Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3453/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(107)-412/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vəkil xidməti üçün ödədiyi 100 manatın, ödədiyi 30 manat dövlət rüsumunun və faizlərlə birlikdə 6878 manat olmaqla, cəmi 7008 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 6878 manat məbləğində borc, vəkil xidməti üçün ödənilmiş 100 manat və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7008 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 20 aprel 2023-cü il tarixli, 2(107)- 412/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 nömrəli qətnaməsinin qismən, yəni 1400 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin 1400 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnı z vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmaya n şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır.
7. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə Cavabdeh tərəfindən imzalanmışdır.
8. Kassasiya şikayətinə Vəkil1 adına tərtib olunmuş 05 iyun 2023-cü il tarixli vəkil orderi əlavə edilsə də, vəkil kassasiya şikayətini elektron imza ilə imzalamamışdır. Bu səbəbdən kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 67.1 və 407.3-cü maddələrinin tələblərinə uyğun olaraq vəkil tərəfindən tərtib olunması müəyyən olunmur.
9. Qeyd olunanlara əsasən, kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(107)-412/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.