Məhkəmə qərarları › İş №2(102)-3451/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3451/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3451/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin və penyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh2 MMC-nin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(105)-631/2021 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 noyabr 2017-ci il tarixli, 1518/2017 nömrəli kredit müqaviləsi ilə "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 6 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 80000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT MMC və Cavabdeh2 MMC arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşd ür. 07 iyul 2018-ci il tarixdə Cavabdeh1 Cavabdeh2 MMC-dəki 100 % payını X1. İddiaçının təqdim etdiyi maliyyə arayışlarına əsasən Cavabdeh1 29 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 17 mart 2020-ci il tarixə 80000 manat əsas borcu, 33055,11 manat faiz borcu, 150480 manat cərimə borcu olmaqla, cəmi 263535,11 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04 sentyabr 2020-ci il tarixli rəyinə əsasən müqavilə müddəti bitdikdən sonra 5 faiz dərəcəsində nəzərə alınmaqla iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli, 1518/2017 nömrəli kredit müqaviləsi üzrə borc aşağıdakı kimi müəyyən olunur: 31 may 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə - 80000,00 manat; faiz borcu üzrə - 1985,56 manat; 27 iyul 2018-ci il tarixə (son ödəniş tarixi) əsas borc üzrə - 77615,11 manat, faiz borcu üzrə - 77,78 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1518/2017 saylı kredit müqaviləsi üzrə 80000 manat əsas borc, 33055,11 manat faiz borcu, 150480 manat penya olmaqla, cəmi 263535,11 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə kredit və o na hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, həmin öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(012)-111/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 77615,11 manat əsas borc, 77,78 manat faiz borcu, 9332 manat cərimə borcu, 500 manat dəbbə pulu olmaqla, cəmi 87524,89 manat məbləğində borc və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzinin tutularaq, "xxxx" Bank Olmayan Kredit Təşkilatına verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 MMC-dən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etm işdir ki, zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyü üçün borc hər iki cavabdehdən müştərək qaydada tutulmalı, borcu ekspert rəyinə uyğun müəyyən edilməli və cərimə üzrə tələb Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə uyğun olaraq azaldılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(012)-111/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın yalnız Cavabdeh1 münasibətdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(105)-631/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovan ın sədrliyi və məruzəsi ilə, T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(012)-111/2020 nömrəli qətnaməsi Cavabdeh2 MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi borcun borcalanla yanaşı zamindən də müştərək qaydada tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, kredit müqaviləsi bağlanarkən zaminlik müqaviləsini bağlamış Cavabdeh2 MMC-nin təsisçisi və direktorunun borcalan Cavabdeh1 olması, sonradan onun MMC-də olan 100% payını satmasını, Cavabdeh2 MMC-nin zamin kimi üzərinə götürdüyü öhdəliklərdən azad olmasına əsas ola bilməz. Bundan əlavə qeyd edilən zaminlik müqaviləsi qüvvədədir, hər hansı şəxs və ya orqan tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair məhkəmə qərarı mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 y anvar 2021-ci il tarixli, 2(105)-631/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(012)111/2020 nömrəli qətnaməsi ilə müəyyən olunan borcun Cavabdeh1 tutularaq, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Cavabdeh1 arasında bağlanan 29 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC zamin olaraq çıxış etdiyi vaxt Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 olmuş, sonra Cavabdeh1 07 iyul 2018-ci il tarixdə Cavabdeh2 MMC-də olan 100% payını notarial təsdiq li alqı-satqı müqaviləsinə əsasən X2, lakin bu zaman X3 Cavabdeh2 MMC-nin zamin olduğu faktını gizlətmişdir. 07 iyul 2018-ci il tarixli payların alqı-satqı müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, satılan pay üzərində hər-hansı məhdudiyyət və yüklülük yoxdur. Kassator şikayətini Mülki Məcəlləsinin 49.2, 49.3, 560.2, 572.1, 573.1-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasın a gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, nə iddiaçı, nə də ki, Cavabdeh1 apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətini Cavabdeh2 MMC vermiş və birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunan borc məbləğini mübahisələndirməyərək, qətnaməni həmin borcun ondan tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Hazırda kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şi kayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiy atlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ver məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli dir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə ey ni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiy a şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Belə ki, MMC-nin iştirakçısının (təsisçisinin) dəyişməsi həmin Cəmiyyətin əvvələr bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin xitamı üçün əsas ola bilməz. Zaminliyə xitamın əsasları Mülki Məcəllənin 477-ci maddəsində sadalanmışdır ki, onların arasında kassatorun irəli sürdüyü hal göstərilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassatorun Azərbaycan Respublikası MM-in 49.2 və 49.3-cü maddələrinə istinadı hazırki mübahisəyə münasibətdə əsassızdır. Belə ki, həmin müddəalar hüquqi şəxsin iştirakçıları və təmsilçiləri arasında olan hüquq münasibətlərini tənzimləyir, hazırki iş üzrə isə kredit və zaminlik müqa vilələrindən irəli gələn mübahisə həll olunmuşdur. Hüquqi şəxsin keçmiş təsisçisi (eyni zamanda hazırki iş üzrə borcalan) tərəfindən təsis payı satılarkən hüquqi şəxsin öhdəlikləri barədə alıcıya məlumat verilməməsi kredit verən şəxsin həmin hüquqi şəxsdən tələb hüququnu məhdudlaşdırmır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirərək, əsaslı olaraq hesab etmişdir ki, iddiaçı ilə kasator arasında zaminlik müqaviləsindən irəli gələn münasibətlər qüvvədədir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər ar asındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(105)-631/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar