Məhkəmə qərarları › İş №2(102)-3460/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3460/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3460/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının vəkili X2 oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-7769/2019 saylı qətnaməsi ilə i ddia qismən təmin edilmiş, 11000 (on bir min) manat pulun və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Emin Abdullayev) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Ş.Abasov və T.Məmmədov, 2(105)551/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-7769/2019 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi olaraq 21020 (11000 manat əsas borc, 3500 manat faiz borcu, 6500 manat əldən çıxmış fayda) manat pul vəsaitinin və 30,40 manat dövlət rüsumunun alınıb MMC-yə verilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kimi iddia tələbini sübuta yetirəcək mötəbər sənədləri məhkəməyə təqdim etmişik. Lakin, cavabdeh tərəfindən İddiaçı MMC-yə borcunun olmaması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə cavabdehin formal mülahizələrinə əsaslanaraq Sumqayıt şəhər məhkəməsinin qətnaməsini iddia müddəti tətbiq edərək ləğv etdi. Apelyasiya instansiya məhkəməs i qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsaslanmaqla maddi hüquq normalını pozmuşdur. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkə mə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdehin xx xxxxxx 2011-ci il tarixdən 1 il müddətinə İddiaçı MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul olunmasını, eyni tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmasını, həmin müqaviləyə əsasən cavabdehin ona həvalə edilmiş maddi və natural vəsaitlərin qeydiyyata alınmasını, qorunmasını və saxlanmasını təmin etmək üçün tam maddi məsuliyyət daşımasını, cavabdehin xx.xx.2013-cü il tarixdə tutduğu vəzifədən azad edilməsi barədə ərizə verməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7958/2014 saylı, xx.xx.2014-cü il tarixl i qətnaməsi ilə cavabdehdən 17831 manat pulun iddiaçının xeyrinə tutulmasını qət edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)496/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilərək, cavabdehdən iddiaçının xeyrinə 5553,03 manat məbləğində pul tutulmasının qət edilməsini, məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında malların sifarişi çatdırılması və satış pullarının təhvil-təslimi kitabına əsasən xx.xx.2011-ci ildən, işdən azad edildiyi xx.xx.2013cü ilədək olan dövrdə cavabdehin iddiaçıya həqiqətən 11000 manat məbləğində borcunun olmasını, tərəflər arasında məhkəmə mübahisələrinin hələ 2014-cü ildən başlandığı üçün hazırkı tələbə iddia müddətinin tətbiq edilə bilməməsini müəyyən edərək, 11000 manat borc hissəsində iddianı təmin etmiş, həmin his sədə gəldiyi nəticəni də Mülki Məcəllənin 372.1, 372.2, 380.1, 380.2, Əmək Məcəlləsinin 191.1 191.2, 198, 99, 200 və 202-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yolvermişdir. Belə ki, tərəflər arasında əmək münasibətlərinin olması, yəni iddiaçı təşkilatla cavabdeh arasında ilk dəfə xx xxxxxx 2011-ci ildə əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlanması, cavabdehin xx xxxxx 2013-cü ildə işdən çıxması, xx xxxx 2013-cü ildə iddiaçı ilə cavabdehin yenidən əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlaması, xx xxxxxxx 2013-cü ildə cavabdehin işdən çıxması, hazırki iddia tə ləbində 11000 manat borcun əmək münasibətlərindən doğan borc olması işin mübahisə edilməyən hallarıdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)7958/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, sonuncunun xx xxxx 2013-cü ildən xx xxxxxxx 2013-cü ilə qədər MMC-də ticarət nümayəndəsi işlədiyi dövrdə yaranmış 17831 manat borcunun ödənilməsini xahiş etmiş və iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(105)-496/2015 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-7958/2014 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin iddiası qismən təmin edilərək, Xdan 5553 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Hə min qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, cavabdehin ikinci dəfə bağladığı əmək müqaviləsi ilə xx xxxx 2013-cü ildən xx xxxxxxx 2013-cü ilədək İddiaçı MMC-də işlədiyi müddətdə yaranmış borcunun tələb edilməsi və həmin tələblə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2015-ci il tarixli qətnaməsi vardır. Həmin qətnamə ilə cavabdehin xx xxxx 2013-cü ildən xx xxxxxxx 2013-cü ilədəkİddiaçıMMC-yə borcunun 5553 manat olması müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC cavabdehdən xx xxxx 2013-cü ildən xx xxxxxxx 2013-cü ilədək MMC-də işlədiyi müddətdə yaranmış borcunun tələb edilməsi ilə bağlı 2014-cü ildə iddia qaldırsa da, həmin iddiada cavabdehin birinci əmək müqaviləsi ilə xx xxxxxx 2011-ci il tarixdən xx.xx.2013-cü il tar ixinə qədər işlədiyi dövrlər üzrə yaranmış borcunu tələb etməmişdir. Bununla da müəyyən edilmişdir ki, hazırki iddia tələbi üzrə MMC ilə cavabdeh arasında əmək münasibətlərindən doğan borc münasibətləri xx xxxxxx 2011-ci il tarixdən xx.xx.2013-cü il tarixinə qədər olan dövrü əhatə edir. İddiaçı ikinci əmək müqaviləsi üzrə daha sonrakı müddətlər üçün, yəni xx xxxx 2013-cü ildən xx xxxxxxx 2013-cü ilə qədər olan borcunu 2014-cü ildə qaldırdığı iddiada tələb etsə də, daha əvvəlki müddətlər üçün yaranmış borcu tələb etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə görə işə götürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əla qədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin yuxarıda sadalanan hallarından görünür ki, cavabdehin xx xxxxxx 2011-ci il tarixdən xx.xx.2013-cü il tarixinə qədər olan borcu barədə məlumatı olsa da, xx xxxx 2013cü ildən xx xxxxxxx 2013-cü ilə qədər olan borcunu 2014-cü ildə qaldırdığı iddia da tələb etsədə, iddiaçı təşkilat daha əvvəlki müddət üçün yaranmış borcu tələb etməmiş, bu barədə iddianı 2019-cu ildə verməklə əmək münasibətlərindən irəli gələn hazırki tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından görünür ki, cavabdeh də Əmək Məcəlləsinin 296-cı maddəsini n 5-ci bəndində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. (i.v.47) Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin həmin ərizəsinə düzgün qiymət verməmiş, iddiaçının birinci dəfə 2014-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə tərəflər arasında həmin dövrdən məhkəmə mübahisələri başlanmasını səhvən müddətin axımının kəsilməsi kimi qiymətləndirmişdir. Halbuki İddiaçı MMC cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını cavabdehin sonuncu dəfə işdən çıxdığı vaxtdan bilirdi və hətta 2014-cü ildə məhkəmədə pul tələbi ilə bağlı iddia da qaldırmışdı. Buna görə də hazırki tələb üzrə iddia müddətinin axımı kəsilməmiş və iddiaçı iddia müddətini cavabdehin birinci dəfə xx xxxxx 2013-cü ildə işdən çıxdığı vaxtdan 1 il keçəndən sonra, yəni xx xxxxx 2014-cü i ldən ötürmüşdür. Tərəflər arasında 2014-cü ildə olan məhkəmə mübahisələri xx xxxx 2013-cü ildən xx xxxxxxx 2013-cü ilə qədər olan borcla bağlı olduğu üçün həmin mübahisə hazırki tələb üzrə iddia müddətinin axımının kəsilməsinə əsas ola bilməz. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə də müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən normada müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddiaçının qaldırdığı əvvəlki iddia ilə hazırki iddia eyni olmuş olsun. Lakin hazırki işdə 2014-cü ildə qaldırılan borc tələbi ilə indiki borc tələbi ayrı-ayrı tələblərdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də cavabdehin birinci əmək müqaviləsi ilə işlədiyi vaxt yaranmış borcunu qaytaracağına söz verdiyi üçün MMC-nin rəhbərliyinin cavabdehə güzəşt etməsini deməklə, cavabdehin birinci əmək müqaviləsi zamanı işlədiyi müddətdə borcunun olmasının cavabdehin birinci dəfə işdən çıxdığı vaxtdan, yəni xx xxxxx 2013-cü ildən MMC-yə məlum olmasını təsdiq etmişdir. İddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. Bununla da işin halları iə müəyyən edilmişdir ki, hazırki tələb üzrə iddia müddətinin axımı cavabdehin birinci dəfə xx xxxxx 2013-cü ildə işdən çıxdığı vaxtdan başlamış, iddiaçı 2014-cü ildə məhkəməyə müraciət edərkən həmin dövrə olan borcu tələb etməməklə 1 illik iddia ötürmüşdür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmiş dir ki, iddia müddəti keçdiyi və bu barədə cavabdeh ərizə verdiyi üçün hazırki iddia tələbi təmin edilə bilməz. Apellyasiya Məhkəməsi haqlı olaraq iddiaçının nümayəndəsinin müddətinin axımının kəsilməsi ilə bağlı istinad etdiyi halı – cavabdehin iddianı etiraf edən hərəkət edərək, xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya olan hazırki borcundan 1000 manat ödəniş etməsi və İddiaçı MMC-nin 2016-cı ildə cavabdehə qarşı qaldırdığı eyni iddianın xx xxxx 2019-cu ildə baxılmamış saxlanması dəlilini əsassız hesab etmişdir. Qeyd edilən xüsusatların araşdırılması məqsədilə Apellyasiya məhkəməsi İddiaçı MMC-nin Cavabdeh qarşı 2015-ci ildə qaldırdığı iddia tələbi üzrə 2(060)-6182/2019 saylı mülki işi və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(105)496/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra işini tələb etmişdir. Məhkəmə kollegiyasına daxil olan 7360/15 saylı icra işində olan xx xxxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, X1 1000 manat pulu İddiaçı MMC-yə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(105)-496/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ödəmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsinin müddətin axımının kəsilməsi ilə bağlı istinad etdiyi hal, yəni cavabdehin iddianı etiraf edən hərəkət edərək, xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya olan hazırki borcundan 1000 manat ödəniş etməsi icra işində olan qəbzlə təkzib edilir. Əksinə, həmin qəbz cavabdehin nümayəndəsinin həmin pulun qardaşının adından qətnamə ilə müəyyən edilmiş borca aid olması barədə dəlilini təsdiq edir. İddiaçı MMC-nin 2015-ci ildə cav abdehə qarşı qaldırdığı eyni iddianın xx xxxx 2019cu ildə baxılmamış saxlanmasına gəldikdə, bu da iddia müddətinin axımının 2015-ci ildən kəsilməsi və iddia müddətinin ötürülməməsinə səbəb olan hal deyil. Belə ki, məhkəmə kollegiyasının sorğusu əsasında daxil olmuş 2(060)-6182/2019 saylı mülki işdən görünür ki, xx xxxxxx 2011-ci ildən xx xxxxx 2013-cü ilədək olan dövr üçün yaranmış 12278 manat borcun Cavabdeh tutulması barədə iddianı İddiaçı MMC xx xxxxxx 2015-ci ildə vermiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanmışdır. Nəzərə alınsa ki, həmin tələb üzrə iddia müddətinin sonu xx xxxxx 2014-cü ilədək olmuşdur, belə olan halda, iddiaçı təşkilat 2015-ci ilin dekabrında bu iddianı qaldırana qədər artıq iddia müddətini ötürmüşdü. Mülki Mə cəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar