Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-348/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 yanvar 2019-cu il İş № 2(102)-8937/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9868/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.V.Tanrıverdiyev) 11 iyun 2018-ci il tarixli 2(009)111/2 018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 9107,90 ABŞ dolları məbləğində əsas borc, 446,29 ABŞ dolları məbləğində faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan, ünvan1 xüsusi mülkiyyətində olan 0,41 ha torpaq sahəsinə və üzərind ə yerləşən 1 mərtəbəli, 4 otaqlı, 81,4 kv.m yaşayış, 110,6 kv.m yardımçı, 192,0 kv.m ümumi sahəsən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 45200 manat müəyyən edilməsi, evin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 “xxxx” ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra Cavabdeh4 və Cavabdeh2 ünvan 1 xüsusi mülkiyyətində olan 0,41 ha torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 81,4 kv.m yaşayış, 110,6 kv.m yardımçı, 192,0 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən 1 aydan gec olmayaraq çıxarılmaları, ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məb ləğində pulun Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, “xxxx” ASC-yə və ödənilməli olan məbləğlər ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsinin Cavabdeh4 qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) 2(103)-9868/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)111/2018 saylı 11 iyun 2018-ci il tarixli qətn aməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanıması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 9436,64 ABŞ dolları məbləğində kredit borcu, 2140,35 ABŞ dolları məbləğində faiz borcu və 3238,93 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14815,92 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 xüsusi mülkiyyətində olan 0.41 ha torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 81,4 kv.m yaşayış, 110,6 kv.m yardımçı, 192,0 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və 14815,92 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə ki fayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh9 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmələrinə, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9868/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edilərə k, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)9868/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, iş materiallarından görünür ki,, “xxxx” QSC ilə Cavabdeh1 arasında 19.05.2011-ci il tarixli 28L000000004 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi çərçivəsində həmin tərəflər arasında 30.09.2013-cü il tarixli 28R000003060 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı kimi “xxxx” QSC ilə Cavabdeh4 arasında 23.05.2012-ci il tarixli 28S000000260 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh4 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarında olan kredit xətti müqaviləsinin təminatı kimi “xxxx” QSC ilə Xanımqız Tarverdi qızı arasında 19.05.2011-ci il tarixli 28M000000002 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Xanımqız Tarverdi qızına məxsus ünvan 1 xüsusi mülkiyyətində olan 0,41 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 81,4 kv.m yaşayış, 110,6 kv.m yardımçı, 192,0 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İmişli rayon 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 09.02.2015-ci il tarixli reyestrdə 2V/20№ ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ipoteka predmeti olan əmlaklar mərhum Xanımqız Tarverdi qızının qanun üzrə vərəsəsi Cavabdeh4 xüsusi mülkiyyətinə keçmiş və əmlakların ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan əlavə, aşağı instansiya məhkəmələrində iddiaçı bildirirmişdir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 9436,64 ABŞ dolları, faiz borcu 2140,35 ABŞ dolları, dəbbə pulu 3238,93 ABŞ dolları, cəmi borcu isə 14815, 92 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Cavabdeh4 qarşı irəli sürülmüş tələblər əsaslı olduğu barədə gəldiyi nəticə tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyə ti öz üzərinə götürür. Göstərilən Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunan Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Sözügedən Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Adıçəkilən Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlaya nın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Göstərilən Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (maddə 59.3.2). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınm ış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Adıçəkilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9868/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9868/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-348/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-348/2019
11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver