Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3454/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi, vəkili xxx oğlu, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-12915/2018 saylı qətnaməsindən İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 14 sentyab r 2018-ci il tarixli, 2(009)2260/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən vəsaitin yarısı, yəni 15.000 ABŞ dolları, eləcə də borc şəklində verilmiş 15.000 ABŞ dolları, cəmi 30.000 ABŞ dolları tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh2 ödəniş günü milli manata məzənnədə 15.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh2 ayrıayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-12915/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, F.F.Babayev və E.M.Həsənov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, iş ü zrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd olunmuş və İddiaçı apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Fərhad Cəfərov qətnamədən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə olunan vəsaitin yarısı, yəni 15.000 ABŞ dolları, eləcə də borc şəklində verilmiş 15.000 ABŞ dolları, cəmi 30.000 ABŞ dolları” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 2012-ci ildə rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurmuş və birgə nikahlarından bir uşaqları doğulmuşdur. 2017-ci ildə məhkəmənin qətnaməsinə əsasən Cavabd eh1lə aralarında bağlanmış nikah pozulmuşdur. 2016-cı ilin yay aylarında münasibətləri normal olduğu vaxt özünə məxsus olan puldan 5.000 ABŞ dollarını “Mersedes-Benz 350” markalı, 90 PE-102 dövlət nömrə nişanlı avtomobili satın almasına görə ilkin ödəniş şəklində ödəmək üçün Cavabdeh1 vermişdir. Cavabdeh1lə birgə nikahda olduqları dövrdə “Mersedes-Benz S Glass” markalı, 10 GM-102 dövlət qeydiyyat nişanlı avtomobil almışlar, lakin onun razılığı olmadan Cavabdeh1 sonradan avtomobili satmışdır. Avtomobilin qiyməti təxminən 30.000 ABŞ dollarına bərabər olmuşdur. Bu səbəbdən də həmin avtomobilin satışından əldə edilən vəsaitin yarısını, yəni 15.000 ABŞ dollarını Cavabdeh1 tələb edir. Bundan başqa 2014-cü ildə özünə məxsus olan avtomobilin satışından əldə etdiyi 15.000 ABŞ dollarını xaricə ged ərkən qayınatası Cavabdeh2 vermiş, lakin sonradan münasibətləri pozulduğu üçün həmin pul vəsaiti Cavabdeh2 qalmışdır və hazırda sonuncudan həmin pul vəsaitini də tələb edir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilərək, Cavabdeh1 “Mersedes-Benz S350” markalı, ** GM * ** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə edilmiş 20.000 manatın yarısının, yəni 10.000 manatın, həmçinin Cavabdeh2 borc şəkildə verdiyi 15.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Fərhad Cəfərov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili İlqar Cavadov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclası nın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, mübahisəli avtomobilin iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə satılmasına, bu barədə iddiaçı məlumatlı olduğu halda həmin alqı-satqı müqaviləsini mübahisələndirməməsinə, avtomobilin satışından əldə edilən vəsait hesabına lizinqə digər avtomobilin götürülməsinə, lakin lizinq ödənişləri vaxtında ödənilmədiyi üçün avtomobilin lizinq verən tərəfindən geri alınmasına, avtomobilin satılmasından əldə edilən vəsait hesabına lizinqə digər avtomobilin almasını etiraf etməsi, avtomobilin satılmasından və digər avtomobilin lizinqdə götürülməsindən sonra da tərəflərin təxminən 1 il ər zində ailə münasibətlərini davam etdirmələri kimi təkzibedilməz faktların iddiaçının sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından məlumatlı olması qənaətinə gəlməyə əsas verməsinə və bu səbəbdən də iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddiaçının əslində hüquqdan sui-istifadə etməsinə, apellyasiya şikayətində iddiaçının Cavabdeh1 avtomobilin alqı-satqısından əldə edilən 20.000 manatın yarısını, yəni 10.000 manatın alınaraq ona verilməsini tələb etməsinə, belə bir tələbin isə birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmamasına, həmçinin özünə məxsus avtomobili satıb Cavabdeh2 15.000 ABŞ dolları verməsinə dair iddiaçının məhkəməyə heç bir sübut təq dim etməməsinə, iddia ərizəsini bu hissədə əsaslı hesab edib təmin edərkən birinci instansiya məhkəməsinin mötəbərliyi kifayət qədər əsaslandırılmamış sübutlara, yəni şahid ifadəsinə və telefon yazışmalarına istinad etməklə səhv nəticəyə gəlməsinəistinad etmiş və hüquqi mövqeyini Mülki Məcəlləsinin 560.1, 560.2-ci maddələrinin, Ailə Məcəlləsinin 33.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla işdə n görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişdir və qətnamədən yalnız iddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 və iddiaçının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya icraatını mümkün hesab etdiyi halda, iddiaçının və apellyasiya şikayəti verməmiş Cavabdeh1 apellyasiya şikayətlərinə baxmış və nəticədə öz təşəbbüsü ilə qətnamənin giriş və nəticə hissələrində yol verdiyi yanlışlıqları düzəltəmədən iddiaçının kassasiya şikayətini mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 228.1, 228.2-ci maddələrinin mənasına görə, çıxarılmış qətnaməni elan etmiş hakim, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Digər tərəfdən işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, 11 fevral 2012-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurmuş və onların birgə nikahından 29 noyabr 2012-ci ildə xxx adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və Bakı şəhəri, Xətai rayon məhkəməsinin 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə Mir-X4 Babayevaya qarşı “nikahın pozulması” barədə ilk iddia ərizəsi tam, İddiaçı Cavabdeh1 qarşı “aliment tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, onlar arasında b ağlanmış nikahın pozulması, eləcə də azyaşlı xxx nın anası İddiaçı yanında saxlanılması və 22 may 2017-ci il tarixdən başlayaraq Cavabdeh1 azyışlı xxx nın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat alimentin tutulub İddiaçı verilməsi və qalan hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Həmçinin işdən görünür ki, “Mersedes-Benz S-350” markalı, ** GM *** markalı avtomobil iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş və 03 mart 2016-cı il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən həmin nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən iddiaçının razılığı olmadan 20.000 manata Ceyhun Ağayevə satılmışdır. Göründüyü kimi mübahisəli avtomobilin birgə nikah dövründə əldə edilməklə idiaçı ilə Cavabdeh1 ümumi birgə mülkiyyəti sayılmas ı və sonuncunun həmin avtomobili iddiaçının razılığı olmadan 20.000 manat Ceyhun Ağayevə satması faktı, işin mübahisə olunmayan halıdır. Cavabdeh1 də izahatında, iddia ərizəsinə etiraz ərizəsində bu faktı inkar etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd ba ğlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda həmin Məcəllənin 33.4-cü maddəsində göstərilir ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notraiat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında ailə münasibətlərinin faktiki olaraq nə vaxtdan pozulmasına aydınlıq gətirmədən, ailə qanunverciliyində ərarvaddan birinin qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının tələb olunmasının imperativ norma kimi nəzərdə tutulmasına diqqət yetirmədən, iddiaçının avtomobilin satılmasından əldə edilən vəsait hesabına lizinqə digər avtomobilin alınmasını etiraf etməsini, avtomobilin satılmasından və digər avtomobilin lizinqdə götürülməsindən sonra da onun təxminən 1 il ərzində Cavabdeh1lə ailə münasibətində olmasını əsas tutub, onun alqı-satqı müqaviləsinin bağlanmasından məlumatlı olması qənaətinə gəlmişdir. Əvvəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının avtomobilin satılması barədə məlumatlı olması, onun qeydiyyata alınan avtomobil üzərində sərəncam vermək barədə notraiat qaydasında təsdiq edilən yazılı razılığına bərabər tutula bilməz. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 52.2, 106.3, 191.1, 191.3-cü maddələrin in mənasına görə, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən o, vaxt azad edə bilər ki, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılmış və bu barədə etiraf edən tərəf protokola imza etmiş olsun və ya faktın etirafı yazılı ərizədə ifadə edilməklə, həmin ərizə işə tikilmiş olsun. Hazırkı işdə, Cavabdeh1 etirazında əsaslandırdığı faktları iddiaçının etiraf etməsini özündə etiraf edən heç bir yazılı sübut yoxdur. Əksinə, apellyasiya şikayətinin dəlillərindən, iddiaçının nümayəndəsinin izahatından görünür ki, birinci instansiya məhkəməsi avtomobilin alqı-satıqısına dair məlumatları kifayət qədər araşdırmadığına görə, iddiaçı yalnız polis orqanının 17 oktyabr 2018-ci il tarixli məktubunu əldə etdikdən sonra avtomobilin 03 mart 2016-cı il tarixli alqı-satqı müqavilənə əsasən məhz 20.000 manata satıldığını bilmişdir. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsini mübahisələndirmədiyi üçün iddiaçının Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi 20.000 manat pulun yarısını, yəni 10.000 manatı tələb etməkdə haqlı olmamamasını və ümumiyyətlə belə bir tələb birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmadığı üçün Cavabdeh1 münasibətdə iddia tələbini bu hissədə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (MPM-nin 53, 153-cü maddələri). Bu e lementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosessual qanunvericilikdə iddianın predmeti dedikdə- iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın obyekti isə, iddiaçının əldə etməyə çalışdığı pul məbləği, qeyri-yaşayış sahəsi və sair konkret əmlakdan ibarət olan maddi nemətlərdən ibarətdir. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız ma ddi obyektin həcmi dəyişdirilir. Apellyasiya instansiyası məhkəməsi iddianın predmeti ilə iddianın obyektini biribirindən fərqləndirə bilməmiş, hazırkı iddianın predmetini iddiaçının, birgə nikah dövründə qazanılmış atomobilin satışından əldə edilmiş pulun yarısını tələb etməklə bağlı subyektiv hüquq və ya bütövlükdə hüquq münasibəti təşkil etməsinə əhəmiyyət verməmiş, avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin surətini əldə etdikdən sonra idiaçının əslində iddianın predmetini deyil, yalnız maddi obyektin həcmini dəyişdirməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Həmin Məcəllənin 372.3-cü maddəsində göstərilir ki, apellyasiya qaydasında işə baxılarkən tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər. Maddənin mənasına görə, verilmiş iddia o, vaxt yeni iddia kimi qiymətləndirilə bilər ki, iddianın həm predmeti, həm də əsası dəyişdirilmiş olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının Cavabdeh1 avtomobilin satışından əldə edilmiş pulun yarısı kimi əvvəl 15.000 ABŞ dolları, alqı-satqı müqaviləsinin surətini əldə etdikdən sonra isə 10.000 manat tələb etməsi iddianın predmetinin dəyişdirməsi kimi qiymətləndirilə bilməz. Çünki, MPM-nin 372.4-cü maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilə və onlara baxıla bilməz. Eyni zamanda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının sözügedən avtomobilin satılması barədə məlumatlı olması, onun bu əqdi mübahisələndirməməsi, bu əqdi bəyənməsi, onun hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin təfsirində də səhvə yol vermişdir. Belə ki, həmin maddələrin mənasına görə, mülki hüquqların həyata keçirilməsi o, vaxt hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər ki, mülki hüquqlar hüquqa uyğun şəkildə həyata keçirilməsin, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilsin. Hazırkı halda isə, qeyd olunan hallar istisna olunur və iddiaçının qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hər hansı hüquqları həyata keçirməyə çalışması mülki iş materialları ilə təsdiq olunmur və onun birgə nikah dövründə qazanılmış avtomobilin satışından əldə edilmiş pul və saitinin yarısını Cavabdeh1 tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Kassasiya instansiyası məhkəməsi xxx dən 5.000 ABŞ dolları, Cavabdeh2 15.000 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı tələbinin bu hissələri ilə bağlı nə birinci, nə də apellysiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı iddia tələbində 2016-cı ilin yay aylarında özünə məxsus olan puldan 5.000 ABŞ dollarını avtomobil almaq üçün ilkin ödəniş kimi xxx ə verdiyini, eləcə də 2014-cü ildə özünə məxsus avtomobilin satışından əldə etdiyi 15.000 ABŞ dollarını xarici ölkəyə səfər edərkən Cavabdeh2 verdiyini, sonradan münasibətləri p ozulduğu həmin pul vəsaitini cavabdehlərdən geri ala bilmədiyini göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 aid hissədə əsaslı hesab edib təmin edərkən, məhkəmə iclasında şihad qismində dindirilmiş Günel Salayevanın ifadəsinə, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi vatsab yazışmalarına istinad etmişdir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlliməqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62və 104.1-cimaddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olma yan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə- iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olma başa düşülür. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da, onların ifadələrinə hüquqi qiymət verilərkən qeyd olunan hallar nəzərə alınmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə tanışlıq münasibətində olduğundan, eləcə də onun ifadəsi işə əlavə edilmiş digər sübutlarla öz təsdiqini tapmadığından, Günel Salayevanın ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz və birinci instansiya məhkəməsi onun ifadəsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şahid Günel Salayevanın “qaynatası öz oğlunu xilas etmək üçün onun yanına Dubaya getməlidir və buna görə ondan BMW markalı maşının satışında əldə etdiyi pulu istəyir” kimi ifadəsi, iddiaçının özünə məxsus avtomobili təxminən 2014-cü ildə etibarnamə ilə satmasına dair izahatı ilə üst-üstə düşüb-düşməməsini də birinci instansiya məhkəməsi araşdırmamışdır. Yəni, məhkəmə iddiaçının özünə məxsus BMW markalı maşını 2014-cü ilin hansı ayında etibarnamə ilə kimə satmasını, Cavabdeh2 2014-cü ilin konkret hansı ayında Dubaya getməsini aydınlaşdırmamışdır. Halbuki, polis orqanının işə əlavə edilmiş 30 avqust 2018-ci il tarixli arayışına görə, BMW 5 30 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil yalnız 28 fevral 2015-ci il tarixdə xxx un adına rəsmiləşdirilmişdir. Beləliklə də, iddiaçı özünə məxsus olan avtomobili 2014-cü ildə etibarnamə ilə kimə satması və bu satışdan faktiki olaraq nə qədər pul əldə etməsi barədə nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut növü təqdim etməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, Cavabdeh2 ümummilli pasportunun surətindən görünür ki, o, Dubay şəhərinə 2014cü ilin fevral ayının 10-da getmişdir. Cavabdeh2 öz izahatının təsdiqi kimi özünün və oğlu Cavabdeh1 ümummilli pasportlarının surətlərini, eləcə də iddiaçının özünün də əks olunduğu fotoşəkilləri məhkəməyə təqdim edərək bildirmişdir ki, onun maliyyə durumu elə vəziyyətdə olmamışd ır ki, o iddiaçıdan pul alsın. Təqdim edilmiş fotoşəkillərdən də görünür ki, tərəflər 2014-2015-ci illərdə Paris, London və digər şəhərlərə ailəvi istirahətə getmişlər və bu səyahətlərin hamısını o, özü maliyyələşdirmişdir. Daha sonra Cavabdeh2 izahatından görünür ki, əgər gəlini olmuş iddiaçı ona borc pul vermişdirsə bu pulu oğlu ilə nikahda olan dövrdə və ya nikahları pozulandan dərhal sonra tələb edə bilərdi. O, iddiaçıya qarşı məhkəmədə “mənzildən çıxarılma” barədə iddia qaldırdıqdan və uzun sürən məhkəmə çəkişmələrindən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu fakt işə əlavə edilmiş Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsinin surəti ilə də təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n iddiaçının məhkəməyə təqdim etdiyi telefon yazışmalarına sübut kimi istinad etməsinə də hüquqi qiymət verib haqlı olaraq qeyd etmişdir ki, məhkəmə bu yazışmaların həqiqətən Cavabdeh1lə iddiaçı arasında baş verib-verməməsini də araşdırmamışdır. Belə ki, bu yazışmalarda konkret olaraq tərəflərin adları və telefon nömrələri göstərilməmişdir. Bundan əlavə, Cavabdeh1 ümummilli pasportunun surəti ilə müəyyən olunur ki, o, ümumiyyətlə 2015-ci ildən sonra Azərbaycan Respublikasını tərk etməmişdir və sonuncu 05 mart 2017-ci ildə baş verən insidetə qədər iddiaçı ilə birlikdə bir mənzildə yaşamışlar. Bir ailədə yaşadıqları halda Cavabdeh1 arvadı ilə 24 fevral 2017-ci il tarixdə “whatsap” proqramı ilə yazışması və nəyi isə etiraf etməsi inandırıcı, ağlabatan görünmür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd ol unan hissədə işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, həmin hissədə kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi Mir-Cav ad Babayedən 5.000 ABŞ dolları, Mirbaba Babayedən 15.000 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi-qismən Cavabdeh1 avtomobilin satışından əldə edilmiş 20.000 manat pulun yarısının, yəni 10.000 ma nat pulun tutulub iddiaçıya verilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)12915/2018 saylı qətnaməsi qismən- Cavabdeh1 avtomobilin satışından əldə edilmiş 20.000 manat pulun yarısının, yəni 10.000 manat pulun tutulub İddiaçı verilməsinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3454/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3454/2019
21.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver