Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3468/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma çıxarılma, gözlənilən hüquq, qanunun anologiyası, ər-arvadın əmlakının qanuni rejimi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-876/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, ev 6 ünvanında yerləşən 3 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 03 iyul 1996-cı il tarixli, MH seriyalı 035521 saylı qeydiyyat vəsiqəsinə əsasən X2 adına qeydiyyata alınmış, sonuncu 24 iyul 2013-cü il tarixdə ölmüş və mənzil vərəsəlik qaydasında 19 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras qoyanın əri İddiaçı1 (bundan sonra – birinci iddiaçı), qızı İddiaçı2 (bundan sonra – ikinci iddiaçı) və oğlu X1, sonuncu 19 sentyabr 2015-ci il tarixli müqaviləyə əsasən miras əmlakdakı payını atası olan birinci iddiaçıya bağışlamış, bundan sonra mübahisəli mənzil 28 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə iddiaçıların adına qeydiyyata alınmışdır.
2. Cavabdeh 26 sentyabr 2007-ci il tarixdə miras qoyanın oğlu ilə nikaha daxil olmaqla, sözügedən mənzilə gəlin köçmüş, bu nikahdan 02 yanvar 2008-ci il tarixdə Nihad adlı uşaqları doğulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşağın cavabdehin yanında qalması qət edilmişdir.
3. Qeyd olunan mənzil iki mərtəbədən ibarət olmaqla, ikinci mərtəbədə yerləşən tikil i (bundan sonra – mübahisəli tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh və azyaşlı oğlu hazırda ikinci mərtəbədə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və azyaşlı oğlunun onlara məxsus mənzilin ikinci mərtəbəsində yerləşən mübahisəli tikilidən çıxarılması, sonuncunun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia onuna əsaslandırılmışdır ki, iddiaçılar sözügedən mənzilin tam hüquqlu mülkiyyətçiləri, cavabdeh isə birinci iddiaçının keçmiş gəlini olmaqla ailə qurduqdan sonra bir müddət müvəqqəti onların evində yaşamasına icazə vermiş, sonradan mənzili tərk etmə tələblərinə əsasən sadəcə oğlu getmiş, cavabdeh və azyaşlı oğlu isə mənzildə qalmaqda davam etmişlər. Lakin cavabdeh daim evdə söz-söhbət yaratmağı, hamını gərginlikdə saxlamağı xoşladığından onunla yaşayaraq, qanuni mülkiyyətlərində olan mənzili bölüşmək istəmirlər. Həmçinin, cavabdeh özü məhkəməyə müraciət edərək oğlu ilə nikahlarının pozulmasını istəmişdir. Belə olan halda, cavabdeh onların ailə üzvü deyildir və onların evində yaşamağını istəmirlər. Məhz bu səbəbdən cavabdehin mənzilə qeydiyyata düşməsinə razılıq verməmişlər.
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1186 nömrəli rəyində iddiaçıların mülkiyyətində olan mənzilin ikinci m ərtəbəsinin mövcud olduğu, həmin mənzilə dair hər hansı texniki pasport aşkar edilmədiyindən, sözügedən yaşayış sahəsinin texniki pasportda öz əksini tapıbtapmamasını müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2021-ci il tarixli, 2(001)-787/2021 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən bildirmişdir ki, mənzilin 2-ci mərtəbəsi cavabdeh həmin evə gəlin köçənə qədər iddiaçılar tərəfindən öz vəsaitləri hesabına artıq inşa edilmiş və tikilmişdir. İşin bu halı mübahisəsizdir və bir daha təsdiq edir ki, həmin yaşayış sahəsi iddiaçıların şəxsi əmlakıdır və onlar həmin yaşayış sahəsinin sahibidirlər. Hazırda onla rın qanuni gözləntiyə malik olduqları hüquq gələcəkdə onların həmin yaşayış sahəsinin mülkiyyətçisi olmalarını istisna etmir. Belə ki, iddiaçıların mülkiyyətçisi olduqları yaşayış sahəsinin ikinci mərtəbəsi hal-hazırda özbaşına tikili statusunda olsa da, iddiaçıların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsidir.
9. Məhkəmənin qənaətinə görə, 02 yanvar 2008-ci il təvəllüdlü X7 birinci iddiaçının nəvəsi olsa da, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli mənzildə yaşamaq və ondan istifadə etmək səlahiyyəti ola bilməz. Çünki onun bu istəyi ən azından babası olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirilir. Mübahisə li evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan iddiaçını isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Həmçinin, qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmamış uşağın yaşayış yeri onun valideyinlərinin yaşayış yeri ilə müəyyən edilməlidir. 02 yanvar 2008-ci il təvəllüdlü X3 yaşayış yeri isə məhkəmə qətnaməsinə əsasən anasının yanında müəyyən edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 157.8, 164.1, 164.2, 178.1-ci maddələrinə, eləcə də Avropa Məhkəməsinin presedent hüququna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh 26 sentyabr 2007-ci il tarixdə iddiaçılara məxsus mənzilə gəlin köçmüş, həmin vaxt köçdüyü mənzilin üstündə 1-ci mərtəbədən təcrid olunmuş, ayrıca pilləkənlə giriş-çıxışı olan özbaşına inşa edilmiş yarımçıq tikili olmuş, o, valideynlərinin maddi köməyi ilə əri ilə birgə həmin yarımçıq tikilini tamamlamış və 2-ci mərtəbədə yerləşən həmin özbaşına tikiliyə köçmüşlər. Evin içərisini əri ilə birlikdə təmir etdirmiş, evin istilik sistemini və kondisioneri birgə qazancları hesabına quraşdırmış, mətbəx mebeli isə anası və qardaşları tərəfindən yığılmışdır. 14 ildir ki, onlar həmin mənzildə yaşayırlar. İşə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını pozar aq iddiaçıların onların yaşadıqları özbaşına tikiliyə mülkiyyət hüquqları, eyni zamanda iddia qaldırmağa subyektiv hüquqları belə olmadığı halda onların iddiasını təmin etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyi də əsaslı olmamış, ekspert qarşısında qoyulan suallar tam cavablandırılmamış, həmin mənzillə bağlı hüquqi sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-876/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh 2007-ci ildə birinci iddiaçının oğlu ilə rəsmi nikaha daxil olub mübahisəli mənzilə köçdüyündən, həmin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənməlidir. Həmin dövrdə mənzilin mülkiyyətçisi cavabdehin qaynanası X6 olmuş, cavabdeh mülki qanunvericiliyə əsasən mülkiyyətçinin ailə üzvü olmamış, habelə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla notarial qaydada təsdiq olunmuş razılaşma mövcud deyildir.
15. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə, həmçinin qeyd etmişdir ki, mənzilin birinci mərtəbəsinin üstündə inşa edilmiş ikinci mərtəbə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları var və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Şikayət belə əsaslandırılmışdır ki, mənzildən çıxarılma o halda qanuni sayıla bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və digər hüquqları olsun. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalıdır. Lakin işə baxan məhkəmələr Konstitusiyanın 43-cü maddəsinin müddəalarını düzgün tətbiq etməmiş, iddiaçıların onun yaşadığı mübahisəli tikiliyə mülkiyyət hüquqları olmadığı, dolayısı ilə də hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmadığı halda onların iddiasını təmin etmişlər.
18. Bundan başqa, iş üzrə keçirilmiş ekspertizanın rəyində “yaşayış sahəsi qanuni tikilmişdirmi” sualına cavab verilməmiş, birinci instansiya məhkəməsi rəyin natamamlığına münasibət bildirməmiş, həmçinin mübahisəli mənzillə bağlı hüquqi sənədləri DƏDRX-dən tələb etməmiş, eyni zamanda məhkəmə qeyd edilənlərin araşdırılması ilə bağlı cavabdeh tərəfin vəsatətini təmin etməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Birinci iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin əsassız olduğunu, işə baxmış məhkəmələr tərəfindən qanuni mülkiyyətçi hüquqlarının bərpa olunduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər m ülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
25. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
26. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
27. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
28. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya b aşqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
32. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
33. Maddə 31.1. Ər-arvadın birgə m ülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur
34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır
35. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin a dına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
36. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərə bilər.
43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübut lara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Hazırda iddiaçılar keçmiş gəlinləri olan cavabdehin və onun azyaşlı oğlunun xüsusi mülkiyyət hüququ ilə onlara məxsus mənzilin ikinci mərtəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş mübahisəli tikilidən çıxarılmasını tələb edirlər.
48. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayarkən eyni vaxtda Mülki Məcəllənin həm mülkiyyət hüququn müdafiəsi ilə bağlı 157.4-cü, həm də sahibliyin müdafiəsi ilə bağlı 164.1-ci maddələrinə, həmçinin Avropa Məhkəməsinin gözlənilən mülkiyyət hüququ ilə bağlı presedent hüququna istinad etmişdir.
49. Mükiyyətin müdafiəsi ilə bağlı normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir (§ 22). Tələbin qanuni əsası kimi bu normaya söykənən iddianın təmin olunması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar, göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onl ardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
50. Birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma apararkən qeyd etmişdir ki, iddiaçıların mülkiyyətçisi olduqları mənzilin ikinci mərtəbəsi hal-hazırda özbaşına tikili statusunda olsa da, onların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsi olmaqla, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları vardır və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
51. Göründüyü kimi, mübahisəli tikiliyə dair hüquqi vəziyyət belədir ki, həmin tikili özbaşına olmaqla iddiaçılar onun mülkiyyətçisi deyillər, eyni zamanda Kollegiyanın qənaə tinə görə, iddiaçıların həmin tikili üzərində mülkiyyət hüququna gözləntilərinin qanuni və əsaslı sayıla bilməsi üçün zəruri şərtlər də məhkəmələr tərəfindən müəyyən edilməmiş, bu istiqamətdə heç bir araşdırma aparılmamış, eyni zamanda tərəflər arasında bununla bağlı mübahisə olmasına baxmayaraq həmin tikilinin cavabdehin gəlin köçməsinə qədər iddiaçılar tərəfindən onların vəsaiti hesabına tikilməsinin mübahisəsiz olduğunu qeyd edilməklə bununla bağlı heç bir sübuta istinad etməmiş və işdə olan sübutlara və dəlillərə hüquqi qiymət verməmişlər.
52. Belə olan halda, eksi müəyyən olunanadək mülkiyyətçi olmayan şəxs MM-in 157.4-cü maddəsinə istinad edərək maneçiliyə son qoyulması barədə iddia qaldıra, məhkəmə isə həmin normaya əsaslanmaqla tələbi təmin edə bilməz. Odur ki, məhkəmələr hazırkı i ş üzrə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişlər.
53. Kollegiya iddia tələbinin digər qanuni əsaslarını nəzərdən keçirərək, onu da qeyd edir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (§ 2426).
54. Nəzərə alınmalıdır ki, bu normalarda məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisə predmeti olan tikiliyə iddiaçıların hər hansı məhdud əşya hüququna malik olması işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, MM-in 157.8-ci maddəsi ilə iddianın təmin edilməsi mümkün deyil.
55. Bununla yanaşı Kollegiya qeyd edir ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair Mülki Məcəllənin 164.1 və 165.1-ci maddələrinin yoxlanıla bilməsi üçün iddiaçıların əşyaya sahiblik etmələri faktı müəyyən edilməlidir. Lakin məhkəmələr tərəfindən iddiaçıların mübahisəli tikiliyə sahiblik etmələri faktı da müəyyən edilməmişdir, əksinə işin mübahisəsiz hallarından görünür ki, hazırda həmin tikilidə cavabdeh və azyaşlı oğlu yaşamaqla sahiblik edirlər.
56. Həmçinin, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi mübahisəli tikilinin cavabdeh gəlin köçənə qədər iddiaçılar tərəfindən onların vəsaiti hesabına tikilməsinin mübahisəsiz olduğunu bildirsə də, cavabde h apellyasiya şikayətində mübahisəli mənzilin ikinci mərtəbəsində yerləşən tikilinin birinci iddiaçının oğlu ilə birgə nikah dövrlərində ümumi gəlirləri hesabına tamamlandığını, yaşayış sahəsi kimi istifadə üçün lazımi avadanlıqlarla təchiz edildiyini, buna görə də iddiaçıların həmin sahəyə dair heç bir hüquqları yaranmadığından hazırkı iddianı irəli sürə bilmək üçün subyektiv hüquqlarının olmadığına istinad etmişdir.
57. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır.
58. Halbuki, mübahisə predmeti olan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi mövcuddur və şikayətin dəlilləri yoxlanılma qla onun (ər-arvad) birgə nikah dövründə tikilməsinin və ya dəyərini əhəmiyyətli dərəcədə artıracaq yaxşılaşdırmalar edilməsinin müəyyən edildiyi və hazırkı vəziyyətdə qarşı tərəfin həmin sahəyə qanunla qorunan hüquqlarının olmadığı halda onun sözügedən sahədən çıxarılması əsaslı sayıla bilməzdi.
59. Belə ki, bu halda, mübahisənin həllinə qanunun analogiyası üzrə mülki və ailə qanunvericiliyinin ər-arvadın əmlak rejiminə dair normaları tətbiq olunmalı və nəzərə alınmalıdır ki, bu istiqamətdə qanuni prezumpsiya birgə nikah dövründə tikilmiş mübahisəli evin ər-arvadın ümumi birgə mülkiyyəti olması yönündədir (§ 31-36). Əksi iddia onunduqda isə, bunu sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
60. Lakin işə baxmış məhkəmələr qeyd olunanları nəzərə almadan sadalanan maddi hüquq no rmalarının mübahisəyə tətbiqi mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparmadan iddianın təmin olunması barədə qətnamə çıxarmışdır.
61. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir..
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-876/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəb