Məhkəmə qərarları › İş №2(102)-348/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-348/2022

02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-348/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil İlyaz qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-348/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərə flər arasında 30 may 2017-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə 22.02.2017-ci il, 17.10.2017-ci il tarixli, 30.10.2018-ci il tarixli, 30.11.2018-ci il tarixli 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə 2366,30 manat məb ləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2366,30 manat dəymiş ziyanın əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 30.05.2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə”müqavilə bağlanmış, onun yaşadığı ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz e dən qaz xəttinin üzərində isə G-4 markalı 1802AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh onunla bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən 22.02.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; 17.10.2017-ci il tarixli ******* saylı akt əsasında 693,40 manat; 30.10.2018-ci il tarixli ******* saylı akt əsasında 604,80 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 30.05.20 19-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi 2366,30 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə borcunun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiy i üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 10/3972 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, H.Həsən küçəsində Cavabdeh məxsus ev 443 №-li ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər ( qaynaq və.s) aşkar edilməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Əliyev) 27 aprel 2021-ci il tarixli, 2(001)307/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid e dilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsaitin İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz xəttinə özbaşına qoşulma halları iş materialları ilə təsdiq olunmur. İddiaçı qanunsuz qoşulmanı aşkar etdiyi vaxt tərtib edilmiş aktdan sonra qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin iddiaçı ümumiyyətlə cavabdehin qaz xətdindən kənar qanunsuz qoşulma halının mövcudluğuna dair mötəbər sübut təqdim edə bilməmiş, tərtib edilən AKT-ların mötəbərliliyi isə şübhə doğuru r. Üstəlik keçirilmiş ekspertiza tədqiqatı qanunsuz qoşulma halının mövcudluğunu və əvvəllər olmuş olmasını təqzib etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 05 avqust 2021-ci il tarixli, 2(103)-7609/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2021 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlil ləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 05.08.2021-ci il tarixli, 2(103)-7609/2021 saylı qətnamədə, tərəflər arasında yaranmış mübahisəni tənzimləyən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş, ümumiyyətlə tətbiq edilməmiş və ya hüququn tətbiq edilməsində səhvə yol verilmişdir. Mülki Məcəllənin 443.1, 448.1, 448.2, 1096, 1097.1; Mülki Prosessual Məcəllənin 14,2, 77.1, 88, 89.1, 217, 218 və s. maddələri. Hazırkı mülki işdə iddiaçının abonent hesabına hesablanmış borcun əsasını iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi təşkil edir. Cavabdeh ona məxsus fərdi yaşayış evi ndə 2017-ci i! ildə, 10/2018-12/2018 və 2019-cu ilin 7 (yeddi) ayı ərzində onun yaşayış evinə çəkilmiş əsas qaz xəttinə rezin boru vasitəsi ilə qanunsuz qoşulmaqla özbaşına təbii qazı istehlak etmiş və nəticədə cavabdeh ‘‘Azəriqaz” İB-yə dəyəri ödənilməyən qaz sərfinə görə hesablanmış məbləğdə maddi zərər vurmuşdur. Qeyd olunan faktlar biri-birinə uyğun gələn, kifayət qədər güclü və aydın olan mötəbər sübut və dəlillərlə təsdiq olunur Məhkəmələr sübutları tədqiq edərkən, aşağıdakı mühüm halı nəzərə almamışdır: Cavabdeh “Azəriqaz" İB-yə məxsus təbii qaz xəttinə 2017-ci il ildə, 10/2018-12/2018 və 2019-cu ilin 7 (yeddi) ayı ərzində qanunsuz şəkildə qoşulmaqla təbii qazdan özbaşına istifadə etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı ona məxsus fə rdi yaşayış evinin həyətində qaz sayğacının mövcud olduğu zaman, habelə iddiaçının özü tərəfindən qaz sayğacının sındırılıb yerindən ümumiyyətlə çıxarılıb, sayğaca daxil olan və sayğacdan çıxarılan boruları bir-birinə qaynaq etdiyi zaman da təbii qazdan qanunsuz şəkildə uzun müddətə istifadə etmişdir; İddiaçıya məxsus fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində 16.04.2020-ci il tarixində iddiaçı tərəfindən yenidən 12527117 mexaniki tipli qaz sayğacı quraşdırılmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi MEM tərəfindən 05.04.2021-ci il tarixdə aparılmış tədqiqata görə 10/3972 saylı ekspert rəyi verilmişdir. İddiaçıya məxsus ünvanda təbii qaz xətti üzərində mövcud olan qeyri-qanuni qoşulma faktı iddiaçı tərəfindən aradan qaldırıldıqdan, 16.04.2020-ci il tarixdə yeni mexaniki sa yğac quraşdırıldıqdan sonra təbii ki, ekspert həmin ünvan üzrə hər hansı qeyri-qanuni (əlavə kənar xətt) qoşulma halı aşkar etməyəcəkdi. Çünki, ekspert tərəfindən 04/2021-ci il tarixində rəy verilən zaman artıq həmin ünvanda qeyri-qanuni qoşulma faktı və halları iddiaçı tərəfindən aradan qaldırılmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, ekspert tədqiqatı 2020-ci ilin aprel ayında, yəni iddiaçının ünvanına sonuncu akt tərtib edildiyi tarixdən 9 ay sonra aparılmış və həmin müddət ərzində kənar qoşulmanın mövcud olmaması, aktlar tərtib olunan dövrdə də bu qoşulmanın olmamasının sübutu kimi qiymətləndirilə bilməz. Cavabdeh sayğacı quraşdırıldığı yerdən çıxararaq qaz sayğacına daxil olamalı və çıxmalı olan hissələri dəmir birləşmə vasitəsi ilə özbaşına birləşdirməklə təbii qazı talamış, qaz x əttinə qeyriqanuni səkildə qoşulmanı həyata keçirmişdir. Cavabdeh, ona məxsus ünvana quraşdırılmış qaz sayğacının giriş hissəsinə daxil olacaq əsas qaz xəttinin ön hissəsinə rezin boru vasitəsilə qoşulmuş və bu səbəbdən kənar qaz xəttinin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr tərəfindən müvafiq mülki işə baxılarkən, iddiaçının adına qeydiyyata alınmış qaz sayğacı üzrə SALDO-ya (GASREPORT proqramı üzrə) nəzər salınmamış, həm sənəd sübut qismində məhkəmədə tədqiq edilməmişdir. Cavabdehin barəsində aktların tərtib olunduğu müddətin 02/2017-ci il tarixdən 07/2019-cu il tarixə kimi olduğunu n əzərə alınsa və iddiaçı abonentin adına qeydiyyata alınmış qaz sayğacı üzrə SALDO-ya da diqqət yetirilsə məlum olar ki, cavabdeh yalnız 2017-ci il ərzində cəmi 70 manat məbləğində ödəniş etmiş, 2018-ci ildə il boyu 135 manat, 2019-cu ildən bu günə-24.06.2021-ci il tarixə qədər isə ümumiyyətlə ödəniş etməmişdir. Ödəniş dinamikası cavabdeh tərəfindən təbii qazdan özbaşına istifadə edilməsi faktına dəlalət verir. Digər bir fakt isə bundan ibarətdir ki, abonentin ünvanında 2020-ci ilin aprel ayında quraşdırılmış 12527117 nömrəli mexaniki qaz sayğacının göstəricisi üzrə qeydə alınmış 6 aylıq sərfiyyat 5325 m3 olmuş, abonentin 792.50 manat borcu yaranmışdır. Bu isə Cavabdeh ünvan 2 ünvanında yerləşən evində real illik qaz sərfiyyatı barədə təsəvvür yaradır. İddiaçı qismində İddiaçı İB, Bakı Apel lyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş müvafiq qətnamənin nəticəsi ilə razılaşmır. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, üzərinə sübutetmə yükü düşən “Azəriqaz" İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Qətnamədə aktların heç birinin abonent tərəfindən im zalanmaması, imzalamaqdan imtina etdikdə isə bu barədə müvafiq sənədləşmənin aparılmaması, abonentin qaz təchizatının dayandırılmaması qeyd edilmişdir. Qanunsuz hərəkətə yol verən abonentin məsuliyyətdən yan keçmək ümidi ilə aktlara imza etmədiyi halda bu barədə aktlarda qeydiyyat aparılmış, akta imza edən əməkdaşlar bu halı öz imzaları ilə təsdiq etmişlər. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilən aktlara əlavə edilmiş sənədlər sırasında kəsim aktları olsa da qətnamədə iddiaçı tərəfindən qaz təchizatının dayandırılmamasını qeyd etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara məcmunu halında qiymət verməmiş, iş üçün böyük əhəmiyyət daşıyan məlumatları özündə əks etdirən AGİS və GASRE proqramları üzrə saldolar tətqiq edilməmişdir. Binəqədi Rayon Məh kəməsi və eləcə də Bakı Apellyasiya Məhkəməsi, iddiaçı ‘Azəriqaz’1 İB tərəfindən cavabdeh şəxs barəsində aktların tərtib edildiyi tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödədiyini araşdırmamışlar. Belə ki, AGES proqramları üzrə saldodan da göründüyü kimi aktların yazıldığı dövr ərzində 02/2017-dan 07/2019-ci il tarixədək olan 29 ay ərzində cəmi 95 manat ödəniş həyata keçirmişdir, (müqayisə üçün: 2020-ci ilin ancaq bir ayında (aprel ayında) sayğac göstərisici üzrə ödənilməli məbləğ 57.30 manat təşkil etmişdir) Həmçinin cavabdeh şəxs yeni mexaniki sayğac quraşdırılandan sonra - 04/2020-ci il tarixindən bu günə kimi (Ali Məhkəməyə müraciət edilən günə kimi) müəyyən olunmuş limiti keçmiş olmuş olsa belə mexanika tipli qaz sayğacı üzrə heç vaxt ödəniş etməmişdir. İş materialları üzrə fotoşəkillərə nəzər salsaq müəyyən edərik ki, İddiaçı İB-yə məxsus ümumi qazpaylayıcı qaz xətti üzərində cavabdeh tərəfindən qanunsuz qoşulu olmuş kustar üsullu qaz xətləri Birliyin usta-çilingər heyəti tərəfindən davamlı olaraq kəsilərək aradan qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77-ci maddəsinin tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda isə müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri ba rədə lazımi qaydada xəbərdarlıq edilsə belə, məhkəmə iclaslarına gəlməmiş, öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə də istinad etməmişdir. Digər tərəfdən də nəzərə alınmalıdır ki, cavabdeh tərəf barəsində tərtib olunmuş aktları mübahisələndirməyə belə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi də irəli sürməmişdir, İşə yenidən baxacaq apellyasiya məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləc ə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. İddiaçı İB məhkəmələr tərəfindən gəlinmiş nəticə ilə razılaşmır, qəbul edilmiş məhkəmə qətnamələrini tam əsaslı və qanuni hesab etmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.082021-ci il tarixli 2(103)-7609/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, 1-ci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə işin faktiki və həqiqi hallarına uyğun olmadığından, apellyasiya instansiya məhkəməsi də həmin halları tam, obyektiv və hərtərəfli araşdırmadığından apellyasiya instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının “Qaz təchiza tı haqqında” Qanununun 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Həmin Qanunun 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri b arədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qo yula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr i şin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

24. Cavabdehlə 30.05.2017-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanmış, İddiaçı əməkdaşları tərəfindən 22.02.2017-ci il tarixdə ******* saylı; 17.10.2017-ci il tarixdə ******* saylı; 30.10.2018-ci il tarixdə ******* saylı; 30.11.2018-ci il tarixdə ******* saylı; 28.12.2018-ci il tarixdə ******* saylı; 31.01.2019-cu il tarixdə ******* saylı; 28.02.2019- cu il tarixdə ******* saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 28.06.2019-cu il tarixdə ******* saylı; 31.07.2019-cu il tarixdə ******* saylı aktlar tərtib edilərək onun yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunduğu göstərilmiş, itirilmiş qazın bərpası üçün hesa bat aparılaraq cavabdehə ümumilikdə 2366,30 manat məbləğində borc hesablanmışdır.

25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

26. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə əsasən is tehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı təşkilat cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını sübut edə bilməmiş, birinci instansiya məhkəməsi bu halın həm də ekspert rəyi ilə müəyyən olunduğunu nəzərə almaqla müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab etmişdir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. İddiaçı İB-nin istinad etdiyi aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, o nlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

29. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-348/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar