Məhkəmə qərarları › İş №2(102)-3475/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3475/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3475/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evin girovdan azad edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-355/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 30 iyun 2009-cu il tarixdə "xxxx" ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə illik istifadə dərəcəsi 7 faiz olmaqla 160.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borcluNun öhdəliklərinin təminatı kimi X1 məxsus ünvan 1 ünvanında, 0,05 ha torpaq sahəsində yerləşən 7 otaqlı fərdi yaşayış evi və İddiaçı məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 210 kv.metr ümumi sahəsi olan bir mərtəbəli qeyri-yaşayış sahəsi (yeməkxana), birmərtəbəli üç otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 112,9 kv.metr olan birmərtəbəli qeyri-yaşayış sahəsi (mağaza) ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla ipoteka qoyanlar arasında müvafiq olaraq 23 iyul 2009-cu il tarixli və 03 sentyabr 2009-cu il tarixli ipoteka müqavilələri bağlanmışdır. Ləğv prosesində olan Cavabdeh ASC-nin məhkəməyə təqdim etdiyi 01 sentyabr 2020ci il tarixli maliyyə arayışına görə E.N.Nəzirovun kredit müqaviləsi üzrə ödənilməmiş 25.342,97 manat məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında ipoteka qoyan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ilin sentyabr ayına Nun banka olan borcunun cəmi 14.000 manat təşkil etməsini və həmin borca görə Nun anası Nya məxsus 2 yaşayış evinin girovda olmasını və belə vəziyyətdə borcun tutulmasının Nya məxsus Qax şəhərinin N küçəsində yerləşən yaşayış evinə yönəldilməs inin məqsədəmüvafiq olmasını əsas göstərməklə ona məxsus Zaqatala rayonunun N kəndində 0,15 ha torpaq sahəsində yerləşən birmərtəbəli üç otaqlı fərdi yaşayış evinə olan ipotekaya dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-634/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.H.Məmmədov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək əsas öhdəliyin icra olunmamasına görə həmin borcun təminat vasitəsi olan əmlakın ipotekadan azad edilməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələbinə zidd olmasını və s. əsas göstərməklə q ətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-355/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(033)-634/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək borclunun sonuncu ödənişindən 7 il keçməsinə baxmayaraq bank tərəfindən həmin müqavilələr üzrə hər hansı iddia qaldırılmamasını, apellyasiya instansiyası məhkə məsi tərəfindən bankın hərəkətsizliyinə qiymət verilməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı m ümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İp oteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 48.1 İpotekaya o zaman xitam verilir ki, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlsin, əsas öhdəliyə xitam verilsin, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılsın və yaxud ipoteka predmeti ləğv olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1-ci maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya o zaman xitam veril ir ki, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlsin, əsas öhdəliyə xitam verilsin, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılsın və yaxud ipoteka predmeti məhv olsun. Hazırkı iş üzrə ipotekaya xitam verilməsi üçün əsas verən qanunda müəyyən olunmuş hallardan heç bir mövcud deyildir. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə borclu Nun əsas öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka 25.342,97 manat məbləğində borcu qalmışdır. Belə olduqda əsas öhdəlik üzrə təminat vasitəsi olan ipoteka predmeti üzrə qeydiyyatın ləğv edilməsi qanunun yuxarıda göstərilən nor malarının tələblərinə uyğun deyildir. Göstərilənlərlə əlaqədar kollegiya iddia tələbinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərin uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-355/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar