Məhkəmə qərarları › İş №2(102)-3456/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3456/2019

23.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3456/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 vəkili Kərimbəyli Abbas Yaqub oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(007)3152/2018 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) ilkin iddia qismən təmin edilmiş,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli 2(007)-472/2012 saylı q ətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh x2 iddiaçı x1nın xeyrinə uşaqların hər birinə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması,alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması,iddia tələbinin qalan hissəsinin və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13234/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova, E.Həsənov, F.Babayev) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(007)-3152/2018 saylı qətnaməsi dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüd lü x3 və xx.xx.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh x2 iddiaçı x1 xeyrinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.01.2012-ci il tarixli, 2(007)-472/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13234/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.01.2012-ci il tarixli, 2(007)472/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və ondan xx.xx.2003-cü il təvəllüdlü x3nun və 03.05.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanması üçü n hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2012ci il tarixli qətnaməsini dəyişərək, xx.xx.2003-cü il təvəllüdlü x3nun və xx.xx.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər biri üçün sabit pul məbləğində 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh x2 iddiaçı x1na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.01.2012-ci il tarixli, 2(007)-472/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini və ondan xx.xx.2003-cü il təvəllüdlü x3nun və 03.05.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)13234/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsi nin 24.01.2012-ci il tarixli, 2(007)-472/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və ondan xx.xx.2003-cü il təvəllüdlü x3nun və 03.05.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 vəkili Kərimbəyli Abbas Yaqub oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Re spublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları müəyyən edilir ki, tərəflər 08 iyul 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və həmin nikahdan xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2005-ci il təvəllüdlü x4 dünyaya gəlmişlər. 24 yanvar 2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqlar anasının yanında saxlanılmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün x2 hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında x1nın xeyrinə aliment tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəliri ndən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az ol mayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarda vurğulanmışdır ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödən ilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər a y banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarda həmçinin vurğulanmışdır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə al imentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2018-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2018-cı ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası uşağın mənafeyini, uşaq üçün ölkə üzrə yaşayış minimumu məbləğini, ilkin iddia tələbi üzrə iddiaçının tələbini, uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanları nəzərə alaraq hesab edir ki, xx.xx.2003-cü il təvəllüdlü x3 və xx.xx.2005-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ilkin iddia tələbi üzrə cavabdehdən hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, ilkin iddia tələbi üzrə iddiaçıya ödənilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki t əminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda cavabdehin alimentin məbləği müəyyən olunan zaman minimum dolanacaq xərclərinə istinad olunmasının qanunvericiliyin tələblərinə zidd olmasına dair mülahizələri əsaslı hesab edilə bilməz. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tələb etdiyi kimi uşaqlarının saxlanması üçün alimentin miqdarının sabit pul məbləğində deyil, onun təqaüdünün 1/8 hissəsi miqdarında tutulması, onun mənafeyinə yüks ək təsir göstərmədiyi halda, uşaqların mənafelərinə ziddir. Belə ki, aliment ilkin iddia tələbi üzrə cavabdehin təqaüdündən tutulacağı təqdirdə onlara çatası aliment məbləği hər ikisi üçün ümumilikdə 105 manat olacaqdır ki, buda uşaqların hüquqları və mənafeyi baxımından yolverilməzdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar