.1, 217.4-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və cavabdehin 51.000 AZN pul borcunun onun tərəfindən iddiaçıya geri ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq belə əsaslandırılmışdır ki, 2021-ci ildə Elçin Ramilə yeni şirkət açmaq istədiyini bildirmiş və Elçin və Ramil E. and R. Group MMC-ni qurmuşlar. Şirkətin adından da göründüyü kimi E. Elçinin adını, R. isə Ramilin adını ifadə edir. Elçin Cavadov şirkəti qurarkən Ramilə özünü də təsisçi kimi yazacağını bildirdikdə Ramil Elçinə onu təsisçi kimi yazacağı təqdirdə qardaşının şərik olmalarını bildikdə narazılıq edəcəyini və gələcəkdə onlara kömək etməyəcəyini bildirmişdir. Elçin də Ramili özünə qardaş bilib ona inanaraq təsisçi Ramili, direktor kimi isə özünü qeyd etdirmişdir. Bundan başqa, Tarqovuda mağazada yanğın baş verərkən X1 evini sataraq həmin pulu mağazanın təmirinə vermişdir. Elçin Cavadov 2022-ci ilin avqustunda Ramilə onun payını hesablayaraq ayırıb şirkətin nizamnaməsində qeyd etməyini tələb etdikdə o yenə də qardaşını bəhanə gətirərək bunu etməmişdir. Daha sonra Elçin Bakı Şəhəri, Qara Qarayev prospektində yerləşən mağazanın 1-ci mərtəbəsini E and R Group MMC dən icarəyə götürmüşdür. Razılaşmaya görə Elçin əlavə olaraq mağazadakı avadanlıqlara görə Ramilə 30000 ABŞ dolları (51000AZN) verməli olmuşdur. Bu barədə Elçin Cavadov onunla söhbət etmiş və həmin pulu da ondan almışdır. Elçin Cavadov hər ay onun kartına öz qazancından 1000 AZN pul göndərmişdir. Daha sonra X11 dayısı oğlu İbrahimdə pul varsa ona pul borc verməyini demişdir. Elçin məbləği soruşduqda Ramil 60.000 AZN borc pul istədiyini bildirmişdir. Bundan sonra Elçin ona zəng vurmuş və Ramilin ondan borc pul istədiyini bildirmişdir. O isə, Ramilin borcu nə vaxt qaytaracağını Elçinə bildirmişdir. Elçin ona bildirmişdir ki, Ramilin ona deməsinə görə ən geci 3 aya borcu qaytaracaqdır. Daha sonra Ramil özü onunla əlaqə saxlayaraq pul verməyini xahiş etmiş və ən gec 3 aya qaytaracağını söyləmişdir. Daha sonra Elçin Cavadov onunla Bakı şəhəri 4-cü mikrorayon ərazisində görüşmüş və ondan 30.000 ABŞ dolları və 7.000 AZN pul götürərək ofisdə Ramilə vermişdir. Qeyd etmişdir ki, 30.000 ABŞ dolları pulun İddiaçı tərəfindən Elçin Cavadov vasitəsilə Cavabdeh borc olaraq verilməsini məhkəməyə təqdim edilmiş iki ədəd diskə yazılmış səs yazıları da təsdiq edir. Həmin səs yazılarının hər birində Cavabdeh İddiaçı 30.000 ABŞ dolları pul borclu olduğunu etiraf etməklə yanaşı, həmin pulu da qaytaracağına vəd verir. Məhkəmə prosesində də Cavabdeh həmin səslərin ona məxsus olmasını təsdiq etmişdir. Həmin səs yazısını məhkəməyə təqdim etmişlər. Qeyd etmişlər ki, 30.000 ABŞ dolları pulun İddiaçı tərəfindən Elçin Cavadov vasitəsilə Cavabdeh borc olaraq verilməsini məhkəməyə təqdim edilmiş iki ədəd diskə yazılmış səs yazıları da təsdiq edir.1-ci hazırlıq iclasında cavabdehin vəkilinə səs yazılar təqdim edildi. Növbəti 2-ci hazirlıq iclasında cavabdehin vəkili Ramilin səslərə qulaq asdığını və səs yazıların ona, yəni Rami lə aid olmadığını israrla bildirmişdir. Daha sonra cavabdehin vəkili hətta Ramilin Zauru tanımadığını bildirmişdir. Daha sonra sonuncu hazırlıq iclasında cavabdeh özü gələrək iclasda səs yazıların ona məxsus olduğunu etiraf etmişdir. 3 hazırlıq iclasında israrla səs yazının Ramilə aid olmadığını və Ramilin ümumiyyətlə Zauru tanımadığını deyən Ramil daha sonra gələrək səsin ona aid olduğunu bildirmiş və hakim buna heç bir münasibət bildirməmişdir. Cavabdeh bildirmişdir ki səs yazısında ödəyəcəyəm dediyi pullar Elçinin Zaura olan borcudur. Səs yazısında isə Ramil Zaura borcu qaytaracağını deyir Elçinə yox. Ramilin bunu deməsi onun Zaura borclu olmasını bir daha sübut edir. Həmin səs yazılarının hər birində Cavabdeh İddiaçı 30.000 ABŞ dolları pul borclu olduğunu etiraf etməklə yanaşı, həmin p ulu da qaytaracağına vəd verir. Məhkəmə prosesində də Cavabdeh həmin səslərin ona məxsus olmasını təsdiq etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.K. Dəmirov - sədrlik edən və məruzəçi, F.Ə.Məmmədov, L.E. Rəhimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(060)5147/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya kollegiyası qeyd edib ki, tərəflər arasında hər hansı müqavilə öhdəliklərinin olması sübuta yetirilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da izahatında bildirmişdir ki, bibisi oğlu Elçin Cavadov ona cavabdehin pula ehtiyacı olduğunu demiş və iddiaçı buna görə Elçinə borc pul vermişdir. İddiaçı iddia tələbində onunla cavabdeh arasında 51000 manat məbləğində borc münasibətlərinin mövcudluğunu mübahisələndirir. Lakin iş materiallarına əsasən bu təsdiq olunmur. Buna görə də iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri mövcud olmamışdır.
20. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəl illəri
22. İddiaçı (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(105)-477/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslanmışdır ki, hazırki iş üzrə iddiaçı cavabdeh 30.000 ABŞ dolları (51.000 AZN) məbləğində borc pul verdiyi şahid ifadələri və apellyasiya instansiya məhkəməsi təqdim edilən səs yazıları ilə sübut edilməsinə baxmayaraq, həmin sübutları məhkəmənin Mülki Kollegiyası əsassız olaraq “mötəbər” hesab etməyərək qanuna uyğun olmayan birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, apellyasiya instansiya məhkəməsinə təqdim edilən səs yazılarında X6 pulun onun sərəncamında olmasını təkzib etmir, əksinə Zaurdan (iddiaçıdan) borcun qaytarılması üçün vaxt verilməsini xahiş edir. Həmçinin, həmin hal şahid X5 ifadəsi, eləcə də cavabdeh ilə sonuncunun aralarında olan səs yazıları ilə öz tədiqini tapmışdır. Lakin bütün bunlara baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərəzli olaraq cavabdehin borc öhdəliyi daşımasına münasibət bildirməmiş, İddiaçı məxsus 30.000 ABŞ dolları (51.000 AZN) məbləğində pul vəsaitinin cavabdehin sərancamında hansı əsasla olmasını araşdırmamışdır. Birinci və apelyasiya instansiya məhkəmələri sübutlara düzgün qiymət verməmiş və nəticədə utlara düzgün qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdirlər. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətimizə tamamilə qərəzli yanaşmaqla işin halları ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı verdikləri şikayət və təqdim etdikləri səs yazılarını araşdırmamış, sübutlarımızın mötəbərliyini qiymətləndirməmişdir.
24. Kassasiya şikayətinin Azərbaycan Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki-Prosussual Məcəlləsinin 88-ci maddəsinə əsası kimi istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan e yni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 26-27).
38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiada tələb edilən pul vəsaitinə dair tərəflər arasında müqavilə münasibətləri olmamış, cavabdehin iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi yoxdur. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düz gün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.