Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-347/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və “xxxx” MMC) “yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi” barədə ilk Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması, mülkiyyətdə olan mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X28 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X27 oğlunun katibliyi, İddiaç ı və onun vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3051/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Mübahisəli mənzil mülkiyyət hüququ ilə X11 məxsus olmuşdur. x 2003-cü ildə vəfat etdikdən sonra onun övladları Cavabdeh və X12 vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müracıət etmişlər və mirası əmlakı hər birinə ½ hissədə nisbətdə pay olmaqla qəbul etmişlər. Onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 öz mülkıyyətində olan hissəni notarial qaydada bacı sı Cavabdeh bağışlamış, bu barədə xx.xx.2004-cü il tarixdə tərəflər arasında mənzil bağışlama müqaviləsi imzalanaraq notarial qaydada təsdiq olunmuş, bağışlama müqaviləsi də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafıq olaraq Cavabdeh qeydiyyat vəsiqəsi verilmişdir. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli B17 nömrəli müqavilədən görünür ki, MMC mülkiyyətçi x söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 (iki) otaqlı, 44 kv.m. olan mənzilinin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 2 (iki) otaqlı, 56 kv.m sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 (iki) otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqını mülki yyətçi Cavabdeh verməyi öhdəsinə götürmüş, mülkiyyətçi x isə mənzili söküntü üçün «xxxx» MMC-nə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-390/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6269/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-390/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon İ cra Hakimiyyəti və “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə “yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan mənzilinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı ünvan onun ata-baba yurdudur və hazırda cavabdehin, yəni bibisi Cavabdeh mülkiyyətindədir. Mərhum atası X12 xx.xx.2004-cü il tarixdə bu mənzilə olan payını cavabdehə bağışlamışdır. xx.xx.2005-ci il tarixdə atası vəfat etmişdir. Bu mənzil həyət evi olmaqla ümumi həyətdə yerləşir. Anası ilə atası ayrı-ayrı yaşadıqları üçün o, uşaq olarkən anasının yanında, 14 yaşından isə, yəni 1999-cu ildən atasının yanında mübahisəli mənzildə yaşamışdır. Onun cavabdehlə və həyətdə yaşayan digər qohumları ilə münasibətləri yaxşı olmuşdur. Cavabdeh uzun müddətdir ki, ailə həyatı quraraq bu həyətdən köçmüş və ailəsi ilə birgə başqa ünvanda yaşayır. Atasının sağlığında və atası vəfat edəndən sonra heç bir qohumunun, eləcə də cavabdehin onun bu evdə yaşamasına etirazı olmamış, münasibətləri normal olmuşdur. Mərhum atasının spirtli içkiyə meylli olmasından istifadə edən cavabdeh atasının payını öz adına keçirməyə nail olmuşdur. 2005-ci ilin oktyabr ayında atası müəmmalı şəraitdə iş yerində olarkən yanmış və xəstəxanada vəfat etmişdir. 2011-ci ilin dekabr ayında o, X10 ilə ailə həyatı qurmuş və hazırda əri və üç uşağı ilə birlikdə orada yaşayır. O, evdə təmir işləri aparmış və öz evi kimi oradan istifadə edir. Atas ının vəfatından sonra onun vərəsəsi olaraq evin adına keçdiyini güman etmişdir. 2016-cı ilin sonunda evlərinə gələn tikinti şirkətinin işçiləri ona demişlər ki, yaşadığı ev tam olaraq cavabdehin adına rəsmləşdirilmişdir. Bundan narazı qalıb bibisinə müraciət etmiş, evin nə üçün tam olaraq adına keçirdiyini və atasından ona çatacaq paya nə üçün sahib çıxdığını, bunu ondan nə üçün gizlətdiyini soruşmuş. Cavabdeh evi qanuni yollarla adına keçirdiyini demiş və atasından ona çatan payı adına keçirməkdən imtina etmişdir. Buna görə də, 2016-cı ilin dekabr ayında o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, atası ilə bibisi arasında bağlanmış xx.xx.2004-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnam əsinə əsasən iddiası təmin edilməmiş və həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Halhazırda yaşadıqları ev sökülür. Tikinti şirkəti «xxxx» MMC və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ondan mənzili boşaltmağı tələb edirlər. Onlar evin cavabdehin adına olduğunu və buna görə də ona yaşayış sahəsi verməkdən və ya kompensasiya ödəməkdən imtina edirlər. Cavabdeh də ona hər hansı bir güzəşt etmək və ya onunla razılığa gəlmək istəmir. İcra Hakimiyyətindən və Tikinti şirkətindən bildirmişlər ki, əgər evə yaşayış hüquqları müəyyən edilsə, ona yaşayış sahəsi veriləcək və ya kompensasiya ödəyəcəklər. Onun başqa yaşayış yeri yoxdur, əgər ona yaşayış sahəsi verilməsə uşaqları ilə birli kdə küçələrdə yaşamalı olacaqdır. Bu işə çoxuşaqlı ailə olaraq onların üçün əsl faciədir. Maddi imkanları olmadığına görə ev almaq və ya ev tikmək imkanları yoxdur. Hesab edir ki, göstərdiyi səbəblərə və maddi hüquq normalarına əsasən onun hazırda paşadığı evə yaşayış sahəsindən istifadə hüququ müəyyən olunmalı və rəsmiləşdirilməlidir. Həmçinin cavabdeh X4 qızına qarşı “mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbləri üzrə iddiaçı X5 ona qarşı ünvan 1 ünvanda yerləşən evə dair yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələbləri üzrə cavabdeh İddiaçı, ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan, yaşayış sahəsi 36,41 kv.m. təşkil edən 2 otaqlı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil mərhum atasına məxsus olmuşdur və o, özü həmin evdə böyümüşdür. Atası 2003-cü ildə vəfat etmişdir. O, ömrünün son günlərinə kimi bu evdə yaşamışdır. Atasının vəfatından sonra vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət edilmiş və mirası hərəsi ½ pay olmaqla o və mərhum qardaşı x qəbul etmişlər, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan bir müddət sonra qardaşı x öz mülkiyyət hissəsini notarial qaydada ona bağışlamış, bağışlama müqaviləsi də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq olaraq qeydiyyat vəsiqəsi verilmişdir. Mərhum atasının ömrünün son dövrlərindən bəhs edi lən mənzili kirayə verməyə başlamışlar. Mərhum atası ilə mərhum qardaşının münasibətləri soyuq olduğundan qardaşı həmin evdə yaşamırdı. Hətta atasının istəyi ilə evdən qeydiyyatdan da çıxmışdı. Atası vəfat etdikdən sonra qardaşına mənzilin kirayə verilməsindən alınan haqqı almağı təklif etmişdir. Belə ki, o, işləmirdi, gəlir yeri yox idi. Hətta bağışlamadan sonra da kirayə haqqını qardaşı alırdı. Lakin, o dövr üçün sonuncu kirayəşinlər kommunal ödənişləri uzun müddət etməyərək mənzildən getdiklərindən böyük miqdarda borc məbləği qalmış və bu səbəbdən qərara gəlmişlər ki, evdə qardaşı xözü yaşasın, paralel olaraq da, həmin ünvanın yaxınlığında tikintisi aparılan çoxmərtəbəli binanın mühafizəçisi işi tapmışlar və x burada işləməyə başlamışdır. Lakin, elektrik qızdırıcısının istifadəsi nəticə sində baş vermiş yanğında qardaşı x faciəli surətdə vəfat etmişdir. Bundan sonra o, yenidən mənzili kirayə vermək qərarına gəlmişdir. Bunu eşidən mərhum qardaşının qızı X3 ona müraciət edərək, kirayə ev axtardıqlarını, evə yaxşı baxacaqlarını bildirərək onlara kirayə verməyi təklif etmişdir. Eyni zamanda mərhum qardaşının keçmiş ailəsi, o cümlədən uşaqları ilə münasibətləri heç vaxt yaxşı olmamışdır. Mərhum atası da, onlarda onun seçimini bəyənməmişlər və bu səbəbdən yaxın qohum olaraq get-gəlləri olmamışdır. Hər halda X3nin təklifini qəbul etmiş və qarşılıqlı güzəşt olaraq ayda cəmi 150 (yüz əlli) manat kirayə haqqı müqabılındə evi onlara kirayə vermişdir. Həmin ərəfələrdə mənzilin kirayə qiyməti 200-250 manat təşkil edirdi. X3 yeni ailə qurduğunu (yoldaşının evinin Sumqayıt şəhərində old uğunu bildirərək, orada yaşamaq istəmədiklərini bu səbəbdən kirayə ev axtardığını bildirmişdir. Sonradan bilmişdir ki, X3 həmin şəxslə vətəndaş nikahında yaşayır, yalnız uşaqları olandan sonra, 2011-ci ildə rəsmi nikaha daxıl olmuşlar. O dövrdən X3 ona məxsus evdə kirayənişin qismində yaşayır. İlk vaxtlar ödənişdə arasıra gecikmələr nəzərə alınmasa, heç bir problem olmamışdır. 2016-cı ilin sonlarına yaxın, ərazinin sökülməsi ilə bağlı məsələlər meydana çıxandan sonra, ödənişlərlə bağlı da problemlər yaranmışdır. Belə ki, o, X3yə aparılacaq söküntü ilə əlaqədar başqa ev tapmağı məsləhət görmüşdür. Bundan sonra X3 bir neçə ay ödəniş etməmiş və sonra bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Artıq ikinci il tamam olacaq ki, kiray ə haqqı da ödənilmir. Bağışlama müqaviləsinin mübahisələndirilməsindən başlayaraq, münasibətləri tamamilə korlanmış və X3 bundan istifadə edərək, faktiki olaraq, razılaşdıqları kirayə haqqını ödəməkdən yayınır. Bu səbəbdən, hesab edir ki, bu iddia tələbləri ilə İddiaçı mənzildən çıxarılması tələbini irəli sürməkdə haqlıdır. Evin sökülməsi gündəmdə olduğu üçün, eyni zamanda, qohumluq münasibətlərini nəzərə alaraq, məhkəməyə müraciət etmək fikrində deyildir. Hesab edirdi ki, evi sökülməsi vaxtı cavabdeh mənzili boşaldar və bununla da aralarındakı problemlər həll edilər. Lakın indiki halda yəni, artıq məhkəmənin icraatında, X3nın iddia tələbləri üzrə mülki iş olduqda hesab edir ki, evin boşaldılmasına dair qarşılıqlı iddia tələbləri ilə müraciət etmək maraqlarına daha uyğundur. İddiaçı ilə ar alarında şifahi olaraq bağlanmış olan kirayə müqaviləsi üzrə öhdəliklər, qarşı tərəfin günahı üzündən pozulması səbəbi ilə həmin müqavilənin onun təşəbbüsü ilə və əvvəlcədən xəbərdarlıq etmədən ləğv edilməsını mümkün sayır. Bu əsasla da kirayə müqaviləsini pozulmuş hesab edir və aralarında kirayə müqaviləsi öhdəlikləri olmadığında mənzilin boşaldılması ilə bağlı iddia tələblərini haqlı hesab edir. Belə ki, hal hazırda mübahisələndirilən mənzil faktiki olaraq qarşı tərəfin qanunsuz sahibliyindədir və o da sivil qaydada, yəni məhkəmə yolu ilə mənzili qanunsuz sahiblikdən azad edərək, öz sahibliyinə qaytarmaq niyyətindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, qeyd olunan ünvanda 1992-ci il tarixdən yaşayır. Mübahisəli mənzil İddiaçı bab asına məxsus olmuş, iddiaçı həmin mənzildə 1999-cu ildən başlayaraq mərhum atası x birgə yaşamış, sonuncunun 2005-ci ildə vəfatından sonra İddiaçı ailəsi ilə birlikdə orada daimi yaşayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 1998-ci ildən başlayaraq bacısı qeyd olunan mənzildə, hələ mərhum babası X1, atası x birlikdə yaşamışdır. Belə ki, valideynləri ayrıldıqdan sonra o və bacı qardaşı ilə birlikdə anaları ilə yaşamışlar. Sonradan mərhum ataları onlara - «gəlin mənimlə yaşayın» demişdir. Həmin vaxtı atası onları həmin ünvana qeydiyyata almaq istəsə də, bibisi Cavabdeh buna etiraz edərək bildirmişdir ki, onlar hələ uşaqdırlar, hal-hazırda bunu etmək olmaz. Sonradan ərazidə söküntü işləri ilə bağlı məsələ qalxdıqda bibisi onlara bildirmiş dir ki, - «Siz səsinizi çıxartmayın, səs-küy salmayın. Mən buranı satıb pulları aranızda böləcəyəm». Lakin, sonradan onlara məlum olmuşdur ki, Cavabdeh onları atalarından qalan paylı mülkiyyətdən məhrum etmək niyyətindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, o, bu ailəni yaxından tanıyır. Belə ki, o hələ tələbəçilik dövründən bu ailə ilə ünsiyyətdə olmuş, X23la həm qonşu olmuş, həmdə Ucar rayonunda birgə təhsil almışdır. X23 ali təhsilli olsa da, tüfeyli həyat tərzi sürmüş, spirtli içkilərə meylli olmuşdur. X23 2000-ci ildə Əhmədlidə qarajda yaşamış, sonradan 2002-2004-cü illərdə mübahisəli mənzili kirayə verərək qızı X3 ilə Sumqayıtda yaşamışdır. 2003-cü ildə həmin mənzildə Biləsuvar rayonundan olan kirayəşinlər yaşamış, 2005-ci i ldə ölümündən əvvəl orada X23 yaşamışdır. Lakin o, X3nin orada yaşamağının şahidi olmamışdır. Belə ki, X23 dəfn olunanda belə onun övladları dəfndə iştirak etməmişlər, hətta atalarının harada dəfn olunmasını belə bilmirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-3421/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 36,41 kv.m. təşkil edən 2 otaqlı fərdi yaşayış evindən çıxarılmış, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli mənzil mülki yyət hüququ ilə X11 məxsus olmuşdur. x 2003-cü ildə vəfat etdikdən sonra onun övladları Cavabdeh və X12 vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müracıət etmişlər və mirası əmlakı hər birinə ½ hissədə nisbətdə pay olmaqla qəbul etmişlər. Onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 öz mülkıyyətində olan hissəni notarial qaydada bacısı Cavabdeh bağışlamış, bu barədə xx.xx.2004-cü il tarixdə tərəflər arasında mənzil bağışlama müqaviləsi imzalanaraq notarial qaydada təsdiq olunmuş, bağışlama müqaviləsi də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafıq olaraq Cavabdeh qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh həmin mənzili ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə kirayə vermiş, bir müddət isə həmin mənzıldə kirayənişin qis mində mərhum X3 qızı ailəsı ilə birlikdə yaşamışdır. Sonradan İddiaçı atası x bibisi Cavabdeh arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbı ilə məhkəməyə müraciət etmiş, iddia məhkəmə tərəfindən təmin edilməmışdır. Birinci instansiya məhkəməsi İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 36,41 kv.m. təşkil edən 2 otaqlı fərdi yaşayış evindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun olaraq istifadə hüququnun yaranmaması qənaətinə gəlmiş, İddiaçı mübahisəli sahədə hər hansı hüquqi əsas olmadan yaşadığını nəzərə alaraq ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, Azərbaycan Respublikası Mülki Məcə lləsinin 152.1, 164.1, 164.2, 165.1, 228.1, 228.2, 228.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin təmin edilməsi qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Elşad Şamayev, Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli 2(103)- 3051/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3 421/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev cavabdehin xüsusi mülkiyyətində olmaqla iddiaçının qanunsuz sahibliyində, istifadəsindədir və iddiaçı uzun müddətdir ki, cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Belə olan halda, qarşılıqlı iddia hissəsində iddianı təmin etməklə, ilkin iddianı isə rədd etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, Azərba ycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-3051/2019 nömrəli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi işin faktiki hallarına qiymət verərək belə bir səhv və sübut olunmamış nəticəyə gəlmişdir ki. «x həmin mənzili ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə kirayəyə vermiş, bir müddət i sə həmin mənzildə kirayəşin qismində mərhum X3 qızı ailəsi ilə birlikdə yaşamışdır. Sonradan X3 bağışlanma müqaviləsinin etibarsız sayılması üçün məhkəməyə müraciət etmişdir.» Amma, iddiaçının həmin evdə kirayədə yaşaması barədə iş materiallarında heç bir sübut, o, cümlədən kirayə müqaviləsi, çek qəbz və s. sənəd yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır kı, Cavabdeh izahatı ilə onun tərəfindən birinci instansiya məhkəməsində şahid qismində iştirak etmiş X6 ifadəsi arasında kifayət qədər uyğunsuzluq vardır. Belə ki, Cavabdeh evi iddiaçıya kirayəyə verdiyini və ailə üzvləri ilə birlikdə orada yaşadığını bildirsə də, şahidi X iddiaçının orada heç vaxt yaşamadığını demişdir, məhkəmələr tərəfindən bu ziddiyyətə aydınlıq gətirilməmişdir. Şahid qismində dindirilmiş X13 və X7 izahatı ilə iddiaçın ın izahatı üst-üstə düşmüş və eyni məzmunlu ifadələr vermişlər. İddiaçının 1998-1999-cu ildən həmin evdə yaşadığını təsdiq etmişlər. Apellyasiya məhkəməsi bu ifadələrə əhəmiyyət verməmiş və işin hallarının müəyyən olunmasında maraqlı olmamışdır. Məhkəmə evdə nə vaxtdan və hansı əsasla yaşadığını müəyyən etmədən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarını nəzərə almadan mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərini tətbiq etmişdir. Halbuki, o, 1999-cu ildən atasının razılığı ilə və onunla birlikdə mübahisəli evdə yaşadığından hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı tətbiq edilməlidir. Həmin qərara görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən ist ifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı 1999-cu ildən evdə yaşadığından hazırkı mübahisəyə məhz Mənzilə Məcəlləsinin 123-cü maddəsinin tələbləri tətbiq olunmalıdır. İddiaçı 1999-cu ildən mübahisəli evdə atası ilə birlikdə yaşadığından və evdən olan payını atası 5 ildən sonra, yəni xx xxxxxxx 2004-cü ildə cavabdehə bağışladığından həmin vaxt artıq mənzildən istifadə hüququ tam olaraq yaranmışdır. Atası öləndən sonra da cavabdehin ona qarşı heç bir iddiası olmamış və o, ailəsi ilə orada yaşmağa davam etmişdir. Cavabdehlə arasında olan mübahi sə məhz evin sökülməsi və evə görə vəriləcək pulun bölüşdürülməsi səbəbindən başlamışdır. Atasının cavabdehə bağışladığı payda onun və azyaşlı övladlarının da payı vardır. Cavabdeh iddiaçının atasının payını ələ keçirməklə, faktiki olaraq ona və övladlarına çatası payı da oğurlamışdır. Apellyasiya məhkəməsi iddiaçının mübahisəli evdə nə vaxtdan yaşadığını müəyyən etmədən qətnamə qəbul etmişdir. Odur ki, bu məsələyə tam aydınlıq gətirmək və ziddiyyətləri aradan qaldırmaq, eləcədə bununla əlaqədar maddi hüquq normalarını düzgün tətbiq edə bilmək üçün işin apellyasiya məhkəməsində təkrar araşdırılmasına ehtiyac vardır. Mülki işə Nərimanov Rayon Məhkəməsində baxılarkən Azərbaycan Respublikası MPM-nin 8.1, 9.1, 11.2-ci maddələrinin prinsiplərinə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi ndə iddiaçının bildiyi rus dilində izahat vermək və tərcüməçi xidmətindən istifadə etmək hüququ təmin edilməmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.1 və 218.2-ci maddələrinin tələblərini pozaraq iş üzrə həqiqətə nail ola bilməmiş, işin tam hərtərəfli və obyektiv tədqiqinə şərait yaratmamışdır. Məhkəməyə dəvət olunmuş 5 şahiddən cəmi 2-si dindirilərək ifadəsi alınmışdır. Digər şahidlərin ifadələrində ziddiyyətlər olsa da məhkəmə tərəfindən buna aydınlıq gətirilməmişdir. Sübutların qiymətləndirilməsin də məhkəmələr Azərbaycan Respublikasının MPM-nin 88, 218-1 və 220.4-cü maddələrinin tələblərinə əməl etməmişlər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamaqla, iş üzrə heç bir araşdırma aparmadan birinci instans iya məhkəməsinin yol verdiyi qanunsuzluqları davam və inkişaf etdirmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili X16 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3051/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üz vləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev cavabdehin xüsusi mülkiyyətində olmaqla iddiaçının qanunsuz sahibliyində, istifadəsindədir və iddiaçı uzun müddətdir ki, cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Belə olan halda, qarşılıqlı iddia hissəsində iddianı təmin etməklə, ilkin iddianı isə rədd etməklə məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətind ə qeyd edilən dəlillərin heç biri apellyasiya şikayətində göstərilməmiş, apellyasiya şikayəti ümumiyyətlə əsaslandırılmamışdır. Belə olan halda, apellyasiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətini formal xarakter daşıdığı qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə olduğundna həmin dəlillər üzrə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələbinə əsasən hər hansı araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci və 157.2-ci maddəsinin tətbiq edilməsi düzgün olmuşdur. Belə ki, məhkəmələr tərəfindən iddiaçının mübahisəli evdə evin Cavabdeh mülkiyyətinə keçdikdən sonra yaşamağa başlaması müəyyən edildiyindən və iddiaçının mülkiyyətçi Cavabdeh ailə üzvü olmaması, onunla birgə yaşamaması, həmçinin digər şəxs kimi istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə notarial qaydada bağlanmış müqaviləsi olmadığından həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3051/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.