Məhkəmə qərarları › İş №2(102)-346/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-346/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-346/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4721/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ndən Cavabdeh2 kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 125 000 ABŞ dolları məbləğində faizsiz borc vermiş, Cavabdeh2 xx.xx.2022-ci il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı kredit müqaviləsi üzrə 212 500 manat məbləğində pulu notariusun "xxxx" ASC-də olan depozit hesabına mədaxil etmişdir. 3. ünvan 1 ünvanlayaraq kredit müqaviləsi üzrə ödənilməli olan 212 500 manatın Cavabdeh2 verilməsi üçün bankda olan AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesaba qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh2 aldığı bo rcdan 8000 ABŞ dollarını İddiaçı qaytarmışdır.

5. Mübahisə kredit müqaviləsi üzrə qalan məbləğin qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 117000 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılıb ki, kredit müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl edərək Cavabdeh2 125000 ABŞ dolları pulu borc şəklində versə də, sonuncu üzərinə düşən öhdəliyi müqavilədə qeyd edilən müddətə icra etməmişdir. Cavabdeh2 alınmış pulun bir hissəsini, yəni 8000 ABŞ dollarını qaytarmış, 117000 ABŞ dollarını isə bu günədək qaytarm amışdır. İddiaçı dəfələrlə pulun ödənilməyən hissəsinin geri qaytarılması tələb etsə də, heç bir nəticəsi olmamışdır.

8. İddia tələbinin eyni zamanda digər Cavabdeh1 yönəldilməsinin əsası ondan ibarətdir ki, Cavabdeh1 digər Cavabdeh2 arvadıdır. Yəni mübahisə predmeti olan müqavilə üzrə alınmış borc Cavabdeh2la Cavabdeh1 birgə nikahları dövründə yaranmış öhdəlikdir. Buna görə də borc verilmiş pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 448.1 və 225.1-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək bildirmişdir ki, müqavilə bağlandıqdan iddiaçıya 48000 ABŞ dolları qaytarılıb. 8000 ABŞ dollarının qaytarılması barədə qəbz var. Qalan 40000 ABŞ dolları məbləğ isə iki dəfəyə, hər dəfə 20000 ABŞ dolları olmaqla cavabdehin sürücüsünün iştirakı ilə əlbəəl iddiaçıya verilib. Odur ki, qeyd edilən məbləğləri nəzərə alınmaqla iddianın qismən təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, Cavabdeh2 ilk növbədə onun dostudur. Çox yaxın münasibətləri var və dostluqdan başqa, Cavabdeh2 həm də sürücüsüdür. 2018-ci ildən başlayaraq dəfələrlə Cavabdeh2 tərəfindən göndərilmiş fərqli məbləğlərdə pulları iddiaçıya aparıb vermişdir. Bir müddət əvvəl, o, Cavabdeh2la iddiaçının yaşadığı məhəlləyə getmiş və onun yanında Cavabdeh2 20000 ABŞ dollarını sayıb iddiaçıya vermişdir. Bundan 1 həftə-10gün sonra, cavabdehlə yenidən iddiaçının yaşadığı məhəlləyə getmiş, lakin pulu götürməyə iddiaçının oğlu düşmüş dür. Cavabdeh2 iddiaçının oğluna 34000 manat məbləğində pul vermişdir. Onlar yolda gedərkən iddiaçı Cavabdeh2 zəng edərək, pulun ona ABŞ dolları şəklində lazım olduğundan, həmin pulun ABŞ dollarında verilməsini bildirmişdir. Cavabdeh2la birlikdə gedərək, pulu ABŞ dollarına çevirib iddiaçıya vermişlər.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1080/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Ramin Quliyev)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc müq aviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixində tərəflər notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamış, müqaviləyə əsasən “Borc verən” iddiaçı “Borclu” Cavabdeh2 125000 ABŞ dolları məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2022-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd edilən borcdan 8000 ABŞ dollar məbləğində ödənişin aparıldığını bildirərək, qalan 117000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə icl asında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, “Borc verən” (iddiaçı) tərəfindən “Borclu” Cavabdeh2 125000 ABŞ dolları məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi, həmçinin kassa qəbzi ilə öz təsdiqini tapmışdır. Borcun qaytarılmasını sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

15. Birinci instansiya məhkəməsi təqdim edilmiş şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmərək göstərmişdir ki, şahid öz ifadəsində Cavabdeh2la yaxın dost olduğunu və həmçinin sonuncunun sürücüsü işləməsini qeyd etmişdir. Bunlar isə şahidin cavabdehin xeyrinə ifadə verməsini istisna etmir və buna görə də şahid ifadəsi möhtəbər sübut kimi qiymətləndir ilə bilməz. Cavabdeh isə öz etirazının əsası kimi digər mötəbər sübut təqdim edə bilməmiş, iddiaçı tərəf isə həmin halı etiraf etməmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh2 iddiaçıdan 125000 ABŞ dolları borc aldığını etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Cavabdeh isə borcundən 40000 ABŞ dolları ödədiyini sübuta yetirə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müq avilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Birinci instansiya məhkəməsi iddianın digər Cavabdeh1 qarşı hissəsini əsassız hesab edərək göstərmişdir ki, borc müqaviləsi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, Cavabdeh1 həmin müqavilə üzrə tərəf olmamış və heç bir öhdəlik götürməmişdir. İddiaçı kreditin birgə nikah müddətində götü rülməsi səbəbdən borclunun arvadı – Cavabdeh1 cavabdeh qismində göstərsə də, götürülmüş borc məbləğinin Cavabdeh1 aid olmasına, həmin məbləğin ailə ehtiyacları üçün götürülməsinə dair sübut təqdim etməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslandırması kimi, Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 739.1 və 740-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin etiraf olunan həcmdə təmin olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmaqla, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq sübutlara düzgün hüquqi qiymət verməmiş, şahid ifadəsini əsassız olaraq mötəbər sübut kimi qəbul etməmiş, eyni zamanda digər şahidlərin məhkəməyə dəvət edilməsi barədə vəsatətlərini də təmin etməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4721/23 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhramzadə)

23. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə apellyasiyanını həddini müəyyən edərək göstərmişdir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddi a tələbi Cavabdeh1 münasibətdə təmin edilməsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin Cavabdeh1 ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

24. Apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir.

25. İddiaçı Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqavilə əsasında 125 000 ABŞ dolları borc verdiyini, cavabdehin borcdan 8000 ABŞ dollarını qaytardığını, lakin qalan hissəsini müəyyənləşdirilmiş vaxt ərzində qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçıya borcunun olduğunu inkar etməməklə yanaşı, borcundan 40000 ABŞ dolları ödəniş etdiyini bildirməklə iddiaya qismən etiraz edir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, Cavabdeh2 125 000 ABŞ dolları borc verdiyini sübutetmə yükü iddiaçının, həmin borc məbləğindən 40000 ABŞ dollarını geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

27. Cavabdeh2 iddiaçıdan 125 000 ABŞ dolları borc aldığını etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Cavabdeh isə borcundan 40 000 ABŞ dolları ödədiyini sübuta yetirə bilməmişdir. Onun həmin halı sübuta yetirmək üçün təqdim etdiyi şahid ifadəsi əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz – belə ki, şahid onun yaxın dostu və eyni zamanda sürücüsü olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 324, 385, 386.1, 390.1, 390.2, 425, 442, 739.1, 739.2, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh İ.Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin etiraf olunan həcmdə qismən təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir

31. Kas sasiya şikayəti də apellyasiya şikayətinin (iddiaya etirazın) dəlillərinə uyğun əsaslandırlmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onların iştirakının təmin edilməsi üçün bütün mümkün tədbirləri həyata keçirməmiş, bununla da, mümkün sübutları təqdim etməyə şərait yaratmamışdır. Belə ki, məhkəmə iş üzrə iştirak edən tərəflər arasında pul münasibətlərindən irəli gələn mübahisə üzrə yeganə şahid olan şəxsin izahatına səthi yanaşmış və düzgün qiymət verməmişdir. Eyni zamanda tərəfindən digər şahidlərin və eyni zamanda iddiaçının özünün məhkəməyə dəvət edilərək dindirilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmənin gəldiyi nəticədən də görünür ki, məhkəmə, ümumiyyətlə, işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara diqqət yetirməmişdir. a) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşd irə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyi n pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin pred meti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, ya xud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi üzrə olub, buna görə qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

38. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqavilələrinə istinad etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcundan (iddiaçının etiraf etdiyi 8000 ABŞ dollarından əlavə) 40000 ABŞ dolları hissənin geri qaytarılmasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə mötəbər sübutla sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir.

39. Cavabdeh tərəfindən dindirilmiş şahid ifadəsini isə işə mahiyyəti üzrə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirməklə qəbul etməmişlər.

40. Nəzərə alınsa ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh kredit müqaviləsi üzrə borcundan 40000 ABŞ dolları pul qaytarmasını, bununla da hazırda borcunun həmin məbləğ də nəzərə alınmaqla daha az qalmasını sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Hazırda kassasiya şikayətinin həmin hallarla bağlı dəlil ləri də, bu baxımdan, əsassızdır.

41. Apellyasiya instansiyası məhkəməsində cavabdeh tərəfin iştirakının təmin edilməməsi və bu səbəbdən mümkün sübutları təqdim etməyə şərait yaradılmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də əsassızdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin özünə göndərilmiş “SMS” bildiriş cavabdehə çatmış, eləcə də həmin məlumat cavabdehin nümayəndəsi və vəkilinin elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh tərəf apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə də qabaqcadan məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır.

42. Həmçinin Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutları n təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-4721/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar