Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3470/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ilk, "xxxx" ASC-nin İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-3470/2023 Açar sözlər: borc məbləğinin restrukturizasiya olunması, kredit borcunun qaytarılması, hüquqdan sui-istifadə, öhdəliyin lazımınca icra edilməməsi Bakı şəhəri 04 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fonduna qarşı kredit borcunun restrukturizasiyası tələbinə dair ilk, LPO "xxxx" ASC-nin İddiaçı, Cavabdeh2 qarşı kredit borcunun qaytarılmasına dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 2917/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə (bundan sonra – Bank) İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən, Bank İddiaçı 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit vermiş, İddiaçı isə həmin k reditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsinin təminatı kimi Bankla Cavabdeh2 (bundan sonra – zamin) arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın bank qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.
3. Sonradan Bank ilə İddiaçı arasında kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixlİ 01 №-li əlavə saziş imzalanmış (bundan sonra – Əlavə Saziş) və Əlavə Sazişə görə, İddiaçı Bank qarşısındakı kredit öhdəliyinin qalığı olan 9356.08 manat restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Ba nk ilə zamin arasında bağlanmış zaminlik müqaviləsi üzrə Əlavə Sazişə əsasən, zamin kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – ƏSF) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış kredit müqaviləsinə əsasən götürdüyü 11000 manat məbləğində puldan ödənilməmiş qalmış 5933.05 manat kredit borcunun ödənilməsindən ötrü ƏSF tərəfindən onun adına yeni restrukturizasiya tətbiq olunmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, kredit müqaviləsi üzrə 2 ilə yaxın bir müddətdə hər ay cədvələ uyğun olaraq 335 manat pul ödəmişdir. Sonradan isə ailədə maddi vəziyyəti pisləşdiyinə görə kredit üzrə ödənişi ödəyə bilməmiş və təxminən 2018-ci ilin sonundan etibarən bank onu narahat etməmiş və ödənişi tələb etməmişdir. 2022-ci ilin may-iyun aylarında isə Bankdan ona zəng edib kredit borcunun ödənilməsini tələb etdiklərinə görə sonuncu həmin borcdan – 7183.05 manatdan 1250 manat pulu ƏSF-yə ödəmişdir. Çünki sözügedən Bank ləğv edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ƏSF-yə getmiş və orada ona LPO Bankın nümayəndəsi “Problemli Kreditlərin Kompensasiyası” adlı sənədi təqdim edərək bildirmişdir ki, “həmin sənəd əsasında məhkəmədən müvafiq qərar gətirməlisən ki, sənin qal an borcuna restrukturizasiya tətbiq edək və yeni ödəniş cədvəli tərtib etməklə sənə borcunun qalığını ödəməyə şərait yaradaq”. Odur ki, iddiaçı bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ƏSF-nin əsl cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF ilə əvəz edilməsini xahiş etmişdir.
7. LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14766.70 manat – bundan 5933.05 manat əsas, 4923.44 manat faiz, 3802.79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına (bundan sonra – Plenum qərarı) əsasən hesablanmış 107.42 manat faiz borcu və iş üzrə ödənilmiş 134.30 manat dövlət rüsumunu n cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq LPO Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra - restrukturizasiya edilmiş kredit) 9356.08 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuşdur. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilməli idi. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, nəticədə Banka tələb olunan həcmdə bo rcu yaranmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8839 saylı 14 dekabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,təqdim edilmiş hesabdan çıxarış məlumatları kredit müqaviləsinin və Əlavə Sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Banka olan borcu 11.403,72 manat, o cümlədən əsas borcu 6933,05 manat, faiz borcu 4470,67 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə İddiaçı tərəfindən 1000 manat məbləğində ödəniş aparılmış, həmin ödəniş əsas borc üzrə silinmişdir. Aparılmış ödənişlər nəzərə alındığı təqdirdə İddiaçı Banka olan borcu 10.403,72 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 5933,05 manat, faiz borcu 4470,67 manatdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/23 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı və zamindən müştərək qaydada 5933.05 manat əsas borc, 4470.67 manat faiz borcu, 300 manat cərimə borcu, 107.42 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 10.811,14 manat məbləğində pul vəsaitinin tutularaq LPO Banka ödənilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 134.30 manat dövlət rüsumunun 98 manat hissəsinin İddiaçı və zamindən müştərək qaydada tutularaq LPO Banka ödənilməsi, qalan 36.30 manat hissəsinin isə LPO Banka aid edilməsi, iş üzrə keçirilmiş mə hkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manat pulun 110 manat hissəsinin müştərək qaydada İddiaçı və zamindən, qalan 40 manat hissəsinin isə LPO Bankdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kred it müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
12. İddiaçı müvafiq müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə yuxarıda istinad olunan Qaydada müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-yə və ya onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət etməmişdir. İddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, lakin onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 3 il keçdikdən sonra müvafiq tələblə məhkəmə yə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.
13. Buna görə də, məhkəmə ilk iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.
14. Qarşılıqlı iddia üzrə məhkəmə müəyyən etmişdir ki, cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri vaxtında icra etməmiş, ləğv prosesində olan "xxxx" ASC-yə olan borclarını müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Buna görə də onlar özlərinin risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və müştərək qaydada müqavilələr üzrə yaranmış borcu LPO "xxxx" ASC-yə ödəməlidirlər.
15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin “əsas və faiz borcu” hissəsinə münasibətdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8839 saylı 14 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, qarşılıqlı iddia əsas və faiz borcuna münasibətdə təmin edilməli, belə ki, kredit müqaviləsinə əsasən 5933.05 manat əsas borc, 4470.67) manat faiz borcu qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq LPO "xxxx" ASC-yə ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu hissəsinə münasibətdə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq qarşılıqlı iddia üzrə iddia çı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 107.42) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq LPO "xxxx" ASC-yə ödənilməlidir.
17. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin cərimə hissəsinə münasibətdə qeyd etmişdir ki, 3802.79 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 300 manat məbləğinədək azaldılmalıdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2, 448, 462, 465.2, 467, 470.1, 472.1, 560.1, 560.2, 560.3, 560.3.2, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredit lərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2917/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərovun sədrliyi və məruzəsi ilə, Vahid Sadıqov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyi şdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı hüquqlarını həyat keçirərkən vicdanlılığa əməl etməmiş, 2019-cu ildə Banka və ya ƏSF-yə rəsmi müraciət etməsinə dair sübut təqdim etməmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı 2016cı ildə kredit müqaviləsinin müddəti bitsə də, maddi imkanı olmadığından ödənişləri dayandırmış, yalnız 2022-ci ildən ödənişləri davam etdirmişdir. İddiaçı Bank qarşısında tam icra edilməmiş öhdəliyinin olduğu barədə məlumatlı olduğu, Bank tərəfindən ona xəbərdarlıq göndərilməməsini öz xeyrinə istifadə etməklə başqasına (bank) ziyan vurmuşdur. Kollegiya cavabdehin bu hərəkətini ona verilmiş hüquqlardan sui-istifadə kimi qiymətləndirir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolveri lməzliyini, tərəflərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 467, 560.1, 560.2, 560.3.2, 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. İlk iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun iddia tələbinin təmin edilməsi barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı məzmunu apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası işə baxarkən ona Bank və ya ləğvedicisi tərəfindən ötən 3-4 il ərzində kredit ilə əlaqədar nə şifahi, telefonla, nə də ki, yazılı qaydada müraciət etmədiklərinə, buna baxmayaraq onun vicdanlı surətdə borcunu ödəmək istədiyinə cəhd etdiyinə əhəmiyyət verməmişdir. O,krediti ödəməkdən imtina etmir. Kredit məbləğinin iddia ərizəsində qeyd etdiyi həcmdə, ödənişləri nəzərə alınaraq qalan 5933,05 AZN məbləğinin yeni cədvəl-qrafik əsasında ödəməyindən ötrü özü könüllü olaraq kreditora müraciət etmişdir.
25. Kassasiya şikayətinin digər dəlilinə görə, məhkəmə kollegiyası sübutları, təqdim edilmiş sənədləri və onların izahatlarını tam, obyektiv və qərəzsiz formada araşdırıb qiymətləndirməmiş və beləliklə mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə etiraz göndərmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, kassatorun Banka müraciət etməsi üçün kifayət qədər vaxtı olmuş, lakin həmin hüququndan vaxtında istifadə etməmiş, göstərilən müddət ərzində onun Banka hər hansı müraciəti qeydə alınmamışdır. Kassasiya şikayətinin verilməsi kassatorun məhkəmə prosesini süni şəkildə yuba tmasına, ödənişdən yayınmasına dəlalət edir. Apellyasiya instansiyası məkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməməklə düzgün nəticəyə gəlmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 3
1. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
35. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanı:
37. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlər ə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur.
38. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür.
39. Azərbaycan Respublikası Mərkəzi Bankının “F iziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”
40. Bənd 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş mat erialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişd ir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli 2(103)2917/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.