Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3471/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin və mənzilə aid sənədlərin təhvil verilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin aradan qaldırılması” barədə ilk, "xxxx" Mənzil Tikinti Kooperativinin İddiaçı oğluna qarşı mənzil tikintisi müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı oğlunun, vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 Şəmsəddin oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-977/2020 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 208-ci il tarixli qətnaməsi ilə İddiaçı oğlunun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası təmin edilməmiş, "xxxx" Mənzil Tikinti Kooperativinin qarşılıqlı iddiası təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, X1 1, ünvanındakı yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilə dair bağlanmış 28 iyul 2017ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Qətnamədən İddiaçı oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 saylı, 04 dekabr 2018-ci il tarixli, qətnaməsi ilə İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 208-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7643/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X1 1 ünvanında yerləşmiş tikintidə m övcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzil və ona dair zəruri sənədlərin "xxxx" MTK tərəfindən İddiaçı oğluna təhvil verilməsi, İddiaçı oğlunun həmin mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində "xxxx" MTK-nın İddiaçı oğluna qarşı yaratdığı maneənin aradan qaldırılması, ilk iddia ərizə verilərkən dövlət rüsumu ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dan alınıb İddiaçı oğluna qaytarılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə 25 dekabr 2020-ci il tarixdə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK 22.02.2021-ci il tarixdə kassasiya şikayətini məhkəməyə təqdim etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(105)-977/2020 saylı qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh Abşeron A1” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qətnaməsi 09.10.2020-ci il tarixdə cavabdeh "xxxx" MTK-nin ünvanı olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanına və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun fəaliyyət göstərdiyi “Arbitrium” Vəkil Bürosunun ünvanına Bakı şəhəri, Məmməd Araz 105A ü nvanına (qeyd edilən ünvan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsi olan www.barassociation.az ünvanından götürülmüşdür) göndərilmişdir. Qeyd edilən məktub cavabdehin nümayəndəsi və vəkilinin fəaliyyət göstərdiyi büroda xəbərnaməyə imza edilərək 18.10.2020-ci il tarixdə alınmışdır. Lakin cavabdeh təşkilatın öz ünvanına göndərilmiş məktubun alınması, eləcə də geri qaytarılması barədə məlumat mövcud deyil. Bundan sonra, cavabdehin vəkili və nümayəndəsi 07.10.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclas protokolları ilə tanış olub, qeydlər vermək üçün şərait yaradılmasını xahiş etmiş, lakin iş materialları ilə tanış olmamışdır. Daha sonra cavabdeh "xxxx" MTK-nın sədri tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək məhkəmə qətnaməsinin c avabdeh "xxxx" MTK-nin ünvanı olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanına göndərilməsi xahiş edilmiş, ərizə təmin edilərək 30.12.2020ci il tarixdə məhkəmə qətnaməsi təkrarən cavabdeh təşkilata göndərilmiş, lakin məktubun alınmasına dair hər hansı məlumat mövcud deyildir. Bundan sonra cavabdeh "xxxx" MTK-nın sədri Əbülfət Dadaşov məhkəmə qətnaməsini 14.01.2021-ci il tarixdə qəbzə imza etməklə almışdır. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qətnamənin cavabdehin nümayəndəsi və vəkili tərəfindən (vəkil bürosu tərəfindən) 18.10.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınması nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu 18.12.2020-ci ildir. Lakin hazırki kassasiya şikayəti 22.02.2021-ci il tarixdə poçt vasitəsi il ə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq müddətin bitməsindən 2 aydan artıq müddət keçdikdən sonra verilmiş, eyni zamanda kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edilməmişdir. Məhkəmə kollegiyası qətnamənin 14.01.2021-ci il tarixdə alınması ilə bağlı dəlilə qiymət verərək hesab etmişdir ki, məhkəmə qətnaməsi 24.09.2020-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı ilə elan edilmiş, 07.10.2020-ci il tarixdə vəkil məhkəmə iclas protokolları ilə tanış olma barədə ərizə vermiş, daha sonra cavabdeh təşkilat ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin təqdim edilməsini xahiş etmiş, qətnamə 30.12.2020-ci il tarixdə təkrarən cavabdehə göndərilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsindən iş üzrə cavabdeh tərəfin tam məlumatı olmuşdur. Həmin qərardaddan narazı qalan cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-977/2020 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərardadının ləğv edilərək iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin və əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiyası məhkəməsi mübahisəli qətnaməni "Arbitrium Vəkil Bürosunun ünvanına Bakı şəhəri, Məmməd Araz 105A ünvanına (qeyd edilən ünvan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsi olan www.barassociation.az ünvanından götürülmüşdür) göndərdyini qeyd etmişdir. “Arbitrium” Vəkil Bürosunun ünvanına baxmaq üçün internet saytına deyil, iş materiallarında olan orderə baxmaq kifayət edir ki, həmin ünvanın ünvan 7maması guya internet saytında göstərilən ünvana baxması prosessual pozuntudur, çünki, hər bir halda məhkəmə iş materiallarına istinad etməli olduğu halda iş materiallarından kənarda qeyd edilən nəyəsə istinad edir. Cavabdeh tərəf olaraq qətnaməni 14 yanvar 2021-ci il tarixdə əldə etmiş və bundan dərhal sonra kassasiya şikayəti ilə məhkəməyə müraciət etmiş lər. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi kassasiya şikayətini əsassız olaraq geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili əvvəl fəaliyyət göstərdiyi vəkil bürosu Bakı şəhəri 20 saylı vəkil bürosu olsa da, uzun müddətdir ki, “Arbitrium” vəkil bürosunu təsis etdikdən və 14 fevral 2020-ci ildən həmin büro qeydə alındıqdan sonra vəkili olaraq orada fəaliyyət göstərir. Məhkəmə iclas zalında çıxış edərkən qətnaməni almadıqlarını və 2 aylıq müddətin ötürülmədiyini qeyd edərək kassasiya şikayətinin icraata baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etsə də, məhkəmə vəkilin dediklərini nəzərə almadan məhkəmə iclas zalında hansısa ünvandan gəlmiş xəbərnaməyə istinad edərək qətnamənin göndərildiyi ünvanı mümkünlük iclasında elan etməmiş, onun dediklərini nəzərə almamışdır, bu hala diqqət yetirməmiş və istinad edilən xəbərnamə də qətnamənin kim tərəfindən və hansı tarixdə alınıb-alınmamasını eyni zamanda qətnamənin hansı ünvanda qəbul edilməsini həmin ünvanın həqiqətən “Arbitrium” Vəkil Bürosunun ünvanı olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili olaraq məhkəmədə iştirak etmək üçün səlahiyyətini təsdiq edən orderi məhkəməyə təqdim etmiş və həmçinin kassasiya şikayəti ilə bərabər artıq ikinci orderdirdi ki, təqdim edilir. Həmin orderdə də vəkilin fəaliyyət göstərdiyi vəkil bürosunun adı “Arbitrium” və hüquqi ünvanı Məmməd Araz 105 A yox, Əhməd Rəcəbli küçəsi 230 ünvanı kimi qeyd edilmişdir. Lakin bu ünvanların səhv olmasını və qətnamənin orderdə göstərilən ünvana deyil, başqa ünvan a göndərilməsi qərardad elan edildikdən sonra vəkil kimi tərəfindən təkid edildikdən sonra aydınlaşdırılmışdır. Bütün bunlara baxmayaraq məhkəmə buna diqqət yetirməmiş və sözügedən qətnamənin səhv ünvana göndərməsinə baxmayaraq, kassasiya şikayəti göndərilməsindən sonra mümkünlük barədə iclasa kimi orderə təkrar bir dəfə baxmayaraq prosessual pozuntusunu davam etdirmiş və kassasiya şikayətini müddətin ötürülməsi səbəbindən qeyri-mümkün hesab etmişdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək şikayətin dəlillərini əsassız hesab edərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-977/2020 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəki l1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsini cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun çalışdığı “Arbitrium” Vəkil Bürosunun Azə rbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsi olan www.barassociation.az saytından götürülmüş ünvana, Bakı şəhəri, Məmməd Araz 105A ünvanına göndərilmişdir. Lakin vəkil tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş orderlərdən görünür ki, qeyd edilən vəkil bürosunun ünvanı ünvan 9vabdeh hüquqi şəxsin ünvanına göndərilməsi barədə məktub olsa da, həmin məktubların göndərilməsi barədə reyestr və alınması barədə xəbərnamələr mövcud deyildir. İşdə cavabdehə qətnamənin verilməsini təsdiq edən yeganə sübut işin 2-ci cildin 98-ci vərəqində olan cavabdehin rəhbəri tərəfindən məhkəmə qətnaməsinin 14.01.2021-ci il tarixdə alması barədə qəbzdir. Məhkəmə kollegiyası hesab edir ki, “Arbitrium” Vəkil Bürosunun www.barassociation.az saytından götürülmüş ünvanına qət namənin göndərilməsi həmin qətnamənin cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu tərəfindən alınmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin ünvan nümayəndə tərəfindən məhkəməyə bildirilməmiş və ya hüquqi şəxslərin dövlət reyestrində “Arbitrium” Vəkil Bürosunun hüquqi ünvanı kimi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyas ı məhkəməsinə qaytarılmalıdır. Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-977/2020 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(105)977/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.