Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-346/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada İddiaçı xeyrinə ödənilməmiş qalan 28500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 (əlli beş min) manat borcun, habelə xx xxxxxx 2018-ci ildən xx xxx 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 991,25 (doqquz yüz doxsan bir ABŞ dolları 25 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 (min üç yüz əlli dörd manat 20 qəpik) manat, xx xxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək olan müddət ərzində xx xxx 2018-ci ildə ümumilikdə ödənilmiş 3 0000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 776,5 (yeddi yüz yetmiş altı ABŞ dolları 50 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 (min beş yüz iki) manat pulun tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Qafari, hakimlər F.Məmmədov və L.Məmmədova) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİL ƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxx 2019-cu il tarixliqətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları və 55000 manat borcun, habelə xx xxxxxx 2018-ci ildən xx xxx 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 991,25 ABŞ dolları və 1354,2 manat, xx xxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək olan müddət ərzində xx xxx 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 2 776,5 ABŞ dolları və 1502 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx xxxxxxx 2017-ci il tarixdə bağlanmş borc müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixədək qaytarılması şərti ilə 58500 ABŞ dolları və 80000 manat məbləğində borc pul verilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ilə İddiaçı arasında xx xxxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən əsasən zaminlər borcalanın borcverən qarşısında xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə borcverənə olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar. Bundan başqa İş materiallarında olan xx xxx 2018-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə borc aldığı 58500 ABŞ dolları və 80000 manat puldan qismən, yəni 30000 ABŞ dolları və 25000 manat pul qaytarmış, nəticədə onu n iddiaçıya 28500 ABŞ dolları və 55000 manat borcu qalmış, həmçinin, o, qalan borcunun ödənilməsini öhdəsinə götürmüşdür. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1. maddəsi). Mülki Məcəllənin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasın ı tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda m üəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsi şifahi və yazılı formada bağlanmaqla tərəflər arasında öhdəlik münasibətinin yaranma əsaslarından bi ridir. Borc müqaviləsi yazılı formada bağlandıqda həmin yazılı öhdəlik üzrə tərəflərin iradə ifadələri təsdiqlənir. İddiaçı cavabdehlərdən ondan aldığı pul məbləğinin qaytarılmamasına görə, iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehin borcu olmasına dair kredit müqaviləsinə istinad etmişdir. Bundan əlavə işdə olan yazılı sənəddəndə görünür ki, cavabdehin qeyd edilən məbləğdən 30000 ABŞ dolları və 25000 manat ödəniş etdiyi, 28500 ABŞ dolları və 55000 manat məbləğində qalıq borcunun olduğu göstərilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prossesual Məcəllənin 14.2., 77.1. və 88-ci maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları 5 qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsini n bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapdığından, iddianı təmin edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasi ya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-346/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-346/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver