Məhkəmə qərarları › İş №2(102)-3476/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3476/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3476/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavilələri üzrə borcunun tutulması” tələbinə dair ilkin, Cavabdeh LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması), əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddia çı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavilələri üzrə borcunun tutulması”na dair ilkin, Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(103)-508/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC-nin “Əməliyyat filialı” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 36 ay mü ddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

2. İddiaçı ASC-nin “Azadlıq filialı” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ƏNK-06151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 28023,09 manat əsas, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat borcun və 196,20 manat dövlət rüsumunun, xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 7686,29 manat əsas, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat borcun və 121,08 manat dövlət rüsumunun Cavabdeh tutularaq l əğv prosesində olan Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın “Əməliyyat filialı” ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faizlə 55123 manat məbləğində kredit verilmişdir. Bankın “Azadlıq filialı” ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istif adəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********261 və **********268 saylı, xx.xx.2022 tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtınd a qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 1600 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 400 manat məbləğində ödənişlər etmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək Bankla bağlanılmış xx.xx.2018-ci il tarixli, ƏNK06- 151018/111473 saylı, xx.xx.2019-cü il tarixli ***-*******ƏNK271219-01 saylı və xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredi t Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “Amrah Sığorta Şirkəti”ndə işləmişdir. Bankın rəhbərliyi bundan istifadə edərək, sonuncunun və yaxınlarının, işçilərinin adlarına bir necə dəfə kredit rəsmiləşdirərək götürmüşlər. Kreditlər rəsmiləşəndə Emil Ağasıyevə narahat olmaması üçün zəmanət vermişlər. Həqiqətən də ilk zamanlar həmin kreditlər X2 tərəfindən götürüb bağlanmışdır. Belə ki, Azərbaycan Kredit Bürosundan Emil Ağasıyevə aid çıxarışa əsasən 26 dəfə, cəmi 6 milyondan artıq təminatsız kredit götürmüşdür. Təbii ki, təminatsız krediti heç bir bank vermir. Elə bu kreditlərin təminatsız olması, əslində, kreditlərin Emil Ağasıyevə aid olmamasının sübutudur. Kreditlər sonuncunun və anasının, həmçinin bir neçə işçilərin adlarına rəsmiləşdirilmiş və sonradan da elə Bank tərəfindən də ödənilmişdir. Emil Ağasıyevin anası Nailə Ağasiyevanın adına 470000 manat təminatsız kredit, işçisi Təranə Abbasovanın adına iki kredit – ******* manat və 860000 manat təminatsız kredit rəsmiləşdirilmişdir. Bu kredit müqavilələrinin heç birində imzalar yoxdur. Bankın özündə problemlər yaranandan sonra bu cür kreditlərin ödənişində çətinliklər yaranmışdır. X6 və yaxınları əziyyət çəkməyə başlamışdır. Bankın sahiblərdən biri olan X3 ilə bağlı Emil Ağasıyev və yaxınları DTX-ya çağırılmış və elə orada izahat verilərək, bir daha bildirilmişdir ki, bu kreditlər Yunis İldırımzadəyə aiddir. Bank ləğv olunandan sonra və kreditlər bağlanılmadıqda Emil Ağasıyevin işçilərindən biri X7 lə ğvedicisini məhkəməyə vermiş və məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Təranə Abbasovanın adına rəsmiləşdirilmiş kredit müqaviləsindəki imza saxtadır. Nəsimi Rayon Məhkəməsi bununla bağlı xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul etmiş və Təranə Abbasovanın adına olan kredit müqavilələri etibarsız hesab edilmişdir. Elə o ərəfədə Emil Ağasıyev anasının krediti ilə bağlı maraqlanmış və məlum olmuşdur ki, həmin krediti özləri bağlamışlar. X11 özünün adına olan, imzaları olmayan müqavilələr üzrə kreditlər isə bağlanılmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Emil Ağasıyevin adına rəsmiləşdirilmiş xx.xx.2015- ci il tarixli, 261115/111473 saylı kredit müqaviləsi üzrə 36200 manat borc vaxtında ödənilmədiyindən üzərinə gələn faizlər kapitallaşdırılaraq adın a yeni borc olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Üstəlik Kredit Bürosundan çıxarışdan məlum olmuşdur ki, Emil Ağasıyevin adına olmuş 2019-cu ildə götürülmüş ******* manat kreditin 65021,89 manat vəsaiti ödənilməmişdir, halbuki bu kredit də Bank tərəfindən götürüldüyündən, elə onlar da bağlamalı idilər. Bundan əlavə, Emil Ağasıyevin kredit tarixçəsində 510.400 ABŞ dollar var. Həmin borc öncədən Əmrah İldırımzadənin adına rəsmiləşdirilmiş, sonradan Emil Ağasıyevin adına sənədləşdirilmişdir, yekunda isə həmin kredit üzrə borc "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu da bir daha Emil Ağasıyevin adına açılmış kreditlərin reallıqda Bankın rəhbərliyinə aid olmasına dəlalət edir. Emil Ağasıyev bütün bunlar barədə Əma nətlərin Sığortalanma Fonduna yazılı müraciət etmişdir. Adına olan həm bu iş üzrə kredit müqavilələri, həm də digər kredit müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir.

7. Emil Ağasıyevin vəsatətinə əsasən birinci instansiya məhkəməsi xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cü il tarixli kredit müqavilələrindəki borcalan sözünün qarşısında olan imzaların ona məxus olub-olmamasın müəyyən etmək məqsədilə xətşünaslıq ekspertizası təyin etmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borc alan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan və xx.xx.2019-cu il tarixli № 012-711147ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaların Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfind ən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

9. Emil Ağasıyev rəylə razı olmuş, bankın nümayəndəsi isə rəyin səthi olmasını əsas gətirməklə təkrar ekspertiza təyin edilməsi barədə vəsasət vermişdir.

10. Birinci instansiya məhkəməsi bankın nümayəndəsinin vəsatətini təmin etməmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2685/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cü il tarixli, 006- ******* DQK 211119-01 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin Emil Ağasıyevin üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə(hakim Toğrul Axundov) ilkin iddianın təmin edilməməsi, ödənilmiş 121 manat 8 qəpik dövlət rüsumunun banka aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli ƏNK-06-151018/111473 nömrəli və 27 dekabr 2019- cü il tarixli 0127111473ƏNK271219-01 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 126 manat ekspertiza xərcinin bankdan tutulması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddətinə, illik 16 faizlə 55123 manat məbləğində, xx.xx.2019-cu il tarixli, **********ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin Emil Ağasıyev tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir. Emil Ağasıyev tərəfindən kredit müqavilələ rinin imza edilməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürülməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin iddiaçı bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların Emil Ağasıyev tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, bank tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin Emil Ağasıyev tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdır.

14. Birinci instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, araşdırılmış sübutlarla X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06151018/111473 saylı və xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kre dit müqavilələrinin əhəmiyyətsiz əqd olması, həmin əqdlərin bağlanılmasında Emil Ağasıyevin şəxsən iştirak etməməsi, Bankın vəzifəli şəxslərinin Emil Ağasıyevin “Amrah Sığorta Şirkəti”ndə işləməsindən istifadə edərək, onun adından kredit rəsmiləşdirməklə götürmələri və müəyyən müddət ödənişlər etmələri müəyyən edilmişdir. Həmçinin, Bankın vəzifəli şəxsləri tərəfindən bu növ qanunsuzluqların edilməsi təkcə Emil Ağasıyevlə yekunlaşmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsindən də görünür ki, iddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızının cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit müqavilələrinin və onlara ediİmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbi”nə dair iddiası qismə n təmin edilmiş, eyni zamanda Bankla Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında kredit müqavilələrinin bağlanması və həmin müqavilələr üzrə ona pul məbləğinin verilməsi öz təsdiqini tapmadığına görə, xx.xx.2022ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul edilərək, bankın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq, müvafiq araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 337.1, 339.1, 339.4, 339.6, 385.1, 406.1, 406.3, 407.2, 425.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın rədd, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq aşağıdakılar göstərilmişdir: - mülki işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına, eləcə də iş materialları üzrə cavabdehin banka kredit borcunun istər mərkəzi kredit reyestrində, istərsə də bankın əməliyyat sistemində aktiv olmasın a baxmayaraq, məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların Emil Ağasıyev tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, bank tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin Emil Ağasıyev tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdir. Halbuki, həm elektron məhkəmə sistemi vasitəsilə, həm də məhkəmə iclasları zamanı məhkəmənin şifahi müraciətinə əsasən, müşayiət məktubu ilə nümayəndə tərəfindən iş üzrə əlavə sübutlardan, xüsusilə iddia tələbinin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli müqavilə və digər kredit razılaşmasına dair sənədlər təqdim edilmişdir; - bundan əlavə, Cavab deh "xxxx" ASC-də İdarə Heyətinin sədri olmuş və bu faktın özü də kredit müqaviləsinin Cavabdeh özü tərəfindən imzalanmasının mübahisəsiz hallarından biri hesab edilməldir; - məhkəmə tərəfindən iş materiallarında olan kifayətedici sübutlar tam araşdırılmamışdır. Belə ki, müqavilənin mahiyyət etibarilə kredit xətt müqaviləsi olması səbəbindən müvafiq köçürmələrin Cavabdeh bank hesabına köçürülməsinə, eləcə də qrafik üzrə ödənişləri təsdiq edən hesabdan çıxarış məlumatlarına və iş üzrə digər xüsusatlara düzgün hüquqi qiymət verməmişdir; - məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində 12.935 manat və xx.xx.2014-cü il tarixində 17.500 manat rəsmiləşdirilmiş kredit məbləğləri məxaric orderi əsasında kassadan nağd olaraq götürmüş və daha sonra xx.xx.2015-ci il ta rixində isə cari hesabına köçürülməsi yolu ilə 36.200 manat kredit götürülməklə, yuxarıda qeyd edilən hər iki kredit bağlanmışdır. Bundan sonra, Cavabdeh tərəfindən şəxsi məqsədləri üçün götürdüyü və hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələri də kredit xətt müqaviləsi əsasında şəxsin cari hesablarına köçürülmüşdür; - Cavabdeh qarşılıqlı iddia ərizəsində mübahisələndirdiyi və aidiyyatlı kredit hesab olunan 1 233 827 manat kredit isə Bankın rəhbərliyi tərəfindən onun adına rəsmiləşdirilərək nağd qaydada kassadan götürülmüş və Bankın ləğv edilmə prosesində kredit bağlanmışdır. Hazırda bank tərəf olaraq, həmin müqavilə mübahisələndirilmədiyi üçün məhkəmə tərəfindən baxılmamış saxl anmışdır; - Məhkəmə Ekspertizası Mərkəzinə müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya Cavabdeh sərbəst imza nümunələri qismində mülki işin 23-cü vərəqində olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; 105-ci vərəqində olan AA01600818 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; şərtisərbəst imza nümunəsi qismində mülki işin 61-66-cı vərəqlərində olan 18 may 2022-ci qarşılıqlı iddia ərizəsindəki imzası; eksperimental imza nümunələri qismində mülki işin 108-110-cu vərəqlərində olan imzaları təqdim olunmuşdur. Qeyd olunan nümunələr imzanın Cavabdeh tərəfindən icra olunmasını müəyyən etməkdə ekspert üçün çətinlik yaradırsa, əlavə sübutların təqdim edilməsi üçün məhkəmə qarşısında vəsatətlə çıxış etməli idi; - Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 say lı, xx.xx.2022- ci il tarixli rəyində qeyd olunmuşdur ki, tədqiq olunan imzaların cavabdehin imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Göründüyü kimi, ekspert rəyində olan qeyrimüəyyənliyin aradan qaldırılması üçün məhkəmə mütləq şəkildə təkrar və əlavə məhkəmə ekspertizası təyin etməli idi; - Bank tərəfindən borclunun banka kredit xətti müqaviləsi ilə borcunun mövcudluğunu təsdiq edən sənədlərin təqdim edilməsinə, ödənişlərə dair hesabdan çıxarış sənədinin olmasına, eləcə də mərkəzi kre dit reyestrində borc məbləği olduğu halda, məhkəmənin heç bir mötəbər əsas olmadan Cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli ƏNK-06151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin etibarsız olması qənaətinə gəlməsi tamamilə qanunsuzdur; - məhkəmə iş materiallarında olan natamam ekspert rəyinə, kredit müqavilələrinə və maliyyə sənədlərinə ciddi yanaşmamış və kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cü il tarixli kredit müqavilələrindəki borcalan sözünün qarşısında olan imzaların Cavabdeh məxus olub-olmamasın müəyyən etmək məqsədilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyinə əsasən mülki işin 173-176-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli № ***-*******DQK211119-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imza – Cavabdeh AYDİN oğlu tərəfindən icra olunmuşdur. Mülki işin 121-124-cü vərəqələrində olan xx.xx.2018-ci il tarixli № ƏNK-06151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın, mülki işin 125-128-ci vərəqələrində olan xx.xx.2019cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Yəni nə uyğunlaşdırıcı əlamətlər, nə də fərqləndirici əlamətlər ayrı-ayrılıqda müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan əlamətlər komplekslərini təşkil etmirlər. Tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndir ici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunubolunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

20. Cavabdeh apellyasiya baxışında təqdim etdiyi “X4”nin xx.xx.2023-cü il tarixli, İEM-03/04/23 nömrəli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş ƏNK-06151018/111473 nömrəli, 15.102018-ci il tarixli, ***-*******DQK211119- 01 nömrəli, xx.xx.2019-cu il tarixli və ***-*******ƏNK271219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 1-4-cü vərəqinin “Borcalan” qrafalarında Cavabdeh adından olan imzalar öz ara larında-eyni şəxs tərəfindən icra olunmuşdur. ƏNK06-151018/111473 nömrəli, xx.xx.2018-ci il tarixli, ***-*******DQK211119-01 nömrəli, xx.xx.2019-cu il tarixli və **********ƏNK271219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 1-4-cü vərəqinin “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. **********ƏNK271219-01 nömrəli, xx.xx.2019- cu il tarixli kredit müqaviləsinin 1-ci və 4-cü vərəqində “Borcalan” qrafasının aşağısındakı “CavabdehA” əlyazmaları ilə İddiaçı ASC-nin Əməliyyat filialının rəhbərinin adına yazılmış Cavabdeh adından olan 14 mart 2019-cu il tarixli ərizədəki əlyazmalar öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-714/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatın dəyərini təşkil edən 125 manatın iddiaçıdan Məhkəmə Еkspеrtizаsı Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına görə, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində “X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddətinə, illik 16 faizlə 55123 manat, xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin Emil Ağasıyev tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş “X4”nin 11 aprel 2023-cü il tarixli, İEM03/04/23 nömrəli mütəxəssis rəyi ilə bağlı göstərmişdir ki, qeyd edilən rəy hazırkı halda əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Həmçinin təqdim edilən mütəxəssis rəyi qanunvericiliyin tələbinə uyğun verilməmişdir. Belə ki, rəy bank ilə “X4” arasında bağlanmış müqavilə əsasında verilmiş olsa da, ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması, ümumiyyətlə müəyyən olunmur. Bu isə təqdim edilən mütəxəssis rəyinin iş üzrə tədqiq edilən digər iki ekspert rəyləri ilə bərabər qüvvəyə malik olmasını istisna edir. c) Kassasiya instastansiya məhkəməsində birinci icraat

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı id dianın rədd, ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə həmçinin aşağıdakılar göstərilib: - apellyasiya instansiyası məhkəməsi heç bir mötəbər sübuta əsaslanmadan, yalnız Məhkəmə Ekspertiza Mərkəzinin xətşünaslıq ekspertizasına dair qeyri-müəyyən 2 rəyini əsas tutaraq, “X4”nin mötəbər rəyini nəzərə almadan iş üçün əhəmiyyətli olan halları, həm iddiaçı bankın təqdim etdiyi maliyyə sənədlərini, həm kredit müqaviləsi üzrə mərkəzi kredit reyestrində borcun mövcud olması faktını, eləcə də borclunun bankın ləğv tarixinə kimi kredit ödənişi etməsi, eləcə də iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməməsi ilə nəticələnən qətnamə çıxarılmışdır; - apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin bir-birini təkrar edən natamam ekspert rəylərini mülki işin mahiyyətini həll edən əsas sübut növü kimi qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Baxmayaraq ki, iddiaçının təşəbbüsü ilə keçirilmiş “X4”nin təqdim etdiyi nəzəri və elmi cəhətdən əsaslandırılmış mütəxəssis rəyi əvvəlki iki rəydə olan ziddiyyətli məqamlara və natamamlığa tam şəkildə aydınlıq gətirmişdir; - bundan başqa, cavabdehlə bağlanmış kredit müqavilələri üzrə borc öhdəliyinə, maliyyə sənədlərinə ciddi yanaşılmamış və ümumiyyətlə kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir.

27. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazda qarşılıqlı iddianın dəlill əri qeyd edilməklə, kassasiya şikayətinin əsassız olmasına istinad edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2990/2023 saylı qərarı ilə (hakimlər - Aqil Abbasov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-714/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır

29. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kredit müqavilələrinin etibarsız sayılması nəticəsinə gələrkən etibarsızlıqla bağlı Mülki Məcəllənin 337.1, 339.1 və 339.4-cü maddələrinə i stinad etməklə kifayətlənmiş və işin halları baxımından etibarsızlığın həmin normaların dispoztiv şərtləri kontekstində nədə ifadə olmasını qətnamədə şərh etməmiş, üstəlik, ziddiyyətli nəticəyə gəlmişdir. Mülki Məcəllənin 339.1-ci maddəsi hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. İstinad edilən normaların hər biri etibarsızlığın ayrı-ayrı əsaslarını müəyyən edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki işin halları baxımından Mülki Məcəllənin qeyd edilən 339.1 və 339.4-cü maddələri üzrə konkret hansı əsasın (əsasların) kredit müqavilələrinin etibarsızılığın a səbəb olmasını qətnamədə göstərməmişdir. Nəticədə işin hallarına görə müqavilələrin etibarsız sayılmasının qanuni əsaslarının nədən ibarət olması qətnamədən görünmür. Müqavilələr Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinə əsasən etibarsız sayılıbsa, belə olan halda, həmin maddələrdə göstərilən şərtlər də müəyyən edilməli idi. Lakin işdən bu görünmür. Eyni zamanda Emil Ağasıyev də qarşılıqlı iddiasında tələbinin faktiki əsası kimi həmin normalarda qeyd edilən hallara (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu, zorakılıq və ya hədələmə halları) deyil, müqavilənin onun tər əfindən imzalanmamasına istinad etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi bir tərəfdən müqavilələrin Emil Ağasıyev tərəfindən imzalanmamasına, bu səbəbdən həmin əqdlərin əhəmiyyətsiz olmasına istinad etmiş, başqa tərəfdən də həmin müqavilələri etibarsız saymaq üçün Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinə əsaslanmışdır. Halbuki bunlar biri-birini təkzib edən hallardır. Emil Ağasıyev tərəfindən imzalanmadığına görə müqavilələr etibarsız (əhəmiyyətsiz) əqd hesab olunursa, belə olan halda, həmin əqdin hakimiyyətdən sui istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd hesab edilməsi də istisna edilir. Eləcə də Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulan əsaslar da (əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) bu halda tətbiq edilə bilməzdi. Qeyd edilən maddələrin tətbiqi o halda mümkün idi ki, müqavilələrin cavabdeh tərəfindən imzalanması halı müəyyən edilərdi. Həmçinin Abbasova (Babayeva) Təranə Müzəffər qızı adlı şəxsin Banka qarşı “kredit müqavilələrinin və onlara edilmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbi”nə dair iddiasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsi ilə qismən təmin edilməsinin hazırkı iddia tələbi ilə hansı əlaqəsinin olması da qətnamədə şərh edilməyib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, qeyd edilməlidir ki, həmin məhkəmə də qarşılıqlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni əsasən həm rayon, həm də özünün aldığı xətşünaslıq ekspertizasının rəyl əri üzərində qurmuş, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərlə kifayətlənərək eyni səhvi təkrarlamış, kredit müqavilələrinin etibarsızlığı ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bir halda ki, qarşılıqlı iddianın təmin edilməsində əsasən ekspertiza rəyləri əsas götürülüb, belə olan halda istinad edilən ekspert rəylərinin qiymətləndirilməsi də MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələbinə uyğun olmalı idi. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar xətşünaslıq ekspertizası təyin edərkən xx.xx.2018 və xx.xx.2019-cu il tarixli kredit müqavilələrindəki (Bankın iddia tələbindən istinad etdiyi müqavilələr) imza ilə yanaşı, hazırkı işin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindəki imzanın da Emil Ağasıyevə məxsus olub-olmaması barədə sual qoymuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza cavabdeh tərəfindən icra olunsa da, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdə imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bunun da səbəbi qrafik materialın azlığı, cizgilərin sadəliyidir. Göründüyü kimi, ekspertizanın rəyində bir müqavilə üzrə (həmin müqavilə mübahisənin predmeti deyil) imzanın cavabdehə məxsus olması müəyyən edilsə də, hazırki mübahisə predmeti olan digər iki müqavilədəki imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsi qrafik materialın azlığı, cizgilərin sadəliyi səbəbi ilə mümkün olmamışdır. Halbuki müsbət cavablandırılan xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza ilə, rəy verilə bilməyən digər iki müqavilədəki imzalar qrafik məlumatlar və cizgilərin sadəliyi baxımından eynidir. Eyni qrafik məlumatları əks etdirən bir müqavilədəki imza üzrə rəy verildiyi halda, digər iki müqavilədəki imzalar üzrə qrafik məlumatların azlığına və cizgilərin sadəliyinə görə rəy verilə bilinməsinin səbəblərini apellyasiya instansiyası məhkəməsi araşdırmamış, həmçinin ekspert rəylərindəki bu uyğunsuzluğu aradan qaldırmaq üçün MPM-in 205.1-ci maddəsində nəzərdə tutulan prosessual imkanlardan da istifadə etməmişdir. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndi rməmişdir. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş, eləcə də, kredit müqavilələrinin etibarsızlığını işin müəyyən edilmiş halları baxımından qiymətləndirməməklə hüququn tətbiqində də səhvə yol vermişdir.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, müqavilələrdəki imzanın cavabdehə məxsus olması halında qarşılıqlı iddianın hüquqi əsası kimi işin hallarından asılı olaraq Mülki Məcəllənin 340.1-ci maddəsi və ya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyə uyğun olaraq Mülki Məcəllənin 340.2-ci maddələri nəzərdən keçirilə bilərdi. Əks halda, (müqavilədəki imzaların cavabdehə məxsus olmaması halında) cavabdehin müqavilə öhdəliyi olmaması əsası ilə ilk iddia rədd edilə bilərdi. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hazırkı apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1962 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 121- 124-cü vərəqlərində olan 121-124cü vərəqlərində olan xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqələrinin aşağı sağ küncündə “Borcalan” qrafalarındakı imzalar və 4-cü vərəqində “Borcalan Cavabdeh” qrafasındakı imza, 1-ci cildin 125-128-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli 012- 711147ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalar və 4-cü vərəqində “Borcalan Cavabdeh” qrafasındakı imza Cavabdeh AYDİN oğlu tərəfindən icra olunmuşdur.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsinin lə ğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, ilkin iddia tələbinin təmin edilməsi, xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan 28023,09 AZN əsas borc, 6788,76 AZN faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 587,39 AZN faiz borcu olmaqla, cəmi 35399,24 AZN borcun və 196,20 AZN dövlət rüsumunun, həmçinin xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 7686,29 AZN əsas borc, 2589,29 AZN faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 83,46 AZN faiz borcu olmaqla, cəmi 10359,04 borc məbləğinin Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödə nilməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 317,28 AZN dövlət rüsumunun məbləği ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin onu ödəyən şəxsin özünə aid olunması, apellyasiya və kassasiya şikayətləri ilə bağlı ayrı-ayrılıqda ödənilmiş 158.64, cəmi 317, 28 AZN dövlət rüsumunun məbləğinin Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, birinci instansiya məhkəməsi, işə bundan öncə baxan apellyasiya instansiyası və təkrar apellyasiya baxışında keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda müvafiq olaraq 126 manat, 125 manat və 226 məbləğində, ümumilikdə 477 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, işə əvvəl baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar xəttşünaslıq ekspertizası təyin edərkən Bankın iddia tələbindən istinad etdiyi xx.xx.2018 və xx.xx.2019-cu il tarixli kredit müqavilələrindəki imza ilə yanaşı, hazırkı işin predmetinə aid olmayan və birinci instansiya məhkəməsinin qərardadı ilə barəsində baxılmamış saxlanılan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindəki imzanın da cavabdehə məxsus olub-olmaması barədə sual qoymuş və bunun nəyə görə zəruri olmasını əsaslandırmamışdır. Məhkəmə Ekspertizası Mərk əzinin rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza cavabdeh tərəfindən icra olunsa da, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdə imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza ilə, rəy verilə bilməyən digər iki müqavilədəki imzalar qrafik məlumatlar və cizgilərin sadəliyi baxımından eyni olması, üstəlik xx.xx.2019-cu il tarixli müqavilə ilə xx.xx.2019-cu il tarixli müqavilə arasında cəmi 1 aydan bir az çox müddət olması ilə imzaların deformasiya və ya psixoloji yaş dövrünün dəyişmək ehtimalının minimallığı bir müqavilədəki imza üzrə rəy verildiyi halda, digər iki müqavilədəki imzalar üzrə rəy verilə bilinməmə sinin şübhəli olduğunu deməyə əsas verir. Lakin apellyasiya instansiyası məhkəməsi bu şübhəni aydınlaşdırmamış, həmçinin ekspert rəylərindəki bu uyğunsuzluğu aradan qaldırmaq üçün MPM-in 205.1-ci maddəsində nəzərdə tutulan prosessual imkanlardan da istifadə etməmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdim edilən ekspert rəyindən də göründüyü kimi Emil Ağasıyevin qeyd etdiyindən, o cümlədən işə bundan öncə baxmış birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin təsbit etdiyindən fərqli olaraq, hazırkı apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının nəticəsində mübahisələndirilən kredit müqavilələrindəki imzaların məhz Cavabdeh özü tərəfindən atıldığı öz təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarında olan və adları çəkilən müqavilələr üzrə kredit dosyelə rinin hamısında (MKR vasitəsilə sorğulana bilməsi haqda sənəd, ərizə-anket forması, təhlil blankı, mədaxil və məxaric orderləri), hətta xx.xx.2019-cu il tarixli kreditin ödəniş tarixçəsini dəyişdirməsinə dair ərizədə belə Cavabdeh imzaları qeyd olunmuşdur. Bu da o deməkdir ki, sonuncu hər bir halda kredit müqavilələri bağladığından xəbərdar olmuş, bununla bağlı bütün prosedurları özü həyata keçirmiş, hətta həmin müqavilələr üzrə məhz özü mədaxilələr edərək borcu ödəməyə yönəlmiş hərəkətlər etmişdir. O cümlədən apellyasiya baxışında izahat verən qarşılıqlı iddia üzrə iddiaçının vəkili də öz nitqində ekspert rəyi ilə tanış olduğunu, imzalar təmsil etdiyi şəxs tərəfindən atılsa da, pulun ona verilmədiyini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, ilkin iddia tələbinin əsasında müqavilələr in Cavabdeh tərəfindən və onun iradəsinə uyğun olaraq bağlanmasına dair hər hansı şübhə qalmır.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı işin hallarından da göründüyü kimi müqavilə tərəflərinin arasında uydurma əqdlərin tərifində göstərilən və üçüncü şəxsləri aldatmaq məqsədi daşıyan hər hansı niyyət olmamış, o cümlədən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin uydurma əqd kimi etibarsız hesab edilməsinə dair hər hansı hüquqi əsas mövcud deyildir.

37. Həm uydurma, həm də yalan əqdlərin anlayışlarına istinadən məhkəmə kollegiyası qeyd etmişdir ki, hər ikisi bağlanılarkən sadəcə bir tərəfin yox, hər iki tərəfin vahid istək altında bir-birilərini deyil, başqa şəxsləri aldatmağa yönəlməsi ilə müşayiət olunur. Hazırkı işin hallarına görə isə Bankla Cavabdeh arasında bağlanılan kredit müqavilələr nə yalan, nə də uydurma əqdin ünsürlərini daşımamış, Cavabdeh əqdlərin etibarsızlığına aid tək dəlili isə həmin müqavilələrin onun tərəfindən imzalanmaması olmuşdur. Lakin artıq yuxarıda da göstərildiyi kimi aparılan ekspertiza tədqiqatının nəticəsində qeyd edilən hal öz təkzibini tapmışdır.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair hər hansı hüquqi əsaslar mövcud deyil və ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qeyd edilən hissədə əsaslı hesab edilməlidir.

39. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh tərəfindən qeyd edilən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı nda və lazımi qaydada icra etməməməsi, banka olan borcu müqavilərdə nəzərdə tutulan vaxtda və qaydada ödəməməsi və bununla da müqavilələrin şərtlərini pozmuş olması faktı işin halları və mövcud sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də Emin Ağasıevin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi banka ödəməlidir.

40. Məhkəmə kollegiyası Emil Ağasıyevin kredit müqavilələri üzrə götürülmüş pulun ona verilməməsi və onun tərəfindən istifadə edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, istər iş materiallarındakı hesabdan çıxarışlarla, istə r kassa məxaric orderləri ilə, istər borcun mədaxili ilə bağlı qəbzlərlə (halbuki şəxsin götürmədiyi və ona çatmayan kredit üzrə ödəniş həyata keçirməsi məntiqli görünmür) və digər bütün sənədlərlə Emil Ağasıyevin qeyd etdiyi halların təkzib olunduğu və kreditin məhz onun tərəfindən götürülərək istifadə olunması öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

43. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinetə Cavabdeh tərəfindən imzalanmış kassasiya şikayətindən imtina haqqında ərizə PDF formatda yüklənmiş, ərizədəki imzanın Cavabdeh məxsusluğunu müəyyən etmək mümkün olmadığından məhkəmə işə mahiyyəti üzrə baxmışdır. b)

44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.3. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

47. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

48. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

51. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

52. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

53. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı

55. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin e tibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün mü əyyən edilmişdir.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(103)508/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar