Məhkəmə qərarları › İş №2(102)-3462/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3462/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3462/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 qarşı iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-393/20 21 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə bağlanmış 27 iyun 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 %-lə 36 ay müddətinə 364000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 08 aprel 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən, kredit restrukturizasiya edilmiş, gecikmədə olan 39424,10 manat əsas və 25310,66 manat faiz borcu kreditin ümumi qalıq məbləğinə əlavə olunaraq, kreditin məbləği 246721 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 06 aprel 2021-ci il tarixədək artırılmışdır. Kredit müqaviləsinin təminatı olaraq 27 iyun 20 14-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 qızna məxsus, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi. 2/45A ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası; 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0,00252 ha torpaq sahəsində yerləşən, 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM); 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 93,74 kv.m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binası (YDM); 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi, 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 ilə 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsi bağlanımışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC məhəkəməyə iddia verərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 244198.52 manat əsas, 115958.20 manat faiz və 18314.59 manat cərimə, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, ümumilikdə isə 382134.29 manat məbləğində pulun tutulması; Tutmanın 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 4 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına; 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyriyaşayış binasına; 27 iyun 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyriyaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklar a istifadə hüququnun itirilməsi; tərəflərindən 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması və iddianın qalan hissəsinin dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh1 13 iyul 2017-ci il tarixə “İddiaçı" ASC-yə cəmi borcu 382134.29 manat təşkil etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair ipoteka qoyanlara bildirişlər göndərilmiş və reyestr orqanında ərizə ilə qeydə alınmışdır.

4. Yevlax R ayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə əsas 244198 manat, faiz 106312.37 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356173.35 manat manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh4 məxsus, ünvan 4 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönləndilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc tutularaq İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 4 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 (bir yüz iyirmi beş min) manat, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 136000 (bir yüz otuz altı min) manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 (iki yüz iyirmi min) manat və Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq s ahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 (səksən min) məbləğində müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 385, 386.1, 442, 445.1,448.2, 467, 739.1, 741; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 39.3.3, 41.1, 59.1, 59.3, 59.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) 26 yanvar 2021-ci il tarixli, 2(107)-393/21 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan fakt iki hallar aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

10. Həmçinin işə əsassız olaraq uzun müddətə baxılmış və bunun əsasında borc məbləği dəfələrlə artırılmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə. 14.2.1 Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

15. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

16. Maddə

295. Girov saxlayanın (kreditorun) t ələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

17. Maddə 296.1 Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

18. Maddə 307.6 İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.

19. Maddə 317.1 Əgər borclu təmin at vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

20. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna ol maqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

24. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu:

25. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

26. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilmə si müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka redmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.

27. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

28. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansi yası məhkəməsinin mövqeyi

32. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə bağlanmış 27 iyun 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 %-lə 36 ay müddətinə 364000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 08 aprel 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən, kredit restrukturizasiya edilmiş, gecikmədə olan 39424,10 manat əsas və 25310,66 manat faiz borcu kreditin ümumi qalıq məbləğinə əlavə olunaraq, kreditin məbləği 246721 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 06 aprel 2021-ci il tarixədək artırılmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə 244198.52 manat əsas, 115958.20 manat faiz və 18314.59 manat cərimə, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, ümumilikdə isə 382134.29 manat məbləğində borcu vardır.

33. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlili irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.

34. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. İşə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillər əsassızdır. Həmin hallarla bağlı cavabdeh heç bir sübut təqdim edə bilməmişdir.

36. Məhkəmələr haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 385, 386.1, 442, 445.1,448.2, 467, 739.1, 741; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 39.3.3, 41.1, 59.1, 59.3, 59.4-cü maddələrini tətbiq etməklə borcalanların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddianı qismən təmin etmişlər. Cavabdeh şikayətin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, borcun məbləğinin düzgün hesablanmaması və yaxud düzgün olmayan qərarın çıxarılmasına əsas verən heç bir halı sübut edə bilməmişdir.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-393/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar