Məhkəmə qərarları › İş №2(102)-3455/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3455/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3455/2020 22.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD xx xxxx 2020-ci il İş № 2(102)-3455/20 Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi İsmayıl Kamil oğlu Xəlilov, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi və vəkili X1 verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Çingiz oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbay can Respublikası MPM-nin kassasiya şikayətinin məzmununu müəyyən edən 407-ci maddəsinin tələblərinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. İşin 141-ci vərəqindəki etibarnamədən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2019-cu il tarixdə X2 məhkəmə aktından şikayət vermək səlahiyyəti verilsə də etibarnamənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi kimi S.Qasımov tərəfindən imzalanmış kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Deməli kassasiya şikayəti səlahiyyəti olmay an şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nın 408.1.1 maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1 maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2 maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3 – 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi və vəkili X1 verdiyi kassasiya şikayəti icr aata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar