Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-347/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 21 yanvar 2019-cu il İş № 2(102)-347/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10579/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə i şə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Fuad Hüseynov) 14 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ndan 5563,24 manat əsas borcun, 252,84 manat faiz borcunun, 86,7 manat dəbbə pulunun, ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 5932,78 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC Cavabdeh na qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək Cavabdeh ndan 13 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 5563,24 manat əsas borc, 252,84 manat faiz borcu, 86,7 manat dəbbə pulu olmaqla, cəmi 5902,78 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddiaçı bank tərəfindən onun ünvanına hər hansı bir xəbərdarlığın göndərilməsini, eyni zamanda əsas borca hesablanmış 252,84 manat faiz borcunun və 86,7 manat cərimə borcunun hansı müddət üçün və hansı üsullarla hesablandığını müəyyən etməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəflərin izahatları: İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyin dən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 13.01.2017-ci il tarixli RBNPU-1256_DEV2 saylı kredit müqaviləsinə əsasən sonuncuya Bank tərəfindən 24 ay müddətinə illik 19% hesablanmaqla 10350 manat məbləği ndə kredit ayrılmışdır. İddiaçı ASC tərəfindən verilmiş 15.03.2018-ci il tarixli arayışa əsasən Cavabdeh 13.01.2017-ci il tarixli kredut müqaviləsi üzrə 09.03.2018-ci il tarixə 5563,24 manat əsas, 252,84 manat faiz, 86,7 manat cərimə olmaqla, cəmi 5902,78 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə 25-011047 saylı 22.02.2018-ci il tarixli bildiriş göndərilsə də, sonuncu kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi say ılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas vermir. Belə ki, cavabdeh X3 bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə h eç bir sübut təqdim etməmişdir. Əksinə, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən müəyyən olundu ki, cavabdeh tərəfindən sonuncu ödəniş 13.12.2017-ci il tarixdə 20,58 manat edilmiş, qalan borcun ödənilməsi təmin edilməmişdir. Həmçinin cavabdeh qalıq borcun iddiaçı tərəfindən düzgün hesablanmadığına şübhə yaradacaq hər hansı dəlil göstərə bilmədiyi üçün müvafiq ekspertizanın təyin edilməsinə zərurət də qalmamışdır. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş 22.02.2018-ci il tarixli bildirişin sürətindən görünür ki, iddiaçı bank məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə borcunun ödənilməsi barədə müvafiq bildiriş gönd ərmiş və həmin məktubun göndərilməsi brədə poçt xəbərnaməsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh faiz və cərimə borcunun hansı tarixlər üçün və hansı üsullarla yarandığının məhkəmə tərəfindən araşdırılmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank məhkəməyə müraciət edərkən iddia ərizəsinə maliyyə arayışı, ödəniş qrafiki əlavə etmiş, eyni zamanda borcun hansı qaydada yaranmasını həm həmin sənədlərdə, həm də iddia ərizəsində əsaslandırmışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə də borcun ödənilməsinin gecikdirildiyi halda faiz və cərimə borcunun ödənilməsi qaydaları əks olunmuşdur. Cavabdeh borc məbləğini apellyasiya şikayəti verərkən də mübahisələndirmiş və məhkəmə işdə olan sübutlara istinad edərək məhkəmə mühasibatlıq ekspertizasını n keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh nun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10579/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-347/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-347/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver