Məhkəmə qərarları › İş №2(102)-3457/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3457/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3457/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3457/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, Konstitusiya Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qərardadının tətbiqi) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabd eh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1601/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 100000 ABŞ dolları məbləğində kredit xətti açılıb.

2. İddiaçı QSC ilə bağlanmış 28 noyabr 2016-cı il tarixli, 033R********** saylı kredit razılaşması əsasında Cavabdeh2 7 ay müddətinə, aylıq 2,3333 faizlə 3630 manat kredit verilib.

3. Tərəflərin 31 avqust 2017-ci il tarixli sazişlə razılaşmaya və ödən iş planına dəyişiklik edilib.

4. İddiaçı QSC ilə Cavabdeh1 arasında da 19 fevral 2015-ci il tarixli 033S**********03 saylı zaminlik müqaviləsi bağlanıb.

5. Cavabdeh (borclu) Cavabdeh2 müqavilə öhdəliklərini pozmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-in xeyrinə 033R********** saylı kredit razılaşması və ona əlavə edilmiş saziş üzrə 3299,63 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.

8. Borc 20 avqust 2020-ci il tarixinə kimi hesablanıb. 9. iddiaçı tələbinin hüququ əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh2 iddianı özünə aid hissədə qəbul edərək bildirmişdir ki, bankdan borc götürmüş, müəyyən ödənişlər etmişdir. Sonradan borc müqaviləsinin müddətinin uzadılması ilə bağlı bankla yeni müqavilə bağlamışdır. Lakin 31 avqust 2017-ci il tarixli Kredit Razılaşmasına dəyişiklik edilməsi haqqında Saziş Cavabdeh1 ilə bağlanmamışdır.

11. Binəqədi rayon Məhkəməsinin 2(001)-5281/2020 saylı, 19.10.2020-ci il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 3299,63 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət ed ilmişdir. (hakim Fərid Hətəmzadə)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsindən və razılaşmadan irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ondan 3299,63 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

14. Birinci instansiya məhkəməsi zaminə qarşı iddia tələbi üzrə isə qeyd etmişdir ki, İddiaçı QSC ilə zamin arasında bağlanmış Zaminlik müqaviləsi 19 fevral 2015-ci il tarixli Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün bağlanmışdır. Kredit xətti müqaviləsinin 1.4-cü bəndinə əsasən verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 033R********** saylı kredit razılaşması və tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 033R**********S saylı Sazişə dair zaminlə heç bir müqavilə bağlanmamışdır.

15. Zaminin 033R********** saylı kredit razılaşması və tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 033R**********S saylı Saziş üzrə öhdəliy i üzərinə götürməsinə dair digər formada razılığı alınmadığından və həmin saziş üzrə onun öhdəliyi yaranmadığından bu öhdəliyə görə ondan borc məbləği tələb oluna bilməz. Belə olan halda zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini iddianın təmin edilən hissəsində Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 739-cu, iddianın təmin edilməyən hissəsində Mülki Məcəllənin 472.1, 472.2, 477.0.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Res publikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı İddiaçı QSC apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv, iddianın zaminə münasibətdə də təmin olunmasını xahiş etmişdir.

18. Apelyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi zamin ə münasibətdə iddia tələbinin təmin edilməməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018ci il tarixli və 25.07.2019-cu il tarixli qərarları ilə əsaslandırmışdır; - istinad olunan Qərarların tətbiq edilməsi düz olmamış, həmin qərarların tətbiq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadları nəzərə alınmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1601/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(001)-5281/2020 saylı qətnaməsi mübahisləndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli) 2

0. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hesab etmişdir ki, iddiaçının dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadında Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarındakı hüquqi mövqelərin həmin Qərarların qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğu göstərilsə də, Mülki Məcəllənin 477.0.1-ci maddəsi qüvvədədir. Məhkəmə həmin maddənin tələbinə görə də zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə zaminin məsuliyyətin artırdığını yaxud onun üçün digər əlverişsiz nətəicələrə səbəb olduğunu müəyyən edə bilər. Başqa sözlə, Konstitusiya Məhkəməsi Plenumu 11 oktyabr 2019-cu il tarixli Qərarda dında Mülki Məcəllənin 477.0.1ci maddəsinin Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmayan mübahisələrə şamil olunmamasına dair hər hansı bir hüquqi mövqe formalaşdırmamış yaxud bunu qadağan edən hər hansı bir qərar qəbul etməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı şikayətində Cavabdeh2 28.11.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 3630 (üç min altı yüz otuz) manat məbləğində kredit götürdüyünü, həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 2017-ci ilin iyun ayına kimi müəyyən edildiyini, sonradan tərəflər arasında imzalanmış 31.08.2017-ci il tarixli sazişlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edildiyini və həmin sazişl ə kredit öhdəliyinin qaytarılması üçün son müddətin 15.08.2018-ci il tarix müəyyən edildiyini göstərmiş, iş materialları ilə də bu fakt təsdiq olunur. Demək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni konkret olaraq 15 avqust 2019-cu ilədək iddiaçının iddia irəli sürmək hüququ olmuş, lakin iddiaçı həmin bu müddəti ötürmüşdür. Çünki, mülki iş materiallarından da görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə 10 sentyabr 2020-ci il tarixdə daxil olmuşdur. Belə olan halda zaminliyə xitam verilməsi və zaminə münasibətdə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsası fərqli olsa belə düzgün olmuşdur. Zaminliyə müddətin keçməsi əsa sı ilə xitam verilməsini nəzərdə tutan Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil, kəsici müddət olduğundan onun tətbiqi üçün ərizə verilməsi tələb olunmur. Göründüyü kimi, yalnız bu əsas da zaminə münasibətdə iddianın rədd edilməsi üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı QSC (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın zaminə münasibətdə təmin edilməyən hissəsində ləğv, iddianın zaminə münasibətdə də təmin olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri: - Cavabdeh2lə kredit xətti müqaviləsi və kredit razılaşması müvafiq olaraq 19 fevral 2015-ci və 28 noyabr 2016-cı il tarixlərində imzalanıb. Digər cavabdeh olan Cavabdeh1la zaminlik müqaviləsi 19 fevral 2015-ci il tarixindən bağlanıb. İddiaçı məhkəməyə 01 sentyabr 2020-ci ildə müraciət edib. Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına əsasən Plenumun 31 may 2018 və 25 iyul 2019-cu il tarixli qərarları bu mübahisəyə şamil edilə bilməz; - apellyaisya instansiyası məhkəməsi zaminə qarşı iddianı rədd edərkən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad etsə də, həmin maddənin birinci cümləsini nəzərə almamışdır. Belə ki, həmin cümlənin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Cavabdeh1 isə zamin olaraq 2025-ci ilə kimi üzərinə öhdəlik götürmüşdür b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyi üçün MPMnin 67.1-ci maddəsinə əsas onun izahatı dinlənilmədi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçın nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müq avilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarı “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair - Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il tarixli Qərardadı - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadı - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Mülki Prosessual Məcəllə Maddə 14.2- ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın zaminə qarşı təmin edilməyən hissəsini mübahisələndirdiyi üçün məhkəmə kollegiyası da qətnaməni həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, iddianın zaminə qarşı tə min ediılməyən hissəsidə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

30. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı zaminə qarşı təmin etməyərkən gəldiyi nəticəni Mülki Məcəllənin 472.1, 472.2, 477.0.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarları ilə əsaslandırmışdır.

31. X1 hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.

32. Bununla belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərar dadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uğun olaraq həmin Qərarlar onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixli Qərarları ilə əsaslandırsa da, münasibətlərin yaranması və hazırki iddianın məhkəməyə verilməsi hallarına Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadı baxımından iddiaya qiymət verməmişdir.

34. Apellyasiya şikayətində iddiaçı təşkilat münasibətlərin qeyd edilən Qərarlardan əvvəl yaranması və hazırki iddianın məhkəməyə həmin Qərarların qüvvəyə minməsindən sonra verilməsinə istinad edərək, adı çəkilən Qərarların hazılrki iddiaya şamil edilməməsini göstərsə də, apellyasiya məhkəməsi də buna düzgün qiymət verməmiş və bunu belə əsaslandırmışdır ki, (hazırki qərarın 20-ci bəndi) Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadında Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarındakı hüquqi mövqelərin həmin Qərarların qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğu göstərilsə də, Mülki Məcəllənin 477.0.1-ci maddəsi qüvvədədir. Başqa sözlə, Konstitusiya Məhkəməsi Plenumu 11 oktyabr 2019-cu il tarixli Qərardadında Mülki Məcəllənin 477.0.1-ci maddəsinin Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmayan mübahisələrə şamil olunmamasına dair hər hansı bir hüquqi mövqe formalaşdırmamış yaxud bunu qadağan edən hər hansı bir qərar qəbul etməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il və 25 iyul 2019-cu il Qərarları həm də Mülki Məcəllənin 477.0.1-ci maddəsinin şərhi ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadında da məhz Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarının konkret hansı mübahis lərə şamil olunması qeyd edilmişdir.

35. Həmçinin iddianın zaminə qarşı iddiası üzrə iddia müddətini ötürməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə (hazırki qərarın 21-ci bəndi) işin hallarına uyğun olmamışdır.

36. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi müddətin ötməsi ilə bağlı gəldiyi nəticəni Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq belə əsaslandırıb ki, borclu ilə kredit razılaşması 28.11.2016-cı il tarixdə bağlanıb, həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət 2017-ci ilin iyun ayına kimi müəyyən edilib, sonradan tərəflər arasında imzalanmış 31.08.2017-ci il tarixli sazişlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilib və həmin sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət 15.08.2018-ci il tarix müəyyən edi lib, iddiaçı zaminə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni konkret olaraq 15 avqust 2019-cu ilədək iddia verməli olsa da, həmin müddəti ötürmüşdür.

37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi zaminə qarşı iddianı Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən təmin edilməməli olması barədə gəldiyi nəticəni də düzgün saymır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

38. Göründüyü kimi, istinad edilən normanın tələbinə görə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kredit orun zaminə qarşı iddia irəli sürmədiyi hallarda zaminliyə o halda xitam verilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmış olsun və ya belə müddət təyin edilməmiş olsun. Apellyasiya məhkəməsi isə zaminlik müqaviləsində onun verilmə müddətini araşdırmadan iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir.

39. Buna görə də məhkəmə kollegiyası Cavabdeh1 qarşı iddianının təmin edilməyən hissəsində tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxı şına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1601/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar