Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3468/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Yeni Ailə" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Yeni Ailə" Mənzil Tikinti Kooperativinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-463/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasi ya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, sahəsi 331,3 kvm. olan 3 saylı və sahəsi 229,2 kvm olan 14 saylı qeyri-yaşayış sahələri Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən sökülmüşdür.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4018/2019 saylı İş üzrə qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 56000 əldən çıxmış faydanın ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması” tələblərinin təm in olunmaması ilə bağlı hissədə ləğv olunmuş və həmin tələblərin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır."xxxx"Mənzil Tikinti Kooperativinin Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus əmlakları sökməsinin qanunsuz hesab edilməsi, CavabdehMənzil Tikinti Kooperativindən əldən çıxmış faydanın əvəzi qismində 15467 manat pulun İddiaçı xeyrinə tutulması,qalan hissədə qətnamənin dəyişdirilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 4.935.440 manat kompensasiyanın 1-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 1 63935 manat vəsaitin, 2-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 75635 manat vəsaitin, 30000 manat mənəvi zərərin, 1000 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 dekabr 2018-ci il tarixli və 27 dekabr 2018-ci il tarixli çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, sahəsi 331,3 kvm. olan 3 saylı və sahəsi 229,2 kvm olan 14 saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir. Əmlakları binanın 1-ci və 2-ci mərtəbəsində yerləşirdi. İddiaçı 14 saylı əmlakını 20 iyun 2012-ci il tarixli icarə müqaviləsi ilə aylıq 1450 manat icarə haqqı razılaşdırılmaqla “Bakinity Distribution" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir. Anc aq 2019-cu ilin əvvəllərindən başlayaraq əmlakların olduğu binada cavabdeh tərəfindən qanunsuz olaraq söküntü işlərinə başlanmışdır. Belə vəziyyətdə iddiaçı əmlakı icarəyə verdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin orada fəaliyyət göstərməsi mümkün olmadığından Cəmiyyət 2019-cu ilin mart ayından onunla icarə münasibətlərinə xitam vermişdir. Bununla da cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlakından fayda götürmək imkanından məhrum edilmişdir. Əmlaklarına qanunsuz müdaxilənin və mülkiyyət toxunulmazlığı hüququmun kobud şəkildə pozulmasının dayandırılması tələbi ilə cavabdehə müraciətlər nəticəsiz qalmış, cavabdeh hər dəfə bu etirazlara cavab olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019- cu il tarixli, 482 saylı qərarı ilə ləğv edilmiş, h azırda qüvvədə olmayan “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını əlində bayraq tutaraq, mülkiyyətçinin razılığının olub-olmamasından asılı olmayaraq, söküntünü dayandırmayacağını və əmlakları uçurdaraq tikinti işlərinə davam edəcəyini bildirmişdir. Halbuki cavabdehin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarında mülkiyyətçi ilə razılıq əldə etməyin ilkin şərt olması göstərilmişdir. Cavabdeh Kooperativ Azərbaycan Respublikasının Konstitusiyasının, qanunvericilik aktlarının, beynəlxalq hüquq normalarının tələblərini heçə sayaraq iddiaçının saysız etirazlarına, icra hakimiyyəti orqanına, polis və prokurorluq or qanlarına çoxsaylı şikayətlərinə baxmayaraq, öz qanunsuz əməllərini dayandırmamışdır. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “Mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə “Yeni Ailə" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda ona məxsus 3 saylı və 14 saylı əmlakların sökməsi qanunsuz hesab edilmiş,əldən çıxmış faydanın əvəzi olaraq 15467 manat pulun cavabdeh “Yeni Ailə" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə əldən çıxmış faydanı 15467 manat qiymətləndirərkən İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda 14 saylı əmlakının icarəyə verilməsinə dair "Bakinity Distribution” Məh dud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı icarə müqaviləsinində göstərilən icarə haqqını əsas götirmiş, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçının əmlaklarına müdaxilələrin başlandığı 31 mart 2019-cu ildən etibarən işin məhkəmədə baxıldığı dövrə qədər keçən 10 ay 20 günlük müddət ərzində 15467 manat hesablamışdır (10 ay 20 gün x 1.450 manat). Məhkəmə əldən çıxmış fayda kimi göstərdiyi məbləği hesablayarkən sökülmüş digər əmlakıdan əldə edə biləcəyi faydanı nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4834/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı,20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Kooperativin qanunsuz əməllərinin dayandırılmasının təmin edi lməsini və cavabdeh barəsində qanuni tədbirlərin görülməsini xahiş etsə də, aidiyyəti orqanlar tərəfindən heç bir tədbirin görülməməsi və cavabdehin özbaşınalığının qarşısının alınmaması nəticəsində cavabdeh mülkiyyət toxunulmazlığı hüququnu kobud və aşkar şəkildə pozaraq iddiaçının əmlaklarını hər kəsin gözü qarşısında uçurmuş, yerlə-yeksan etmiş və bu qanunsuz əməlinin müqabilində ona heç bir kompensasiya verməmişdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarının və beynəlxalq hüquq normalarının tələblərinə, insan hüquqları üzrə Avropa Məhkəməsinin oxşar işlər üzrə formalaşdırdığı mövqeyə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakların qeyri-yaşayı sahələrinin onun iradəsi əleyhinə, qanuna zidd olaraq sökülməsi, mülkiyyətdən kobud şəkildə məhrum edilməsi cavabdehin üzərinə ona vurduğu aşkar zərərin əvəzinin ödənilməsi öhdəliyini qoyur.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 3 ünvanında yerləşən 3 və 14 saylı mənzillərə mövcud vəziyyətdə qeyriyaşayış sahəsi olaraq mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 4 ünvanında yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2018-ci il tarixli, 21(81)-4139/2018 saylı qərarla iddianı təmin edib.Qüvvəyə minmiş həmin qərar əsasında DƏDRX İddiaçı adına Bakı şəhəri Azadlıq pr-ti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyriyaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri- yaşayış sahəsi olması barədə 27 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib,xx.xx.2019-cu il tarixdə “Yeni Ailə" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.1.0.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMCnin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib.İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib. İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apeilyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(103)-652/2020 s aylı qərarı ilə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2- 1(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.Beləliklə də, Bakı İnzibati-İqtisad Məhkəməsinin iş üzrə çıxardığı 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarı qanuni qüvvəyə mindiyi üçün icra olunmasından ötrü Bakı İnzibati Məhkəməsinə göndərilib. Onu da qeyd edir ki, sözü gedən əmlaklar qanuni qüvvəsini almış qətnamələrə əsasən yaşayış sahəsi hesab olunur. Qarşı tərəf hansı səbəbə mülkiyyət sənədlərinin dəyişdirmək istəmir, bu məlumdur.Onun fikri odur k i, Cavabdeh MMC-yə qarşı əlavə əsassız iddialar qaldırısın, bu gün qaldırdığı iddia kimi. Nümayəndə özü də, məhkəmədə bildirdi ki, həmin sahələrin yaşayış sahəsi olmaması ilə bağlı qüvvədə olan məhkəmə qərarları vardır.Bundan başqa,İddiaçı Cavabdeh MTK-nə qarşı iddia tələbi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir.İddia ərizəsində göstərilir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2018-ci il tarixli ******* saylı çıxarışa və 27 dekabr 2018-ci il xli ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti İnvanda yerləşən, sahəsi 331,3 kv.metr olan 3 saylı və sahəsi 229,2 kv.metr olan saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir. Həmin əmlakların yerləşdiyi bina 2019-cu ilin mart ayının sonunda söküldüyü üçün ona məxsus əmlaklarda n məhrum olmuşdur. Odur ki, onun razılığı olmadan sökülmüş əmlaklarına görə ümumilikdə ******* manat manat kompensasiya tələb edir.Bundan başqa, 1-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 163935 manat vəsaitin,2-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 75635 manat vəsaitin,30000 manat mənəvi zərərin, 1000 manat hüquqi xidmət xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.İddiaçı ilə cavabdeh arasında bu əmlak mübahisəsi 4-cu ildir davam edir və əslinə qalsa bu mübahisəyə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1530/20 saylı Qərarı ilə son qoyulmuşdur. Həmin qərarı nəzərə alaraq mübahisənin həll olunması üçün iddiaçıya aşağıdakıları təklif etmişlər: Azadlıq prospekti 24/3 ünvandaki sökülmüş 110,5 kv.metr mənzilin əvəzində 110,5 kv.metr + 20% əlav ə =132,6 kv.m, Azadlıq prospekti 24/14 ünvandakı sökülmüş 336,2 kv.metr mənzilin əvəzində: 336,2 kv.metr + 20% = 403,5 kv.metr., Beləliklə, faktiki olaraq 446,7 kv.metr mənzilin əvəzində 536 kv.metr mənzil sahəsi təklif etmişlər. Mülkiyyət qeyri-yaşayış sahəsi olmadığına görə icarə haqqının əvəzinə hər il üçün aylıq 500 manat kirayə pulu olmaqla bir mənzil üçün 20 ay x 500 manata = 10000 manat, digər mənzil üçün 9 ay x 500 manat = 4500 manat olmaqla, cəmi 14500 manat kirayə haqqı. Hüquqi xidmət üçün çəkilən 1000 manat tələbi də qəbul edirlər.Əgər iddiaçı iddianın predmetini dəyişməsə iddianın əsaslandığı mülkiyyət sənədi ləğv edildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2022-ci il tarixli 10/1689 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəy ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus 3 və 14 saylı əmlakların sökülməsi nəticəsində dəymiş ziyanın hazırkı bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3.976.747,5 manat məbləğində müəyyən olunmuşdur.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyul 2022-ci il tarixli, 2(007)-101/2022 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3.976.747,5 manat, ünvan 7 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manat, ünvan 7 ünvanında 3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 58000 manat, vurulmuş mənəvi zərər görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat cəmi 4.092.277,5 manat pulun tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmlakların mülkiyyətçinin iradəsinin ziddinə,heç bir məhkəmə qərar olmadan qanunsuz sökülməsi mübahisə predmeti deyil və bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 24 ünvandaki,daşınmaz əmlaklardan birinin faktiki sahəsi 331.3 kv m. digərinin faktiki sahəsi isə 229.2 kv m., ümumilikdə 560.5 kv.m olm uşdur. İddiaçının çıxarışları ilə bağlı icrada dönüş edilməsinin qərara alınması iddiaçının əmlaklarının faktiki sahəsinin daha az olması və ya əmlakların yaşayış sahəsi kimi istifadə edilməsi demək deyil. Ekspertdən əmlakların faktiki ölşüləri daxilində yaşayış və ya qeyri yaşayış kateqoriyalarına ayırmadan dəyərinin müəyyən olunması tələb olunmuşdur və həmin rəy cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, əmlakların mülkiyyətçinin iradəsinin ziddinə, heç bir məhkəmə qərarı olmadan qanunsuz sökülməsi nəticəsində mülkiyyətçiyə 3976747.5 manat məbləğində maddi ziyan dəyməsi öz təsdiqini tapır.
9. Məhkəmə iddiaçının müxtəilif internet saylarında olan elanlara istinad etməklə ona ******* manat ziyan dəyməsini və söküntü ərazisində 1 kv.metr əmlakın kir ayə dəyərinin 15 manat təşkil etməsini göstərməsi ilə bağlı qeyd edir ki, həmin məlumatlar hər hansı rəsmi sənədlərlə təsdiqini tapmır və mötəbərliyi öz təsdiqini tapmır.Ona görə də ekspert rəyi ilə müəyyən olunmuş maddi ziyan məbləğini ağlabatan məbləğ hesab edir.
10. Əmlakların sökülməsi nəticəsində İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda sahəsi 229.2 kvm.olan 14 saylı əmlakının icarəyə verilməsi ilə bağlı əldən çıxmış faydanın müəyyən olunması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır və həmin əmlakın sökülməsi nəticəsində əldən çıxmış faydanın aylıq məbləği 1.450 manat müəyyən olunub.Buna görə cavabdehdən iddiaçının xeyrinə 10 ay 20 gün müddətinə 15467 manat əldən çıxmış fayda tutulması qət olunmuşdur. Əldən çıxmış fayda əmlakların qanunsuz söküldüyü tarixdən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixinədək müəyyən edilmişdir.Əgər nəzərə alınsa ki,qanunsuz sökülmə nəticəsində iddiaçıya həmin əmklaklara görə pul kompensasiyası və ya yeni yaşayış,yaxud qeyri yaşayış sahəsi hələ də verilməmişdir, onda əldən çıxmış faydanın məbləği hazırkı qətnamə çıxarılan tarixədək tələb oluna bilər.Yəni, 29 ay x 1450 manat= 42500. (İddiaçı 75635 manat tələb edir)Həmin işə baxılarkən iddiaçı sahəsi 331.3 kvm. olan 3 saylı əmlaka görə əldən çıxmış faydanın ödənilməsini tələb etməmişdir.Hazırda isə həmin əmlaka görə də əldən çıxmış fayda tələb edir. Məhkəmə qeyd olunan əmlakın 2019-cu ilin mart ayından söküldüyünü,sahəsinin daha çox olduğunu nəzərə alaraq hesab edir ki,3 saylı daşınmaz əmlak mülk iyyətçinin istifadəsində qalsaydı ondan da gəlir və bəhər götürə bilərdi.Lakin əmlakın söküülməsi nəticəsində bundan məhrum olmuşdur.Məhkəmə iddiaçının həmin sahəni rəsmi qaydada icrayə vermədiyini nəzərə alaraq sahəsi 331.3 kvm olan 3 saylı daşınmaz əmlaka görə də aylıq əldən çıxmış məbləğinin 1450 manat hesablanmasını məqsədəuyğun hesab edir. Həmin daşınmaz əmlakın 2019-cu ilin mart ayından əmlakından istifadə etmək imkanından məhrum olduğunu nəzərə alınarsa 2022-ci ilin iyul ayına qədər olan dövr 40 aya bərabərdir.
11. Məhkəmə 30000 mənəvi zərərin tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki,mülkiyyətçinin xüsusi mülkiyyətində olan əmlakdan zorakılıqla mərhum olunması,onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan mülkiyyət hüququna qanunsuz müda xilə kimi qiymətləndirilir və bu müdaxilə nəticəsində istənilən şəxsin səhhətinə, psixikasına, həyat tərzinə mənəvi zərər vurulması, onun sarsıntılara məruz qalması realdır. Bununla yanaşı məhkəmə mənəvi zərin 15000 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir.
12. Məhkəmə, həmçinin hüquqi yardıma görə 1000 manat pulun tələb olunması hissəsində iddia tələbini əsassız hesab etmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulu cavabdehə aid etmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 77.1, 77.3, 89.1, 89.3, 217.4-cü maddələri və «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə özü qətnamədə cavabdehin yazılı etirazına, izahatına istinad edərək göstərir ki, cavabdeh hüquqi xidmət üçün çəkilmiş 1000 manat vəsait olan hissədə iddianı qəbul edir. Bu halda əlavə hər hansı sübutun təqdim edilməsinə də ehtiyac yoxdur və həmin hihssədə iddia təmin edilməli idi. Digər tərəfdən məhkəmə necə şübhə edə bilər ki, iddiaçı uzun illərdir ki, cavabdehlə çoxsaylı məhkəmə mübahisələri aparır, məgər bu mübahisələr iddiaçıya havayı başa gələcəkdi? 1000 manat vəsait məgər çoxdur? Hazırkı qiymətlərlə, çəkilmiş xərclərlə müqayisədə tələb edilən 1000 manat qəpik quruşdur ki, məhkəmə cavabdehin etiraf etməsinə baxmayaraq bu vəsaiti tutmamışdır Məhkəmə qətnamədə göstərir ki, iddiaçının müxtəlif internet saylarında olan elanlara istinad etməklə ona ******* manat ziyan dəyməsini və söküntü ərazisində 1 kv.metr əmlakın kirayə dəyərin in 15 manat təşkil etməsini göstərməsi ilə bağlı qeyd edir ki, həmin məlumatlar hər hansı rəsmi sənədlərlə tasdiqini tapmır və mötəbərliyi öz təsdiqini tapmır. Ona görə də ekspert rəyi ilə müəyyən olunmuş maddi ziyan məbləğini ağlabatan məbləğ hesab edir. Bununla bağlı bildirir ki, mülki işə çoxsaylı qiymət çıxarışlar təqdim etmişdr. Hamıya bəllidir ki, Bakı şəhəri 28 may metrostansiyası çıxışı, onun ətrafında olan əmlakların satış və icarə dəyəri yüksəkdir. Elə məhz bu səbəbdən cavabdeh onun əmlakının yerində inşa etdiyi binadan sahəni iddia ərizəsində göstərilən qiymətə satır. Məhkəmə həm əmlakın dəyərini, həm əldən çıxmış faydanı əsassız olaraq azaltmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə görə əldən çıxmış fayda kimi maddi və mənəvi ziyan ödənilməsi barədə tələbinə baxan məhkəmə mübahisəli ünvanda digər mülkiyyətçilərin evlərinin sökülməsinin hansı qaydada əvəzləşdirilməsi, tərəflərin arasında olan danışıqların və cavabdeh MTK tərəfindən iddiaçıya edilmiş təkliflərin hansı səbəbə tamamlanmamasını araşdırmamış, nəticədə işin nəticəsi ilə məhkəmənin müəyyən etdiyi faktiki hallar arasında ziddiyyətlər yaranmasını qaçılmaz etmişdir. Bununla da ədalətli məhkəmə araşdırması təmin edilmədən məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə əmlakların sökülməsi nəticəsində əldən çıxmış fayda kimi iddiaçıya ödənilməli olan (58000 manatı) məbləği hansı əsaslarla müəyyən edilməsini əsaslandırmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz hərtərəfli baxmalı, ziddiyyətli hallara aydınlıq gətirilməli, belə məqamlar aradan qaldırmalı və qanunilik və əsaslılıq meyarlarına cavab verən məhkəmə aktı qəbul etməli idi. Bu baxımdan birinci intansiya məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq meyarlarına cavab vermir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-463/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “ünvan 7 ünvanında 3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 58000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 10 mart 2023-cü il tarixli 10/8130-9/8912 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tətbiq olunan obyektin vahid bir kompleks şəklində İddiaçı mülkiyyətindən olduğunu nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 3 saylı və 14 saylı sahələri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin, hə mçinin həmin ərazi üzrə sənədlə yaşayış sahəsi kimi qeydə alınmış və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadədə və icarədə olan sahələrin 1 kv.metr üçün bazar qiymətinin dəyəri təqribən 7095,0 manat məbləğində müəyyən edilir.
20. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “ünvan 7 ünvanında 3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 58000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materiallarında olan DƏDRX-dən verilmiş RX se riyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 24 ünvanda saylı, 331.3 kv.m. və 229.2 kv.m. qeyri-yaşayış sahələrinə İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdən qeydiyyatdan keçmişdir.
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4018/2019 saylı iş üzrə qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı MTK-nın onun əmlaklarının məhv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, sökülmüş əmlakların bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Nəsim i Rayon Məhkəməsinin 2(006)-4018/2019 saylı İş üzrə qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əldən çıxmış faydanın ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş və həmin tələblərin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır."xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus əmlakları sökməsinin qanunsuz hesab edilməsi, Cavabdehndən əldən çıxmış faydanın əvəzi qismində 15467 manat pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə qətnamənin dəyişdirilməsi qət olunmuşdur.
24. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehin yol verdiyi pozuntu nəticəsində iddiaçının maddi itkilərə mər uz qaldığı, bu itkilərin əmlakın dağıdılması nəticəsindən ondan istifadə etmək və faydalanmaq hüquqlarından məhrum olmasından qaynaqlandığı şübhəsizdir. İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən əmlakından fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olduğundan, bu tarixdən əldən çıxmış fayda ödənilməlidir. Əmlakın bərpası mümkün deyildir və iddiaçının əmlakın sökülməsi ilə məruz qaldığı ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var.
25. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4834/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
26. Ali Məhkəmənin qərarında göst ərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin sökülməsini qanunsuz hesab edərkən mübahisəli sahənin iddiaçının mülkiyyətində olmasını, həmin əmlakların onun razılığı olmadan sökülməklə mülkiyyət hüququnun pozulmasını əsas göstərmiş və bu zaman gəldiyi nəticəni təsdiq edən norma kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 203.3-cü maddəsinə əsaslanmışdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, MTK tərəfindən dağıdılmış əmlakların bir hissəsi 20 iyun 2012-ci il tarixdən etibarən aylıq icarə haqqı 1450 manat olmaqla icarəyə verilmişdir. Bununla əlaqədar apellyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, əmlakının dağıdılması ilə əlaqədar iddiaçıya əldən çıxmış fayda şəklində 15.467 manat məbləğində ziyan dəymişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları və istinad olunan normalar iddianın qismən təmin edilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara və qanunun normalarına düzgün istinad olunmaqla çıxarılmışdır. 27. 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)4139/2018 saylı qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Cavabdeh və "xxxx" KB ASCyə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası təmin olun muş, DƏDRX-dən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018- ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-cİ il tarixli, 2-1(81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMC-nin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib.İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 21(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib. İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)652/2020 saylı qərarı İlə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2-1(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mər kəzinin 04 iyul 2022-ci il tarixli 10/1689 saylı ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri.Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus 3 və 14 saylı əmlakların sökülməsi nəticəsində dəymiş ziyanın hazırkı bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3976747.5 manat məbləğində müəyyən olunur.
29. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 10 mart 2023-cü il tarixli 10/8130-9/8912 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tətbiq olunan obyektin vahid bir kompleks şəklində İddiaçı mülkiyyətindən olduğunu nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 3 saylı və 14 saylı sahələri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin, h əmçinin həmin ərazi üzrə sənədlə yaşayış sahəsi kimi qeydə alınmış və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadədə və icarədə olan sahələrin 1 kv.metr üçün bazar qiymətinin dəyəri təqribən 7095,0 manat məbləğində müəyyən edilir.
30. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
31. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mübahisənin predmeti olan əmlakların mülkiyyətçinin iradəsinin ziddinə, heç bir məhkəmə qərar olmadan qanunsuz sökülməsi mübahisə predmeti deyil və bu barədə qanuni qüvvəsini almış nəhkəmə qərarı mövcuddur.
32. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 3 saylı və 14 saylı əmlakların dəyərinin müəyyən olunması üçün həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində keçirilmiş ekspertiza rəylərində ekspertlər tərəfindən eyni nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ekspert rəyi ilə müəyyən olunmuş maddi ziyan məbləğini ağlabatan məbləğ hesab etmişdir.
33. Kollegiya qeyd edir ki, iddiaçının əmlakına dəymiş maddi ziyanın real həcminin fərqli olması ilə bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edilmədiyindən apelyatorların bununla bağlı dəlilləri əsassızdır və bu dəlilləri qəbul etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Cavabdehin apellyasiya şikayətinin “iddiaçının mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə görə əl dən çıxmış fayda kimi maddi və mənəvi ziyan ödənilməsi barədə tələbinə baxan məhkəmə mübahisəli ünvanda digər mülkiyyətçilərin evlərinin sökülməsinin hansı qaydada əvəzləşdirilməsi, tərəflərin arasında olan danışıqların və cavabdeh MTK tərəfindən iddiaçıya edilmiş təkliflərin hansı səbəbə tamamlanmamasını araşdırmamış” dəlililə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının əmlaklarını onun (mülkiyyətçinin) iradəsinin ziddinə, heç bir məhkəmə qərar olmadan qanunsuz sökülməsi məhkəmə qərarları ilə təsdiq edilmişdir, hazırda isə iddiaçı ona 4 ildən artıq müddət əvvəl qanunsuz olaraq sökülmüş əmlaklarının əvəzini, yəni dəymiş ziyanı və əldən çıxmış faydanı tələb etməkdədir.
35. Həmçinin, kollegiya əmlaklar üzrə cəmi sahənin 560 kv.metr təşkil etməsi ilə bağlı aşağı dakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla əmlakların sahəsinin 560 kv.metrdən daha az olmasını cavabdeh MTK nə hazırkı məhkəmə işində, nə də tərəflər arasında olan əvvəlki məhkəmə işində bildirməmiş, bunu mübahisələndirməmiş, bu sahəyə etiraz etməmişdir. Digər tərəfdən, işin halları ilə müəyyən edilir ki, cavabdeh MTK əmlakları, yəni real sübutu qanunsuz olaraq məhv edib və bu hadisə onun ziyanına şərh edilməli məqamdır. Əmlak mövcud olsaydı və qanunsuz olaraq sökülməsəydi bu hal əyani dəyərləndirilə bilərdi. Bundan başqa, cavabdeh MTK əmlakların sahəsinin daha az təşkil etməsi və əmlakların məhv edilməzdən əvvəl ölçülməsi ilə də bağlı ilə məhkəməyə hansı sübut təqdim etməmişdir. Nəhayət, əmlakların faktiki sahəsinini 560 kv.metr təşkil etməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mühəndisləri tərəfindən əmlaklar məhv edilməzdən bir neçə il əvvəl aparılmış ölçü, müayinə işləri və bu zaman tərtib edilmiş plan və cizgı və müvafiq çıxarışlarla təsdiq edilmişdir.
36. Əmlakların sökülməsi nəticəsində İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda sahəsi 229.2 kvm.olan 14 saylı əmlakının icarəyə verilməsi ilə bağlı əldən çıxmış faydanın müəyyən olunması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır və həmin əmlakın sökülməsi nəticəsində əldən çıxmış faydanın aylıq məbləği 1.450 manat müəyyən olunub. Buna görə cavabdehdən iddiaçının xeyrinə 10 ay 20 gün müddətinə 15467 manat əldən çıxmış fayda tutulması qət olunmuşdur. Əldən çıxmış fayda əmlakların qanunsuz söküldüyü tarixdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixinədək müəyyən edilmişdir.Əgər nəzərə alınsa ki, qanunsuz sökülmə nəticəsində iddiaçıya həmin əmklaklara görə pul kompensasiyası və ya yeni yaşayış, yaxud qeyri yaşayış sahəsi hələ də verilməmişdir, onda əldən çıxmış faydanın məbləği hazırkı qətnamə çıxarılan tarixədək tələb oluna bilər. Yəni, 29 ay x 1450 manat=42500. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda sahəsi 229.2 kvm.olan 14 saylı əmlakına münasibətdə əldən çıxmış fayda olaraq 42500 manat müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
37. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda sahəsi 331.3 kvm. olan 3 saylı əmlaka görə əldən çıxmış fayda olaraq 58.000 manat müəyy ən etməkdə dügün nəticəyə gəlməmişdir.
38. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.
39. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcə lləsinin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
40. Lakin, iddiaçı tərəfi ndən həmin əmlaka münasibətdə əldən çıxmış faydanı, faktiki olaraq həmin əmlaka münasibərtdə hansı qazancdan məhrum olmasını təsdiq edəcək sənədl və bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası iddia tələbinin qeyd olunan hissəsinin təmin olunmasını əsassız hesab edir.
41. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 42. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
43. Mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şər tlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələri nin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
44. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətinə, psixikasına, həyat tərzinə mənəvi zərər vurulması, onun sarsıntılara məruz qalması real olması qənaətinə gələrək mənəvi zərin 15000 manat məbləğində müəyyən olunması barədə d üzgün nəticəyə gəlmişdir.
45. Həmçinin, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi hüquqi yardıma görə 1000 manat pulun tələb olunması hissəsində iddia tələbini əsassız hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdr. Belə ki, iddiaçı həmin tələbin əsaslandırılması üçün məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.
46. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 21.2, 152.3, 449.1, 1096.1, 1097.1, 1099.1, 1099.2ci maddələri, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 v ə 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Qətnamədən iddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, onun əmlakları qəsdən məhv edilib, məhkəmə isə əlavə sübut istəyir. Məgər bu gün və ya əmlak məhv ediləndən sonra o əmlaklarını icarəyə verə bilərdimi? Cavabdeh əmlakları məhv etdiyi üçün bu imkandan məhrum olmuşdur. Başqa tərəfdən isə apellyasiya icraatı zamanı təyin edi lmiş ekspertizaya əsasən 3 saylı və 14 saylı sahələri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin həmin ərazi üzrə sənədlə yaşayış sahəsi kimi qeydə alınmış və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadədə və icarədə olan sahələrin 1 kv.metr üçün bazar qiymətinin dəyəri təqribən 7095,0 manat məbləğində müəyyən edilir. Əslində icarə qiyməti və ya əldən çıxmış farda 1 kv.metr üçün 7095m götürülməli idi və bu halda əldən çıxmış faqda milyonlar təşkil edəcəkdi. Çünki 7095m real qiymətdir. Məhkəmə isə 58000 manata belə qıymamışdır. Məhkəmə həm əmlakın dəyərini, həm əldən çıxmış faydanı əsassız olaraq azaltmışdır.
49. Qətnamədən cavabdeh (vəkili Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yenidən baxılması üçün apellyasiya i nstansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Cavabdeh kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1 və 2-ci hissələrinin pozuntusuna istinad edərə göstərmişdir ki, təqdim edilmiş sübutlar, işdə iştirak edən şəxslərin izahatları əlaqəli şəkildə şərh edilməklə, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olduğu halda, məhkəmə müdafiəsi hüququnu pozaraq ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmişdir. Halbuki, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının A zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Ma nafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İddiaçı cavabdehdən əsassız olaraq ona məxsus olmuş əmlakın yaşayış xarakterli olduğu təqdirdə qeyri-yaşayış sahəsi kimi dəyərini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın qeyri-yaşayış sahəsinin dəyərinnin müəyyən olunmasına istinad etməsi nəticəsində tərəfimizdən verilmiş Apellyasiya şikayətinə baxan Apellyasiya instansiya məhkəməsi təkrar ekspertiza təyin etsə də, ekspert tərəfindən birinci verilmiş ekspertiza rəyinin eyni ilə köçürülərək verilmiş rəy olmasına və ekspert qarşısında iddiaçıya məxsus olan yaşayış sahəsinin dəyərinin müəyyən olunmasına dair vəsatət verməyimizə baxmayaraq, məhkəmə hansısa əsasdan ekspertiza rəyini nəzərə almış və iddiaçıya məxsus olan əmlakın yaşayış sahəsi yox, q eyri-yaşayış sahəsi kimi qəbul etmiş və bizim tərəfimizdən verilmiş vəsatəti təmin etməmişdir. Bundan başqa Məhkəmə öz qətnaməsində qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan əmlakın ümumi sahəsinin 560 kv. metrdən az olmasına dair hər hansı bir sübut təqdim etməmiş və bu hissəsini mübahisələndirməmişdir. Göründüyü kimi məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara və tərəfimizdən verilmiş apellyasiya şikayətinə diqqət yetirmədən, ötəri şəkildə, tələskənliklə baxış keçirmiş, tərəfimizdən təqdim edilmiş və birinci instansiya məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin 21(103)-742/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadına nəzər yetirməmişdir. Həmin qərardadda iddiaçıya məxsus olan əmlakın 560 kv. metr olmaması və əmlakın 446,7 kv. metr olması öz təsdiqini tapmışdır. Gör ündüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəflər arasında mübahisənin əsasını iş materialları və izahatlar əsasında müəyyənləşdirsə də, həmin xüsusatın reallığı əks etdirib-etdirməməsini aydınlaşdırmaqdan ötrü məsələnin zahiri tərəfini deyil, reallığı aydınlaşdırmalı olduğu halda, ədalətli məhkəmə araşdırılması hüququnu təmin edən məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamış və nəticədə işin faktiki halları ilə məhkəmənin müəyyən etdiyi hal arasında ziddiyyətin yaranmasını qaçılmaz etmişdir. Bununla da ədalətli məhkəmə araşdırılması təmin edilməyərək məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə müdafiəsi hüququnu özündə ehtiva edən ədalətli məhkəmə araşdırılmasının nəticəsinə dair məhkəmə aktı ziddiyyətli və sual doğuracaq halların olmamasını, həmin halların aradan qaldırılmalı olma sını ehtiva etməklə qəbul edilməsini zəruri etməsinə baxmayaraq, gəldiyi nəticə üzrə məhkəmə müdafiəsi hüququnun pozulmasını qaçılmaz etmişdir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Azərbaycan R espublikasıKonstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəm ənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.
51. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 217.1-ci maddələrinin pozuntusuna istinad edərək qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, ədalətli məhkəmə araşdırılmasını təmin etməyərək, yuxarıda göstərildiyi kimi işin faktiki hallarını düzgün müəyyənləşdirməyərək, işin həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan, nəticədə iddiaçı nın məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Pleniumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Korperativinin Şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə ziddir. Beləki həmin qərarın mahiyyətinə görə tikinti şirkətinin üzərinə sökülən əraziyə görə pulun ödənilməsi öhdəliyi qoyula bilməz. Tikinti şirkəti sökülmüş əraziyə görə adekvat digər sahə verməklə, vurulmuş ziyanı kompensasiya edə bilər. (həmin qərarla mülkiyyətçiyə pulun ödənilməsinə dair Ali Məhkəmənin qərarı qüvvədən düşmüş hesab edilmişdir.) Tərəfimizdən bu halı apellyasiya şikayətində qeyd etsəkdə belə, apellyasiya məhkəməsi bu hala öz qətnaməsində hər-hansı münasibət bildirməyərək iddianı əsaslı hesab edərək iddiaçıya pulun ödənilməsini qərara almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
53. Maddə 13. (İ-İİİ hissələr) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
54. Maddə 29.(İ-İİİ hissələr) Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə
55. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə n çıxmış fayda) başa düşülür.
56. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissələrində mübahisələndirilsə də, cavabdeh tərəfindən qətnamə sökülmüş daşınmaz əmlaklara görə kompensasiya ödənilməsi hissədində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, yoxlanılan, iddianın təmin edilməmiş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunma sı halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayəti üzrə yoxlanılan, iddianın təmin edilməmiş hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayəti üzrə yoxlanılan iddianın təmin edilməmiş hissəsində işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə gəldiyi nəticəvə əsaslandırma ilə razılaşır.
69. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sökülmüş daşınmaz əmlak sahələrinə görə kompensasiya ödənilməli olması ilə əlaqədar düzgün nəticəyə gəlimiş olsa da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli 12.10. 2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı ödənilməli olan kompensasiya məbləğinin hesablanmasında səhvə yol vermişdir.
70. Belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 saylı qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Cavabdeh və "xxxx" KB ASC-yə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmuş, DƏDRX-dən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018- ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-cİ il tarixli, 2-1(81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMC-nin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib.İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib. İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)- 652/2020 saylı qərarı İlə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2-1(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
71. Eləcə də iş işin mübahisəsiz halıdır ki, 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarına əsasən DƏDRX tərəfindən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyriyaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018- ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilməzədən əvvəl də göstərilən ünvanlarda İddiaçı mülkiyyətində mənzillər olmuş (ümumi sahə 446,7 kv.m), 1 saylı Bakı İnzibat-İqtisa di Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarına əsasən qeydiyyata alınmayan sahə də nəzərə alınmaqla İddiaçı daşınmaz əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi DƏDRX-yə həvalə olunmuş, həmin qərar icra olunaraq müvafiq çıxarışlar verilmiş, lakin sonradan 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 saylı qərarı ləğv edilmişdir.Demək ki,həmin qəraradək qeydiyyata alınmayan əmlak sahəsi elə yenə də özbaşına tikili statusunda qalmışdır.
72. Belə olan təqdirdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli 12.10. 2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı ödənilməli kompensasiya məbləğini müəyyənləşdirərkən mütənasiblik prinsipi baxımından, sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını araşdırararaq nəzərə almalı olduğu halda belə araşdırma aparmamışdır.Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarına əsasən hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar.
74. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özb aşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mə hkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
77. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmam alıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
78. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
79. Yuxarıda göstərilənlərə görə də İddiaçı tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməməli, Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)-463/2023 nömrəli qətnaməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4139/2018 nömrəli 12.10. 2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
80. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə işə yenidən baxarkən göstərilən nöqsanları aradan qaldırmaqla maddi və prosessual hüquq normalarının tələb lərinə cavab verən məhkəmə aktı qəbul etməlidir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)463/2023 nömrəli qətnaməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4139/2018 nömrəli 12.10. 2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenid ən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)463/2023 nömrəli qətnaməsi kassasiya şikayətləri ilə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.