Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3479/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 İKB-nin cavabdehlər və Cavabdeh2 qarşı qarşı QƏRARİ iş № 2(102)-3479/2023 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı1 İKB-nin cavabdehlər və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 İKB cavabdehlər və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh kredit üzrə 29556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcunun, gecikdirməyə görə xx.xx.2010-cu il tarixədək hesablanmış 2090 ABŞ dolları cərimə, cəmi 35000,06 ABŞ dolları borc (ekvivalenti Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun İddiaçı1 İKB-nin xeyrinə tutulması, iddia tələbinin 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” markalı, ban WDB2200261A202629 olan, gümüşü metal rəngli, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh2 verilməsi, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tutulması, iddia qismən təmin edildiyindən, İddiaçı1 İKB tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 5,7%-i, yəni 1,2 manatının iddiaçıya aid edilməsi, qalan 94,3%-i, yəni 18,8 manatın cavabdehlər və Cavab deh2 bərabər şəkildə tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Cavabdehlər və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Bakı Şəhər Yasamal rayon məhkəməsinin (X1) 2(004)-2402/2010 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər və Cavabdeh2 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsindən ayrılıqda verdikləri apellyasiya şikayətləri vaxtında verilmiş hesab edilmiş və apellyasiya şikayətləri 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə hesab et mişdir ki, qətnamə cavabdehlərə rəsmi qaydada göndərilsə də, qətnamənin məhz cavabdeh şəxsən çatdırılmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir, Cavabdeh2 isə qətnamə ümumiyyətlə çatdırılmamışdır. Cavabdehlər Abdiyev Əziz Ehtiram oğlu və Cavabdeh2 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq prosessual müddəti ötürməmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X8 Fikrət oğlunun sədrliyi ilə, X5 və X3) 2(103)-4501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab e dilmişdir.
7. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab etmişdir ki, cavabdehlər və Cavabdeh2 verdikləri apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, mübahisələndirilən qətnamənin surəti xx.xx.2010-cu il tarixli məktubla cavabdehlərin məhkəməyə məlum olan ünvanlarına poçt vasitəsilə göndərilmiş, Cavabdeh2 ünvanlanmış məktub “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, digər cavabdeh ünvanlanmış məktuba dair poçt xəbərnaməsində isə “Tağıyeva” soyadı yazılmaqla qətnamə qəbul edilmişdir
8. Məhkəmə kollegiyası bildirmişdir ki, qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün xx.xx.2020-cu il tarixdə müvafiq İcra şöbəsinə göndərilmiş və icraata başl ama barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmuş, 22 may 2023-cü il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış və xx.xx.2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Mülki işdən göründüyü kimi qətnamə elan edildiyi gün, yəni 19 may 2010-cü il tarixdə cavabdeh məhkəmə prosesində iştirak etmiş, işin nəticəsi barədə məlumatlı olmuşdur. Bundan başqa, mülki işdə olan “Nikoyl İKB-nın birinci instansiya məhkəməsinə ünvaladığı xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilir ki, cavabdeh məhkəmə qətnaməsi çıxdıqdan sonra kredit müqaviləsi üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir. Birinci instansiya məhkəməsi isə qətnamənin surətini cavabdehlərin müvafiq ünvanları üzrə göndərməsinə, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə, cavabdehin borcundan müəyyən hissə ödəməsinə baxmayaraq, cavabdehlərin 13 ildən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, cavabdehlərin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işlərini tələb edərək baxış keçirməmiş, qeyd edilən hallara diqqət yetirməmişdir.
9. Kollegiya həmçinin qeyd etmişdir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə, həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır.
10. Kollegiya öz mövq eyini əsaslandırarkən MPM-in 130.3, 146, 360, 363.1.3-cü maddələrə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinad etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4501/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X8 Fikrət oğlunun sədrliyi ilə, X3 və X5) 2(103)-4501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4501/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
13. Kollegiya qeyd etmişdir ki, mübahisələndirilən qərardad Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə “Elektron m əhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 24 iyun 2023-cü il tarixdə yerləşdirilmiş, Cavabdeh2 tərəfindən kassasiya şikayəti isə elektron formada 06 iyul 2023-ci il tarixdə yəni kassasiya şikayəti vermə müddəti keçdikdən sonra verilmişdir. Həmçinin, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, kassasiya şikayəti onun verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır.
14. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 130.3, 405.0.2, 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriıməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya məhkəməsi mübahisələndirilən qərardadın cavabdehin vəkilinin elektron kabinetinə 24 iyun 2023-cü il tarixdə yerləşdirildiyinə, Cavabdeh2 tərəfindən kassasiya şikayətinin isə elektron formada 06 iyul 2023-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti keçdikdən sonra verildyinə istinad etmişdir. Məhkəmə hər halda cavabdehin konstitusiyon hüquqlarını kobudcasına pozmağa davam etməkdədir. Belə ki, şikayətimi zə əlavə etdiyimiz AZEMİS sistemində olan nasazlığa dair sübutlardan da görünür ki, biz cavabdeh tərəf olaraq vaxtında şikayət versək də, sistem üzrə yaranmış nasazlıq şikayətin vaxtında verilməsini mümkünsüz etmişdir. Sistem üzrə yaranmış nasazlığı aradan qaldırmaq cavabdeh tərəf olaraq cavabdehin öhdəliyi olmadığından hesab edir ki, məhkəmənin bu cür yanaşması haqlı deyildir. İş üzrə müddətin ötməmiş hesab edilməsinə dair o zaman vəsatət verilir ki, bu şikayət verənin üzürlü səbəbindən qaynaqlansın lakin, hazırki iş üzrə şikayətin ötürülməsindəki səbəb AZEMİS və ya ASAN imza sistemi üzrə olan texniki nasazlıqdan qaynaqlanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
21. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
23. Maddə 1 35.6 Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (mad. 135.5). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 366.1 apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
25. Maddə 366.2 əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
26. Maddə 405.2 apellyasiya instansiyası məhkəməsinin qərardadı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlm işdir.
33. Kassasiya şikayətinin xx.xx.2023-cü il tarixdə AZEMİS sistemində olan nasazlığa görə vaxtında verilməsinin mümkün olmaması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Əvvəla, sistemdə nasazlıq olmasını təsdiq edən fotoşəkildən həmin səhifənin məhz bu işə aid olduğunu müəyyən etmək mümkün deyildir. Həmçinin hər iki cavabdehin vəkili və nümayəndəsi olan Nümayəndə xx.xx.2023-cü il tarixdə saat 20-51-də Cavabdeh1 kassasiya şikayətini elektron imzası ilə təsdiq edərək sistemə yükləmişdir. Cavabdeh2 kassasiya şikayəti isə həmin vaxt deyil, xx.xx.2023-cü il taroxdə saat 18-54-də elektron imza ilə imzalanmışdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, xx.xx.2023-cü il tarixdə saat 20-51-də vəkilin hər iki kassasiya şikayətini sistemdə imzalamaq imkanı olmuşdur.
34. Buna g örə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4501/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.