Məhkəmə qərarları › İş №2(102)-3451/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3451/2019

21.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3451/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-xx/17) iddiaçı QSC “xxxx” KB-nin C avabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.03.2015-ci il tarixli 160/00/356/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 84. 614,79 (səksən dörd min altı yüz on dörd dollar yetmiş doqquz sent) ABŞ dolları əsas, 8.673,02 (səkkiz min altı yüz yetmiş üç dollar iki sent) ABŞ dolları hesablanmış faiz, 10 (on) ABŞ dolları dəbbə pulu olmaqla cəmi 93. 297,81 (doxsan üç min iki yüz doxsan yeddi dollar səksən bir sent) ABŞ dollarının ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh 3 müştərək qaydada tutulub bankın hesabına köçürülməsi, ödəmənin QSC “xxxx” KB ilə Cavabdeh3 arasında bağlanmış 11.03.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, EV1 yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 160 000,0 (yüz altmış min) manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi məbləğində banka ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh3 verilməsi, ipoteka predmeti olan Nəsimi rayonu,EV2 açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cav abdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş № 2(103)XX/18) iddiaçı QSC “xxxx” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə verdikləri apellyasiya şikayəti isə təmin edilərək, Nəsimi rayonu, EV2 sahəsinin ilkin satış qiyməti 174 000 (yüz yetmiş dörd min) manat müəyyən edilmişdir. İddiaçı QSC “xxxx” KB kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018- ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış xx xx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93 409,94 (doxsan üç min dörd yüz doqquz dollar doxsan dörd sent) ABŞ dolları məbləğində əsas, 9699,33 (doqquz min altı yüz doxsan doqquz dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz, 2487,29 (iki min dörd yüz səksən yeddi dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 105 596,56 (bir yüz beş min beş yüz doxsan altı dollar əlli altı sent) ABŞ dolları məbləğində kredit borcunun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat dövlət rüsümunun müştərək qaydada cavabdehlərdən tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 160 000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə tələbin ünvan 1-da yerləşən ümumi sahəsi 52.9 ha olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Ə.Əsgərova məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Ə. Əsgərovanın izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilkin satış qiyməti hissəsində dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bankla Cavabdeh1 arasında bağlanmış xx xx 2015-ci il tarixli 160/00/356/15№-li kredit müqaviləsinə əsasən, sonuncuya illik 18 faizlə xx xx 2019-cu il tarixə qədər 101 500 (bir yüz bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təm inatı qismində Cavabdeh3 məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 52,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuş, bu barədə 11.03.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış,ipoteka predmeti 160 000 (yüz altmış min) manat dəyərində qiymətləndirilmişdir. İşin müəyyən olunan halı ondan ibarətdir ki, Cavabdeh1 kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və xx xx2016-cı il tarixə onun 93409,94 (doxsan üç min dörd yüz doqquz manat doxsan dörd qəpik) ABŞ dolları məbləğində əsas, 9699,33 (doqquz min altı yüz doxsan doqquz manat otuz üç qəpik) ABŞ dolları məbləğində faiz, 2487,29 (iki min dörd yüz səksən yeddi manat iyirmi doqquz qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 105 596,56 (bir yüz beş min beş yüz doxsan altı manat əlli altı qəp ik) ABŞ dolları məbləğində kredit borcunun olduğu hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 20.07.2016-cı il tarixinə 84 614,79 ABŞ dolları əsas, 8673,02 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması ded ikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bankın nümayəndəsinin “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd etmişdir ki, o, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcunun məbləği dəqiqlə şdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən digər hissəsi, yəni cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə aşağıdakıları qeyd etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin M əcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik m üddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, Cavabdeh1 84 614,79 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 2487,29 (iki min dörd yüz səksən yeddi dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində cərimə hesablayıb tələb etmişdir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borcalanın kredit yükünün həddindən artıq ağır olduğunu nəzərə almaqla dəbbə pulunun məbləğini simvolik həddə müəyyənləşdirərək ədalətli balansı təmin etmişdir. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən (2015-ci ildə) ipoteka predmeti olan əmlak 160 000 m anat məbləğində qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici də əmlaka eyni qiyməti qoymuşdur. Bu qiymət cavabdehlər tərəfindən mübahisələndirildiyindən apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, ekspertizanın aparılması “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmiş, adı çəkilən qiymətləndirmə təşkilatının 23.10.2018-ci il tarixli rəyində isə ipoteka predmetinin bazar qiymətinin 185 000 manat, likvid qiymətinin 174 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın müəyyən etdiyi 174 000 manat məbləğini (likvid qiyməti) əmlakın real bazar qiymətinə daha uyğun hesab etmişdir. Tərəflər ipoteka müqaviləsi bağlayarkən (2015-ci ildə) əmlakı 160 000 manat məbləğ ində qiymətləndirmişlər, həmin tarixdən keçən müddət ərzində ölkədə daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyi isə hər kəs tərəfindən bilinən reallıqdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 1-da yerləşən ümumi sahəsi 52,9 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 174 000 (yüz yetmiş dörd min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istina d etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan QSC “xxxx” KB-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)XX/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar