Məhkəmə qərarları › İş №2(102)-3459/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3459/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3459/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(026)-45/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Xdan 3157 manat məbləğində borcun, müqavilə üzrə ö hdəliyi icra etməməsi nəticəsində yaranmış 864,20 manat məbləğində faiz borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh və 10 manat dövlət rüsumunin alınıb respublika büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim M.Quliyev) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Ş.Abasov və T.Məmmədov, 2(105)2621/2019 saylı mülki iş) hazırki iş üzrə Qobustan rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(026)-45/2019 saylı qətnaməsi müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində yaranmış 864,20 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdeh İdd iaçı dəbbə pulu qismində 20 (iyirmi) manat pul tutulub iddiaçı Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 3M-554 nömrəli kredit müqaviləsi üzrə 4321 manat borcun və 10 manat ödənilmiş dövlət rüsumunun Xdan onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə baxılarkən iddiaçı Cavabdeh iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək, cavabdeh Xdan 3157 (üç min yüz əlli yeddi) manat məbləğində borcun, müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində yaranmış 864.2 (səkkiz yüz altmış manat iyirmi qəpik) manat məbləğində faizin, 777,78 (yeddi yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində vurulmuş zərərin və 20 manat məbləğində dövlət rüsumu ol maqla cəmi 4818, 98 (dörd min səkkiz yüz on səkkiz manat 98 qəpik) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinə apellyasiya instansiyasında tam baxılmamış, işin mühüm əhəmiyyət kəsb edən halları məhkəmə kollegiyası tərəfindən tam araşdırılmamışdır. Belə ki, məhkəmənin yeganə istinad etdiyi sübut olaraq mənim iddiaçı ilə aramızda bağlanmış müqavilədir ki, o da məhkəmə tərəfindən əsas götürülür. Halbuki, bununla bağlı izahatda iddiaçıdan götürdüyüm borca dair kifayət qədər faiz ödədiyimi, götürdüyüm borca münasibətdə iddiaçıya faiz ödəməli olduğum barədə hər hansı bir müqavilə imzalanmamışdır. Ona görə də ödədiyim faizlərn əsas borcla əvəzləşdirilməsinin zəruriliyini məhkəmənin diqqətinə çatdırmağıma baxmayaraq, məhkəmə qeyd etdiyi hallrı araşdırmayaraq qanunsuz qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Cavabdeh X Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Tərəflər arasında borc müqaviləsinə əsaslanan münasibətlər yaranmışdır. Borc alan aldığı məbləğin bir qismini qaytarmış və qalan məbləği ödəmədiyi üçün hazırkı mübahisə yaranmışdır. xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən F.Hüseynov Cavabdeh xx xxxxxx 2018-ci il tarixədək hər ay 1260 manat qaytarmaq şərtilə 6300 manat borc pul almışdır. Apellyasiya Məhkəməsi F.Hüseynovun həmin müqavilə üzrə 3157 manat borcu olmasını müəyyən edərək, iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1 və 442-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıya borcunu tam qaytarması, hazırda iddiaçıya borcunun olmamasını bildirsə də, bu dəlillərini təsdiq edəcək heç bir sübut məhkəmə instansiyalarına təqdim etməmişdir. AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 3157 manat borc hissəsində iddia tələbini kredit müqaviləsinə əsasən sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, yəni borcunu qaytarması, cavabdehə borcunun olmamasını sübut edə bilməmişdir. Bundan başqa, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbini müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 864,20 manat məbləğində faiz borcunun cavabdehdən tutulması hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış, həmin məbləği cərimə məbləği kimi dəyərləndirərək cəmi 20 manat tutulmasına qərar vermişdir. Qarşı tərəf cərimə məbləği ilə razılaşaraq kassasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Xİn kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar