Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3474/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması 25.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızın və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3225/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 26%-lə 63700 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh "xxxx" İKB-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 51697 (əlli bir min altı yüz doxsan yeddi) ABŞ dolları, 97 (doxsan yeddi) sent əsas, 25207 (iyirmi beş min iki yüz yeddi) ABŞ dolları, 13 (on üç) sent faiz, 1840 (bir min səkkiz yüz qırx) ABŞ dolları, 91 (doxsan bir) sent cərimə olmaqla, cəmi 78746 (yetmiş səkkiz min yeddi yüz qırx altı) ABŞ dolları, 01 (bir) sent (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının man ata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), borc və 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 78746 (yetmiş səkkiz min yeddi yüz qırx altı) ABŞ dolları, 01 (bir) sent məbləğində pulun "xxxx" İKB-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh ilə "xxxx" İKB arasında bağlanmış 15 yanvar 2015ci il tarixli kredit müqaviləsinin l əğv edilməsi qət edilmişdir.
3. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 6 açıq hərracda ilkin satış qiyməti 135000 manat müəyyən edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə (hazırki adı İddiaçı Açıq Səh mdar Cəmiyyəti) Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 63 700 ABŞ dollar məbləğində kredit verilmişdir. 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 8563 ABŞ dolları borcu vardır. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinin təmin etməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh borcu xəbərdarlıq məktubunu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfindən borc məbləğinin borcludan tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq və Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC (bundan sonra – Bank və ya iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 yanvar 201 5-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8563 ABŞ dollar məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 8563 ABŞ dollar borcun və 133,67 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərilərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da sözügedən müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-890/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim T. Axundov) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC (Nikoyl İKB) Cavabdeh qarşı kredit borcu, ona hesablanmış faiz və cərimə borcunun tutulması, tutmanın ipotekaya yönəltməsi ilə bağlı məhkəməyə müraciət etmiş, həmin zaman əldən çıxmış fayda ilə bağlı hər hansı bir iddia tələbi olmamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borc məbləğinin tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Həmin iddia tələbi irəli sürülərkən əsas, faiz və cərimə borcu hesablanmış və cəmi borc məbləğinin tutulması qət edilmişdir.
9. Hazırda iddiaçı borclunun (cavabdehin) 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesabl anmış 5 %) olaraq 8563 ABŞ dolları borcu olduğuna görə illik 5 faizlə hesablanmış borc faizinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla yuxarıda adı çəkilən qərarda kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illi k beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən də göründüyü kimi, Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehdən pul məbləğinin tutulması artıq qət edilmişdir. Belə olan halda müqavilə üzrə hər hansı gecikdirilmiş illik 5 faiz ödənilməsinin tələb edilməsi yolverilməzdir.
11. İkincisi, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edərək məhkəmə qətnaməsi ilə artıq tutulmuş pul məbləğinin borclu tərəfindən icra edilməməsinə əsaslanaraq, həmin müddət üçün də illik 5 faiz tutulmasını tələb edir.
12. Məhkəmə qeyd edir ki, iddiaçı, borclu tərəfindən qəbul edilmiş qətnamənin icrası gecikdir ildiyi üçün, ödənilməmiş qalıq pul məbləğinin indeksasiyası barədə məhkəmə nəzarəti qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilərdi ki, bu daha məqsədə müvafiq hesab olunardı.
13. Həmçinin məhkəmə iddianı təmin etməyərkən onu da nəzərə almışdır ki, müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının əsas və faiz borcu hissəsində iddiası təmin edilməklə həmin dövr üçün cavabdehdən cərimə borcunun da tutulması qət edilmiş, tutmanın məbləğinin ilkin satış qiyməti 135000 manat müəyyən edilməklə, ipoteka predmetinə yönəldilmişdir.
14. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsi çıxarılarkən cavabdehdən əsas və faiz borcla yanaşı, icranı gecikdirdiyi üçün cərimə borcu da artıq tutulmuşdur
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, 448.1, 560.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3225/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 63.700 ABŞ dolları məbləğində kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 26 faiz müəyyən edilib. Kredit qaytarılmadığına görə iddiaçı məhkəməyə müraciət edib. Başqa mülki iş üzrə Yasamal RM-nin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət olunub ki, əsas borc kimi 51.697,97 ABŞ dolları, faiz borcu kimi 25.207,13 ABŞ dolları, cərimə kimi 1.840,91 ABŞ dolları, cəmi 78.746,01 ABŞ d olları cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yasamal RM-nin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə borca aid hissədə dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb.
20. İddiaçı iddia edir ki, xx.xx.2019-cu ildən (Ali Məhkəmənin qərarının qəbul edildiyi tarixdən) xx.xx.2022-ci ilədək olan dövr üçün qətnamədə göstərilən borcun (78.746,01 ABŞ dollarının) qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış fayda 8.563 ABŞ dolları təşkil edir. Cavabdeh həmin borcu ödəməlidir, lakin xəbərdarlıq edilməsinə baxmayaraq ödəmir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edir. Həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.
21. Lakin bu maddənin göstərişi tətbiq edilərkən işin halları nəzərə alınmalıdır. Hazırkı işin halları həmin maddənin göstərişini tətbiq etməyə imkan vermir. Belə ki, birinci, kredit yüksək faizlə (26 faizlə) verilib, nəticədə isə bank kredit alanın hesabına yüksək gəlir əldə edib. Bundan başqa, kredit xx.xx.2015-ci ildə xarici valyutada (ABŞ dolları ilə) verilib. Bundan sonra manatın 2 dəfə devalvasiyası baş verib. xx.xx.2015-ci ildə baş vermiş birinci devalvasiya nəticəsində manat dollar qarşısında 34 faiz, xx.xx.2015-ci ildə baş vermiş ikinci devalvasiya nəticəsində isə 47 faiz dəyərdən düşüb. Manatın devalvasiyası dollar ilə kredit alanların maliyyə vəziyyətinə mənfi, dollar ilə kredit verənlərin maliyyə vəziyyətinə isə müsbət təsir edib. Belə vəziyyətdə kredit alanın üzərinə əlavə olaraq 8.563 ABŞ dolları pul öhdəliyinin qoyulması Mülki Məcəllənin 5.3-cü maddəsinin göstərişinə uyğun sayılmır. Həmin maddəyə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3225/2023 qətnaməsinin ləğv edilməsi və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, Cavabdeh ilə "xxxx" İKB ASC(hazırkıİddiaçı ASC) arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, kredit müqaviləsi illik 26 faizlə 36 ay müddətinə bağlanmış və bu müddət ərzində Cavabdeh tərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır.
24. Cavabdeh üzərinə düşən öhdəliyi 22 avqust 2019-cu il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1-ci maddənin tərkibini yardır.
25. Öhdəliyin lazımınca icra edilməməs i hal-hazırda Bankın Cavabdeh Azərbaycan RespublikasıMülki Məcəllənin 445.7-ci maddəsini əsas götürməklə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququnu yaradır.
26. Hesab edirlər ki, kreditin məbləği kifayət qədər çox olduğundan, müqavilənin uzun müddət icra olunmamasıBank xeyli miqdarda zərər vurmuşdur. Bu isə özlüyündə kreditorun, yəni Bankın ona dəymiş zərəri tələb tələb etmək hüququnu yaradır.
27. Qeyd etmək lazımdır ki, tərəflərindən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. Nəticədə isə bankın hüquqları kobud surətdə pozulmuşdur.
28. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nə ticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
29. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə k reditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kreditmüqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeharasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı
32. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonr a da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanı lmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
42. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 63.700 ABŞ dolları məbləğində kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 26 faiz müəyyən edilib. Kredit qaytarılmadığına görə iddiaçı məhkəməyə müraciət edib. Başqa mülki iş üzrə Yasamal RM-nin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət olunub ki, əsas borc kimi 51.697,97 ABŞ dolları, faiz borcu kimi 25.207,13 ABŞ dolları, cərimə kimi 1.840,91 ABŞ dollar ı, cəmi 78.746,01 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yasamal RMnin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə borca aid hissədə dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb.
43. İddiaçı iddia edir ki, xx.xx.2019-cu ildən (Ali Məhkəmənin qərarının qəbul edildiyi tarixdən) xx.xx.2022-ci ilədək olan dövr üçün qətnamədə göstərilən borcun (78.746,01 ABŞ dollarının) qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış fayda 8.563 ABŞ dolları təşkil edir. Cavabdeh həmin borcu ödəməlidir, lakin xəbərdarlıq edilməsinə baxmayaraq ödəmir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişi nə istinad edir. Həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.
44. Lakin müəyyən edilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməyib və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tətbiqində səhvə yol verib.
45. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
46. Belə olan təqdirdə məhkəmələr tərəfindən iddiaçının tələbinin kredit borcunun tutulması ilə əlaqədar başqa mülki iş üzrə Ali Məhkəmənin qərar qəbul etdiyi tarixdən sonrakı vaxtları əhatə etdiyi nəzərə alınaraq, cavabdehin (borclunun) pul məbləğinin ödənilməsini gecikdirib-gecikdirməməsi, gecikdiribsə, iddia tələbinə müvafiq olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan pulun məbləğinin əsaslı olubolmaması kimi hallar araşdırılıb hüquqi qiymət verilməli idi.Birinci instansiya məhkəməsi belə araşdırma aparmamış, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.
47. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
49. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
50. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
51. Ona görə də iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 19 may 2023-cü il tarixli 2(103)-3225/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən, yuxarıda şərh olunan nöqsanlar aradan qaldırılmaqla, sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə əsasən hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələbinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2023-cü il tarixli 2(103)3225/2023 nömrəli qətnamə si ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.