Məhkəmə qərarları › İş №2(102)-3458/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3458/2019

06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3458/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2221/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2567.44 manat məbləğində əsas borc, 1110.09 manat faiz borcu, 100 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3807.53 manat borc «xxxx» ASC-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2(103)-727/18) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2221/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 qızma münasibətdə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli olan əsas və faiz borcunun borcun məbləği 1327,53 manat, cərimə borcunun məbləği 50 manat müəyyən edilsməsi, ekpertiza tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 qızma və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin, cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada «xxxx» Açıq Səhmdar Cəmiyyəti xeyrinə 2567,44 manat məbləğində əsas borc, 1110.09 manat faiz borcu, dəbbə pulu 1078.5 manat, cəmi 4756.03 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə kollegiyası qətnamə qəbul edərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdu. Belə ki, Cavabdeh1 məhkəməyə müraciət edilən zaman əsas borcu 2567,44 manat, faiz borcu 1110,09 manat təşkil etmişdir. Hətda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23635 saylı 02 noyabr 2018-ci il tarixli ekspert rəyi də qismən təs diqliyir. Lakin Bakı Apellyasiya Məhkəməsi məbləği azaldaraq Nizami rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara i stinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi maliyyə arayışında cavabdehlərin 14.05.2014-cü il tarixə banka olan borcu 2567.44 manat əsas borc, 1110.09 manat faiz borcu cəmi 3677.53 manat təşkil etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, 26 aprel 2012-ci il tarixli, M-280 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti bitdikdən sonra 01.08.2014-cü il tarixdən 24.08.2015-ci il tarixədək cavabdehlər tərəfindən banka 2350 manat məbləğində pul vəsaiti ödənilmiş və iddiaçı tərəfindən hazırkı iddia təl əbi ilə birinci instansiya məhkəməsinə müraciət olunan zaman həmin ödənişlər nəzərə alınmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddia tələbi üzrə borcun məbləği iddia tələbində göstərilən məbləğdə hesablana bilməz. Belə ki, iddiaçının təqdim etdiyi kredit məbləği üzrə hesablanmış əsas və faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Bundan başqa məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü 07 iyul 2017-ci il tarixli qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəznini 23635 saylı 02 noyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, cavab dehlərin 25.07.2014-cü il tarixə olan əsas borcu 2570,59 manat, faiz borcu 1251,59 manat; 07.03.2017-ci il tarixə olan əsas borcu 2180,67 manat, faiz borcu 937,93 manat, 13.04.2017-ci il tarixə olan əsas borcu 2180,67 manat, 998,99 manat, 07.07.2017-ci il tarixə əsas borcu 2180,67, faiz borcu 1141,46 manat təşkil etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 2567,44 manat, faiz borcu isə 1110,09 faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, bank tərəfindən 14 may 2014-cü il tarixə ödənilməsi tələb olunan əsas və faiz borcun çox hesablandığı müəyyən olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas və faiz borc məbləğinin ekspertiza rəyində göstərilən həddə hesablana bilməz. Belə ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləğinin cavabdehlərdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərin iddiaçıya olan borcu, iddiaçı tərəfindən maliyyə arayışına əsasən hesablanmış cəmi 3677,53 manat borcdan cavabdehlər tərəfindən ödənilmiş 2350 manat çıxılmaqla 1327,53 manat məbləğində müəyyən edilməlidir. Hazırki işin hallarından görünür ki, borcalanın 2567,44 manat əsas borcuna münasibətdə iddiaçı 1078,50 manat cərimənin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə ca vabdehlərdən 100 nanat cərimə tutulmalı olması qənaətinə gəlmişdir. Həmin məbiəğin əsas borca mütənasib olmasına dair birinci stansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 50 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.Belə olan birinci instansiya məhkəməsinin qətnaməsi cərimənin tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan cərimənin məbləği 50 manat müəyyən edilməlidir. Beləliklə apelyasiya şikayəti qismən təmin edilməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2221/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondunun xeyrinə ödənilməli olan əsas və faiz borcunun borcun məbləği 1327,53 manat məbləğində, cərimə borcunun məbləği 50 manat müəyyən edilməli və ekpertiza tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya Məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticə sində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla hə yata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müq avilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə keçirilmiş ekspertizanın nəticələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək gəldiyi nəticəsi əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə qismən təqdim edə bilmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şik ayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə cavabdeh X1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar