Məhkəmə qərarları › İş №2(102)-3452/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3452/2019

27.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3452/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hacıyev Sənan Firuddin oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X24 oğlunun katibliyi, İddiaçı1, İddiaçı4 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “istifadə hüququnun tanınması və qeydə alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9796/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı4 və onların və vəkili Vəkil tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsinə istifadə hüquqlarının tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olmaqla hal-hazırda da orada yaşayırlar. Bir neçə evdən ibarət olan mülkün sahibi İddiaçı1 anası İddiaçı4 yaxın qohumu X1 olmuş, 1950-ci ildən sonra X2 mülkün sahibinin razılığı əsasında öz ailəsi ilə birlikdə həmin evə köçmüş, X1nın vəfatından sonra ev məhkəmə qətnaməsinə əsasən vərəsələr arasında bölünmüş və Cavabdeh düşən pay h issəsinə sonuncunun köçürülməsi qət edilmişdir. Bundan sonra Cavabdeh onlara qarşı “pasport qeydiyyatından çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmiş, 2012-ci ildə işə baxılaraq həmin iddia rədd edilmişdir. Məhkəmə qərarı ilə onların həmin evdə cavabdehin mülkiyyət hüquqlarını əldə etməsindən əvvəl yaşadıqları və yaşamaqda davam etdikləri üçün onların evdən istifadə hüquqlarının mövcud olduğu müəyyən edilmişdir. Lakin məhkəmə qərarının nəticə hissəsində onların istifadə hüquqlarının tanınması qeyd edilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fuad Babayev) 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 ayrıca, digər cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4 və Aynur Mehdiyevə isə birlikdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Aygün Abdullayeva, İkram Şirinov) 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək iddiaçıların mübahisəli evin cavabdehin mülkiyyətində olan hissəsinə istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ənvər Şadiyev sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vəfaddin İbayev) 07 avqust 2017-ci il tarixli qə rarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Mülki işə “Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə” baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 29 iyun 20 18-ci il tarixli Qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, İsmayıl Vəliyev) 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2094/2016 nömrəli, 13.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1, İddiaçı4 və onların və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli 2(103)-9796 /2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı4 mübahisəli evə 1959-cu ildə qeydiyyata alınsa da əslində həmin evə onun mülkiyyətçisi olmuş X2 tərəfindən onunla qohumluq münasibətində olduğu üçün 1950-ci ildə köçürülmüş və həmin vaxtdan orada yaşayır. İddiaçı4 evə köçürərkən X9 Yusif qızı ilə nikahda olmuş, İddiaçı4 evə köçürülməsi və orada yaşaması bütün ailə üzvlərinin razılığı ilə baş vermişdir. X2 sonradan X3 ilə boşansa da, bu, formal xarakter daşımış və onlar yenə də bir ailədə yaşamaqda davam etmişlər. Boşanma evin sahəsinin böyük olması ilə əlaqədar həmin dövrdə belə evin əldə s axlanılmasında yarana biləcək çətinliklərdən və problemlərdən yayınmaq məqsədi daşımışdır. Bakı şəhəri Oktyabr rayon 2-ci Dairə Xalq Məhkəməsinin 20 fevral 1956-cı il tarixli qətnaməsi ilə ev iki bərabər hissəyə bölünərək onun sahəsi 91, 5 kv metr təşkil edən 8 otağı (binanın cənub tərəfi) X2na, binanın şimal tərəfində yerləşən cəmi sahəsi 92,2 kv metr təşkil edən digər 8 otağı isə X3na verilsə də həm onlar və həm də İddiaçı4 əvvəlki vəziyyətdə yaşamaqda davam etmişlər. X2 X6 və X3nın sağlığında, eləcə də onların ölümündən sonra mübahisəli evdə yaşamaqda davam etmiş və X3 ərinin ölümündən sonra da buna etirazını bildirməmiş, iddiaçıların evdən çıxmasını tələb etməmişdir. Məhkəmə kollegiyası X2 ilə X3 arasında mübahisəli evin iki bərabər hissəyə bölünməsini təsdiq edən sübut kimi Oktyabr ra yon 2-ci Dairə Xalq Məhkəməsinin 20 fevral 1956-cı il tarixli qətnaməsinə istinad etsə də və belə bir qətnamənin qəbul edilməsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 2 ünvanlanmış 09 iyul 2004-cü il tarixli məktubda qeyd olunsa da, həmin qətnamənin və məktubun müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmadığından 20 fevral 1956-cı il tarixli qətnaməyə istinad olunması Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələbinə zidd olmuşdur. Həmin qətnaməyə əsasən X2 və X3nın adlarına paylarına uyğun olaraq qeydiyyat vəsiqəsinin verilməsi barədə işdə sübutlar yoxdur. Cavabdeh qaynanası X3 tərəfindən qoyulmuş vəsiyyətnaməyə əsasən 1984-cü ildə ona məxsus paya mülkiyyət hüququ əldə etmişdir. X3na məxsus pay isə məhkəmə kollegi yasının əsaslandığı 20 fevral 1956-cı il tarixli qətnaməyə əsasən ümumi sahəsi 92,2 kv metr təşkil etmişdir. X15 həqiqətən də həmin qətnamə ilə 8 otaq (92,2 kv metr) ayrılmışdısa və Cavabdeh həmin payı əldə etməklə mübahisəli evin hansı hissəsini vərəsəlik qaydasında əldə etməsi ona məlum idisə, belə vəziyyətdə mübahisəli 81 saylı evin yenidən naturada bölünməsi barədə iddianı qaldırmağa ehtiyac yox idi. Lakin işdən göründüyü kimi Cavabdeh 81 saylı evin naturada bölünməsi və ona ayrılmış sahəyə köçürülməsi barədə 2011-ci ildə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin yuxarıda göstərilən 29 iyul 2011-ci il tarixli qətnaməsi ilə 81 saylı ev naturada bölünərək evin 4 8 hissəsini təşkil edən 243,4 kv metr sahəsi Cavabdeh ayrılaraq o, həmin sahəyə köçürülmüş, qalan 4/8 hissəsə isə (290,7 k metr) mərhum X2nun övladları X8 və qeyrilərinə ayrılmışdır. Göründüyü kimi 20 fevral 1956-cı il tarixli qətnamə ilə X3nın payı 92,2 kv metr təşkil edirdisə, həmin payı vərəsəlik qaydasında əldə etmiş X4nm 29 iyul 2011-ci il tarixli qətnamə ilə əldə etdiyi pay isə 243,4 kv metr təşkil etmişdir, yəni X3ndan qalmış paydan 2,6 dəfə artıq olmuşdur. X4nın 29 iyul 2011-ci il tarixli qətnamə ilə ona məxsus hissəyə köçürülməsi qət olunsa da həmin hissənin konkret yeri müəyyən olunmamışdır. Göstərilən qeyri-müəyyən vəziyyətdə isə iddiaçıların məhz X4ya məxsus hissədə yaşamaları barədə məhkəmə kollegiyasının nəticəsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə səthi yoxlanılmış və qeyri obyektiv qiymətləndirilmiş sübutlar əsasında çıxarılmışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki. İddiaçı4 təxminən 68 il müddət ərzində mübahisəli evdə maneəsiz yaşamış, evin mülkiyyətçilərindən heç biri buna etiraz etməmiş, cavabdeh X4 isə iddiaçıların məhz onlara məxsus hissədə yaşamalarını sübuta yetirə bilməmişdir. X7rşı qaldırılması sonuncu tərəfindən iddiaçıların evdən istifadə hüquqlarını itirməsi barədə inzibati-iqtisadi məhkəmədə iddia qaldırması və onların evdə yaşamalarına etiraz etməsi ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, İddiaçı4 ilə evin mülkiyyətçiləri arasında evdən istifadə hüququ ilə bağlı münasibət keçən əsrin 50-ci illərində yaranmışdır. Azərbaycan Respublikası MPM-nın 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1923-cü ildə qəbul edilmiş Mülki Məcəllə mülkiyyətçi ilə yaşayan digər şəxslər arasında yaranmış istifadə hüququ ilə əlaqədar münasibətləri tənzimləməsə də, həmin qanunla mülkiyyətçinin ona məxsus əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ müəyyən olunmuşdur. X2 məhz mülkiyyətçi kimi qanunla müəyyən olunmuş hüququndan istifadə edərək İddiaçı4 mübahisəli evə köçürmüş və sonuncu həmin evdən özünün və ailəsinin daimi və yeganə yaşayış yeri kimi istifadə etmişdir. İddiaçı4 həmin evdə yaşamasına X3 da etiraz etməmiş və iddiaçıların evdən istifadə hüquqlarını qəbul etmişdir. Göstərilən vəziyyətdə hesab edirik ki, İddiaçı4 mübahisəli evdən istifadə hüququnun yaranması qanunun tələbi nə uyğun olmuş və buna mane ola bilən heç bir hüquq norması olmamışdır. X2nun mülkiyyətçi hüququndan istifadə edərək İddiaçı4 özünə məxsus evə ailə üzvlərinin razılığı ilə köçürməsi tam qanuni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş normalara əsaslanmamış, həmin vaxtdan müvafiq olaraq 14 il və 32 il sonra qəbul edilmiş mülki və mənzil məcəllələrini müddəalarını tətbiq etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı1 vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili X20 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 24.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından əsasən iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, X2 25 sentyabr 1943-cü il tarixində ünvan 3 ünvanda yerləşən evi almış, Oktyabr Rayon Məhkəməsinin 20 fevral 1956-cı il tarixli qətnaməsinə əsasən, sözügedən evin X2 və arvadı X2nın arasında bərabər olaraq 2 (iki) hissəyə bölünməsi qət edilmiş, Bakı şəhər 5 saylı notariat kontorunun 21 dekabr 1972-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən evin X2na məxsus 1/2 hissəsinə X3, X1, X4 və X5 vərəsəlik hüquqları tanınmış, evin X2na məxsus 1/2 hissəsi isə Bakı şəhər 1 saylı notariat kontorunun 15 avqust 1984cü il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüquqları haqqında” şəhadətnaməsinə əsasən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 29 iyul 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən evin real bölgüsü aparılmış, evin 4/8 hissəsini təşkil edən 243,4 m2 sahə naturada bölünərək Cavabdeh ayrılmış və sonuncunun həmin hissəyə köçürülməsi qət edilmişdir. İşin müəyyən edilmiş digər halına görə, İddiaçı4 1959-cu ildə mübahisəli evə pasport qeydiyyatına alınmaqla orada yaşamağa başlamış, onun oğlu İddiaçı1 1988-ci ildə evə pasport qeydiyyatına alınaraq 30 yanvar 1990-cı il tarixində Mehparə Abdullayeva (Abasəliyeva) ilə nikaha daxil olmuş və sonuncu da 1990-cı ildən evə pasport qeydiyyatına alınmışdır; onların nikahlarından doğulmuş İddiaçı3 2008-ci ildən, Aynur Abasəliyevanın (Mehdiyeva) 2009-cu ildən həmin ünvanda qeydiyyatda olduqları da işin mübahisələndirilməyən halıdır. İddiaçılar mübahisəli evin vaxtilə İddiaçı4 əmisioğlu X1nın (X2nun) mülkiyyətində olduğuna, İddiaçı4 ailəsi ilə birlikdə onun (mülkiyyətçinin) razılığı əsasında həmin evə köçdüyünə, 1959-cu ildən isə evə qeydiyyata alındığına, digər iddiaçıların (İddiaçı4 oğlu, gəlini və nəvələri) da həmin evdə qeydiyyatda olmaqla yaşadıqlarına, onların istifadəsində olan 3 (üç) otağın X1nın vərəsələrindən biri olan gəlini Cavabdeh pay hissəsinin tərkibində olduğuna əsaslanaraq mübahisəli evin məhz cavabdehin payına düşən hissəsində istifadə hüquqlarının tanınmasını və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, iddia tələblərinin hüquqi əsası kimi əvvəlki Mənzil Məcəlləsinin 53-cü, 54-cü və 123-cü, qüvvədə olan Mülki Məcəllənin 158.1.2-ci, 158.4-cü, habelə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunun 2.2-ci maddələrinə istinad etmişlər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçıların irəli sürdüyü faktiki hallar, yəni onlarla X2nun qohumluq münasibətində olmaları, onun razılığı ilə evə köçürülmələri, habelə Cavabdeh məhz X2nun vərəsələrindən biri olması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Əksinə yuxarı da göstərildiyi kimi, Oktyabr Rayon Məhkəməsinin 20 fevral 1956-cı il tarixli qətnaməsi ilə sözügedən evin X2 və arvadı X2 arasında bərabər olaraq 2 (iki) hissəyə bölünməsi, evin X2na məxsus 1/2 hissəsinə cavabdehin deyil, digərlərinin (Xukeyma Nəsirova, X23, Əfruz Qənbərova və Əzizağa Nəsirov) vərəsəlik hüquqlarının tanınması, cavabdehin isə X2nun deyil, Oktyabr Rayon Məhkəməsinin 20 fevral 1956-cı il tarixli qətnaməsi ilə evin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmış X2nın vəsiyyətnamə üzrə vərəsəsi olması (Bakı şəhər 1 saylı notariat kontorunun 15 avqust 1984-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüquqları haqqında şəhadətnaməsinə əsasən) işin müəyyən olunan hallarındandır; bütün bunla r isə mübahisəli evin cavabdehə aid hissəsinə iddiaçıların istifadə hüquqlarının tanınması və eləcə də həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Ən azından ona görə ki, iddiaçılar mübahisəli mənzilə vaxtilə onun mülkiyyətçisi olmuş X2 tərəfindən köçürüldüklərini (daha doğrusu, İddiaçı4 köçürüldüyünü) iddia etsələr də, mübahisəli mənzilin X2na məxsus olmuş hissəsinə deyil, məhz onlara heç bir aidiyyətı olmayan X2ndan vərəsəlik qaydasında cavabdehə keçmiş hissəsinə istifadə hüquqlarının tanınmasını istəmişlər. Hazır ki, iş üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi nəzərdə tuturdu ki, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurdu. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərdi. Əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsində də göstərilmişdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmla k məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Mübahisəli ev in Cavabdeh aid hissəsinə iddiaçıların istifadə hüquqlarının tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud deyildir və əks yanaşma onun mülkiyyət hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, qəbul edilmiş qətnamə iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqelərə uyğun olmuşdur. Kassa siya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya şikayətinin maddi hüquq normala rının düzgün tətbiq edilməməsi, Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi və keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin mübahisəyə düzgün tətbiq edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında müəyyən edilmişdir ki, cavabdehlərin yaşayış sahəsində istifadə hüququ yalnız yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh evin ½ hissəsinə dair mülkiyyət hüququ 1984-cü ildən yarandığını nəzərə alaraq cavabdehlərin məhz həmin tarixdən sonra Cavabdeh münasibətdə evin onun payına düşən hissəsində istifadə hüququnun yaranıbyaranmaması hazırki mübahisənin araşdırma predmetini təşkil edir. 1984-cü ildə yeni mülkiyyətçi ilə yaranmış münasibətlərə isə təbii ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi və keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməli idi. Məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu, kassasiya şikayətinin dəlillərinin isə əsassız olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıd ır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1, İddiaçı4 və onların və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9796/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar